Əlil qadınlar hansı problemlərlə üzləşirlər?

 

Qaçqın məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması

Azərbaycan Respublikası prezidentinin 2006-cı il 28 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı"nda (MFP) digər hüquqlarla yanaşı, qadın hüquqlarının da müdafiəsi öz əksini tapıb.

   Nazirlər Kabinetinin 25 yanvar 2007-ci il tarixli qərarı ilə "Demokratik cəmiyyətdə gündəlik zorakılıqla mübarizə üzrə Respublika Kompleks Proqramı" təsdiq edilib. Bütüb bunların nəticəsidir ki, Milli Məclis 22 iyun 2010-cu il tarixdə "Məişət zorakılığının qarşısının alınması haqqında" Qanun qəbul edib. Bəhs etdiyimiz qanun zərər çəkmiş şəxslərin sosial müdafiəsi, hüquqi yardımla təmin edilməsi, eyni zamanda ona səbəb olan halların aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirləri müəyyən edir və tənzimləyir.

   Əlilliyi olan qadınların hüquq və azadlıqlarının təmin edilməsinə gəlincə, qeyd edək ki, ölkəmizdə əlil qız və qadınların sayı çoxluq təşkil edirbu qadınların əsas problemlərindən biri də məşğulluq problemidir. Ölkə qanunvericiliyinə əsasən hər bir müəssisədə yerlərinin 4 faizi fiziki qüsurlu insanlar üçün ayrılmalıdır. Çox təəssüf ki, sahibkarlığın inkişaf etdiyi bir dövrdə saysız yerlərinin açılmasına baxmayaraq, hələ də əlil insanların çalışmaq imkanları getdikcə azalmağa doğru gedir.

   Ekspertlərin fikrincə, fiziki qüsurlu insanların iri şəhərlərdə sərbəst hərəkət etməsi üçün uyğun şəraitin yaradılmaması onların cəmiyyətə inteqrasiyasını çətinləşdirir. Problemli məqamlardan biriodur ki, hazırda ölkəmizdə tikilən yeni məktəblərdə əlil insanlar üçün xüsusi keçidlər yoxdur. Qapıların ensiz olması səbəbindən əlil arabalarının keçə bilməsi üçün şərait yaradılmayıb.

   Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun dediyinə görə, əlilliyi olan qadınların, sağlamlıq imkanları məhdud uşaqların hüquq və azadlıqlarının təmin edilməsi vacibdir: "Ölkəmizdə əlilliyi olan şəxslərin ümumi sayının 44,4 faizini qadınlar təşkil edir. Azərbaycan qanunvericiliyində cinsi bərabərlik, qadın hüquqlarının qorunması tam olaraq əksini tapıb. Belə ki, 2006-cı ildə "Gender (kişi və qadın) bərabərliyinin təminatları haqqında" qanun qəbul edilmiş, Nazirlər Kabinetinin 25 yanvar 2007-ci il tarixli qərarı ilə "Demokratik cəmiyyətdə gündəlik zorakılıqla mübarizə üzrə Respublika Kompleks Proqramı" təsdiq edilib. 2010-cu ildə isə "Məişət zorakılığının qarşısının alınması haqqında" qanun qəbul olunub. Bu normativ hüquqi aktlarda qadın hüquqlarının təmin olunması ilə bağlı müddəalar, təbii ki, əlilliyi olan qadınlara da şamil olunurburada hər hansı ayrı-seçkilik yoxdur. Həmçinin Azərbaycan prezidentinin 27 dekabr 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nda əlilliyi olan qadınların hüquq və azadlıqlarının müdafiəsi tədbirləri mühüm yer tutur. Proqramda əlilliyi olan qadınların məşğulluğunun təmin edilməsi üçün ixtisaslaşdırılmış yerlərinin yaradılmasına dair təşəbbüslərin dəstəklənməsi, onların uyğun peşələrə yiyələnmələri üçün müvafiq peşə hazırlığı kurslarının təşkil olunması nəzərdə tutulub".

   "Əlil Qadınlar" Cəmiyyətinin sədri Məhluqə Rəhimovanın fikrincə, əlillik cəmiyyəti narahat edən məsələlərdən biri olmalıdır: "Fiziki qüsurlu insanlara yazıq, bacarıqsız, köməksiz kimi baxmaq lazım deyil, yeri gələrsə, onlara kömək etmək lazımdır. Biz fiziki cəhətdən qüsurlu olan qadınların hamı kimi cəmiyyətdə bərabər imkanlardan istifadə etmələrini istəyirik. Çalışmalıyıq ki, onlar da özlərini digər normal insanlar kimi hiss etsinlər" deyən M.Rəhimova hesab edir ki, bunun üçünsə psixoloji yardım mərkəzlərinin yaradılmasına ehtiyac var. Cəmiyyət sədrinə görə, bu, əlil insanların qapalı bir vəziyyətdən çıxmlarına yardım edər. "Belə mərkəzlərin bölgələrdə yaradılması vacib hesab olunur. Təbii ki, əsas vəzifə yenə də cəmiyyətin üzərinə düşür. Məsələn, cəmiyyət arasında elə şərait yaradılmalıdır ki, fiziki qüsurlu insanlar digər insanlar arasında özünü narahat hiss etməsin. Əslində fiziki məhdudiyyət əlil insan üçün o qədər də ciddi xarakter daşımır, belə insanlara sadəcə dəstək vermək lazımdır".

   Ekspert Rafiq Təmrəzovun sözlərinə görə, əlil vətəndaşların cəmiyyətə tam inteqrasiyası üçün onların həm müavinət, həm də işsizlik problemi həllini tapmalıdır: "Hazırda Azərbaycanda əlillərə verilən pensiyalar onların problemləri ilə müqayisədə çox az məbləğdir. Belə hesab edirəm ki, bunun əvəzində həmin əlilə cəmiyyətdə rahat işləmək, yaşamaq imkanı yaradılsa, daha yaxşı olardı. Amma bu siyasət fiziki cəhətdən qüsurlu insanı həm də mənəvi tərəfdən kor qoyur. Ələbaxım psixologiyasına öyrəşmiş bir insan hansı mənəvi meyarlardan çıxış edə bilər? Əlil uşaqların hüquqları digər əlillik kateqoriyasına aid olan insanlara nisbətən daha çox pozulur".

   Ekspertlər hesab edirlər ki, hazırda əlil qadınların sosial, tibbi, təhsil və digər problemləri var. Dövlət tərəfindən bu kateqoriyadan olan insanlara pulsuz səhiyyə xidmətləri göstərilsə də, yerlərdə süründürməçilik, laqeydlik, ögey münasibətlər var və əlillərimiz bunlardan əziyyət çəkirlər. Bundan əlavə, əlil qadınların məşğulluqla bağlı da problemləri mövcuddur və işlə təmin oluna bilmirlər. Belə olduqda isə ailədaxili problemlər ortaya çıxır. Ekspertlər onu da vurğulayırlar ki, əlillərin işlə təmin olunmasına kvota qoyulub. Belə ki, hər bir müəssisədə işləyən 25 nəfərdən birinin əlil olması mütləqdir. İstənilən yerində əlilliyi olan ən azından bir insan çalışmalıdır.

   Yeri gəlmişkən, hazırda Dövlət Sosial Müdafiə Fondu işəgötürənlərin əlillərə yeri ayırmadığına görə cərimə metodları müəyyənləşdirib. "Əlil Qadınlar" Cəmiyyətinin sədri Məhluqə Rəhimova bu cərimələrin az olduğunu deyir: "Təxminən 30-40 manat təşkil edir. Yaxşı olardı ki, işəgötürənin gəliri nə qədərdirsə, onun qarşılığında cərimə ödəsin. Bundan əlavə, əlillər işə qəbul zamanı da ciddi problemlərlə üzləşirlər. Çünki onların sənədlərində əmək qabiliyyətinin olmaması göstərilir. Əslində, bu tendensiya sovetlər dönəmindən bizə qalan bürokratik əngəldir. Biz bununla bağlı Milli Məclisə məktub göndərdik ki, əlillərin sənədlərində əmək qabiliyyətinin olmaması ilə bağlı müddəa götürülsün. Əgər bu müddəa bir qism əlilin üzərindən götürülərsə, onların məşğulluq probleminin həllinə yardımçı olar. Dəyirmi masalarda, görüşlərdə, gələn müraciətlərdə ən çox qeyd olunan məsələ budur ki, əmək qabiliyyətinin olmaması müddəasına görə əlilləri işə götürmürlər. Həm də məhz qadın olduğuna görə xanımlarımız arxa plana keçirilirlər. Halbuki əlil qadınlarımızın əksəriyyəti işləyə, öz problemlərini həll etmək imkanına malik ola bilərlər".

   Bundan başqa, reabilitasiya mərkəzlərində də əlil qadınlara özəl münasibət göstərilmir və əlilliyi olan qadınlar digər əlilliyi olan insanlarla bərabər tutulur: "Biz çox istərdik ki, əlilliyi olan qadınlara həm cəmiyyətdə, həm də ailədə fərqli bir münasibətin formalaşması üçün müəyyən addımlar atılsın. Məsələn, əlilliyi olan qadınların ailələrinə köməkçilərin, sosial işçilərin verilməsi çox gözəl bir addım olardı və s".

   Onun sözlərinə görə, problemlər, çatışmazlıqlar çox olsa da, görülən işlər qənaətbəxşdir. Ölkəmizdə əlillərə qarşı olan müsbət münasibət bəlkə də dünyanın heç bir yerində yoxdur. "Onlara evavtomobil verirlər, ortopedik cihazlarla təmin edirlər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyibu istiqamətdə xeyli görür. Hesab edirəm ki, yaxın gələcəkdə Azərbaycanda əlillik sahəsində sıçrayış olacaq, bu gün mövcud olan problemlərin hamısı öz həllini tapacaq. Yeri gəlmişkən, həm mətbuatın, həm də aidiyyatı dövlət qurumlarının bizim zəhmətimizi qiymətləndirməsi, işıqlandırması bizə əlavə stimul verir. Bizim həm Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, həm də digər dövlət qurumları ilə əməkdaşlığımız, onların bizə verdiyi dəstək ümumi işə daha da təkan verir".

 

   Qeyd edək ki, ali təhsilli, potensial imkanları yüksək səviyyədə olan yüzlərlə əlil qadın var ki, tapa bilmədikləri üçün sosial problemlərlə yanaşı, psixoloji sarsıntılar da keçirirlər. Əlilliyi olan qız və qadınların sosial problemlərinin aradan qaldırılması, cəmiyyətin diqqətinin bu qəbildən olan şəxslərin sosial vəziyyətlərinin ağırlığına yönəldilməsi üçün ölkənin müxtəlif bölgələrində bir sıra tədbirlər həyata keçirilib. Bu kimi tədbirlərin həyata keçirilməsində başlıca məqsəd, mövcud durumun həlli yollarını axtarıb tapmaqdan ibarət olub.

   Onu da qeyd edək ki, əlil insanların işlə təmin olunması əslində dövlətin yükünün bir qədər azaldılması deməkdir. Belə ki, dövlət hər il əlil insanların müalicəsi üçün müəyyən məbləğdə vəsait xərcləyir. Əgər əlil insanlar çalışarsa, o zaman öz müalicələrini məhz öz vəsaitləri hesabına həyata keçirərlər. Fiziki qüsurlu insanların tapmalarına, cəmiyyətə inteqrasiya olunmalarına, hamı kimi bərabər imkanlardan istifadə etmələrinə köməklik göstərmək dövlət və cəmiyyətin üzərinə düşən əsas vəzifələrdən biridir. Ekspertlərin fikrincə, fiziki qüsurlu insanların iri şəhərlərdə sərbəst hərəkət etməsi üçün uyğun şəraitin yaradılmaması əlillərin cəmiyyətə inteqrasiyasını çətinləşdirir.

   Digər dövlətlərdə olduğu kimi, bizim ölkədə də əlil insanlarımıza qeyri-normal münasibət müşahidə olunur. Cəmiyyətimiz sanki fiziki məhdudiyyətli insanların hamı ilə birgə çalışmasını normal qəbul edə bilmir. Artıq əlil insanlarla sağlam insanlar arasında olan psixoloji baryerin aradan qaldırma zamanı yetişib. Cəmiyyət bu kimi insanları qəbul etməli, dövlət isə qayğısını əskik etməməlidir. Məhz o zaman normal bir cəmiyyətdə sağlam bir düşüncə tərzi ortaya qoya bilərik.

 

Rəşid RƏŞAD

Ekspress.-2015.- 2-4 may.- S. 9.