Əflatun Amaşov: Azərbaycan
mediası I Avropa Oyunlarını yüksək
səviyyədə işıqlandırır
"Azərbaycan mediası I Avropa Oyunlarını kifayət qədər yüksək səviyyədə işıqlandırmaqdadır. Belə böyükmiqyaslı hadisənin cəmiyyətə təqdim edilməsinin özü də yenilikdir. Çoxsaylı detalları nəzərə almaq zərurəti var. Bu mənada oyunlar mediamızın peşəkarlığını artırmaq baxımından da mühüm rol oynamaqdadır". Bunu APA-ya açıqlamasında Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.
Əflatun Amaşov bildirib ki, I Avropa Oyunları
jurnalistikanın ixtisaslaşması baxımından əhəmiyyətlidir:
"Oyunların proqramına daxil edilmiş idman növlərinin
bəzilərinin indiyədək cəmiyyətə təqdim
edilməsinə çox az
rast gəlinib. Buna
görə müəyyən problemlərin nəzərə
çarpması təbiidir".
Onun sözlərinə görə, digər tərəfdən, elə idman növləri də var ki, böyük hesabla Azərbaycan auditoriyası da onlarla ilk dəfədir tanış olur. MŞ sədri hesab edir ki, oyunlar həm sırf idman jurnalistikasında diferensiallaşmaya müsbət təsir göstərəcək, həm də idmanın daha da kütləviləşməsinə şərait yaradacaq.
Şura sədri qeyd edib ki, dünya mediasında başlıca mövzu I Avropa Oyunlarıdır: "Sadə Avropa insanının nəzərlərində biz kimik?! Zaman-zaman postsovet ölkəsi kimi tanınmışıq. Ümumən bu sahədə ciddi problemlərimiz olub və hələ də qalmaqdadır. Ancaq hesab edirəm ki, biz I Avropa Oyunları ilə qəlibləşmiş bir sıra mənfi stereotipləri sıradan çıxara bildik. Dünyaya öz varlığımızı geniş miqyasda təsdiqlədik. Burada mədəniyyətimizin, məişətimizin təbliği başlıca məqamdır".
Amaşov
hesab edir ki, məhz möhtəşəm
açılış mərasimindən sonra
I Avropa Oyunlarına maraq
daha da artdı. Dediyinə
görə, artıq dünya mediası həmin
mərasimdən yazır, oradakı ayrı-ayrı elementlərin
təhlilinə yer ayırır. "Demək
ki, başlıca mövzu
bizik. Digər tərəfdən,
oyunları işıqlandırmaq üçün
ölkəmizə gəlmiş çoxsaylı media nümayəndəsinə də səmərəli
fəaliyyət üçün hər cür imkan
yaradılıb. Bütün bunlar ölkəmizin təbliği
baxımından son dərəcə vacibdir", - deyə Əflatun Amaşov bildirib.
Ekspress.-2015.- 24 iyun.- S.5.