Cümhuriyyət tələbələri II fəsil

 

Cümhuriyyət tələbələrinin andı

 

   "Qadir Allahöz vicdanım qarşısında söz verirand içirəm ki, Azərbaycana sədaqətimi müqəddəs və sarsılmaz tutacaq, bundan sonra ondan başqa vətən tanımayacaq, Azərbaycan vətəndaşlığının bütün vəzifələrini dönmədən yerinə yetirəcək və Azərbaycan Cümhuriyyətinin səadəti naminə can-başla qulluq edəcək, onun üçüngücümü, nə əmlakımı, nə də, lazım gələrsə, həyatımı belə əsirgəməyəcəm. Qoy bu andı yerinə yetirməkdə Allah mənə yar olsun".

       Azərbaycan Cümhuriyyəti varlığının 23 ayı ərzində min bir çətinlik və təhdidlərlə üzləşsə də, Vətən və millətin gələcəyi naminə 100 gənci xaricə oxumağa göndərmişdi.

   Tanınmış yazıçı-tədqiqatçı Teyyub Qurban "Cümhuriyyət tələbələri" adlı miqyaslı və sanballı araşdırmasında arxiv sənədlərinə söykənərək onlar barəsində bilmədiyimiz məlumatları gün işığına çıxarmış, bununla yetərlənməyərək və Azərbaycanı qarış-qarış gəzərək xaricdə təhsil aldıqdan sonra artıq müstəqil olmayan vətənə qayıdan tələblərin izinə düşmüş, onları arayıb-axtarmış və talelərinə güzgü tutmuşdur.

   "Ekspress"in ötən saylarında "Cümhuriyyət tələbələri"nin III fəslini ("Tale sorağında") dərc edib başa çatdırdıq. Hazırda Teyyub müəllim I Cümhuriyyətimizin 100 illiyi (1918-2018) ərəfəsində "Cümhuriyyət tələbələri" kitabının nəşrinə hazırlaşır. Araşdırmanın ilk fəsillərinin "Ekspress"də işıq üzü görməsinin üzərindən 10 ilədək bir vaxt keçdiyini və müəllifin bəzi əlavələrini nəzərə alaraq "Cümhuriyyət tələbələri"ni tam şəkildə yenidən dərc etməyə qərar verdik.

   Qərarda deyildiyi kimi, belə "ən yaxşı ziyalı qüvvələr"dən biri də "İttihad" partiyasının üzvü İsgəndər bəy Axundovun Fransada ali iəktəb bitirmiş oğlu Əjdər bəy idi. Rusların və daşnakların qanlı divan qurduqları Bakıya qayıtmaqdan əlini üzən əqidə sahibi Fransada qalmağa üstünlük vermişdi. Başqa əlacı yox idi.

   Keçən əsrin doxsanıncı illərində Parisdə Ceyhun Hacıbəylinin arxivini araşdırmış YUNESKO-nun sabiq əməkdaşı Ramiz Abutalıbov çoxlu sənədlər arasında Əjdər bəyin də məktubunu aşkara çıxarmışdı. "İttihadçı" oğlunun vaxtilə "İttihad" qəzetinin təsisçisi və baş redaktoru olmuş Ceyhun bəy Hacıbəyliyə ünvanladığı məktubundan aydın olur ki, o, təhsil borcunu ödəmək üçün Fransanın Dinar kurort şəhərində bir ailədə qulluqçu kimi işləmək məcburiyyətində qalmışdır. Məktubda oxuyuruq:

   "Möhtərəm Ceyhun bəy!

   Belə bir ağır məqamda mənə göstərdiyiniz qardaşlıq qayğısına görə sizə səmimi minnətdarlığımı izhar etməkdə acizəm.

   Mən iyul ayının 1-dək Parisdə ev sahibinin yanında işləyirdim. Oradakı İşim yüngül idi, tab gətirirdim. Amma ev sahibi ailəsi ilə Dinar kurort şəhərindəki öz villalarına köçdülər. Hər gün səhər saat 6-da yuxudan durmalı və süd almaqdan ötrü şəhərin mərkəzinə getməli oluram. Bu isə iki verst yarım yol deməkdir. Səhhətimin ağır olduğunu bildiyinizdən, yəqin ki, nələr çəkdiyimi təsəvvür edirsiniz. Hər gün 9-un yarısında işə başlayıram. 10 otaqlı mənzili yığışdıranacan, Allaha and olsun, ayaqlarım yorğunluqdan və zəiflikdən əsir. Bundan sonra mətbəxdə kömək etmək lazımdır. Bu isə dəhşətdir...

   Belə çirkinliyin içində axşam saat 2-nin yarısına kimi işləməyə məcburam...

   Allah xatirinə, bağışlayın. Daha yaza bilmirəm, məni ağlamaq tutur... Qorxuram ki, ağlımı itirəm...

   Sizə sədaqətli Əjdər bəy".

   Lakin...

   Lakin möcüzə baş vermişMir Mövsüm Ağa nəslindən olan gənc ziyalının qürbətdə əzablı günlərinə son qoyulmuşdur. Bu möcüzə əfsanəvi bir nağıl kimidir. Qısaca məzmunu ilə tanış olun.

   Əjdər bəyin Ceyhun bəyə yazıb göndərdiyi məktubundan bir-iki saat sonra Dinar kurort şəhərindəki məlum malikanəyə ev sahiblərinin Almaniyadan qonaqları təşrif buyurmuşlar. Almaniyalı ata-ananın yanında yeganə qız övladı Milen xanım Əjdər bəyi görən kimi, necə deyərlər, bir könüldən min könülə türk balasına aşiq olur. Beləcə, Fransada Cülyetta-Məcnun dastanı müqabilində alman valideynlərin bu izdivaca xeyir-dua verməkdən savayı əlacları qalmır. Nikah kəsilmiş, xudmani toy mərasimi qurulmuşdur. Məclisdə oğlan adamı bir nəfər - Ceyhun bəy olmuşdur.

   Zadəgan qayınata Berlin universitetinin filologiya şöbəsini bitirmiş qızının xatirinə varını əsirgəməmişdir. Əvvəlcə Dinar şəhərində, sonra isə Parisdə cavan ailə üçün bir gözdən ibarət mənzil almışdır. Özləri isə Almaniyaya qayıtmışlar.

   Milen xanım Paris şəhərində məktəblərdən birində almancadan dərs demiş, Əjdər bəy isə əvvəlcə Reno avtomobil zavodunda, sonra Eyfel qülləsi tikinti-təmir briqadasında çilingər, rəngsaz işləmişdir. 1928-ci ildə qayınana və qayınatasının xeyir-duası ilə Milen xanımla qürbətdən vətənə qayıtmışdır. Əcnəbi gəlinin Azərbaycan türkcəsində rəvan danışması, evdarlıq işlərində səriştəliyi hamını valeh etmişdir. Yalnız və yalnız bir həqiqət doğmaları təəssüfləndirmişdir - Milen gəlin sonsuzdur...

   Bakının indiki Hüsü Hacıyev (keçmişdə "Bazarnaya"), Vidadi (keçmişdə "I Serkovskaya"), Zərgərpalan (keçmişdə "Spasskaya") küçələrində Əjdər bəylə Milen xanımın qoşa izləri asfalt yollar altında qalmışdır. Bu küçələrlə onlar qohumlarına baş çəkmiş, tramvaya minərək indiki Məhəmməd Füzuli (keçmişdə "Babaxanskaya") küçəsi ilə vağzala gəlmiş, buradan elektrik qatarına minərək Sabunçuya getmiş, oradan Suraxanıya, Suraxanıdan da Şüvəlana araba ilə bağa yollanmışlar. Bu yollar cavan ər-arvadı indiki 18 saylı məktəbə də birlikdə aparmışlar.

   Bir müddət əvvəl mən həmin təhsil ocağına baş çəkdim. Direktor Vaqif Hüseynovun söhbətindən bəlli oldu ki, məktəbin 110 yaşı təntənə ilə qeyd olunmuşdur. Sonra o, məni Bakının bu qocaman məktəbinin məzunlarına həsr olunmuş muzey eksponatları ilə tanış etdi. Məzunlar arasında xalqımızın iftixarı sayılan şəxsiyyətlərin fotoşəkillərini gördüm: Qılman İlkin, Məzahir Abbasov, Azad Mirzəcanzadə, Əhməd Abasquliyev, Şəmsəddin Abbasov...

   Vaqif müəllim bunu da söylədi ki, məktəbin ilk müəllimləri və ilk şagirdləri haqda Qılman müəllimdən yaxşı bilən yoxdur.

   Ertəsi günü "Bakının canlı tarixi", ustadım və məsləhətçim, xalq yazıçısı Qılman İlkinlə görüşdüm (Xatırladaq ki, "Cümhuriyyət tələbələri"nin II fəsli 2006-cı ildə çap edilmişdi - red.). Bildirdi ki, həqiqətən, 1929-cu ildə 18 saylı məktəbi bitirmişdir. O illər bu məktəb şəhər bələdiyyəsinin vəsaiti ilə fəaliyyət göstərirmiş. Əvvəllər ona "Ruşdiyyə", yəni ibtidai məktəblə orta məktəb arasında təhsil ocağı da deyirmişlər. 1926-1961-ci illərdə pedaqoji texnikum adlanıb. Qılman müəllim bu məktəbi bitirərək, Xaçmaz rayonunun Əhmədoba kəndində müəllim, sonra da direktor olmuşdur.

   Söhbəti yenə də 18 saylı məktəbə yönəldərək Qılman müəllimdən soruşdum:

   - Xarici dildən kim dərs demişdir?

   - Əjdər bəy Axundov onun arvadı Milen xanım...

   Qılman müəllim 18 saylı şəhər orta məktəbində bir çox məşhur ziyalıların, o cümlədən böyük şairimiz Mikayıl Müşfiqin müəllim işləməsindən söz açdı. Bu təhsil ocağı onun son yeri olmuşdur. 1937-ci ildə misilsiz istedad sahibi bu məktəbdən aparılmış, millətə düşmən qəddar rejimin hökmü ilə güllələnmişdir.

   Mikayıl Müşfiqdən sonra məktəbin başqa bir müəlliminin - Milen xanım Axundovanın da başının üstünü qara buludlar almışdı. İkinci dünya müharibəsi ərəfəsində SSRİ- yaşayan bütün almanlar kimi, orta məktəb müəllimi Azərbaycandan sürgün edilmişdir. Rəsmi nikah pozulmuş, Əjdər bəy ilk məhəbbətlə sevdiyi ömür-gün yoldaşını göz yaşları içərisində yola salmışdır.

   1941-ci ildə məktəb hərbi xəstəxanaya çevrilərək, uzaq-uzaq ellərdən yaralı əsgərləri qoynuna alanda, Bakının yüzlərlə müəllimləri kimi Əjdərbəy Axundov da cəbhəyə yollanmışdır. Müharibədən sonra o, dəhşətli bir xəbər eşitmişdir: 1945-ci ildə Milen xanım ata-anası ilə birlikdə hava bombardmanı zamanı həlak olmuşdur...

   Cümhuriyyət tələbəsi ömrünün son illərində olmazın çətinlikləri dəf edərək, Parisə Ceyhun bəy Hacıybəyliyə məktub göndərmiş, fəqət cavab almamışdır. Çünki 1962-ci il oktyabr ayının 22-də Parisdə Ceyhun bəyin vəfatından xəbərsiz idi...

   Günlərini Şüvəlanda bağda keçirən Əjdərbəy Axundov özü isə 1963-cü ilin payızında dünyasını dəyişmiş, Mir Mövsüm Ağanın məzarı yaxınlığında basdırılmışdır.

      "Ey gənclik!

   Sənin öhdəndə böyük bir vəzifə var: Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı, onu min müşkülatla ucaldaraq dedi ki:

   Bir kərə yüksələn bayraq bir daha enməz!

   Əlbəttə ki, sən onun ümidini qırmayacaq, bu gün parlament binası üzərindən azərilərin yanıq ürəklərinə enmiş bu bayrağı təkrar o bina üzərinə taxacaq bu yolda ya qazi ya şəhid olacaqsan!"

   Məhəmməd Əmin Rəsulzadə

   Azərbaycan Parlamentinin xaricə göndərdiyi tələbə-gəncləri müəyyənləşdirmiş beş nəfərdən (M.Ə.Rəsulzadə, Mehdi bəy Hacınski, Əhməd bəy Pepinov,

   Qara bəy Qarabəyov Abdulla bəy Əfəndiyev) ibarət Xüsusi Müsabiqə

 

    əvvəli, ardı var

    

   Komissiyasının sədri

   Teyyub QURBAN

    Ekspress.-2015.- 16-18 may- S.15.