Topuq testi nədir?

 

Uşaq sağlamlığı gələcəyi üçün vacib olan bu testdən valideynlər niyə qaçır?

 

Körpənin sağlam dünyaya gəlməsi hələ onun bütün həyatı boyu sağlam olacağı anlamına gəlmir. Uşaq yaşam boyu müxtəlif xəstəliklər, virus-infeksiya, ağır və ya yüngül keçicis bu kimi xəstəliklərə yoluxa bilər. Məhz bu səbəbdən körpə dünyaya gəldiyi gündən müxtəlif peyvəndlər və profilaktik tədbirlər görülür ki, bundan sonrakı həyatında tutula biləcəyi xəstəlikləri minimum əziyyətlə keçirsin.

   Bu gün valideynlər arasında peyvəndin vurulmasına qarşı birmənalı fikri yoxdur. Son zamanlar "topuq tarama testi" adı altında valideynlərə təklif olunan müayinə məqsədli testlər də gündəmdədir. Körpəsi yeni dünyaya göz açan valideynlərə təklif olunan bu testdə məcburiyyət yoxduronun tətbiq edilib-edilməməsi tamamilə valideynin seçimidir.

   "Topuq tarama testi" son zamanlar Azərbaycanda da geniş yayılıb. Xüsusən özəl xəstəxanalarda körpəsini dünyaya gətirən analara təklif olunan bu test dövlət xəstəxanalarında təklif olunmur.

   "Topuq testi" Türkiyədə yenid doğulmuşlar arasında ən geniş yayılmış bir müayinə üsuludur. Bu müayinə metodu ilə körpənin gələcəkdə yoluxa biləcəyi xəstəliklər əvvəlcədən müəyyənləşdirilir lazımi tədbirlər görülür. Türkiyədən fərqli olaraq ölkəmizdə bu testin əhəmiyyətli olmasını düşünənlər etdirənlər çox azdır. Əhalinin böyük bir qismi isə bu test haqqında məlumatın azlığından dolayı boyun qaçırır.

   Terapevt Erdal Türksoyun sözlərinə görə, son zamanlar Azərbaycanda da etdirilməsi təklif olunan topuq testləri uşaq sağlamlığı gələcəyi üçün çox vacib olan bir testdir. Azərbaycanda bu testin məcburi olması mümkün deyil. Çünki test körpə dünyaya gəldikdən sonra ilk 7 gün ərzində həyata keçirilməlidir. Bu zaman 99% düzgün nəticə göstərən test 7 gündən sonra öz dəqiqliyini yarıya endirmiş olur: "Topuq tarama testi körpənin topuğundan alınan qan ilə edilir. Azərbaycanda bu qanı yoxlayacaq laboratoriya imkanları olmadığından qan birbaşa Türkiyəyə göndərilir. Cavab qısa zamanda yenidən Azərbaycana gətirilir".

   "Topuq tarama test"i ilə diaqnozu qoyulan xəstəliklərdən danışan pediatr deyir ki, bəzən hər hansı bir xəstəliyin diaqnozu ilkin aylarda qoyula bildiyi halda, diaqnoz körpə 3-4 yaşa gəldikdən sonra qoyulur. 4 il ərzində daha da irəliləyən xəstəliyin müalicəsi ya çətin olur, ya körpədə hər hansı bir fəsad buraxır. Topuq testi bu xəstəliklərin ilkin simptomlarını müəyyən edər-etməz artıq müalicəyə başlanılır xəstəlik, necə deyərlər, elə beşiyindəcə boğulur: "Yeni doğulmuşlarda bu test metabolik pozğunluqları aşkar etmək vaxt itirmədən müalicəyə başlamaq üçün olan testdir. Bu test ilə fenilketonuriya ve anadangəlmə hipotireoz təyin edilir. Əgər problem varsa, erkən müalicə başlanılmazsa, zehni problemlər, fiziki - psixi inkişafdan geri qalma, katarakta kimi xəstəliklərə gətirib çıxara bilər".

   Peyvənd qiymətinə həyata keçirilən bu test nədənsə valideynlərə qorxulu görünür. Ölkəmizin heç bir klinikasında bu test üçün məcburiyyət yoxdur.

   Həmsöhbətimizin dediyinə görə, tarama testi zamanı körpənin hiss etdiyi ağrı olduqca cüzidir. Çünki 7 günlük körpənin ağrı hissiyyatı tam formalaşmır. Körpənin ayı artıqda bu testin ağrısı da artır, eyni zamanda testin doğru göstərmə faizi çox aşağı olur: "Məsləhətim budur ki, valideynlər bu testdən çəkinməsin. Bu gün analar peyvənd etdirir ki, uşaqları gələcəkdə tutma ehtimalı olan xəstəliyi cüzi keçirsin. Bu peyvəndlər narahatlıq, istilik verir valideyn yenə peyvənd elətdirir. Amma topuq tarama testi heç bir narahatlıq vermir. Valideyn övladının zehni, psixoloji, nevroloji geriliyini əvvəlcədən bilmə şansını qaçırır. Topuq testi körpə üçün bir şansdır düşünürəm ki, analar bu şansı övladlarından almamalıdır".

 

Günay RAMİZQIZI

Ekspress.-2015.- 23 iyun.- S. 8.