Məcburi köçkünlərin
imtiyazları
"Qaçqınların və
məcburi köçkünlərin
yaşayış şəraitinin
yaxşılaşdırılması və məşğulluğunun
artırılması üzrə
Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası
prezidentinin sərəncamında
Ermənistanın Azərbaycan
Respublikasına hərbi
təcavüzü nəticəsində
öz doğma torpaqlarından qovulmuş
və didərgin salınmış insanların
taleyi, onların mənzil-məişət vəziyyətinin
yaxşılaşdırılması və sosial müdafiəsinin təmin
edilməsi daim dövlətin diqqət mərkəzində olduğu
bildirilir.
Ölkə başçısı tərəfindən
qaçqınların və
məcburi köçkünlərin
sosial müdafiəsi ilə bağlı hüquqi bazanın təkmilləşdirilməsi məqsədi
ilə 18 fərman və sərəncam imzalanıb, Milli Məclis tərəfindən
2 qanun, Nazirlər Kabinetinin isə 64 qərar və sərəncamı qəbul
edilib.
Azərbaycan prezidentinin 2004-cü il 1 iyul tarixli sərəncamı ilə "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı" və 2007-ci il 31 oktyabr tarixli sərəncamı ilə həmin Dövlət Proqramına edilmiş Əlavələr təsdiq edilib. 2005-ci il 1 fevral tarixli fərmanı ilə isə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamə təsdiq edilib.
2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamının 3-cü bəndinə əsasən özəl müəssisələrin, ali və orta ixtisas təhsili məktəblərinin rəhbərlərinə tövsiyə olunub ki, qaçqın və məcburi köçkünlərin işlə təmin olunması və təhsil haqqının ödənilməsində güzəştlərin verilməsi məsələlərində onlara lazımi kömək edilsin.
2004-cü il 1 iyul tarixli 298 nömrəli "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Sərəncamının 2-ci bəndinə əsasən isə məcburi köçkünlərin 1992-1998-ci illərdə mülkiyyət formasından asılı olmayaraq müvəqqəti məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, torpaq sahələrindən və digər obyektlərdən çıxarılması onlar öz doğma yurdlarına qayıdana, həmçinin müvəqqəti yaşamaq məqsədilə yeni qəsəbələrə və evlərə köçürülənədək dayandırılır.
2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamının 3-cü bəndinə əsasən özəl müəssisələrin, ali və orta ixtisas təhsili məktəblərinin rəhbərlərinə tövsiyə olunub ki, qaçqın və məcburi köçkünlərin işlə təmin olunması və təhsil haqqının ödənilməsində güzəştlərin verilməsi məsələlərində onlara lazımi kömək edilsin.
2005-ci il 1 fevral tarixli Fərmanı ilə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamə təsdiq edilib.
Belə ki, qaçqınlar mənzil və ya ev alqı-satqısı zamanı notarial rüsumlardan azaddırlar. Təhsil Nazirliyinin 2004-cü il kollegiya qərarına əsasən Ermənistandan olan, 1988-1992-ci illərdə anadan olmuş qaçqınlar dövlət ali və orta ixtisas təhsili müəssisələrində təhsil haqqını ödəməkdən azaddırlar. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli Sərəncamının 3-cü bəndinə əsasən özəl müəssisələrin, ali və orta ixtisas təhsili məktəblərinin rəhbərlərinə tövsiyə olunub ki, qaçqın və məcburi köçkünlərin işlə təmin olunması və təhsil haqqının ödənilməsində güzəştlərin verilməsi məsələlərində onlara lazımi kömək etsinlər.
Ölkə başçısının 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamının 3-cü bəndinə əsasən özəl müəssisələrin, ali və orta ixtisas təhsili məktəblərinin rəhbərlərinə tövsiyə olunmuşdur ki, qaçqın və məcburi köçkünlərin işlə təmin olunması və təhsil haqqının ödənilməsində güzəştlərin verilməsi məsələlərində onlara lazımi köməklik göstərilməli, kommunal və digər xidmət haqları (elektrik enerjisi, təbii qaz, içməli su, telefon abunə haqqı) ödəməkdən azaddırlar. 1993-cü ildən icrasına başlanılan güzəştlərin əksəriyyəti hələ də qüvvədədir.
Yeri gəlmişkən, imtiyazlar ilk dəfə 1992-ci ilin sentyabrın 29-da prezident tərəfindən təsdiq edilən "Qaçqınların və Məcburi Köçkünlərin statusu haqqında" qanunun tələblərinə uyğun olaraq müəyyənləşdirilərək həyata keçirilməyə başlayıb.
Məlum olduğu kimi, artıq məcburi köçkünlər sosial ipoteka almaq hüququnu da qazanıblar. Qaydalara əsasən dövlət vəsaiti hesabına adi və güzəştli ipoteka kreditləri verilir. Güzəştli ipoteka kreditində illik faiz dərəcəsi 4, adi ipoteka kreditində 8 faizdir. Adı ipoteka kreditindən hər bir Azərbaycan vətəndaşı, o cümlədən aylıq gəliri yüz minlərlə manat həcmində olan şəxs də istifadə edə bilər. Lakin güzəştli ipoteka kreditindən yalnız müəyyən sosial qrupların istifadə etmək hüququ var. Məcburi köçkünlər güzəştli katiqoriyaya aid olan sosial qruplar olduğundan onlar da güzəştli kreditlərdən istifadə edirlər. Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev məcburi köçkünlər və digər az təminatlı ailələrin güzəştli kreditlərdən necə bəhrələnməsindən danışıb: "2011-ci ildə Fondun güzəştli kreditləri hesabına maliyyələşdirilmiş investisiya layihələrinin 94%-i kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olanların payına düşüb. Belə ki, 2011-ci ildə 1550 sahibkara 19.3 mln. manat kiçik həcmli güzəştli kredit verilib. Bu kreditlər hesabına 3300-dən çox yeni iş yerləri yaradılacaq. Bununla yanaşı, Fondun vəsaitlərinin yerləşdirilməsi məqsədli dövlət proqramlarının, o cümlədən "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf üzrə Dövlət Proqramı" və "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı" üzrə nəzərdə tutulmuş tədbirlərin reallaşdırılmasına yönəldilir. Belə ki, Fondun fəaliyyəti dövründə respublikanın regionlarında sahibkarlıq fəaliyyəti ilə məşğul olan 660 məcburi köçkünə 9.6 milyon manat güzəştli kredit verilib. Ümumilikdə isə, məcburi köçkünlərin də sıx məskunlaşdığı Goranboy, Ağcabədi, Beyləqan, Bərdə, Biləsuvar, Ağdam və Tərtər rayonlarında fəaliyyət göstərən 2400-dən çox sahibkarın investisiya layihələrinin maliyyələşdirilməsinə 61.6 milyon manat güzəştli kredit verilib. Eyni zamanda, respublikanın ucqar və dağlıq regionlarında, məcburi köçkünlərin sıx məskunlaşdığı ərazilərdə yaşayanların özəl biznes yaratması üçün də tədbirlər həyata keçirilir. 2002-2011-ci illərdə Fond tərəfində sahibkarların 1452 investisiya layihəsinin maliyyələşdirilməsinə 33.4 milyon manat güzəştli kredit verilib. Qeyd edim ki, güzəştli kreditlərin minimal həddinin endirilməsi, müddətinin isə artırılması yuxarıda qeyd olunan təbəqədən olan şəxslərin sahibkarlıq fəaliyyətinə cəlb olunmasını daha da sürətləndirəcək".
Yeri gəlmişkən, məcburi köçkünlərə edilən güzəştlər arasında vergi və əməkhaqqı ödənişi ilə bağlı güzəştlər də mövcuddur. 1993-cü ildən qüvvədə olan təcrübəyə görə "qaçqın" və ya "məcburi köçkün" statusu almış şəxslər 1993-1995-ci illərdə müəssisələrdə, idarələrdə və təşkilatlarda qazanclar üzrə vergi ödəməkdən azad edilirdilər. Vergi güzəştləri 2000-ci ilə qədər qüvvədə qaldı.
1994-cü ildən Nazirlər Kabinetinin qərarı ilə iş yerini itirən məcburi köçkün və onlara bərabər tutulanların əmək haqqı gəlirləri uzadıldı. Belə ki, büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışan, özlərindən asılı olmayan səbəblərə görə iş yerlərindən məhrum olan və işlə təmin olunmayan məcburi köçkünlərə işləmədiyi halda orta aylıq əmək haqqı verilməyə başlanıldı.
Onu da qeyd edək ki, məcburi köçkünlərə verilən imtiyazların davam etdirilməsi və sonralar onun bir qədər də genişləndirilməsində 1999-cu ilin may ayında qəbul edilən "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" qanunun böyük önəmi var. Həmin qanunda məcburi köçkünlərə hansı güzəştlərin verilə biləcəyi konkret olaraq təsbit edilib.
Dövlət tərəfindən məcburi köçkünlərə verilən imtiyazlar sadəcə bunlardan ibarət deyil. Qeyd edək ki, məcburi köçkünlərə əmək qabiliyyətini müvəqqəti itirməyə görə Azərbaycan Əmək Məcəlləsinə uyğun olaraq müavinət iş stajından asılı olmayaraq əmək haqları tam həcmində ödənilir. Qanuna əsasən məcburi köçkünlərə tibbi xidmət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada dövlət tibb müəssisələri tərəfindən göstərilir. Məcburi köçkünlərə dərman preparatları almaq üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan qaydada və məbləğdə müavinət verilir. Qanunun tələbindən irəli gələrək məcburi köçkünlrə bəzi xəstəliklər, tibbi müayinələr, müalicə üçün dərman güzəştləri də nəzərdə tutulur.
2013-cü ildə Vergi Məcəlləsinə edilən dəyişikliyə görə məcburi köçkün və qaçqınların muzdlu işlə əlaqədar gəlirləri üzrə vergidən azadolmalar müəyyən olundu. Məcburi köçkünlərin maddi və sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə 1 yanvar 2013-cü il tarixdən Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, vergidən azad olunan məbləğlər artırıldı.
Məcburi köçkünlərə olan imtiyazlar sırasında mənzillə təmin edilmə də var. Bu statusu daşıyan insanlara indiyədək 50 mindən çox verilib. 2014-cü ildə isə daha 20 min ailənin mənzillə təmin edilməsi nəzərdə tutulub. Bu da o deməkdri ki, məcburi köçkünlərin mənzillə təmin edilməsi prosesi 2004-cü ildə qəbul olunan "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"dan sonra yaxşılaşdırılıb.
Bundan başqa, məcburi köçkünlərin işlə təminatında da müəyyən güzəştlər var. Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilir ki, bu kvotadan məcburi köçkünlər də yararlana bilərlər. Bununla bağlı mövcud olan qaydalara əsasən məcburi köçkün sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxs olduğundan o müəssisə və təşkilatlarda kvota imkan verdiyi sayda iş yerlərilə təmin edilməlidir.
Son 20 il ərzində məcburi köçkünlərin sosial durumunu yaxşılaşdırılması üçün görülən tədbirlər müsbət nəticələr verib. Məcburi köçkün ailələrinin əksəriyyətinin sosial vəziyyəti artıq xeyli dərəcədə yaxşılaşıb.
Rəşid RƏŞAD
Ekspress.-2015.- 13-16 iyun S. 9.