Məcburi köçkünlərə qayğı dövlət siyasətinin tərkib hissəsidir

 

Ötən əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü SSRİ-nin tərkibindən yenicə ayrılmış ölkəmizə böyük problemlər yaratdı. Minlərlə ailə öz dədə-baba yurdlarından didərgin düşdülər. Onlar ölkənin digər bölgələrinə səpələnməyə başladılar. Ümumilkdə 1 milyondan çox qaçqın və məcburi köçkün Azərbaycan üçün böyük bir rəqəm idionlar üçün yeni bir həyatın qurulması dövlətin üstünə böyük məsuliyyət qoyurdu.

   Məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) dedikdə Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxslər başa düşülür. Əyani misal kimi göstərə bilərik ki, Ermənistandan öz yaşadıqları yerlərindən qovulmuş şəxslər qaçqın, Ermənistanın təcavüzü nəticəsində respublikamızın işğal olunmuş bölgələrindən öz daimi yaşayış yerlərini tərk etməyə məcbur qalaraq başqa yerə köçmüş Azərbaycan vətəndaşları məcburi köçkün sayılırlar.

   Ölkəmizdə məcburi köçkün statusu olan şəxslərə güzəştlər, o cümlədən vergi güzəştləri nəzərdə tutulub. "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" qanunun 16-cı maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyəti hüdudlarında Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyiyerli icra hakimiyyəti orqanları - qaçqınlara və məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) yeri seçməkdə kömək göstərirlər. Qanunvericilikdə nəzərdə tutulmuş qaydada yeni yerində onların fasiləsiz stajının bərpası həyata keçirilir.

   Adıçəkilən qanunun 17-ci maddəsinə görə, müvəqqəti yaşayış yerindən daimi yaşayış və yerinə köçməsi ilə əlaqədar qaçqının və məcburi köçkünün çəkdiyi xərclər ona müəyyənləşdirilmiş qaydada və məbləğdə ödənilir.

   Onların arzusu ilə on il müddətinə məqsədli faizsiz, habelə yaşadığı yerdən asılı olaraq qanunvericilikdə nəzərdə tutulmuş ölçüdə və qaydada istifadəsi üçün torpaq sahəsi verilir.

   "Dövlət rüsumu haqqında" qanuna əsasən, qaçqınlar və məcburi köçkünlər məhkəmədə verilən iddialar üzrə, mənzil və ya ev (evin bir hissəsi) alqı-satqısı və dəyişdirilməsi ilə bağlı notariat hərəkətləri üzrə, Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün şəxsiyyət vəsiqəsinin verilməsinə görə dövlət rüsumu ödəməkdən azaddırlar.

   Torpaq Məcəlləsinin 56-cı maddəsinə əsasən, bələdiyyə torpaqlarının mülkiyyətə (icarəyə) verilməsi məqsədi ilə torpaq hərracları və ya müsabiqələrinin keçirilməsi zamanı bərabər təkliflər irəli sürüldükdə müvafiq ərazidə müvəqqəti məskunlaşmış məcburi köçkünlərə üstünlük verilir.

   Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 yanvar tarixli, 515 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında güzəştli ipoteka kreditlərinin verilməsi Qaydalarının 2.5.1. maddəsi ilə ipoteka kreditləri üzrə güzəştlərdən istifadə etmək hüququ olan şəxslər göstərilmişdir. Bu şəxslər sırasına məcburi köçkünya ona bərabər tutulan şəxslər də salınmışdır.

   Nazirlər Kabinetinin 189 saylı 15 sentyabr 1998-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında" Əsasnamənin 62-ci hissəsinə uyğun olaraq əmək qabiliyyətinin müvəqqəti itirilməsi hallarında məcburi köçkünlərə müavinət qazancın 100 faizi miqdarında ödənilir.

   "Təhsil haqqında" qanunun 14.8-1. maddəsinə əsasən, valideynlərini itirmişvalideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər dövlət, bələdiyyə və özəl aliorta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

   Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Sərəncamının 2-ci bəndinə əsasən məcburi köçkünlərin 1992-1998-ci illərdə mülkiyyət formasından asılı olmayaraq müvəqqəti məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, torpaq sahələrindən və digər obyektlərdən çıxarılması onlar öz doğma yurdlarına qayıdana, həmçinin müvəqqəti yaşamaq məqsədilə yeni qəsəbələrə və evlərə köçürülənədək dayandırılıb. Hal hazırda isə artıq məcburi köçkünlərin 90 faizi mənzillə təmin olunub. Başqa sözlə desək, bu statusu daşıyan insanlar indiyədək 50 mindən çox mənzil alıb.

   Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu istisna olunmaqla, respublikanın digər ərazilərində müvəqqəti məskunlaşmış 146 min məcburi köçkünə aylıq ərzaq yardımı göstərilir. Orta ümumtəhsil məktəblərində təhsil alan məcburi köçkün şagirdlər dərsliklərlə pulsuz təmin olunurlar.

   Hazırda məcburi köçkünlər üçün "çörəkpulu"nun adambaşına düşən məbləği 18,5 manatdır. Mövcud limitə görə, məcburi köçkünlər adambaşına ay ərzində 150 kVt/saat elektrik enercisindən, qış aylarında 45 kub metr, yay aylarında 25 kub metr olmaqla təbii qazdan pulsuz istifadə etmək hüququna sahibdirlər. Respublikanın təbii qazla təmin olunmayan şəhər və rayonlarının ərazilərində müvəqqəti məskunlaşan məcburi köçkün ailələrinə payız-qış mövsümündə (oktyabr - fevral ayları) hər bir ailəyə 30 litr miqdarında neft yanacaq da verilir.

   1994-cü ildən Nazirlər Kabinetinin qərarı ilə yerini itirən məcburi köçkünonlara bərabər tutulanların əmək haqqı gəlirləri uzadılıb. Belə ki, büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışan, özlərindən asılı olmayan səbəblərə görə yerlərindən məhrum olan və işlə təmin olunmayan məcburi köçkünlərə işləmədiyi halda orta aylıq əmək haqqı verilməyə başlanıldı. Bu təcrübə hələ tətbiq edilir.

   200 manatadək maaş alan məcburi köşkünlərin əmək haqqından heç bir vergi tutulmur.

   Təbii ki, hər şeydən əsas məcburi köçkünlərin evlə təmin olunmasıdır ki, hazırda paytaxtda və digər bölgələrdə məcburi köçkunlərin yeni mənzillərlə təmin olunması prosesi davam edir. Bu baxımdan ötən ilböyük tikinti işləri aparılıb. Yaxın gələcəkdə isə daha böyük yeniliklərin şahidi olacağıq. Çünki ölkəmizdə hələ də müxtəlif məskunlaşma obyektlərində ağır şəraitdə yaşayan yüz minlərlə soydaşımız var və təbii ki, ölkəmizdə olan qaçqın və məcburi köçkünlərin bütün problemlərinin həlli, onların həyat şəraitinin tam yaxşılaşdırılması bilavasitə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında həllindən asılıdır. Bu baxımdan qaçqın və məcburi köçkünlərin hüquqlarının bərpa olunması, onların doğma ocaqlarına qaytarılması istiqamətində hələ çox görülməlidir ki, Azərbaycan dövləti də bu baxımdan fəaliyyətini beynəlxalq hüquq normalarına uyğun qurmaqla problemin həllini gündəlik diqqət mərkəzində saxlayır və bütün bunların nəticəsidir ki, bu gün ölkədəki qaçqın və məcburi köçkünlər dövlətin tam himayəsi ilə təmin olunublar. Təkcə 2014-cü ildə məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı olaraq 10 şəhər və rayonda bütün zəruri sosial-texniki infrastruktur obyektləri ilə birlikdə 7 qəsəbə və məhəllənin salınıb, təxminən 4,5 mindən çox ailənin və ya 25 min məcburi köçkün yeni mənzillərə köçürülüb. Belə ki, Bakı şəhəri, Qaradağ rayonu "Ümid" qəsəbəsində 500 ailəlik məhəllə üzrə 1-ci mərhələdə 200 ailə üçün yaşayış binalarının, Hacıqabul rayonunda 101, Saatlı rayonunda 230 (birinci mərhələdə 89), Ağdam rayonunda 632, Bərdə rayonunda 1700 (birinci mərhələdə 588), Mingəçevir şəhərində 1500 (birinci mərhələdə 594), Göygöl rayonunda 600 və Beyləqan rayonunda 320 məcburi köçkün ailəsinin mənzil şəraitinin yaxşılaşdırılması üçün qəsəbələr tikilib. Sabunçu rayonunda 800, Pirallahı rayonunda 330, Füzuli rayonunda 400, Sabirabad rayonunda 440, Qazax rayonunda 300, Beyləqan rayonunda 146 ailəlik yaşayış komplekslərinin salınması məqsədilə layihə-smeta sənədləri hazırlanıb. Bakı şəhərindəki yataqxanalarda və digər obyektlərdə müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinin köçürülməsi məqsədilə Abşeron rayonunun Qobu bələdiyyəsinin ərazisindən ayrılmış 500 hektar torpaq sahəsində məcburi köçkünlər üçün yaşayış massivinin salınması ilə bağlı texniki şərtlər alınıb, kompleksin baş planı ilə birlikdə müfəssəl planının hazırlanmasına dair layihə tapşırıqları, layihə-axtarış işləri üçün smeta sənədləri hazırlanıb və birinci mərhələnin layihə işləri ilə bağlı müqavilə bağlanıb. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"nda, həmin dövlət proqramına Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə təsdiq edilmiş əlavələrdə nəzərdə tutulan məsələlər, ölkə başçısı tərəfindən qarşıya qoyulan vəzifələr və verilmiş tapşırıqlar bundan sonra da vaxtlı-vaxtında və uğurla həyata keçiriləcək.

 

   Murad MƏMMƏDLİ

   Ekspress.-2015.- 25 iyun.- S.9.