Cümhuriyyət tələbələri II fəsil

 

Cümhuriyyət tələbələrinin  andı

 

   "Qadir Allahöz vicdanım qarşısında söz verirand içirəm ki, Azərbaycana sədaqətimi müqəddəs və sarsılmaz tutacaq, bundan sonra ondan başqa vətən tanımayacaq, Azərbaycan vətəndaşlığının bütün vəzifələrini dönmədən yerinə yetirəcək və Azərbaycan Cümhuriyyətinin səadəti naminə can-başla qulluq edəcək, onun üçüngücümü, nə əmlakımı, nə də, lazım gələrsə, həyatımı belə əsirgəməyəcəm. Qoy bu andı yerinə yetirməkdə Allah mənə yar olsun".

   Azərbaycan Cümhuriyyəti varlığının 23 ayı ərzində min bir çətinlik və təhdidlərlə üzləşsə də, Vətən və millətin gələcəyi naminə 100 gənci xaricə oxumağa göndərmişdi.

   Tanınmış yazıçı-tədqiqatçı Teyyub Qurban "Cümhuriyyət tələbələri" adlı miqyaslı və sanballı araşdırmasında arxiv sənədlərinə söykənərək onlar barəsində bilmədiyimiz məlumatları gün işığına çıxarmış, bununla yetərlənməyərək və Azərbaycanı qarış-qarış gəzərək xaricdə təhsil aldıqdan sonra artıq müstəqil olmayan vətənə qayıdan tələblərin izinə düşmüş, onları arayıb-axtarmış və talelərinə güzgü tutmuşdur.

   "Ekspress"in ötən saylarında "Cümhuriyyət tələbələri"nin III fəslini ("Tale sorağında") dərc edib başa çatdırdıq. Hazırda Teyyub müəllim I Cümhuriyyətimizin 100 illiyi (1918-2018) ərəfəsində "Cümhuriyyət tələbələri" kitabının nəşrinə hazırlaşır. Araşdırmanın ilk fəsillərinin "Ekspress"də işıq üzü görməsinin üzərindən 10 ilədək bir vaxt keçdiyini və müəllifin bəzi əlavələrini nəzərə alaraq "Cümhuriyyət tələbələri"ni tam şəkildə yenidən dərc etməyə qərar verdik.

       "Ey gənclik!

   Sənin öhdəndə böyük bir vəzifə var: Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı, onu min müşkülatla ucaldaraq dedi ki:

   Bir kərə yüksələn bayraq bir daha enməz!

   Əlbəttə ki, sən onun ümidini qırmayacaq, bu gün parlament binası üzərindən azərilərin yanıq ürəklərinə enmiş bu bayrağı təkrar o bina üzərinə taxacaqbu yolda ya qaziya şəhid olacaqsan!"

   Məhəmməd Əmin Rəsulzadə

   Azərbaycan Parlamentinin xaricə göndərdiyi tələbə-gəncləri müəyyənləşdirmiş beş nəfərdən (M.Ə.Rəsulzadə, Mehdi bəy Hacınski, Əhməd bəy Pepinov,

   Qara bəy Qarabəyov və Abdulla bəy Əfəndiyev) ibarət Xüsusi Müsabiqə

   Komissiyasının sədri

          Azərbaycan Respublikası Dövlət Arxivində aprel işğalından sonra xaricdə təhsil alan Azərbaycan tələbələrinin müsibətli günlərini əks etdirən bir sıra materiallar saxlanılır. Bəzilərini nəzərdən keçirək.

   1920-ci il iyun ayının 16-da Almaniyada təhsil alan tələbələr adından Darmştadt İnstitutunun tələbəsi M.Rəhimli Bakıya, Xalq Maarif Komissarlığına ünvanladığı məktubunda yazır: "Almaniyada hər bir əcnəbi tələbənin təhsili və güzəranı üçün 2.800 (iki min səkkiz yüz) alman markası tələb olunur. Sizdən xahiş edirik ki, bizə pulu frankla deyil, marka ilə göndərəsiniz. Çünki Qafqazda alman markası frankdan ucuzdur və həmçinin, pulu aldıqda buranın birjalarında markaya çevirməkdə əlavə xərcə düşməli oluruq ki, buna imkanımız yoxdur".

   ARAYIŞ

   M.Rəhimli kimdir?

   Azərbaycan Dövlət Arxivində saxlanılan şəxsi işindən məlum olur ki, Məhəmməd Paşasadıq oğlu Ağarəhimov 1899-cu il aprelin 10-da Tiflis şəhərində doğulmuşdur. 1917-ci il sentyabr ayında Tiflisdəki İ.M.Maçaidze gimnaziyasına daxil olmuş və oranı 1918-ci ildə bitirmişdir.

   Şəxsi işində 1919-cu ildə notarius tərəfindən təsdiq edilmiş kamal şəhadətnaməsinin surəti var. Bu sənəddən aydın olur ki, Məhəmməd gimnaziyada rus, latın, alman, fransız dillərini mükəmməl öyrənmişdir. Riyaziyyat, həndəsə, fizika, geometriya, tarix, coğrafiyabaşqa fənlərə yiyələnsə də, gürcü diliGürcüstan tarixi fənlərindən azad edilmişdir.

   ***

   1920-ci il avqust ayının 2-də Avropada dövlət hesabına təhsildə olan Azərbaycan Tələbə Mərkəzindən Bakıya daha bir məktub göndərilmişdir.

   Məktubda yazılır: "Hər bir tələbəyə nümayəndəlik tərəfindən elan olundu ki, onlara təhsil xərci əvvəllər nəzərdə tutulduğu kimi deyil, yalnız avqustun 1-nə qədər verilə biləcəkdir. Bundan başqa, Tələbə Sülh Nümayəndəliyinə on beş min franka qədər borcumuz qalmaqdadır. Hal-hazırda Avropadaİstanbulda səksən üç nəfər azərbaycanlı tələbə bulunmaqdadır. Bunlardan dördü öz hesabına təhsil alsa da, hamısının halı eyni dərəcədə ağırdır. Zira onlardan heç birisinə vətəndən maaş almaq mümkün olmamışdır. Tələbələrin halı gündən-günə fənalaşmaqdadır. Onlar heç bir tərəfdən müavinət almadıqları kimi, özlərinə bir tapmaqdan da məhrumdurlar. Çünki bir çox fransızlar belə işsizdirlər. Digər tərəfdən Avropadan məmləkətimizə dönmək son dərəcə müşkül hal almaqdadır. İngilislər özlərini hakim kimi aparır və hər kəsi istibdad pəncəsində əzirlər. Onlar rusları, azərbaycanlıları, gürcüləri İstanbul boğazından Qara dənizə buraxmayırlar. Ruslara, gürcülərə bəzi hallarda istisna edilirsə, azərbaycanlılara son zamanlarda məmləkətdə Şura Cümhuriyyəti qurduqlarına görə, heç bir vəchlə istisna yoxdur. Onları heç bir surətdə Bosforda icra etdikləri kontroldan nə içəriyə, nə dışarıya buraxmayırlar. Mən özüm bu çətinliyi öz şəxsimdə təcrübədən keçirdim, nəhayət, minbir müşkilatla türk rizası ilə gəlməyə müvəffəq oldum. Bu surətlə vətənə dönmək biryaxud iki adama mümkün ola bilər. Bəs yerdə qalan səksən nəfər başına nə çarə qılsın? Mümkün olsa, bu şəraitdə hər bir tələbəyə yol xərci olaraq ən azı altı min frank verilməsi lazımdır. Axı, bu tələbələr Azərbaycan gəncliyinin ən çalışqanlarından və ən seçilmişlərindəndirlər. Bunlara iki, yaxud üç sənə çalışmağa imkan verilərsə, təhsillərini bitirəcək, məmləkətimizdə faydalı və sağlam ünsür təşkil edəcəklər.

   Ümid edirəm ki, hal-hazırda başda duranlarımız ümuminin mənfəətini təqdir edəcəklərindən, xalqımızın ümidi olan bu gənc qüvvənin məhv olmasının qarşısı alınacaqdır. Fransa, İtaliyaİstanbulda bulunan tələbənin hər birinə ayda doqquz yüz (900) frank, Almaniyada bulunanlara ayda iki min səkkiz yüz (2.800) marka lazımdır, əfəndim.

   İmza: Abdin Mirqasımzadə".

   ARAYIŞ

   Abdin Mirqasımzadə kimdir?

   Arxivdə saxlanılan sənədlərdən aydın olur ki, onun əsl adı "Abdin" deyil, Mirzeynalabdindir.

   1913-cü il fevralın 1-də Daxili İşlər Nazirliyinin 2-ci bölməsinin dəftərxana direktorunun imzaladığı arayışda deyilir: "Bakı şəhər sakini Mirzeynalabdin Mirqasımovun 26 yaşı vardır. Onun atası Mirələsgər Mirqasımov, anası Seyid xanım Mehdi qızıdır".

   O, 1887-ci ildə Bakıda doğulmuşdur. İstanbulda Osmanlı İmperator Litseyini bitirmiş, sonra Fransanın Nansi Universitetinin elektronika şöbəsində təhsilini davam etdirmişdir. 1919-cu il iyul ayının 31-də Z.Mirqasımovun Azərbaycan Respublikası Xalq Maarifi Komissarlığına yazdığı ərizədən məlum olur ki, həmin vaxt o, Daxili İşlər Nazirliyində draqoman vəzifəsində işləmişdir.

   Z.Mirqasımov Azərbaycan hökumətinin vəsaiti ilə 1919-cu ildə öz istəyi ilə Paris Universitetinin hüquq fakültəsində təhsilini davam etdirmək arzusunda olmuşdur.

   Oxucuların nəzərinə bunu da çatdırıram ki, Mirzeynalabdin bəy Azərbaycan Milli Elmlər Akademiyasının ilk prezidenti Mirəsədulla Mirqasımovun qardaşıdır. Mərhum akademikin sonbeşik övladı, tanınmış kinorejissor, Xalq artisti Oqtay Mirqasımovla C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının rejissor otağında görüşüb söhbət etdim. Peşəkar sənət aşiqi doğma əmisi barədə ilk dəfə Ramiz Abutalıbovun mətbuat səhifələrinə çıxardığı acı həqiqəti təsdiq etdi: Fransada vətən həsrəti ilə alışıb-yanan hüquqşünas otuz iki yaşında kəskin sarsıntılar keçirərək intihar etmişdir...

   Söhbət əsnasında hörmətli rejissorumuza Avropada təhsil almış digər tələbələrin də aqibətindən söhbət açdım və 100 Cümhuriyyət tələbəsinin siyahısını ona təqdim etdim. Oqtay müəllim siyahıdakı birinci tələbənin adını və soyadını ucadan oxudu: "Axundov Əjdərbəy İsgəndərbəy oğlu! Bu ki mənim dayımdır!"

   Mən sevincimi gizlətmədim:

   - Deməli, həm əminiz, həm də dayınız Cümhuriyyət tələbələridir!

   Dayısı Ə.İ.Axundov barədəki arxiv sənədləri ilə Oqtay Mirqasımovu tanış etdim. Bu materiallardan aydın olur ki, Əjdərbəy Axundov Fransaya ali təhsil almağa göndərilməmişdən əvvəl Bakı Dövlət Universitetinin tibb fakültəsində oxumuşdur. Onun atası İsgəndərbəy Axundov Azərbaycan Parlamentində "İttihad" fraksiyasını təmsil etmişdir. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin "İttihad" fraksiyasında İsgəndərbəy Axundovdan savayı on üç nəfər parlament deputatı vardı. Onlar aşağıdakılar idi:

   Qarabəy Qarabəyov, Qazı Əhməd bəy Məhəmmədbəyov, Cəmil bəy Ləmbəranski, Bəhram bəy Vəzirov, Sultanməcid Qənizadə, Həmdulla Əfəndi Əfəndizadə, Zeynal bəy Vəzirov, Heybətqulu bəy Məmmədbəyov, Əli bəy Zizikski, Qara bəy Əliverdiyev, Əsəd bəy Əmirov və Ağa bəy Səfərəliyev.

   Qədim ərazimizdə erməni dövləti yaratmaq xülyasında olan daşnakların havadarı Vladimir İliç Leninin 1920-ci illərdə Azərbaycana təyin etdiyi rəhbərlərin imzaladıqları məxfi qərarlarla yüzlərlə ictimai xadimlərimiz, ilk növbədə müsavatçılar və ittihadçılar qətlə yetirilmiş, həbsə alınaraq sürgün edilmişlər.

   1918-1920-ci illərdə Müstəqil Azərbaycan Türk Cümhuriyyətinin Avropa təhsilli yüksək mədəniyyət və məfkurə sahiblərini kimlər əvəz etmişdilər? 1920-ci il oktyabr ayının 24-dən 1921-ci il iyul ayının 24-dək Azərbaycanın rəhbəri Qriqori Naumoviç Kaminski Rusiyanın Tula şəhərindən Bakıya ən ali vəzifəyə göndərilmişdi. Tulalı Qriqori yerli daşnak tulalarına arxalanaraq, millətimizin zəkalı övladlarını qanına qəltan etmişdi.

   Tulalıdan sonra Azərbaycana 1921-ci il iyul ayında Rusiyanın Urjum şəhərində yetimxanada böyümüş, orta savadı olmayan Sergey Mironoviç rəhbərlik etmişdir. Əsl familiyası Kostrikov, qondarması "Kirov" olan çertyojçu baş komandan daşnak Levon Mirzoyanı ən yaxın silahdaşı saymış, özündən sonra Azərbaycana hökmranlıq estafetini ona vermişdir.

   Arxivdə Azərbaycan Siyasi Bürosunun 1921-ci il yanvarın 23-də keçirilmiş iclasının protokolundan çıxarış saxlanılır. S.M.Kirovun sədrliyi ilə olmuş iclasın qərarında oxuyuruq:

   "Eşidildi: "İttihad" partiyasının sui-qəsdi ilə bağlı üzrə yoldaş Pankratovun məruzəsi.

   Qərara alındı:

   1. Azərbaycanda hazırki şəraitdə "İttihad" partiyasına qarşı açıq mübarizə zəruri hesab edilsin.

   2. Mübarizə metodları: onları izləmək və təşkilatı rəhbərsiz qoymaq və ən yaxşı ziyalı qüvvələri ordan yayındırmaq məqsədilə tədbirlər görülsün".

 

   (ardı var)

 

  Teyyub QURBAN

  Ekspress.-2015.- 9-12 may- S.15.