İndi də gözlərini
"Köçəri"yə dikiblər...
Ermənistanın mədəniyyət
naziri rəqsimizin erməni milli dəyəri kimi tanınması üçün
UNESCO qarşısında məsələ
qaldırıb
Azərbaycanın Müəllif Hüquqları Agentliyi (MHA) Ermənistanın mədəniyyət naziri tərəfindən Azərbaycanın qədim milli rəqslərindən olan "Köçəri"nin erməni milli dəyəri kimi qeyri-maddi irs siyahısına daxil etməsi üçün UNESCO qarşısında məsələ qaldırması ilə bağlı açıqlama yayıb. Agentliyinin saytında yer alan xəbərə görə, Azərbaycan xalqına məxsus olan musiqi əsərləri, folklor nümunələri və digər qeyri-maddi mədəni irs nümunələri uzun illərdən bəri ermənilər tərəfindən zaman-zaman oğurlanır, mənimsənilir və erməni nümunələri kimi təqdim olunur.
Bildirilir ki, ermənilər Azərbaycanın "Sarı gəlin", "Süsən sünbül" və onlarca digər xalq mahnısını, "Yallı", "Vağzalı", "Köçəri", "Uzundərə", "Mirzəyi" rəqslərini, qədim musiqi alətlərimizi (tar, balaban, zurna), hətta məşhur Azərbaycan bəstəkarlarından Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Fikrət Əmirovun əsərlərini, eləcə də müasir bəstəkarlarımızın mahnılarını erməni nümunələri kimi təqdim etməyə cəhdlər göstərirlər: "Azərbaycanın qədim milli rəqslərindən olan "Köçəri"nin ermənilər tərəfindən özününküləşdirilmə cəhdi ilk deyil. Belə cəhdlərdən biri kimi "Eurovision -2011" Mahnı Müsabiqəsinin final yarışmasını misal göstərmək olar. O zaman "Köçəri" rəqsini Ermənistan təmsilçisi erməni nümunəsi kimi təqdim etməyə çalışmışdı. Fakt ortaya çıxan kimi Müəllif Hüquqları Agentliyi dərhal araşdırmalara başlayıb, "Köçəri" rəqsinin Azərbaycan xalqına məxsus olması barədə agentlik tərəfindən geniş, tarixi əsaslara söykənən və "Köçəri" sözünün etimologiyasını açıqlayan arayış hazırlanıb kütləvi informasiya vasitələrində yayılıb və bu barədə Ümumdünya Əqli Mülkiyyət Təşkilatına məktub göndərilib.
"Köçəri"
sözünün etimologiyasına gəldikdə,
qeyd edək ki, Mahmud Kaşğarinin məşhur
"Divani lüğət"
kitabında "köçəri" sözü
aşağıdakı mənalarda verilib:
koç-qoç, yəni erkək qoyun; köçmək, yəni bir yerdən, yaxud bir evdən başqa yerə
getmək. "Köçəri" rəqsi
Azərbaycanda çox məşhur olan qədim "Yallı" rəqsinin bir növüdür, hətta
Azərbaycanın ən qədim tarixi daş abidələrindən sayılan və
eramızdan əvvəl 12-8-ci minillikləri əhatə edən
Mezolit dövrünə aid
Qobustan qayalarının üzərində
də "Yallı" rəqsinin təsvirləri verilib. Erməni musiqi
plagiatı pirat diskləri vasitəsilə
yayılaraq MDB hüdudlarını çoxdan
aşıb. Misal üçün,
ABŞ-ın Los-Anceles şəhərində
"Parseqyan-Rekords" tərəfindən
buraxılan "Klarnet və zurna" erməni CD-ni
göstərmək olar. Erməni
plagiatının sxemi ənənəvidir:
klarnet və tütəkdə ifa olunan 14 kompozisiyada
ön planda erməni
ifaçılarının adları çəkilir, Azərbaycanın
12 müəllif əsərindən və folklor
musiqisindən ibarət kompozisiyanın mənşəyi
haqqında isə heç bir
məlumat verilmir. "Şərur
yallısı", "Köçəri", "Bənövşə",
"Fuadı", Zabul rəngi", İbrahim Topçubaşovun
"Söz olmasaydı" və başqa əsərlər bunların
sırasındadır. Plagiatçılar öz
"oğurluqlar"ını "Armenians
Best..." ümumi
adı altında, yəni ən yaxşı erməni nümunələri
kimi "möhkəmləndirirlər".
Ekspress.-2015.- 2 iyun S. 23.