CASCFEN Kürdəmirdə müəllimlər
üçün seminar
keçirib
Orta
Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi
(CASCFEN) Azərbaycan Respublikası Prezidentinin yanında
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Şurasının maliyyə yardımıyla iyunun 22-də
Kürdəmirdə "Müəllimlər üçün
onlayn ifadə azadlığı mədəniyyəti" seminarı
keçirib. Kürdəmirdəki 3 saylı məktəbdə
baş tutmuş seminarda ümumilikdə 25 nəfər
iştirak edib.
Məktəbin direktoru Bayram Cəfərov
qonaqları salamlayaraq seminarın bölgə müəllimləri
üçün faydalı olacağını
vurğulayıb.
Daha sonra Kürdəmir rayon icra
hakimiyyəti başçısının müavini Vəsilə
Əsgərli də çıxış edərək CASCFEN
təmsilçilərinə, həmçinin seminar
iştirakçılarına öz xoş arzularını
çatdırıb. O, qeyd edib ki, Azərbaycan dövləti hər
sahədə olduğu kimi müəllimlərin təcrübə
və bacarıqlarının artırılması
üçün də şərait yaradır. "Təbii
ki, rayon icra hakimiyyəti də bu yöndə təşəbbüsləri
hər zaman dəstəkləyir", � deyə o bildirib.
Yaradılan şəraitə və dəstəyə görə Azərbaycan dövlətinə, həmçinin Kürdəmir icra hakimiyyətinə və 3 saylı məktəbə təşəkkürünü bildirən CASCFEN sədri Azər Həsrət deyib ki, yeni təşəbbüslərə verdiyi dəstəyə görə, məktəbin direktoru Bayram Cəfərov və layihənin rayondakı koordinatoru, eyni məktəbin coğrafiya müəllimi Xəyalə Veyisova qurumun diplomuyla təltif edilir.
Açılışdan sonra seminar öz işinə başlayıb.
Azər Həsrət iştirakçılara
ifadə azadlığına
təminat verən qanunlar haqqında danışaraq qeyd edib ki, Azərbaycan
dövləti həm beynəlxalq normalar, həm də milli qanunlar çərçivəsində hər cür azadlıqlara şərait
yaradıb.
"Azadlıqların
olması yaxşıdır.
Amma bu heç də
o demək deyil ki, biz məsuliyyətimizi
unutmalıyıq. Qanunlarımız azadlıqlara verdiyi təminatla bərabər onlardan sui-istifadə hallarına görə cəzalar da nəzərdə tutur.
Amma Azərbaycan dövləti
humanizm prinsiplərinə
söykənərək vətəndaş
özünüidarəsinə, insanlarımızın daha
anlayışlı olmasına
inandığından sərt
tədbirlərə əl
atmır. Ona görə də biz daha məsuliyyətli davranmalıyıq", deyə o bildirib.
Seminarın eksperti, CASCFEN Nəzarət-Təftiş
Komissiyasının sədri
Sevda Əsgərova netiketin 10 qızıl qaydası haqqında danışaraq iştirakçıların
həm də başqalarını bilgiləndirməsinin
vacibliyini vurğulayıb.
O, müəllimlərlə sual-cavab şəklində
müzakirə təşkil
edib.
Seminarın təşkilini iştirakçılardan
23-ü "əla", 2-si "yaxşı" qiymətləndirib.
Tədbirin sonunda iştirakçılara
CASCFEN-in sertifikatları verilib,
xatirə şəkli
çəkdirilib.
Nərgiz.
Ekspress.-2015.- 24 iyun.- S.5.