Əcnəbi könüllülər
Bakıya heyran qalıb
"İlk Avropa Oyunlarının Bakıda keçirilməsi
Azərbaycanın beynəlxalq
aləmdə tanınmasında
böyük rol oynadı"
Etiraf etmək lazımdı ki, Azərbaycanda keçirilən Avropa oyunlarının yüksək səviyyədə keçirilməsində könüllülərin rolu əvəzedilməzdi. Ölkəmiz tarixində ilk dəfə belə bir yarışa ev sahibliyi etdiyindən, bu sahədə bir qisim təcrübəli könüllüyə ehtiyac var idi. Odu ki, oyunlar başlamazdan bir neçə gün öncə daha əvvəl Avropadan 600-ə yaxın könüllü Azərbaycana gəldi.
Oyunlarla bağlı Media Kəndində olarkən, burada çalışan bir neçə əcnəbi könüllü ilə tanış oldum. Onların buradakı fəaliyyətləri və ölkəmiz haqqında təəssüratlarını bölüşmək üçün gün təyin edib, həmin könüllülərlə görüşüb, Həm paytaxtımızı bir az gəzdik, həm də söhbətləşdik.
Yekaterina Yefremova,
Dimitri Danilov, Cemma Kavaliyer və Franseska Sposaro ilə apardığımız həmin
söhbəti təqdim
edirik.
- Özünüz
haqda qısa məlumat verərdiniz və bilmək istərdim ki, bu sizin bu
cür böyük idman tədbirində ilk işinizdi, yoxsa yox?
Yekaterina Efremova: Mən Rusiyada doğulmuşam. Lakin Çexiyada yaşayıram,
tələbəyəm. Daha əvvəllər başqa
layihələrdə könüllü
kimi iştirak etsəm də, bu cür böyük
idman yarışında
ilk dəfədi ki yer alıram.
Dimitri Danilov: Tələbəyəm,
Moskvada yaşayıram.
Daha əvvəl Soçi Olimpiadasında könüllü
olaraq çalışmışam.
Buna görə də, bura gəlmək
mənim üçün
çətin olmadı.
Üstəlik Azərbaycanda bir
çox insanın rus dilini bilməsi
mənim üçün
əlavə üstünlük
idi.
Cemma Kavaliyer: Mənim 24 yaşım var, İtaliyadan gələn könüllülərdənəm. Daha əvvəl Romada mədəniyyətlə bağlı
bir tədbirdə könüllü kimi iştirak etmişəm.
Françeska Sposaro: 29 yaşım var, İtaliya paytaxtından bura könüllü olaraq gəlmişəm. Bu mənim ölkə xaricində ilk könüllü
fəaliyyətimdi.
- Avropa
Oyunlarının açılışı
sizdə hansı təəssüratı oyatdı?
Dimitri: Açılış tədbiri
həm də mənim gözlərimi açdı. Çünki
əvvəllər Azərbaycan
haqqında çox az məlumata
sahib idim. Açılış inanılmaz oldu.
Bakı çox varlı şəhərdi. Çox zəngin
mədəniyyətiniz var. Azərbaycan xaricdə neft ölkəsi kimi tanınır. Buna görə də
odlar yurdu adlanması çox düzgün seçimdi.
Burda olmaqdan məmnunam.
Cemma: Açılışda xoreoqrafiya
mükəmməl qurulmuşdu.
Azərbaycanın tarixi və
mədəniyyəti əla
nümayiş olundu.
Özünəməxsus rəqslər və
tarixinizin nümayişi
çox xoşumuza gəldi. Nizami Gəncəvi kimi
böyük bir şairinizin olmasını
bu açılışda
öyrəndim. Onun haqqında
araşdırdım. İtaliyada da
açılışı canlı izlədilər və insanlar Azərbaycan haqqında çox şey öyrəndi.
- Sizcə, idmançılar, turistlər,
jurnalistlər və təşkilatçılar arasında
əlaqənin qurulmasında
könüllülərin rolu
nə dərəcədədi?
Yekaterina: Bizim burda əsas
rolumuz ümumi atmosferi yüksək səviyyədə saxlamaqdı.
Lakin bəzi hallarda bizim rolumuz az
deyildi. Məsələn, əcnəbi könüllülər
xarici ölkələrdən
gələn və ingiliscə bilməyən
bir şəxslə bir jurnalist və
ya atlet arasında əlaqə yaratmaqda köməklik edə bilir. Biz gələn turistlərə
yolu göstərməkdə
və s. yardımçı
oluruq.
Françeska: Deməzdim ki, idmançılarla əlaqənin
qurulmasında mən çox kömək etdim. Çünki bizə atletlərin
olduğu bölgələrə
girmək qadağandı.
Əsasən, yerli əhali
ilə dialoqlarımız
olur və biz onlara Avropa barədə
çoxlu məlumatlar
verdik.
- Bu Azərbaycana
ilk gəlişinizdimi? Ölkəmiz haqda təəssüratlarınız
necədi?
Yekaterina: Bu mənim Azərbaycana ilk gəlişimdi. Buna görə çox xoşbəxtəm. Bakı hazırda
çox məşhur
və əsl turizm şəhəridi.
Lakin Avropa Oyunları olmasaydı, belə yaxın müddətdə
Bakıya səfər
edəcəyimi düşünmürdüm.
Ona görə də Avropa Oyunlarının Bakıda keçirilməsini
yaxşı addım hesab edirəm.
Dimitri: Mən də ilk dəfədi Azərbaycandayam.
Maraqlı və sevindirici
bir haldı ki, ilk Avropa Oyunları sırf hansısa Avropa ölkəsində yox, Azərbaycanda keçirilir.
Rusiyada çoxlu azərbaycanlı
əhali yaşayır.
Lakin buna baxmayaraq, biz bilmirdik ki, Bakı
bu qədər turizm üçün yararlı şəhərdi.
Burada öyrəndim ki, siz çox gözəl təşkilatçısız
və Bakı əhalisi yüksək intellektə sahib insanlardı.
Cemma: Mən birinci dəfədi Bakıdayam. İlk Avropa oyunlarının Bakıda keçiriləcəyini
gözləmirdim. İtaliya və
Azərbaycan arasında
əlaqə çox genişdi. Hətta biz Bakının mərkəzində bir neçə italyan restoranı da gördük. Bakı müasir
şəhər olmasına
baxmayaraq, eyni zamanda tarixliyini də qoruyub. Əminəm
ki, qısa müddət sonra Bakı bütün dünyada tanınacaq.
Françeska: Mən də ilk dəfədi ki, Bakıdayam. İlk Avropa Oyunlarının
Bakıda keçirilməsi
Azərbaycanın beynəlxalq
aləmdə tanınmasında
böyük rol oynadı. Burada olduğum müddətcə,
Bakını çox
gəzə bilməsəm
də, bacardığım
qədər çox yerlərə getməyə
çalışıram. Yerli əhali ilə danışıram. İnsanlar çox
dostcanlıdılar. Onlar hər
zaman hazırdı ki, bizə hara
getməli olduğumuzu
desinlər, köməklik
göstərsinlər. İçərişəhər xüsusilə xoşuma
gəldi.
- Ölkənizə qayıtdıqdan
sonra Azərbaycan haqqında oradakı insanlara nə danışacaqsız? Gələcəkdə turist kimi yenidən
Azərbaycana gəlmək
istəyərdiniz mi?
Yekaterina: Mən Bakıya gələndə, anam əvvəlcə mənə
etiraz etdi ki, bunun mənası
nədi? Lakin mən qayıtdıqdan
sonra ona Bakı haqda danışacam və bu iradının düzgün olmadığını
biləcək. Çexiyada danışacam
ki, Bakıda müasir binalar, yeni və gözəl
tikililər inşa olunur. Eyni zamanda insanların
bizə olan diqqətinə görə
şadam. Çünki daim bizə gülərüzlə davranırlar.
Mən mütləq bura bir dəfə öz ailəmlə gəlməyi düşünürəm.
Çünki Bakının bir
daha necə dəyişdiyini görmək
istəyirəm.
Dimitri: Mən öz yaxınlarıma Bakıdakı
əhalinin səmimi davranışı və Xəzər dənizinin gözəlliyi haqqında
danışacam. Çalışacam ki, onların Azərbaycan haqqındakı
təəssüratlarını dəyişim. Çünki Bakı əsl gəzməli şəhərdi.
Bura çox təhlükəsiz
ölkədi. Dostlarıma
deyəcəm ki, burada çoxlu mədəni abidələr
var. Qarşıdakı 5 il ərzində mütləq Bakıya səfər edəcəm.
Və növbəti gəlişimdə
indikindən də nəhəng binalar və lüks maşınlar görəcəyimi
düşünürəm.
Cemma: Mən ailəmlə hazırda danışıram.
Onlar məndən Bakı haqda soruşur və bildirirəm ki, bura çox
təhlükəsiz və
təmiz şəhərdi.
Ailəm
açılışa televizordan
baxmışdı. Artıq onların
da bu ölkəyə
marağı yaranıb.
Xüsusilə məndən tarixiniz
haqda soruşurlar.
Yaxın
gələcəkdə başqa
bir layihə ilə bağlı Azərbaycana gələcəm.
Çünki şəhərdəki dəyişiklikləri öz
gözlərimlə görmək
istəyirəm. Və həmin
vaxt mütləq turist kimi ölkənin
regionlarına da getməyi düşünürəm.
Çünki indi bizim gəzmək üçün
elə də çox vaxtımız olmur.
Françeska: Onlara deyəcəm ki, nə vaxt
Bakıya getsəz, rahatca gəzə bilərsiz. Çünki şəhərdə təhlükəsizlik ən
yüksək səviyyədə
təmin olunub. Tarixi yerləri və təbiəti gözəldi.
Mən də dostlarımla eyni fikirdəyəm.
Bakıdakı dəyişiklikləri görmək istəyirəm.
Gecələr bütün işıqlar
yananda bu şəhər möhtəşəm
görünür. Növbəti səfərim zamanı yenə də İçərişəhərdə olmağı düşünürəm.
Çünki bu tarixi yeri gəzməyə doymaq olmur.
AMİN
Ekspress.-2015.- 24 iyun.-
S. 18.