Türk siyasəti babasını itirdi
Süleyman Dəmirəl 91 yaşında
dünyasını dəyişdi
Türkiyə dünən böyük dövlət xadimini, son 50 ildə ölkə siyasətinin rəngli və unudulmaz simaalarından olan, "Türk siyasətinin babası" adlandırılan və Azərbaycanın yaxın dostu olan Süleyman Dəmirəli itirdi.
Rəsmi məlumata
görə, iyunun 17-də yerli
vaxtla 02:05-də (Bakı vaxtı ilə saat 04:05) Türkiyənin 9-cu prezidenti
Süleyman Dəmirəl müalicə
aldığı Ankara Güvən Xəstəxanasında
91 yaşında dünyasını dəyişib. Dəmirəl
mayın 13-də səhhətinin pisləşməsi ilə əlaqədar
xəstəxanaya yerləşdirilmişdi.
CNN-Türk telekanalının xəbərinə görə, Güvən Xəstəxanası yetkililərinin itki ilə bağlı məlumatında bildirilib: "Hörmətli 9-cu Cumhurbaşqanımız Süleyman Dəmirəl 2015-ci il mayın 13-də ürək çatışmazlığı və kəskin tənəffüs yolları infeksiyası ilə xəstəxanamıza yerləşdirilib. Son günlər onun vəziyyəti ağırlaşmış, iyunun 16-da tənəffüs və ürək funksiyalarının kəskin pozulması müşahidə olunmuşdur. Bütün səylərimizə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Süleyman Dəmirələ Allahdan rəhmət, yaxınlarına və Türk Millətinə başsağlığı diləyirik".
Dəmirəlin vəfatı ilə bağlı ölkədə üçgünlük matəm elan edilib. "Hürriyet" qəzetinin məlumatına görə, baş nazir Əhməd Davudoğlu dünən Dəmirəlin Ankaradakı evinə gedərək onun yaxınlarına başsağlığı verib. Davudoğlu 9-cu prezidentin vəfatı ilə əlaqədar ölkədə 3 gün matəm elan etdiklərini və cümə günü Ankarada dövlət səviyyəsində rəsmi mərasim keçiriləcəyini açıqlayıb. O, Dəmirəlin Türkiyənin siyasi tarixində dərin izlər buraxdığını bildirib: "Cənazə namazı mübarək Ramazanda, çox gözəl, mənəvi bir ortamda cümə günü Ankaradakı Kocatəpə camesində olacaq. Cənazə namazı cümə namazı ilə birlikdə qılınacaq. Beynəlxalq səviyyəli iştirakın da olacağını nəzərə alaraq bütün hazırlıqlar başlayıb. Dəfn mərasiminin keçiriləcəyi İspartada ailəsi nə istəyəcəksə, o addımlar atılacaq. Lazımi təlimatlar verildi. Bir daha ailəsinə, millətimizə başsağlığı verirəm. Allah rəhmət eləsin, məkanı cənnət olsun. Buraxıb getdiyi gözəl xatirələrlə siyasi tariximizdəki yerini qoruyacaq".
***
Süleyman Dəmirəl Türkiyə tarixində ən gənc baş direktor, ən cavan baş nazir, ən çox hökumət quran və hökuməti yıxılan (6 dəfə gedib, 7 dəfə gəlib), İsmət İnönü ilə Ərdoğandan sonra ən uzun müddət (təxminən 10 il) baş nazir postunda oturan siyasətçidir.
Süleyman Dəmirəl 1 noyabr 1924-cü ildə İspartanın Atabəy rayonundakı İslamköy kəndində Paşa dayı Yahya bəylə Ümmühan xanımın ikinci övladı kimi dünyaya göz açmışdı.
İbtidai təhsilini 1930-35-ci illərdə doğulduğu kənddə, orta məktəbi və liseyi İsparta və Afyonda bitirmiş və 1949-cu ildə Mühəndis Məktəbinin (indiki İstanbul Texniki Universiteti) inşaat fakültəisnin məzunu olmuşdu.
Sonralar "barajlar
(su anbarları) kralı" adını alan Dəmirəl
Seyhan bəndinin tikintisində layihə mühəndisi olmuş (sonralar baş nazir kimi həmin
bəndi açmışdı),
daha sonra Elektrik İşləri Etüd İdarəsində
və Dövlət Su
İşlərində vəzifə
almışdı. 1955-ci ildə Dövlet Su İşləri baş direktoru təyin olunan Dəmirəl çoxlu sayda su anbarları və suvarma-irriqasiya qurğuları tikdirmişdi.
Ötən əsrin 60-cı illərinin əvvəllərində hərbi xidmətdən qayıdan Dəmirəl məşhur Boğaz körpüsünün ilk layihəsini hazırlayan ABŞ-ın beynəlxalq mühəndislik firması "Morrison Knudsen Inc."in Türkiyə təmsilçisi təyin olunub. Həmin vaxtlardan ona "Morrison Süleyman" adı qalmışdı. Başqa bir ləqəbi "Çoban Sülü" idi. Bu adsa ona uşaqlıq illərində çobanlıq etdiyi üçün verilmişdi. Daha bir adı isə "Zenit Süleyman" idi. CHP-nin o vaxtkı lideri Dəniz Baykal partiyası adından onun prezidentliyə namizədliyini vermək istərkən səhhətini soruşduqda Dəmirəl demişdi: "Başım "Zenit" saatı kimi işləyir".
1962-ci ildə
siyasətə atılan
Dəmirəl Ədalət
Partiyasının (AP) idarə
heyətinin üzvü
olur. Ölkədə hərbçilər hakimiyyətə əl qoyduqdan sonra siyasətdən çəkilən
Dəmirəli sonralar
rəqibləri "şlyapasını
götürüb qaçdı"
deyə suçlamışdılar.
Lakin yenidən siyasətə qayıdan gənc siyasətçi 28 noyabr
1964-cü il tarixində AP-ın sədri seçilir.
1965-ci ilin fevral-oktyabr aylarındakı koalisiya hökumətində baş nazirin müavini və dövlət naziri kimi çalışır və həmin il oktyabrın 10-da keçirilən parlament seçkisində ilk dəfə millət vəkili mandatı qazanır. Seçkidən birinci çıxan partiyanın sədri və İspatra millət vəkili kimi Dəmirəl Tükiyənin 12-ci baş naziri kimi hökumət qurur. Bu onun ilk hökuməti idi və özünün dediyi kimi, 6 dəfə baş nazirlikdən getmiş, 7 dəfə geri qayıtmışdı. 1969, 1970, 1975, 1977 və 1979-cu illərdə beş dəfə hökumət quran Dəmirəlin Ədalət Partiyası 1973-cü il seçkisində ikinci yeri tutmuş və ana müxalifətdə qalmışdı. Dəmirəl seçkini 70-ci illərdəki əsas rəqibi olan "Qaraoğlan"a - Bülənt Ecevitə uduzmuşdu.
Milli Rifah Partiyasının lideri Nəcməttin Ərbakan və Milliyyətçi Hərəkat
Partiyasının sədri
Alparslan Türkeşlə
1975-ci ildə birinci Milliyyətçi Cəbhə
hökumətini quran Dəmirəl 1977-ci ildə
Ərbakan və Türkeşlə ikinci Milliyyətçi Cəbhə
hökumətini yaradır. 1979-cu il
seçkilərindən sonra
Milli Rifah Partiyasının və
MHP-nin dəstəklədiyi
azlıq hökumətinin
başında dayanan Dəmirəl 1980ci ildə
12 sentyabr çevrilişi
nəticəsində siyasi
səhnədən getməyə
məcbur olur.
Partiyasının fəaliyyəti dayandırılan Dəmirəl 13 sentyabr - 11 oktyabr tarixlərində Həmzəköydə məcburi istefaya çıxıb. 1982-ci il konstitusiyası ilə 10 il müddətinə siyasətlə məşğul olması yasaqlanan Dəmirəl bağlanmış Ədalət Partiyasının keçmiş rəhbərləri ilə əlaqələrini qırmır. Siyasi partiya yaratmasına icazə veriləndən sonra özünə yaxın olan siyasətçilər və Ədalət Partiyasının keçmiş rəhbər heyəti ilə birlikdə Böyük Türkiyə Partiyasını təsis edir. Amma çox keçməmiş Milli Təhlükəsizlik Şurasının qərarı ilə "Ədalət Partiyasının davamı" hesab edilərək yenidən bağlanır. Bundan sonra isə kostitusiya müddəalarını pozduğu üçün Dəmrəl Çanaqqalada ("Zincirbozan"da) məcburi nəzarətə alınır.
Dəmirəlin siyasi fəaliyyətinə
qoyulan yasaq 1987-ci ildə keçirilmiş referendumla aradan qaldırılır. Doğru Yol Partiyasının sədri postunu 24 sentyabr 1987-ci ildə Hüsaməddəin Cindorukdan
təhvil alan
Dəmirəl 29 noyabr
1987-ci ildə keçirilən
parlament seçkilərində
yenidən İspatradan
millət vəkili mandatına sahib olur.
Partiya 1991-ci il seçkilərində
ən çox səs topladığı
üçün İsmət
İnönünün oğlu
Ərdal İnönünün
lideri olduğu solçularla koalisiya hökuməti təşkil
edir. Bununla da Dəmirəl yedinci dəfə
hökuməti təşkil edir. Lakin ban nazir
postunda az
oturur - 20 noyabr 1991-ci ildən 16 may 1993-cü ilədək.
1993-cü ilin aprelində Türkiyənin
8-ci prezidenti Turqut Özal vəfat etdikdən sonra Türkiyə Böyük
Millət Məclisi tərəfindən mayın
16-da ölkənin 9-cu prezidenti
seçilir və 7 il Çankaya
Köşkündə oturur.
2000-ci ildə postunu 10-cu prezident Əhməd Necdət Sezərə təhvil verir və siyasətdən gedir.
Süleyman Dəmirəl 1948-ci ildə
evləndiyi kəndlisi
- Nazmiyə Dəmirəllə
tam 65 il birlikdə ömür sürmüşdü. 2013-cü
ilin mayında Nazmiyə xanımı itirdikdən sonra demişdi ki, "bir bir almanın
iki yarılarıyıq
idik, bu almadan bir yarı
qaldı".
Dəmirəllərin
övladı olmamışdı. Nazmiyə xanım cavan vaxtlarında tutulduğu
şiddətli qızdırmadan sonra ana olmaq şansını itirmişdi. Bununla belə,
Dəmirəl cütlüyü məhəbbətin
gücü ilə 65 il
xoşbəxt yaşamışdılar. Övladı olmasa da, Dəmirəl millətinə
gerçəkdən atalıq edə bilmişdi.
Prezident postunu tərk
etdikdən sonra aktiv siyasətlə məşğul olmasa da, ölkə həyatında baş verənlərə sərt
münasibətini açıqlamaqdan
çəkinməzdi. Türkiyə
cəmiyyəti onun mesaj
və fikirlərinə ehtiyac hiss edərdi.
Süleyman Dəmirəl çox
maraqlı və rəngli bir siyasətçi idi.
Onun şlyapası çox məşhurdu və deyilənə görə,
bir çoxları cəhd etsələr də, şlyapasını
əlindən qapa bilməmişdilər.
Onun bir çox sözləri isə Türkiyədə məşhur kəlama çevrilib. Məsələn, "Dün dündür, bu gün bu gün" ("Dünən dünəndir, bu gün bu gün"), "Dünənin günəşi ilə bu günün camaşırı qurudulmaz" və s.
Allah rəhmət eləsin.
Z.Ziya
Ekspress.-2015.- 18 iyun
S. 11.