Əlillərə qeyri-maliyyə yardımları genişlənir

 

Qaçqın məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması

Dövlətin əlil olan insanlara göstərdiyi sosial qayğı sadəcə, müavinət, təqaüd ya pensiyadan ibarət deyil. Məlumdur ki, əlillik ağırlıq dərəcəsinə görə insanların fiziki imkanlarına, gündəlik həyatına, əmək fəaliyyətinə müxtəlif şəkildə təsir göstərir.

   Əlillərin bəziləri əmək fəaliyyətini tamamilə itirir, hətta müstəqil hərəkət etmək imkanından məhrum olur, digər şəxslərin köməyi olmadan gündəlik tələbatlarını ödəyə bilmir. Sağlamlıq imkanları bu dərəcədə ağırlaşan insanlar birinci qrupa aid edilir.

   Əlillərin digər bir qismi əmək fəaliyyətini itirsə , müstəqil hərəkət etmək imkanına sahibdir, başqa insanların xüsusi kəməyinə ehtiyacı yoxdur.

   Başqa qrup əlillər əmək fəaliyyəti ilə məşğul olmaq gücünə sahibdir kömək olmadan müstəqil yaşayırlar.

   Dövlət bütün əlillərə vəziyyətlərindən asılı olaraq müxtəlif məbləğlərdə müavinət, təqaüd verir ya pensiyaya daha tez çıxmağa köməklik edir.

   Amma təcrübə göstərir ki, bütün sağlamlıq imkanını itirən şəxslərə sadəcə maddi dəstək göstərməklə onların çətinliklərinə azaltmaq mümkün deyil. Maliyyə yardımları əlillərin sadəcə dərman almalarına kifayət edir.

   Bu insanların çətinlikləri sadəcə dərmanla təminatda deyil. Əlillərin həyatda müstəqil davranması, sağlamlıq imkanlarının daha da pisləşməməsi üçün onların digər təchizatlarla təmin edilməsi önəmlidir. O cümlədən əlillərin rebilitasiyası, müalicəsi, müxtəlif otopedik, yardımçı vasitələrlə təmin edilməsi də vacibdir. Bu məsələləri əlillər aldığı müavinət, təqaüd və ya pensiya ilə həll edə bilmir.

   Bunu nəzərə alaraq Azərbaycan dövləti maliyyə dəstəyi ilə bərabər digər sadalanan məsələlərdə də köməklik göstərir. Dövlətin əlillərə qeyri-maliyyə yardımını konkret misallarda da görmək olar.

   Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən 2015-ci ilin yaz-yay mövsümündə artıq 964 nəfər əlilliyi olan şəxsin Lənkəran, Xaçmaz və Şəki rayonlarındakı istirahət və sağlamlıq mərkəzlərində istirahətini təşkil edib. Əlilliyi olan şəxslər respublikamızın səfalı guşələrində istirahət etdikləri müddətdə müalicəvi bədən tərbiyəsinə, səmərəli fizioterapevtik müalicə prosedurlarına da cəlb edilirlər. Həmçinin onlar üçün görməli yerlərə, tarixi abidələrin olduğu məkanlara gəzinti turları, musiqili-əyləncəli tədbirlər və s. təşkil olunur. Nazirliyin "2015-ci il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı"na uyğun olaraq, cari ilin yazyay aylarında 1000 nəfərdən çox əlilliyi olan şəxsin istirahət və sağlamlıq mərkəzlərinə göndərilməsi nəzərdə tutulub.

   Sonuncu dəfə 45 nəfər əlilliyi olan şəxs xüsusi nəqliyyat vasitəsi ilə Şəki rayonundakı istirahət və sağlamlıq mərkəzinə göndərilib.

   Əlillərin sadəcə ölkəmizin müxtəlif rayonlarına istirahət məqsədilə səfərləri təşkil edilmir. Eyni zamanda xarici ölkələrə da oxşar səfərlər təşkil olunur.

   Azərbaycan dövlətinin Prezidenti cənab İlham Əliyevin sağlamlıq imkanları məhdud uşaqların tibbi-sosial reabilitasiyasına xüsusi diqqət və qayğısı bu təbəqədən olan uşaqların xaricdə bərpa-müalicəsinin təşkili işlərinin uğurla davam etdirilməsinə şərait yaradır. ƏƏSMN tərəfindən cari ilin ötən dövründə ümumilikdə 185 nəfər əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud uşaq Türkiyənin Dənizli bölgəsindəki Nobel Tibb Mərkəzinə yola salınıb. Ümumilikdə il ərzində ötən illə müqayisədə daha çox şəxsin xaricdə bərpa müalicəsinin təşkili nəzərdə tutulub ki, bu da ölkəmizdə sosial proqramların yüksələn xətlə davam etdirildiyini bir daha təsdiq edir.

   Bunu ƏƏSMN-nin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Saday Abdullayev nazirlik tərəfindən Türkiyəyə ixtisaslaşmış bərpa-müalicəsinə yola salınan və artıq bərpa-müalicə kursunu başa vuraraq geri dönən daha 20 nəfər sağlamlıq imkanları məhdud 18 yaşadək uşağın və valideynlərinin Heydər Əliyev adına Beynəlxalq Hava Limanında qarşılanması zamanı bildirib. S.Abdullayev əlavə edib ki, Nobel Tibb Mərkəzində yerli təbii müalicəvi resurslardan geniş istifadə edilməklə, peşəkar həkim-reabilitoloq personalı tərəfindən səmərəli fizioterapevtik müalicə metodları (hidroterapiya, palçıq müalicəsi, tibbi masac, sudaxili məşqlər, mexanoterapiya, hidroprosessors.) tətbiq olunur. ƏƏSMN tərəfindən göndərilən əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar (valideynləri ilə birgə) burada 5 ulduz oteldə yerləşdirilir, onlara səmərəli reabilitasiya xidmətləri göstərilir. Onların bərpa müalicəsinə nəzarət etmək, habelə mərkəzin reabilitasiya təcrübəsinin öyrənilməsi üçün nazirliyin bir nəfər həkimi də Türkiyəyə ezam olunur.

   Dövlət əlil olan insanları müxtəlif yardımçı vasitələrlə də təmin edir. Yuxarıda qeyd etdiyimiz kimi elə qrup əlillər var ki, onların müstəqil hərəkəti çətinləşdiyindən yardımçı vasitələrə ehtiyacı böyük olur. Bununla əlaqədar olaraq ƏƏSMN ehtiyacı olan əlillərə protez-ortopedik bərpa xidməti göstərir.

   Bu günlərdə nazirlik tərəfindən Sumqayıt şəhərində yaşayan əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar üçün səyyar formada protez-ortopedik bərpa xidməti təşkil olunub.

   ƏƏSMN-nin Protez-Ortopedik Bərpa Mərkəzinin mütəxəssislərindən ibarət tibbi-texniki briqada iki gün ərzində, yəni avqustun 11-12-də nazirliyin Sumqayıt Əlillərin Regional Bərpa Mərkəzində əlilliyi olan şəxsləri və sağlamlıq imkanları məhdud uşaqları ehtiyac duyduqları protez-ortopedik məmulatlarla, reabilitasiya vasitələri ilə təmin edib. Səyyar xidmət göstərilməsi nəzərdə tutulan şəxslərin əvvəlcədən qeydiyyatı aparılıb.

   Qeyd olunan səyyar tibbi-texniki briqada 2013-cü ilin dekabr ayında ƏƏSMN-nin müvafiq Əmrinə əsasən yaradılıb və hər ay bir dəfədən az olmayaraq respublikamızın bölgələrində səyyar formada protez-ortopedik bərpa xidməti həyata keçirir.

   Ümumilikdə Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən cari ilin yanvar-avqust aylarında əlilliyi olan şəxslərə 1230 ədəd əlil arabası verilib.

   Həmçinin bu ilin 8 ayında Mərkəz, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi əlilliyi olan şəxsləri 748 ədəd aşağı ətraf və 116 ədəd yuxarı ətraf protezi,159 ədəd döş protezi, 748 ədəd aşağı ətraf ortez-tutoru, 256 ədəd ortez-korset, 18436 ədəd yardımçı məmulat və s. ilə təmin ediblər. Bu təbəqədən olan şəxslərə 2081 cüt ortopedik ayaqqabı və 293 ədəd eşitmə aparatı da verilib, onlara məxsus 497 ədəd reabilitasiya vasitəsi və protez-ortopedik məmulat təmir edilərək yenidən onların istifadəsinə təqdim olunub.

   Əlilliyi olan şəxslər 24866 protez-ortopedik məmulat və reabilitasiya vasitəsi ilə təmin ediliblər ki, bu da ötən ilin 8 ayı ilə müqayisədə 58,2 faiz çoxdur.

   ƏƏSMN sağlamlıq imkanları məhdudlaşan şəxsləri həm də əlil arabası ilə təmin edir. 2015-ci ilin ötən dövründə 1158 nəfər əlilliyi olan şəxsi və sağlamlıq imkanları məhdud uşağı əlil arabası ilə təmin edib.

   Bölgələrdə yaşayan əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar müvafiq hallarda əlil arabaları ilə faktiki yaşadıqları ünvanlarda təmin olunurlar. Bu isə həmin insanların əlil arabaları ilə təmin olunmaq üçün uzaq məsafə qət edərək və xərc çəkərək Bakıya gəlmək çətinliyinin aradan qalxmasına, onların müvafiq xidmətlərdən daha rahat və şəffaf şəkildə yararlanmalarına şərait yaradıb. Qeyd olunan işlərin davamı kimi, son iki gündə ƏƏSMN-nin Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən Gəncə şəhərində, Göygöl, Qazax, Ağstafa, Şəmkir, Gədəbəy, Tovuz rayonlarında yaşayan 26 nəfər əlilliyi olan şəxsə və sağlamlıq imkanları məhdud uşağa əlil arabaları xüsusi ayrılmış avtomaşınla onların faktiki yaşadıqları ünvanlara aparılmaqla, şəxsən təqdim olunub.

   Xatırladaq ki, əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar yaşadıqları rayonun (şəhərin) Tibbi-Sosial Ekspert Komissiyası (TSEK) tərəfindən onlara əlil arabasının verilməsi barədə qərar verildiyi halda əlil arabası ilə təmin olunurlar.

   Əlilliyin gətirdiyi çətinliklə əlaqdar olaraq həmin şəxslərin əmək bazarına çıxışı çətinləşir. ƏƏSMN əlilliyi olan şəxslərin əmək bazarına çıxışının asanlaşdırılması üçün onların peşə reabilitasiyasının təmin olunması diqqətdə saxlayır.

   Bu istiqamətdə aparılan işlərin davamı kimi, cari ilin yanvar-iyul aylarında ƏƏSMN tərəfindən 345 nəfər əlilliyi olan şəxs peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib. Onlardan 213 nəfəri ƏƏSMN yanında Dövlət Sosial Təminat Xidmətinin 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinə qəbul olunub. Mərkəzdə peşə təlimində olan sağlamlıq imkanları məhdud gənclər burada eyni zamanda dövlət hesabına yataqxana, yemək, tibbi-fizioterapevtik xidmət və s. ilə təmin edilirlər. Qalan 132 nəfər isə ƏƏSMN yanında Dövlət Məşğulluq Xidmətinin (DMX) təşkil etdiyi peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunublar. Həmin insanlardan 48 nəfərini gözdən əlil şəxslər təşkil edib.

   Kursları bitirən əlilliyi olan şəxslərə bu barədə müvafiq sertifikatlar veriliryeni yiyələndikləri peşələr üzrə məşğulluqlarının təmin olunması üçün məqsədyönlü işlər görülür. Xatırladaq ki, bu ilin yanvar-iyul aylarında DMX tərəfindən ümumilikdə 1903 nəfər vətəndaş peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib.

   Beləliklə, dövlət əlilləri maliyyə dəstəyindən başqa digər məsələlərdə də köməklik etməsi əlillərin iqtisadisosial vəzyyətini yüngülləşdirir.

 

   Vasif CƏFƏROV

    Ekspress.-2015.- 8 sentyabr.- S.10.