Fərizə-İlham
dastanı (poema)
Proloq
Oyun açdın başımıza,
Fani dünya, fani dünya.
Sən su qatdın aşımıza,
Fani dünya, fani dünya.
Meydan verdin xəyanətə,
Başkəsənə, kəmfürsətə,
Zülm elədin bir millətə,
Fani dünya, fani
dünya.
Harda qaldı Qarabağım,
Darda qaldı Qarabağım,
Torda qaldı Qarabağım,
Fani dünya, fani
dünya.
Bakımızda qan tökdülər,
Qanı nahaqdan tökdülər,
Sinəmizə dağ çəkdilər,
Fani dünya, fani
dünya.
Qırğın saldı
qaniçənlər,
Qisas aldı qaniçənlər,
Nələr gördü yurdum nələr,
Fani dünya, fani
dünya.
Başdan aşdı səhvlərimiz,
Düzəltmədik səhvləri
biz,
Kədərimiz oldu dəniz,
Fani dünya, fani
dünya.
Sökülür Şuşa
qalası,
Çoxmu yad əldə qalası,
Açmır dağların
lalası,
Fani dünya, fani
dünya.
Daim pərişandı halım,
Tarı-mar olub Xocalım,
Qisasını gərək
alım,
Fani dünya, fani
dünya.
Xəyanət gördüm nə qədər,
Qurbanlar verdim nə qədər,
Torpağı itirdik hədər,
Fani dünya, fani
dünya.
Fərizə-İlham dastanı,
Dildə dolaşsın hər
yanı,
Onlar kimi sevən
hanı?
Fani dünya, fani
dünya.
Ucaldılar xalq gözündə,
Möcüzədi yer üzündə,
Mat qalmısan sən özün də,
Fani dünya, fani
dünya.
"Leyli və Məcnun" da
yalan,
Əfsanədi yadda qalan,
Bu dastandı gerçək olan,
Fani dünya, fani
dünya.
"Əsli və Kərəm"
nə demək?
"Fərizə-İlham"dı
gerçək,
Nəsillər qiymət verəcək,
Fani dünya, fani
dünya.
***
Bir yanıqlı hekayət,
Başlayıram bu
gün mən.
Xəbər tutsun insanlar,
Bir eşqin qüdrətindən.
Ölümə qalib gələn,
Sədaqətdən
yazıram.
Al günəşə yüksələn
Məhəbbətdən
yazıram.
Təsvir üçün sözləri,
Tapmaq çətindir,
çətin.
Mələklərdir yazanı,
İlahi məhəbbətin.
Deyirəm, qoy bu işdə,
Allah yetsin dadıma.
Məhəbbət dastanları,
Düşür
bir-bir yadıma.
O dastanlar əfsanə,
O dastanlar nağıldı.
Kimlərsə uydurubdu,
Yazanı var
-nağıldı.
Fərizə-İlham bu gün,
Sevgidə örnək
oldu.
Sədaqətdən, ülfətdən
Bir möcüzə
doğuldu.
Xəyallara qərq olub,
Dəyanətdən
yazıram.
Yüz yol saralıb, solub,
Məhəbbətdən
yazıram.
Elə zənn etməyin ki,
Adi məhəbbətdi
bu.
Nağıllara bənzəyən,
Sirdi, həqiqətdi
bu.
Bu sevgi dastanının,
İki qəhrəmanı
var.
Ölümə qalib gəlib,
Əhdə sadiq
qaldılar.
***
İyunun on ikisi,
Altmış ikinci
ildə.
İlham dünyaya gəldi,
Ağdamda -doğma
eldə.
Anası Ofeliyanın,
Sevinci
aşdı-daşdı.
Qanadlanan xəyalı,
Yeri, göyü
dolaşdı.
İlahidən Əjdərə,
Bu da bir oğul
payı.
Yaddaşına yazdı o,
İlham doğulan
ayı.
Tanrı qisməti idi,
İki oğul,
üç də qız.
Dərdə, qəmə qərq
olar,
Ata-ana
övladsız.
Doğmalar da sevindi,
"İlham"
dedilər ona.
Vətən səsləyən
zaman,
Yetəcəkdi
dadına.
Elxan ilə İlhamın,
Üç
bacısı var idi.
Tofiqə və Rəsmiyyə,
Gülbəniz
nübar idi.
Beləcə sürücü
Əjdər atanın,
Beş övlad
qayğısı düşdü çiyninə.
Bilirdi qədrini hər ötən
anın,
Düşündü,
daşındı o, dönə-dönə.
Nəhayət, Ağdamı tərk
etdi bir gün,
Onu salamladı
Bakı şəhəri.
"Xutor"da yer tapdı ailə
üçün,
Amma azalmadı dərdi,
kədəri.
Sıxdı məngənədə
Əjdəri dövran,
Dözəmmədi
bacısının dərdinə.
Qırx iki yaşında
köçdü dünyadan,
Elxanın
qayğısı çoxaldı yenə.
Yeddinci sinifdə oxuyan İlham,
Tənha nənəsinin
yanına döndü.
"Ar olar qarını burda tək
qoyam",
Doğma Ağdam ona
cənnət göründü.
Zəhməti çox sevdi bu cəsur
oğlan,
Gündüzlər
işləyib gecə oxudu.
Nənəsini tək qoymadı
bircə an,
Gör necə əlləşdi,
necə oxudu?
Nənəsinin nazı ilə
oynadı,
Qarı onu qəlbdən sevdi, "can" dedi.
Düşmədi dilindən
İlhamın adı,
"Sənə kömək olsun
Yaradan" dedi.
Nənə-nəvə
yaşadılar mehriban,
Qovdu günlər
günü, aylar da ayı.
Bakıda Ofeliya darıxdı yaman,
Övladlar
yanında, ondan savayı.
Əsgərlik yaşına
altı ay qalmış,
İlhamı nənədən istədi
ana:
"Həsrəti qəlbimə
yaman od salmış,
Bir az qulluq edim
gərək mən ona.
Əsgəri xidmətə
yollanacaqdır,
Barı bişirdiyim
xörəkdən yesin.
Onsuz ana qəlbim hey dolacaqdır,
Bəlkə sirr sözü var, qoy
mənə desin".
Etiraz etmədi nənəsi buna,
Ananın istəyi həqiqət
oldu.
Gözünün yağını
yedirtdi ona,
Ürəyində
xoş arzular doğuldu.
Bircə an göründü ona
yarım il,
İlhamı xidmətə
yola saldılar.
O gün yaddaşlardan silinən
deyil,
Bir az
keçdi, ondan məktub aldılar.
Sevindilər bacıları,
qardaşı,
Ananın ürəyi
döndü bir dağa.
Yazırdı, az
deyil dostu, sirdaşı,
Elxan pıçıldadı:
"Sağ ol, ay qağa!"
Ananın adına
komandirindən,
Təşəkkür
məktubu gəldi neçə yol.
"Cəsur bir
döyüşçü böyütmüsən sən,
Əsgərlərə nümunədir,
çox sağ ol!"
Tez açdım o zərfi,
açdım fərəhlə,
Sənin komandirin
yazmışdı, İlham.
Təşəkkür məktubu gələrək
dilə,
Xoş sözlər
söylədi, danışdı, İlham.
Təşəkkür eləyir
komandirlərin,
Orduda uğurlu xidmətin
üçün.
Bir gör, nələr deyir
komandirlərin,
Cəsursan,
sağlamsan, itidir gözün.
Yazırlar, xoşbəxtin xoşbəxtiyik
biz,
Sənin tək qeyrətli
oğlumuz vardır.
Deyirəm, öyünsün qoy Vətənimiz,
Onun keşikçisi
mərd oğullardır.
Əsgəri xidmətə yola
salanda,
Dedim: "Xoş sədanı
eşidim sənin,
Həyatda gülməyib
üzü bir an da,
Şöhrət
axtaranın, xeyir güdənin.
Çıxmayıb
öyüdüm yadından demək,
Əhdinə,
andına sadiq qalmısan.
Odlu, atəşlidir köksündə
ürək,
Vüqarlı
ömür sür, oğlum, hər zaman".
İlham əsgərlikdə nələr
görmədi,
Dözdü hər əzaba,
hər çətinliyə.
"Darıxma, ay ana, dönərəm"
-dedi,
"Vətənin
adını batırım niyə?"
Ofeliya ananın gözü yol
çəkdi,
İlhamı həsrətlə
gözlədi hər gün.
Verib öz borcunu o gələcəkdi,
Çəkərək
adını "can" dedi hər gün.
Ananın hər günü sanki il oldu,
O da qulluq etdi öz
İlhamıyla.
Hər an övladını
yadına saldı,
Gecə də,
gündüz də göz dikdi yola.
Beləcə həsrətlə
ötdü iki il,
İlham evə
döndü ər oğlu ər tək.
Gərək iş axtara, boş
qalan deyil,
Hələ
çoxlarına olacaq örnək.
***
"Təbrik et, ay ana, təbrik et
məni,
İş tapdım
özümə, ürəyimcədir.
Təmir edəcəyik neçə
gəmini,
Zəhmətdən qorxmaq nə,
çəkinmək nədir?"
Şərəfli peşədir gəmi
təmiri,
Şöhrətli
zavoddur, öz adı, sanı.
Mənim üçün ən
münasib iş yeri,
Zəhmətdir
ucaldan hər bir insanı.
İşlədi, oxudu, qələbə
çaldı,
Politexnik texnikumu
bitirdi.
Nə yaxşı, ixtisas diplomu
aldı,
Onda səksən doqquzuncu il idi.
***
Qərbi Azərbaycan -Oğuz
diyarı,
Çoban ata,
Bağda ana narahat.
Dünyaya göz açdı
qız övladları,
Onların
üzünə gülmüşdü həyat.
İlham boy atırdı
Qarabağında,
Onda onun səkkiz
yaşı var idi.
Əjdərin evində -öz
torpağında
Ata da, ana da bəxtiyar
idi.
İkinci sinifdə oxuyurdu o,
Bilməyirdi məhəbbət
nə, sevgi nə.
Sevirdi ürəkdən doğma
yurdu o,
Diqqət yetirirdi
öz dərslərinə.
Nə biləydi, avqustun on birində,
Yetmişinci ildə
yarı doğuldu.
Oğuz diyarının özgə
yerində,
Bəxt ulduzu, vəfadarı
doğuldu.
Nə biləydi, gün gələcək
onların,
Göydə
ulduzları barışacaqdı.
Adı qoşa çəkiləcək
onların,
Zirvələr fəth
edib, dağ aşacaqdı.
Fərizə qoydular qızın
adını,
Gətirmişdi
qanadında mələklər.
Yazın ürəklərə,
yazın adını,
Qızıl gülə bənzəyirdi təzə-tər.
Sinəsindən göz muncuğu
asdılar,
Bədnəzərdən
uzaq olsun dedilər.
Belə körpə
yer üzündə harda var?
Görənlər
öpdülər, əzizlədilər.
Nazı ilə oynayıb,
Onu əzizlədilər.
Nə istədi aldılar,
Ürəkdən "can" dedilər.
Ata, ana böyütdü,
Qızı göz bəbəyitək.
Bilmədilər solacaq,
Yanvar günü tər
çiçək.
Odlu-alovlu sevgi,
Sönəcək
qarlı qışda.
Fərizə susacaqdır,
Nakam - iyirmi yaşda.
İlham səkkiz yaşında,
Yarı gəldi
dünyaya.
Bilmirdi ki, adları,
Çatacaq Günə, Aya.
Nə biləydi Fərizə,
Böyüyür
yarı -İlham.
Onun vuran ürəyi,
Ömür baharı
İlham.
Onlar yaşa dolurdu,
Bir-birindən xəbərsiz.
Qonşu edəcək bir gün,
Bu gəncləri
cığır, iz.
***
Bu da alın yazısı,
Bu da tale qisməti.
Kim izah edə bilər,
Belə sirli hikməti.
Budur Çoban atanın,
Ailəsi Bakıda.
Şəhər ona yer verib,
Vaxtında
çatıb dada.
Fərizə də ürəkdən,
Sevirdi təbabəti.
"Həkim olmalıyam mən",
Qərar vermişdi qəti.
Bir saylı tibb məktəbi,
Onu aldı qoynuna.
Qızı qəbul olanda,
Sevindi Bağda ana.
Qız dedi, qoy günlərim,
Xalatım tək ağ
olsun.
Dərdə dərman
tapılsın,
Xalqın canı
sağ olsun.
Nə biləydi hər şeyin,
Düşər-düşməzi
varmış.
Ürəkdəki arzular,
Qönçədəcə
solarmış.
Bacı qədər sevirdi,
Fərizə Gülbənizi.
Bir olardı onların,
Bir olardı sirr
sözü.
Sinif yoldaşı idi,
Rəfiqələr
bir zaman.
Qızların bu dostluğu,
Çıxmışdı
imtahandan.
Bir-birini seviblər,
Doğma bacılar
kimi.
Məhəbbətə onların,
Ehtiyacı var kimi.
Ofeliya ana hərdən,
"Ay İlham, tərpən
görək".
Zarafatla oğluna,
Üz tuturdu gülərək.
Bir halal süd əmmişi,
Tanrı yetirsin, ana.
Qəlbinə yatsa əgər,
Elçi göndərək
ona.
Oğlum, axı səndən də,
Bir az hərəkət
gərək.
Göstər o el qızını,
Biz də
razılıq verək.
(davamı var)
Ölüm sevinməsin qoy!.. Ömrünü vermir bada,
El qədrini
canından daha əziz bilənlər.
Şirin bir xatirətək
qalacaqdır dünyada,
Sevərək yaşayanlar, sevilərək
ölənlər...
Əli
VƏKİL
Ekspress.-2014.- 14 yanvar.- S.14.