Azərbaycanlı "Çarli Çaplin":
"Hər yerdə ölkəmi təmsil edirəm"
"Harada olmağımdan
asılı olmayaraq hər zaman vətənim Azərbaycana
bağlı olmuşam"
ABŞ-ın ən məşhur yarışma proqramı olan "America"s Got Talent" şousunda Çarli Çaplin obrazındakı çıxışı ilə məşhurlaşan, bütün tamaşaçıları heyrətləndirən azərbaycanlı sirk aktyoru Üzeyir Novruzov 1-ci Avropa Oyunlarının bağlanış mərasiminə qatılmaq istəyir. Bu istəyini Üzeyir "a24.az" saytına müsahibəsində dilə gətirib. Amerikada yaşayan həmyerlimizin müsahibəsini oxuculara təqdim edirik.
- Siz Azərbaycanda yaşamısınız? Yaşamısınızsa, ölkəmizi necə xatırlayırsınız?
- Mən hələ balaca olarkən -1988-ci ildə ailəm Rusiyaya köçüb. Ona görə də biz yalnız Azərbaycana qohumlarımızın yanına qonaq kimi gəlirdik. Atam dünyasını dəyişəndən sonra anam Gəncəyə köçdü. Mən Rusiyada Moskva Sirk Məktəbini oxudum və sirkdə şou nömrəmlə çıxış edirəm. Ona görə qastrollararası vaxt tapanda, Azərbaycana gəlir, anama və digər qohumlarıma baş çəkirəm.
- Ümumiyyətlə, Azərbaycanla bağlı düşüncələrinizi öyrənmək maraqlı olardı"
- Yuxarıda qeyd etdiyim kimi, Azərbaycanda, demək olar ki, yaşamamışam. Yalnız qohumlarıma qonaq gedirəm?
- Hazırda ABŞ-da harda və kiminlə yaşayırsınız? Şəxsi həyatınız barədə danışardınız?
- Mən, ümumiyyətlə, təmsil etiyim peşə ilə əlaqədar dünyanın bir sıra yerlərində olmuşam. 2000-ci ildən ABŞ-da yaşayıram. Bu yaxınlarda həyat yoldaşım və iki qızımla Las-Veqasa köçmüşəm, burada yaşayırıq. Həyatım, demək olar ki, sirkə bənzəyir. Müxtəlif ölkələr, şəhərlər, təyyarə, qatar, çemodan, otellər həyatımın bir parçası olub. Yalnız son bir ildə Las-Veqasda oturmağa başlamışam.
- Azərbaycana gəlmək istəyirsinizmi?
- Əlbəttə,
istəyirəm və gəlirəm də. Mən Azəbaycanda
doğulmağıma baxmayaraq, başqa ölkədə
böyümüşəm. Dünyanın çox
yerlərində olmuşam. Damarlarımda
azərbaycanlı qanı axır və böyük
sirkin balaca bir artisti kimi
ölkəmi hər yerdə təmsil edirəm. Bu məni çox sevindirir.
- Sizin "America"s Got Talent 2015"-ə çıxmağınız necə
baş verdi?
Bu verilişdə növbəti səhnəniz
nə vaxt olacaq?
- Mən çıxışımı "YouTube"da yerləşdirmişdim.
Videonun linkini onlara göndərdim. Və məni
bəyənib, yarışa
çağırdılar. Bu yaxınlarda növbbəti
çıxışım Nyu-Yorkda olacaq.
- Sizə bu verilişdən sonra hansısa təkliflər varmı?
- Əlbəttə,
təkliflər var. Amma
konkret təklif yoxdur. Bilirəm ki, verilişə
qatıldıqdan sonra
Azərbaycanda da tanındım. Azərbaycandan da təklif olsa, dəyərləndirərəm.
Qastrollara gəlib orada
sirk nömrələrimi
göstərmək, doğmalarımı
sevindirmək istərdim.
- Sizi indi Çarli Çaplin obrazı ilə tanıdılar. Gələcəkdə başqa obrazlarda
da səhnəyə çıxmağı düşünürsünüzmü?
- Demək olar ki, bu
sahə ilə məşğul olanı,
bütün həyatım
boyu Çarli Çaplin rolunda oynayıram. Əlbəttə, məni öz
kumirimlə müqayisə
etmək yaxşıdır
və buna çox şadam. Düzü, hər zaman özüm-özümü
oynamışam və
gələcəkdə isə
baxarıq"
- Azərbaycanda
hazırda Avropa Oyunları keçirilir. İzləyirsiniz"
- Avropa
Oyunlarının Azərbaycanda
keçirilməsi ilə
bağlı məlumatım
var. Bu, məni çox
sevindirir. Bu, ölkənin həyatında
çox böyük bir tarixi idman
hadisəsidir. Tarixə düşəcək
bir tədbirdir. Mən açılışında iştirak
etməsəm də, Oyunların bağlanış
mərasimində böyük
məmnuniyyətlə iştirak
edərdim.
- Bizə nə arzu edərdiniz?
- Yalnız doğma vətənim olan Azərbaycana və xalqıma ən yaxşı nə varsa, onu arzu edirəm.
İnkişaf tərəqqi, hər
şeyin ən yaxşısını arzulayıram.
Xoşbəxtlik, sağlamlıq və
çoxlu pul arzulayıram.
Ekspress.-2015.- 23 iyun.- S.23.