Minskdə "İlahi
oyun"
"Azdrama" Belarusa qastrola gedir
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Minskə qastrol səfərinə yollanıb. Teatrın mətbuat
xidmətindən verilən
məlumata görə,
kollektiv Belarusda keçiriləcək Gənclərin
II Beynəlxalq Teatr Forumunda "İlahi oyun" tamaşası ilə iştirak edəcək.
Səfər Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Teatr Xadimləri İttifaqının
təşkilatçılığı ilə baş tutub. Beynəlxalq tədbir MDB və Baltikyanı ölkələri,
Gürcüstanı əhatə
edir və "İlahi oyun" tamaşası ilə açılacaq.
"Kitabi-Dədə Qorqud" dastanının
"Dirsə xan oğlu Buğac" boyu əsasında hazırlanmış birhissəli
etno-müziklın quruluşçu
recissoru Mikayıl Mikayılov, quruluşçu
rəssamı Mustafa Mustafayevdir. Səhnə əsərinin musiqi
tərtibatı Vidadi Həsənov və Mikayıl Mikayılova, rəqslərin
quruluşu Pərviz Məmmədrzayev və Nigar Güləhmədovaya
məxsusdur. Tamaşada əməkdar artistlər
Vidadi Həsənov, Pərviz Məmmədrzayev,
aktyorlar Nigar Güləhmədova və
Novruz Novruzlu oynayır. "İlahi oyun" tamaşası Belarusun Yanka Kupala adına
Milli Akademik Teatrında oynanılacaq. Qeyd edək ki, Gənclərin II Beynəlxalq
Teatr Forumu Beynəlxalq Çexov Teatr Festivalı çərçivəsində gənc recissorların işlərinə baxış
məqsədi ilə təşkil olunur.
Ekspress .-
2015.- 19 noyabr.- S.- 13