Ramazan ayı başladı

 

Orucun olar-olmazları

 

Bu gündən 11 ayın sultanı Ramazan ayı başlayır. Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Ramazan (orucluq) ayı ilə bağlı müsəlmanlar üçün nəzərdə tutulan şəri hökmləri bəzi qadağaları açıqlayıb.

   QMİ-dən APA-ya verilən məlumata görə, bildirilib ki, əgər Ramazan ayında, zöhrdən əvvəl kafir müsəlman olsa sübh azanından o vaxta kimi, orucu batil edən bir görməyibsə, vacib ehtiyata əsasən oruc niyyəti etməli orucu başa vurmalı, yaxud əgər o gün oruc tutmasa, onun qəzasını yerinə yetirməldir. Bildirilib ki, Ramazan ayı orucunda həmçinin müəyyən bir zamanı olan vacib orucda, sübh azanından qabaq oruc üçün niyyət etmədən yatan bir şəxs, əgər zöhrdən qabaq oyanıb niyyət edərsə, orucu səhihdir. Amma zöhrdən sonra oyanarsa, ehtiyata əsasən mütləq Allaha yaxınlaşmaq niyyəti ilə günün qalanını orucu batil edən şeylərdən çəkinməli sonradan o günün orucunu da qəza etməlidir: "Ramazan ayından başqa günlərdə oruc tutmaq istəyən şəxs, onun niyyətini müəyyən etməlidir. Məsələn; "qəza orucu kəffarə orucunu tuturam" deyə niyyət etməlidir. Amma Ramazan ayında "Ramazan ayının orucunu tuturam" deyə niyyət etməsi lazım deyil. Hətta Ramazan ayı olduğunu bilməsə ya unudub başqa bir orucu niyyət edərsə, onun orucu Ramazan ayının orucundan hesab edilir.

   Əgər Ramazan ayının olduğunu bilib qəsdən Ramazan ayından qeyri-günün orucunun niyyətini edərsə, qəsd etdiyi oruc hesaba alınmaz həmçinin Ramazan ayının orucu kimi sayılmaz. Əgər o məqsəd Allaha yaxınlaşmaq qəsdinə zidd olsa (hətta ziddiyyətli olmasa belə), ehtiyata əsasən Ramazan ayının orucundan hesab olunmaz. Əgər məsələn, ayın birinci gününün niyyəti ilə oruc tutsa, sonra ayın ikinci ya üçüncü günü olduğunu başa düşsə, orucu səhihdir.

   Əgər sübh azanından əvvəl niyyət etsə bundan sonra bihuş olub günarası özünə gəlsə, vacib ehtiyata əsasən o günün orucunu sonadək saxlamalıdır. Əgər tam saxlamasa, onun qəzasını yerinə yetirməlidir. Əgər sübh azanından qabaq niyyət edib, sonra sərxoş olarsa həmin gün ərzində ayılarsa, vacib-ehtiyata əsasən o günün orucunu tamamlamalı onun qəzasını da yerinə yetirməlidir. Əgər sübh azanından əvvəl niyyət edib yatsa axşamdan sonra ayılsa, orucu səhihdir. Ramazan ayı olduğunu bilməsə ya unudarsa, belə ki, zöhrdən qabaq Ramazan ayı olduğunu bilərsə, əgər orucu batil edən bir görmüşdürsə, orucu batildir. Buna baxmayaraq şam azanına qədər orucu batil edən işlərdən çəkinməli Ramazandan sonra da, o günün orucunu qəza etməlidir. Ehtiyata əsasən, əgər zöhrdən sonra da Ramazan olduğunu anlayarsa, hökm eynidir. Amma zöhrdən əvvəl başa düşsə orucu batil edən bir görməsə, orucu səhihdir".

   Qeyd olunub ki, uşaq Ramazan ayında sübh azanından əvvəl həddi-buluğa çatsa, oruc tutmalıdır: "Əgər azandan sonra həddi-buluğa çatsa, o günün orucu ona vacib deyil. Amma müstəhəbb oruc tutmaq istəsə, ehtiyata əsasən bu təqdirdə o günün orucunu tamamlaması lazımdır. Xəstə olan bir şəxs, Ramazan ayı günündə zöhrdən qabaq sağalsa o vaxta qədər orucu batil edən bir şey etməmiş olarsa, oruc üçün niyyət edib o günün orucunu tutmalıdır. Amma zöhrdən sonra sağalarsa, o günün orucu ona vacib deyil".

   Bildirilib ki, Orucu batil edən əməllər aşağıdakılardır:

   1. Yemək içmək;

   2. Cima (cinsi əlaqə);

   3. İstimna (insanın özündən sperma xaric etməsi);

   4. Allaha, Peyğəmbərə (s) Peyğəmbərin (s) canişinləri olan İmamlara (ə) yalan isnad vermək;

   5. Qəliz tozun boğaza yetişməsi;

   6. Məşhur rəyə əsasən, başı tamamilə suya batırmaq;

   7. Sübh azanına kimi cənabət, heyz nifas halında qalmaq;

   8. Axıcı şeylərlə imalə etmək;

   9. Qusmaq.

 

Qənirə Məmmədli

Ekspress.-2015.- 18 iyun S. 5.