Diktatorların futbol sevgisi

 

Diktatorlar. Bu sözü deyəndə ağlımıza nə gəlir? Zalım, əlini milyonlarla insanın qanına bulamış despotlar. Amma onlar həm idmana futbola böyük həvəsləri ilə seçiliblər.

 

   Bəziləri üçün idman ehtiras, bəzilərinə üçün isə "təbliğat maşını" olub. Axı diktatorlar idmandan özlərinin ölkələrinin reklamı üçün istifadə edə bilirdilər. Təbii ki, onların futbol sevgisi adi insanlarınkı kimi stadiona gedib, komandalarına dəstək verməkdən ibarət olmayıb, sevimliləri qələbələri sıralasın deyə, hər cür çirkinliyə əl atanlar da olub.

   Məşhur inqilabçı Çe Qevera futbolu "dünyanın ən güclü silahı" hesab edirdi. Bəs futbol həqiqətənmi tarixin ən qəddar despotlarını da təsirləndirəcək gücdədi? Heç bir pula, qadına, dünyəvi duyğuya təslim olmayan tiranlar futbol önündə əyildilər. Futbol onları yaxşı biri edə bilərdimi? Təbii ki, yox. Amma futbol onların qaranlıq dünyasında şam rolunu oynaya biləcək gücdədi. Sizə XX əsrin ən tanınmış qanlı 2 diktatoru - Adolf Hitler İosif Stalinin idmana marağından bəhs edəcəyik.

   Adolf Hitler

   Fürerin "Şalke"yə rəğbət bəsləməsi uzun illərdir suallar yaradır. 2008-ci ildə "The Times" qəzetində dərc olunan "Ən pis azarkeşlər" məqaləsi böyük söz-söhbətə səbəb olmuşdu. Mənbənin bildirdiyinə görə, helzenkirxenlilərin 1933-1945-ci illər aralığında 6 dəfə Almaniya çempionu olmasında Hitlerin müstəsna rolu olub.

   Klubun 1933-1939-cu 1939-40-cı illərdə müvafiq olaraq prezident vəzifəsini icra edən Frintz Unkel Henrix Tsxenher Alman Nasional Sosialist Fəhlə Partiyasının (NSDAP)-ın fəal üzvlərindən idi. Həmin vaxt adamı, zəngin tanınmış birinin həm nasist olması mütləq idi. "Şalke"nin prezidentləri bu yolu tutmuşdu. Nasistlərin təşkil etdiyi "Qauliqa Vestfalen" turnirindəki çempionluqlar da hər şeyi açıq-aydın göstərirdi. Bəs yaxşı niyə "Şalke"? Həmin vaxt Almaniyanın əsas klubu "Bavariya" idi "təbliğat maşını" kimi ondan istifadə etmək daha sərfəli idi. Həmçinin, fürerin Münhenlə bağlı zəngin xatirələri vardı.

   Kiçik bir detal: "Bavariya"nın o dövrdəki prezidenti yəhudi idi! Lakin iddialar hazırkı klub rəhbərliyi tərəfindən cidd-cəhdlə təkzib olunur. Belə ki, komanda rəsmiləri Hitlerin heç vaxt futbol fanatı olmadığını, izlədiyi yeganə görüşün 1936-cı ildə təşkil edilmiş Berlin Olimpiadasının final qarşılaşması (Almaniya - Norveç) olduğunu bildirir.

   Hitler 1938-ci ildə bir güllə atmadan Avstriyanı işğal etdikdən sonra bu ölkənin klubları rəsmi futbol federasiyası Almaniyanın tərkibinə daxil oldu. Avstriya işğaldan öncə özünəməxsus futbol mədəniyyətinə sahib idi. Xüsusən Vyana klubları ölkə futbolunun lokomotivi hesab olunurdu. Sürətli futbolun ixtiraçısı deyə biləcəyimiz Avstriya 1930-cu illərdə futbolun önəmli güclərindən idi. 1934-cü ildə təşkil olunuş Dünya Çempionatına favorit kimi gedən Avstriyanın heyətində Mattias Sindelar, Valter Naus, Karl Sesta, Frans Binder kimi futbolçular var idi.

   "Futbolun Mosartı" hesab olunan Sindelar tarixdə 1000-dən çox qol vuran 4 nəfərdən biri olan Frans Binder təkbaşına bir komandanı uda bilərdilər. Alman klublarına açıq şəkildə dəstək verilsə , 1938-ci ildə "Rapid" (Vyana), 1943-cü ildə isə "First Vyana" Almaniya kubokunu başı üzərinə qaldırır. Həmin dövrdə Avstriya klublarının ən böyük nailiyyəti "Rapid"in 1941-ci ildə Almaniya çempionu olması idi. Finaldakı rəqib isə qarşısına keçəni darmadağın edən "Şalke" idi.

   Həmin vaxt Almaniya çempionatı "nokaut" sistemi ilə keçirilirdi. Final 22 iyun 1941-ci ildə baş tutdu. Elə həmin gün SSRİ- müharibə elan edən NSDAP üçün "Şalke"nin qələbəsi hava-su kimi vacib idi. Görüş yeri kimi Berlin Olimpiadasının da keçirildiyi stadion seçilmişdi. Oyuna 90 min bilet satılmış, bir çox məşhur nasist qonaq qismində dəvət olunmuşdu. Helzenkirxenlilər oyuna çox sürətli başlamışdı. 62-ci dəqiqədə hesab artıq 3:0 "Şalke"nin xeyrinə idi. o an inanılmaz şeylər baş verdi: 28 dəqiqə ərzində vyanalılar 4 qol vuraraq çempion oldular! Bu təkcə "Şalke"nin yox, həm nasizm Hitlerin ilk məğlubiyyəti idi. O möhtəşəm "come back"-in memarı Farns Binder isə hələ "Rapid" azarkeşləri üçün qəhrəmandı...

   , az qala unutmuşduq, Berlin Olimpiadası həm fürerin dünyaya güc nümayişi idi. Hətta rəsmi parad zamanı Əfqanıstan, Türkiyə, Bermuda, Bolqarıstan, Boliviya, Fransa, Yunanıstan İslandiya təmsilçiləri diktatora nasist salamı vermişdilər. II Dünya müharibəsi səbəbindən 1940 1944-cü illərdə Olimpiya oyunlarının, 1942 1946-cı illərdə isə Dünya çempionatının təşkil olunmadığını da qeyd edək.

 

  ardı var

  

AMİN

Ekspress.-2015.- 23 iyun.- S. 21.