Voleybol yığmamız yarımfinalda

 

İyunun 12-də Bakıda start götürən 1-ci Avropa Oyunlarının həyəcanı davam edir. 16-sı Olimpiya növü olmaqla 20 idman növü üzrə keçirilən və 6000 idmançının 523 dəst medal uğrunda mübarizə apardığı bu mötəbər yarışın 17 günündən artıq 12-si geridə qalıb. Dünənə təsadüf edən 12-ci gündə Oyunlara ev sahibliyi edən Azərbaycan 6 idman növündə iştirak edib ki, bu növlərə də qılıncoynatma (sablyaşpaqa), üzgüçülük, boks, badminton, 3X3 basketbolu (kişi və qadınlar) və voleybol (qadınlar, 1/4 final) daxildi.

   Boks

   "Bakı Kristal Holl"da təşkil edilən bu yarışda 1/4 final mərhələsinin döyüşləri keçirilib. Həmin gün 2-si qadın olmaqla 6 boksçumuz - kişilərdən Albert Səlimov (60 kq), Lorenso Sotomayor (64 kq), Pərviz Bağırov (69 kq), Abdulqadir Abdullayev (91 kq), qadınlardansa Anna Əlimərdanovayla (54 kq) Avropa çempionu, DÇ finalçısı Yelena Vıstrpova (64 kq) rinq döyüşünə çıxaraq, yarımfinala çıxmağa və ən azından Bakı-2015-in bürünc medalını özünə təmin etməyə çalışıb.

   60 kq. Bu çəki dərəcəsində çıxış edən və 1/8 finalda Gürcüstanı təmsil edən erməni əsilli Otar Eranosyanı məğlub edən Albert Səlimov dünən baş tutan yarımfinalda bolqarıstanlı Dmitri Elianla qarşılaşıb və onu məğlub edib 3:0.

   64 kq. Oyunların 1/16 və 1/8 final mərhələsində müvafiq olaraq, Edin Seydinoviç (Sloveniya) və Dmitri Qalaqotu (Bolqarıstan) məğlubiyyətə uğradan kuba əsilli boksçumuz Lorenso Sotomayor ən azından bürünc medala özünə təmin etmək istəyi ilə Daniel Nikuleskuyla (Rumıniya) yumruq döyüşünə çıxıbonu udub 3:0.

   69 kq. Bu çəki dərəcəsində rinqə çıxan və 1/8 finalda belaruslu Vasili Belusu udan Azərbaycan boksçusu Pərviz Bağırov yarımfinala çıxmaq üçün Almaniya təmsilçisi Abass Baraunu sınağa çəkib və qalib gəlib 3:0.

   91 kq. Bəlli çəkidə çıxış edən və ilk döyüşünü uğurla başa vuran Abdulqadir Abdullayev bu dəfə fransalı boksçu Pol Bionqolo Ombaniylə döyüşə çıxıb və 3:0 hesablı təmiz qələbə qazanıb.

   Qadınlar

   54 kq. Qadın boksçularımızdan olan Anna Əlimərdanova daha çətin və güclü rəqiblə rinqə çıxıb. Onun rəqibi hazırki dünya çempionu Stanimira Petrova (Bolqarıstan) olub. Buna baxmayaraq, boksçumuz rəqibinə 3:0 hesabıyla qalib gəlib. Bu qələbədən sonra Anna adını yarımfinala yazdırmaqla, Oyunların bürünc medalını özünə təmin edib. Bəlli görüşdən sonra Anna Əlimərdanova əldə etdiyi qələbə ilə bağlı deyib: "Rəqibim Petrova dünyaAvropa çempionudu. Mən ilk növbədə ona görə sevindim ki, yarımfinala çıxmaqla ən azından bürünc medala sahib oldum. Demək olar ki, mən qarşıma qoyulan minimum vəzifəni yerinə yetirdim. Mən hər döyüşə özünəməxsus tərzdə yanaşıram. 1/2 finalda isə rusiyalı Yelena Savelyeva ilə qarşılaşacam. Mən onunla əvvəllərdə qarşılaşmışam. Döyüşümüz bərabər səviyyədə keçsə də hakimlər qələbəni ona veriblər. Mən indi qələbəyə köklənmişəm. Ümid edirəm ki, Allahın köməkliyi ilə qarşıdakı döyüş də mənim qələbəmlə başa çatacaq".

   Bu arada Annanın rəqibi Petrova da fikir söyləməkdən vaz keçməyib. O, Annanı cəld və ağıllı boksçu kimi dəyərləndirib: "Bu mənim qalib gələ biləcəyim bərabər səviyyəli bir döyüş idi. Sadəcə rəqibə qarşı döyüş çox çətin idi. O, çox cəld və ağıllı bir boksçudu".

   64 kq. Bu çəki dərəcəsində ölkəmizi beynəlxalq arenalarda layiqincə və uğurla təmsil edən qitə çempionumuz Yelena Vıstropova 1/4 final döyüşünü Böyük Britaniya təmsilçisi Rayan Sandiyə qarşı keçirib. Ancaq qələbə gözlədiyimiz idmançımız azarkeşləri məyus edib.

   Xatırladaq ki, bu döyüşlərdən bir gün öncə isə 5 boksçumuz 1/4 final mərhələsində rinq döyüşünə çıxmışdı ki, onlardan da 4-ü - Elvin Məmişzadə (52 kq), Tayfur Əliyev (56 kq), Teymur Məmmədov (81 kq) və ikiqat dünyaAvropa çempionu adını daşıyan Məhəmmədrəsul Məcidov (+91 kq) mərhələ döyüşünü qələbə ilə başa vuraraq, adını yarımfinalçılar sırasına yazdırmaqla yanaşı, həm də Bakı-2015-in bürünc medalını özünə təmin edib.

   Təəssüflər olsun ki, həmin gün rinqə çıxan Avropa çempionumuz Salman Əlizadə (49 kq) məğlubiyyətlə üzləşərək çıxışını medalın bir addımlığında başa vurub.

   Badminton (kişilərin şəxsi və qoşa yarışı)

   Dünən Bakı İdman Sarayında badminton üzrə kişilər arasında şəxsi və qoşa yarışların qrup mərhələsində ikinci turun görüşləri keçirilib.

   Şəxsi yarışların B qrupunda mübarizə aparanilk turda məğlubiyyətlə üzləşən Kamran Rzayev bu dəfə Malta təmsilçisi Samuel Kali ilə qarşılaşıb. İlk turda İsrail təmsilçisinə uduzan Rzayev bu dəfə görüşü qələbəylə başa vurub - 2:0 (21:16, 21:12).

   Kamran Rzayev/Orxan Qələndərli dueti isə ikinci turda Bastian Kersodi/Qaetan Mittelheyser cütlüyünə qarşı oynayıb. Görüş günün ikinci sessiyasında baş tutub və təmsilçilirəmiz məğlub olub.

   3X3 basketbolu

   Dünən Basketbol Arenasında 3X3 basketbolu üzrə kişi və qadınlar arasında yarışların qrup mərhələsinə start verilib. Qeyd edək ki, 16 kişieyni sayda qadın yığması 4 qrupda mübarizəyə başlayıb. Heyəti Amil Həmzəyev, Orxan Aydın Hacıyev, Rolandas Aliyevas, Moses Marial Obriandan ibarət olan kişi yığmamız D qrupunda Çexiya, Andorra və İsveçrə ilə mübarizəyə qatılıb və dünən Çexiya və İsveçrəyə qarşı 2 oyun keçirib.

   A qrupunda yer alan və heyəti Tatyana Deniskina, Hayes Renara Tiffani, Henri Anna-KayDiana Ulyanovadan ibarət olan qadın yığmamız isə Yunanıstan, İsveçrə və Hollandiya ilə mübarizəyə qatılıb. Qadın yığmamız isə dünən yalnız İsveçrəyə qarşı görüş keçirib və 15:11 uduzub.

   Voleybol

   Dünən "Bakı Kristal Holl"da qadın voleybolçulardan ibarət yığmalar arasında 1/4 final mərhələnin oyunları keçirilib. Qrup mərhələsini kinci yerdə başa vuran və turnirə ev sahibliyi edən Azərbaycan yığması bu mərhələdə Hollandiya millisi ilə qarşılaşıb. Millimiz asan qələbə qazanıb 3:0.

   Dünən bu mərhələdə keçirilən daha üç görüşdə isə aşağıdakı cütlər qarşılaşıb: Polşa - Almaniya 3:2, Türkiyə - Rusiya 3:1, Belçika - Serbiya.

   Bir məqamı da qeyd edək ki, Belçika - Serbiya matçının qalibi 1/2 finalda Azərbaycan - Hollandiya qarşılaşmasının qalibiylə üzləşəcək.

   Yeri gəlmişkən, kişilərdən ibarət yığmamız isə srağagün qrup mərhələsində son matçını Türkiyəyə qarşı keçirib. Əvvəlki 4 görüşün hamısında məğlubiyyətlə üzləşən və baş məşqçisi türkiyəli mütəxəssis Bülənt Karslıoğlu olan Azərbaycan yığması qrup mərhələsinin son matçında isə 2:3 (18:25, 17:25, 25:22, 25:21, 18:20) hesabla uduzub və mübarizəni sonuncu (6-cı) pillədə başa vurmaqla turnirlə vidalaşıb.

   Maraqlıdı ki, 135 dəqiqə (2 saat 15 dəqiqə) davam edən Azərbaycan - Türkiyə matçı vaxt baxımından turnirin ən uzun davam edən matçı olub.

   Qrupda ilk 4 yeri tutan komandalar isə mübarizəni 1/4 finaldan davam etdirmək imkanı əldə ediblər. Azərbaycanın kişi yığmasının yer aldığı qrupda yekun turnir cədvəli belə olub: 1. Polşa - 12, 2. Fransa - 12, 3. Türkiyə - 9, 4. Serbiya - 8, 5. Finlandiya - 2, 6. Azərbaycan - 2.

   Qılıncoynatma (şpaqa qadınlar, sablya kişilər):

   Dünən 1-ci Avropa Oyunlarının proqramına daxil olan qılıncoynatma yarışlarına da start verilib. 35 qadın şpaqaçı 5, 36 kişi sablyaçı isə 6 qrupda mübarizəyə qatılıb. Azərbaycan hər iki yarışda 4 idmançıyla təmsil olunub. Qadınların şəxsi şpaqa yarışında təmsilçilərimizdən Elmira Xudaverdiyeva A, Samirə Hüseynova B, Məryəm Məlikova C, Nübar Məlikovasa E qrupunda yer alıb. Təəssüflər olsun ki, 4 təmsilçimizdən heç biri qrup mərhələsini aşa bilməyib. 4 təmsilçimiz hərəsi 6 görüş keçirməklə üst-üstə 24 görüşdə iştirak ediblər və hamısını da uduzublar.

   Sablyaçı kişilərimizə gəlincə, Azər Tağıyev A, Abdulla Həsənov D, Cavanşir Səfərov E, Cavanşir Ağakişiyevsə F qrupunda mübarizə aparıb. Təəssüflər olsun ki, şpaqaçılarımız da fiaskoya uğrayıblar. Onların arasında yalnız Azər Tağıyev qrup mərhələsini aşıb ki, o da 1/16 finalda üzləşdiyi rumıniyalı Tiberiu Dolniçeylə bacarmayıb - 5:15.

   Üzgüçülük

   Su İdmanı Bazasında keçirilən bu yarışda ölkəmizi 9 idmançı təmsil edib ki, bu "doqquzluqda" da Ayhan Murad, Kamran Cəfərov, İvan Andrianov, Qriqori Kalimanski, Dorian Fazekas, Anton Jelyatkov, Yuliya Sensyuk, Anna MançenkovaAlsu Bayramova təmsil edib. Adıçəkilən idmançılarımız müxtəlif üsullarla müxtəlif məsafələrə olan yarışlarda iştirak ediblər. Qeyd edək ki, günün birinci sessiyasında 9 təmsilçimizdən 8-i mübarizəyə qatılıb ki, onların da 7-si mübarizəni elə ilkin mərhələdəcə dayandırıblar.

   Yalnız Artyom Jelyatkov batterflyay üsulla 200 metr məsafəni 2 dəqiqə 19,38 saniyəyə qət etməklə yarımfinal mərhələyə adlayıb və günün ikinci sessiyasında bu mərhələdə mübarizəni davam etdirib.

   Lakin ondan başqa qalan 7 iştirakçımız isə çıxışını elə ilkin mərhələdəcə başa vurub.

   Kişilərin yarışında Kamran Cəfərov 50 m batterflyay, 27,17 saniyə nəticəylə 60-cı olub və yarımfinaldan kənarda qalıb;

   Murad Ayxan eyni məsafəni eyni üsulla 28,75 saniyəyə qət etməklə 61-ci pilləni tutmaqla yarımfinala qatıla bilməyib; Qriqori Kalinski sərbəst üsulla 100 metr məsafəni 59,79 saniyəyə qət etməklə 45-ci yeri tutub və yarımfinala qatılmayıb; Qadınlar arasında Alina Mançenkova sərbəst üsulla 100 metr məsafəni 1.03,15 dəqiqəyə qət edib və 63-cü olub; Alsu Bayramova batterflyay üsulla 200 metr məsafəni 2 dəqiqə 24,36 saniyəyə qət etməklə 22-ci yeri tutub; Yuliya Stisyuk isə arxası üstə 200 metr məsafəni 2.30.06 nəticəylə başa vurub və 33-cü olub.

   Kişilərin 4X100 metr məsafəyə estafet yarışında iştirak edən və heyəti İvan Adrianov - Dorian Fazekaş - Kamran Cəfərov - Qriqori Kalinskidən ibarət Azərbayan komandası 3.37.06 nəticəylə 14-cü olubbununla da yarımfinaldan kənarda qalıb.

 

   İNTİQAM

   Ekspress.-2015.- 24 iyun.- S. 20.