Cümhuriyyət tələbələri
II fəsil
Azərbaycan Cümhuriyyəti
varlığının 23 ayı ərzində min bir çətinlik və
təhdidlərlə üzləşsə də, Vətən
və millətin gələcəyi naminə 100 gənci xaricə
oxumağa göndərmişdi.
Tanınmış yazıçı-tədqiqatçı Teyyub Qurban "Cümhuriyyət tələbələri" adlı miqyaslı və sanballı araşdırmasında arxiv sənədlərinə söykənərək onlar barəsində bilmədiyimiz məlumatları gün işığına çıxarmış, bununla yetərlənməyərək və Azərbaycanı qarış-qarış gəzərək xaricdə təhsil aldıqdan sonra artıq müstəqil olmayan vətənə qayıdan tələblərin izinə düşmüş, onları arayıb-axtarmış və talelərinə güzgü tutmuşdur.
"Ekspress"in ötən saylarında "Cümhuriyyət tələbələri"nin III fəslini ("Tale sorağında") dərc edib başa çatdırdıq. Hazırda Teyyub müəllim I Cümhuriyyətimizin 100 illiyi (1918-2018) ərəfəsində "Cümhuriyyət tələbələri" kitabının nəşrinə hazırlaşır. Araşdırmanın ilk fəsillərinin "Ekspress"də işıq üzü görməsinin üzərindən 10 ilədək bir vaxt keçdiyini və müəllifin bəzi əlavələrini nəzərə alaraq "Cümhuriyyət tələbələri"ni tam şəkildə yenidən dərc etməyə qərar verdik.
Bütün müsəlman aləmində ilk xalq cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadə yazırdı: "Bir millətin yeni nəsli əskisinə nəzərən daha az kültürlü və daha az təcrübəli olursa, o millətin varlığı və istiqbalı təhlükəyə məruz qala bilər".
İşğalçı rus ordusu tərəfindən zəbt edildikdən sonra Azərbaycanın təhsil sahəsində baş verənlər ulu öndərin sözlərini təsdiq etdi. Ziyalılarımızı manqurtlaşdırmaq siyasəti millətimizin milli varlığını imtahana çəkdi. Bunu təsəvvür etmək üçün Sovet hakimiyyəti illərində Azərbaycanın xalq maarif komissarlığının milli tərkibcə necə dəyişilməsini göstərən arxiv sənədlərini nəzərdən keçirmək kifayətdir. Təzada baxın: bir il əvvəl, 1919-cu il sentyabrın 28-də Azərbaycan xalq maarifi və dini etiqad naziri Rəşid Qaplanovun 354 saylı sərəncamı ilə Varşava Politexnik İnstitutunun tələbəsi Muxtar Qasımov Bakı Kommersiya məktəbinin təlimatçısı təyin olunmuşdu. Bir il sonra, 1920-ci il sentyabr ayında isə nəinki məktəblərin, ilk növbədə maarif nazirliyinin işçi heyəti qasımovlardan təmizlənmişdi.
Azərbaycan Respublikası Dövlət Siyasi Partiyalar və İctimai Hərəkatlar Arxivində Azərbaycan SSR Xalq Maarif Komissarlığı əməkdaşlarının siyahıları saxlanılır. Qəribədir, bu siyahılarda da "Kasımov" soyadına təsadüf edirik. Ancaq təkcə familiya göstərilir, adı və atasının adı yoxdur. Sonrakı məlumat göstəricilərindən aydın olur ki, müsəlman familiyası daşıyanların əksəriyyəti ermənilərdir.
Məsələn:
- Calalbəyov - Xalq Komissarlığı kollegiyasının katibi, erməni, bitərəf, Bakı Komitəsinin təklifi ilə işə götürülmüşdür.
- Cahangir Cabayanos - Komissarlığın kuryeri, ermənidir, az- savadlıdır, ərizəsi əsasında işə götürülmüşdür;
- Ter-Ovanesova - Komissarlığın dəftərxana katibəsi, ermənidir, az savadlıdır, ərizəsi əsasında işə götürülmüşdür;
- Ter-Simoyants - Komissarlığın İşlər İdarəsində kuryer, ermənidir, savadı yoxdur, əmək birjasından tövsiyə edilmişdir;
- Sərkisova - İşlər İdarəsində makinaçı, ermənidir, orta savadlı, Blyaxin yoldaşın (guya o da rəhbər işçidir - T.Q.) tövsiyəsi ilə işə götürülmüşdür;
- Martirosov - komissarlığın baş idarəsində xidmətçi, ermənidir, məktəb şagirdidir, əmək birjasından işə qəbul olunmuşdur;
- Lazareva - komissarlığın təchizat şöbəsinin hesabdarı, ermənidir, orta savadı var, ərizəsi əsasında işə götürülmüşdür;
- Taktakova - komissarlığın təchizat şöbəsində makinaçı, ermənidir, tibb bacısıdır, əmək bircasından işə götürülmüşdür;
- Ter-Qanesov - komissarlığın nəşriyyat şöbəsində kağız ambarının müdiri - ermənidir, az savadlıdır, ərizəsi əsasında işə götürülmüşdür;
- İslamyan - mühasib köməkçisi, ermənidir, tələbədir, ərizəsi əsasında işə götürülmüşdür;
- Aqamova - hesabdar, ermənidir, tələbədir, ərizəsi əsasında işə götürülmüşdür;
- Qaltsyan - şöbə müdiri, ermənidir, ikinci kurs tələbəsidir, Azərbaycan KP MK-nın tövsiyəsi ilə işə götürülmüşdür.
Bəs Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi Avropa ölkələrində təhsil almış tələbələrin taleyinə necə yanaşırdı? Daşnakların, rus şovinistlərinin, bir sözlə, düşmənlərimizin gözü ilə!
Azərbaycan Respublikası Dövlət Siyasi Partiyalar və İctimai Hərəkatlar Arxivində Azərbaycan K(b)P Mərkəzi Komitəsi Rəyasət Heyətinin 1924-cü il aprel ayının 5-də Xanbudaqov yoldaşın sədrliyi ilə keçirilmiş iclasının 71 saylı protokolu saxlanılır. Rəyasət Heytənin iclasında "Xarici ölkələrin ali məktəblərində təhsil alan Azərbaycan tələbələri haqqında" məsələ də müzakirə edilmişdir. MK-nın Rəyasət Heyətinin həmin məsələyə dair qəbul etdiyi qərarında oxuyuruq:
1. Hazırda xarici ölkələrdə təhsil alan tələbələrdən Rizayev Tağı Səməd (Darmştadt Elektronika İnstitutu), Əmircanov Əliağa (Berlin Təyyarəçilik İnstitutu) və Hacıyev Xaspolad (Almaniya Toxuculuq İnstitutu) tələbələrimizin siyahısına salınsın;
2. Bundan sonra xarici ölkələrə tələbə göndərilməsi işinə hər il yaz aylarında başlanılsın və ezam olunanların tərkibi diqqətlə araşdırılsın, ilk növbədə kənd təsərrüfatı üzrə ali məktəblərə üstünlük verilsin;
3. Zaqafqaziya Ölkə İcraiyyə Komitəsi xüsusi komissiyası (Qoqoberidze yoldaş) tərəfindən xaricdə təhsil almaqda olan Musayev Xəlil (Münhen şəhəri, rəssamlıq), Səfərov Şamil (Münhen şəhəri, keramika) bizim siyahımıza daxil edilsin və Zaqafqaziya Ölkə komitəsindən xahiş edilsin ki, Aslanov Qeymar (Almaniya, toxuculuq İnstitutu) təqaüdçülər siyahısından çıxarılsın. Beləliklə, xaricdə təhsil alanların ümumi sayı 68 nəfər təsdiq olunsun...
Bir ildən sonra, 1925-ci ilin noyabr ayında Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən Avropa ölkələrinə ali təhsil almağa göndərilmiş 100 nəfər azərbaycanlının siyahısı yenidən ələk-vələk edilmişdir. Azərbaycan K(b)P MK katibi Sergey Mironoviç Kirov xaricdə kənd təsərrüfatı və maşınqayırma ixtisasları üzrə təhsil alanlara təqaüd verməyi məsləhət görmüşdür.
"Xaricdə dövlət təqaüdü ilə təhsil alan Azərbaycan tələbələrinin siyahısı
İ.Axundov - Münhen Universiteti, həkimlik ixtisası üzrə;
Y.Ağasıbəyli
- Drezden Politexnik İnstitutu maşınqayırma
ixtisası üzrə;
H.Hüseynov - Hamburq Universiteti, həkimlik ixtisası üzrə;
F.Əliyev - Karsruye Politexnik İnstitutu, elektrotexnika ixtisası üzrə;
M.Hacıyev -
Berlin Politexnik İnstitutu,
maşınqayırma ixtisası
üzrə;
B.Zeynalov -
Berlin Ali Kənd Təsərrüfatı
Məktəbi, aqronomluq
ixtsiası üzrə;
Həmid Məmmədxəlil - Münhen
Universiteti, həkimlik
ixtisası üzrə;
S.Məlik-Zərdabi
- Karlsruye Politexnik İnstitutu, maşınqayırma
ixtisası üzrə;
A.Mustafayev -
Berlin Politexnik İnstitutu,
gəmiqayırma ixtisası
üzrə;
Z.Məmmədov
- Drezden Politexnik İnstitutu, inşaatçı
ixtisası üzrə;
K.Məmmədov
- Darmştadt Politexnik
İnstitutu, inşaatçı
ixtisası üzrə;
L..Qədim - Karlsruye Politexnik İnstitutu, inşaatçı ixtisası
üzrə;
A.Nuru - Noten Politexnik İnstitutu, maşınqayırma
ixtisası üzrə;
H.Pirverdiyev - Berlin
Politexnik İnstitutu, arxitektura ixtisası üzrə;
M.Rəhimli - Darmştadt Politexnik İnstitutu, maşınqayrma
ixtisası üzrə;
N.Rzayev - Berlin Universiteti, həkimlik ixtisası üzrə;
Y.Salahov - Münhen Universiteti, həkimlik ixtisası üzrə;
İ.Sultanov -
Berlin Politexnik İnstitutu,
Dağ-mədən ixtisası
üzrə;
M.Sadıqov - Freyburq Dağ Akademiyası, metallurq ixtisası üzrə;
M.Şahsuvarov
- Münhen Universiteti,
həkimlik ixtisası
üzrə;
A.Xudaverdiyev -
Bonn Ali Kənd Təsərrüfatı
Məktəbi, aqronomluq
ixtisası üzrə;
M.Əfəndiyev
- Darmştadt Politexnik
İnstitutu, inşaatçı
ixtisası üzrə;
M.Teymurxanov - Karlsruye Politexnik İnstitutu, maşınqayırma
ixtisası üzrə;
Əliyar Əmircan - Berlin Politexnik İnstitutu, maşınqayırma
ixtisası üzrə;
Muradov Abbas - Paris Universiteti, həkimlik ixtisası üzrə;
Muradov M. - Paris
Universiteti, həkimlik
ixtisası üzrə;
Hüseynbəyov
- Paris Universiteti, həkimlik
ixtisası üzrə;
Nərimanbəyov
- Haisi Politexnik İnstitutu, elektronika ixtisası üzrə;
Mustafayev - Haisi Politexnik İnstitutu, elektronika ixtisası üzrə;
Ağayev Balağa - Paris Politexnik İnstitutu, toxuculuq ixtisası üzrə;
Tağıyeva
Əbdürrəhman - Konstantinopol
Texniki Məktəbi, elektronika ixtisası üzrə;
Emin Abdin - Konstantinopol Universiteti, pedaqogika ixtisası üzrə;
Mustafa İmaməli
oğlu - Berlin Politexnik
İnstitutu, Gəmiqayırma
ixtisası üzrə;
Məhəmməd
Ağa oğlu - Vena Arxeoloji İnstitutu, arxeologiya ixtisası üzrə;
Qəmər xanım - Vena Pedaqoci İnstitutu, pedaqogika ixtisası üzrə;
Cəmil Musayev - Berlin Politexnik İnstitutu, arxitektura ixtisası üzrə;
Q.Şeyxi - Darmştadt Politexnik
İnstitutu, maşınqayırma
ixtisası üzrə".
***
S.M.Kirovun Azərbaycana rəhbərliyi
Azərbaycan K(b)P MK-nın
katiblərindən biri
Ruhulla Axundovun və Azərbaycan SSR Xalq Maarif naziri
Mustafa Quliyevin hazırladıqları
40 nəfər tələbənin
siyahısında ilk növbədə
tanış bir ad diqqətimi cəlb etdi - M.Şahsuvarov.
Azərbaycan Respublikası Dövlət
Arxivində 1919-cu ilə
aid materiallar qovluqlarının
birində onun şəxsi işi saxlanılır. Mürsəl
Ədilxan oğlu Şahsuvarov 1900-cü il iyun ayının
19-da Zəngəzur qəzasının
Minkənd kəndində
dünyaya göz açmışdır. Anası Günəş
Kərbəlayi Həsən
qızıdır.
Mürsəl Şahsuvarov əvvəlcə
Gəncədə, sonra
isə Tiflisdə təhsil almışdır.
Arxivdə onun Tiflisdəki İmperator I Aleksandrın adına
gimnaziyanı bitirməsi
barədə sənəd
vardır. 310 saylı
Kamal Şəhadətnaməsindən
məlum olur ki, Şahsuvarov Mürsəl Ədilxan oğlu 1913-cü ildə
Tiflis oğlan gimnaziyasına
daxil olmuş və oranı 1918-ci il fevralın
18-də bitirmişdir.
1919-cu il noyabr ayının 23-də M.Şahsuvarovun
Azərbaycan Respublikası
Xalq Maarif Nazirliyinə ünvanladığı
ərizəsində deyilir:
"Sizdən xahiş
edirəm ki, məni Almaniyaya Tibb İnstitutuna daxil olmaq üçün
hökumət hesabına
ezam edəsiniz".
Mürsəl Şahsuvarov Münhen
Universitetinin tibb fakültəsini uğurla
bitirmişdi. Vətənə qayıtmamışdır. İstedadlı gənc təbibi
alman həmkarları Hamburq şəhərində
ixtisasına görə
işlə təmin etmişlər. O, bir
neçə il Tropik Xəstəliklər İnstitutunda
çalışmışdır. Gənc alim burada dissertasiya
müdafiə edərək,
tibb elmləri doktoru adını almışdır. Azərbaycanlı
alim Hamburqda tanış olduğu alman qızı Marqarita xanımla nikah bağlayıb, ailə qurmuşdur.
Otuzuncu illərdə ər-arvad
Bakıya qayıtmışlar.
Bakıda elmlər doktoru
olan Cümhuriyyətin
tələbəsinin və
onun alman zövcəsinin Amerika Birləşmiş Ştatlarından
gəlmiş qonağı
da olarmış.
Bu, Mürsəl doktorun
baldızı oğlu
ABŞ vətəndaşı Hüqo idi...
1937-ci ildən başlayaraq, doktor Şahsuvarovun mənzili bir daha qonaq üzü
görmədi. Onu
Sibirə, Maqadana on il müddətinə
sürgün etdilər.
Onun xanımı Marqartianın
da başı üstünü təhlükə
almışdı.
Sədaqətli qadın Mürsəl
bəyin məsləhətinə
qulaq asaraq, bacısı oğlu ilə birlikdə Almaniyaya qayıtmalı oldu.
"Ey gənclik!
Sənin öhdəndə böyük
bir vəzifə var: Səndən əvvəlki nəsil yoxdan bir bayraq,
müqəddəs bir
ideal rəmzi yaratdı,
onu min müşkülatla
ucaldaraq dedi ki:
Bir kərə yüksələn
bayraq bir daha enməz!
Əlbəttə ki, sən onun ümidini qırmayacaq, bu gün parlament binası üzərindən
azərilərin yanıq
ürəklərinə enmiş
bu bayrağı təkrar o bina üzərinə taxacaq və bu yolda
ya qazi və
ya şəhid olacaqsan!"
Məhəmməd
Əmin Rəsulzadə
Azərbaycan Parlamentinin xaricə göndərdiyi tələbə-gəncləri
müəyyənləşdirmiş beş nəfərdən
(M.Ə.Rəsulzadə, Mehdi
bəy Hacınski, Əhməd bəy Pepinov,
Qara bəy Qarabəyov və Abdulla bəy Əfəndiyev) ibarət Xüsusi Müsabiqə
Komissiyasının sədri
əvvəli, ardı var
Teyyub QURBAN
Ekspress.-2015.- 30
may-1 iyun S.15.