Deflyasiya sərfəli deyil

 

Manatın məzənnəsi dollara nəzərən ucuzlaşdıqdan sonra istehlak bazarında kəskin bahalaşma olacağı gözlənilirdi, amma aprel-may aylarında əks tendensiya özünü göstərdi.

   Martda istehlak mallarının qiymətləri və xidmət tarifləri fevralla müqayisədə 0,9% bahalaşmışdısa, apreldə əvvəlki ayla müqayisədə 0,2%, maydasa 0,6% ucuzlaşma oldu.

   Nəticədə ötən ilin müvafiq dövrləri ilə müqayisədə inflyasiyanın illik artımı zəiflədi. Bu ilin yanvar-mart ayları ərzində istehlak mallarının qiymətləri ilə xidmət tarifləri ötən ilin müvafiq dövrünə nisbətən 2,8% təşkil edirdisə, yanvar-aprel aylarında cəmi 0,3 bənd artaraq 3,1%, yanvar-may aylarında isə 3,4%-ə çatdı. Halbuki bir az yüksək gözlənilirdi.

   Beləliklə də, istehlak qiymətləri indeksi il başlayandan artmaq əvəzinə azalır. Düzdür, Mərkəzi Bankın (AMB) 2015-ci il üçün pul-kredit və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri haqda bəyanatında deyilirdi ki, 2015-ci ildə inflyasiya 2-3 % proqnozlaşdırılıb. Ancaq o zaman manatın ucuzlaşdırılacağı xəyal belə edilmirdi.

   Yeri gəlmişkən, Mərkəzi Bankın həmin bəyanatında deyilirdi ki, Bank pul siyasətində həm inflyasiya, həm də deflyasiya risklərinə çevik reaksiya verəcək və bunun xarakteri, miqyası inflyasiyaya təsir göstərən tələb ilə təklifdən asılı olacaq.

   Mərkəzi Bankın 21 fevral qərardan sonra isə 2015-ci ildə

   7,9% inflyasiya olacağı deyilirdi. Beynəlxalq Valyuta Fondu (BVF) "World Economic Outlook" hesabatında belə proqnoz vermişdi. BVF-nin 2016-cı il üçün inflyasiya proqnozu

   6,2%-dir. Fond əvvəlki hesabatda 2015 2016-cı illərdə

   Azərbaycanda inflyasiyanın müvafiq olaraq 2 3% təşkil edəcəyi proqnozlaşdırmışdı.

   21 fevraldan sonra hökumət proqnozunu dəyişdi. Bu il ərzində inflyasiyanın birrəqəmli səviyyəni aşmayacağı maksimum 9% təşkil edəcəyi deyildi. Üstəlik, I rübdəki tendensiya manatın ucuzlaşdırılmasının inflyasiyanı sürətləndirmək baxımından heç bir təsirə malik olmayacağını göstərdi. Odur ki, istehlak bazarında deflyasiya təzahürləri əvvəlki kimi qaldı hətta bir az da gücləndi.

   Manatın ucuzlaşmasına rəğmən deflyasiyanın bu qədər güclənməsi nədən irəli gəlir?

   Deflyasiyanı şərtləndirən başlıca cəhət Mərkəzi Bankın pul-kredit siyasətidir. Düzdür, bu məsələdə manatın ucuzlaşdırılmasından sonra İqtisadiyyat Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin istehlak bazarında sui-istifadə halları süni qiymət artımına qarşı nəzarəti gücləndirməsinin rolu oldu.

   Ölkənin istehlak bazarında qiymətlərin təşəkkül tapmasında xarici təsirlərin rolu böyükdür. Ona görə hökumət bahalaşmaya meylin qarşısını almaqdan ötrü həmişə səy göstərir bu sahədə nəzarət mexanizmini işlək vəziyyətdə saxlayır.

   Manat ucuzlaşdırıldıqdan sonra Mərkəzi Bank daha sərt tədbirlərə keçdi. Ölkəyə neftin qiyməti ilə bağlı xarici valyuta axınının zəifləməsi fonunda Mərkəzi Bank dövriyyədən artıq manat kütləsini yığışdırmağa başladı. Çünki inflyasiyanı nəzarətdə saxlamaq kəskin devalvasiyanın qarşını almaqdan ötrü başqa yol yox idi.

   Nəticədə ölkədə pul bazası, yəni, dövriyyədə olan nağd pul kütləsinin həcmi azalmağa başladı. Nağd pul kütləsi fevralın 1-nə 10 milyard 551,0 manat təşkil edirdisə, martın 1-nə 9 milyard 109,9 milyona, aprelin 1-nə 8 milyard 339,4 milyona, mayın 1-nə isə 7 milyard 418,6 milyon manata qədər endi.

   Mayda tendensiya dayandı. Lakin hazırda ölkədə kəskin manat qıtlığı var. dollara tələb səngiyib. İdxal olunan əsas növ malların qiymətləri isə demək olar ki, sabit qalıb.

   Yeri gəlmişkən, BVF-nin bu yaxında Azərbaycanda səfərdə olan missiyasının rəhbəri Raca Almarzoqi demişdi ki, bu il 8,5%-lik qiymət artımı gözlənilir. Gələn il isə inflyasiyanın 6,6% olacağı proqnozlaşdırılır. "Biz inflyasiyanın iki rəqəmli olacağını düşünürdük. Amma devalvasiya səbəbindən tələb azaldı, iqtisadiyyata kredit qoyuluşunda azalma müşahidə edildi. Manatın devalvasiyası elan edildikdən sonra dövlət tərəfindən müvafiq tədbirlərin görülməsi kəskin qiymət artımının qarşısını aldı", - deyə BVF nümayəndəsi bildirmişdi.

   Odur ki, real olaraq bir tələb yaranıb: ölkədə inflyasiya bir qədər buraxılsa, yaxşıdır. Yəni, tələb olunan iqtisadi artıma nail olmaq, ölkəmizdən ixracı təşviq etmək baxımından deflyasiyanın güclənməsinin nəinki qarşısı alınmalı, dərhal dayandırılmalıdır.

   Dövlət başçısı da I rübün sosial-iqtisadi yekunları ilə bağlı aprelin 10-da keçirilən iclasında qeyd etmişdi ki, inflyasiyanın aşağı səviyyədə olması insanların yaşayış səviyyəsinə müsbət təsir göstərsə , inkişafı əngəlləyir. Ona görə düzgün balans seçilməlidir.

 

Heydərov, Pərviz.

Ekspress.-2015.- 24 iyun.- S.6.