Fərizə-İlham
dastanı (poema)
Qonaqlar çox gəlmişdi,
Gülbənizin ad
günü.
Doğmaların, ananın,
Ən fərəhli,
şad günü.
Gələnlərin içində,
Olubdu Fərizə də.
İlham görəndə deyib,
Mələk gəlib
bizə də?
Bir könüldən min
könülə,
Ona vurulub oğlan.
Nə yaxşı ki, gəncləri,
Görüşdürdü
bu dövran.
***
Altdan-altdan iki gənc,
Bir-birinə göz
qoyub.
Nə qədər baxsalar da,
Nə qız, nə
oğlan doyub.
Ad günü başa
çatıb,
Dağılışıb
qonaqlar.
İlham görüb məclisdə,
Mələk
timsallı qız var.
İki oğrun baxışdan,
İki qəlbə od
düşüb.
Gülbənizin şənliyi,
Yamanca şən
ötüşüb.
Sübhə qədər
yatmayıb,
Nə İlham, nə
Fərizə.
Ürəkdən sevənlərin,
Balıncı
dönüb közə.
Xoş hisslər yol
tapıbdır,
İlhamın ürəyinə.
Öz-özünə söyləyib,
"Ya Rəbb, nə
olub mənə?"
Nə kağız axtarıb o,
Nə də qələm
götürüb.
İlk sevgi nəğməsini,
Yaddaşına
köçürüb.
"Gün gələydi bu
şeiri,
Fərizəyə
deyəydim.
Allahımı
çağırıb,
Baxıb göyə
deyəydim".
Qəlbindəki ilk nəğmə,
Tanrıdan, Haqdan gəldi.
Xəyala qərq olduqca,
Hər şey ona dan
gəldi.
Yazı yazan İlahi,
Demə belə
yazıbmış.
Fərizə-İlham eşqi,
Düşdü dilə
-yazıbmış.
Yazılmışdı o nəğmə,
Oğlanın
yaddaşına.
Sonralar Fərizə də,
Qulaq asdı hey ona:
"Bilirsənmi,
haçandan?
Dünyaya göz açandan,
Ay ömrümə gələn
dan,
Mən səni
axtarırdım.
Uzun yollar keçərək,
Həsrət, hicran içərək,
Köksümdə odlu ürək,
Mən səni
axtarırdım.
Bilməsəm də yerini,
Düşünüb gözlərini,
Çəkib dərdi-sərini,
Mən səni
axtarırdım.
Qönçədə arzum mənim,
Baharım, yazım mənim,
Nəğməm, avazım mənim,
Mən səni
axtarırdım.
Nə biləydim ki, varsan,
Sevimli bir dildarsan,
Fərəhsən, iftixarsan,
Mən səni
axtarırdım.
Eşq oduna yanmağa,
Ömrüm, günüm
sanmağa,
Uçub pərvazlanmağa,
Mən səni
axtarırdım.
Qəlbimiz Aydan arı,
Məni anla, duy, barı,
Gəl qoruyaq ilqarı -
Mən səni
axtarırdım.
Gendən-genə baxma, gəl,
Şimşək kimi çaxma, gəl,
Atəşlərə yaxma, gəl,
Mən səni
axtarırdım.
Gecəm, gündüzüm, getmə,
Ən şirin sözüm, getmə,
Ay görən gözüm, getmə,
Mən səni
axtarırdım.
İllərlə izləmişəm,
"Gələcəksən!"
demişəm,
Ürəyimdə kədər, qəm,
Mən səni
axtarırdım.
Yol çəkib gözüm bu
gün,
Gülübdür üzüm bu
gün,
Belədi sözüm bu gün,
Mən səni
axtarırdım.
Tapmışam, itirmərəm,
Heç kimsəyə vermərəm,
Sən Əslisən, mən Kərəm,
Mən səni
axtarırdım".
***
Səksən doqquzuncu ilin mart
ayı,
İlhamgildən
"hə" almağa gəldilər.
Qadınlar bayramı,
varmıdır tayı,
Martın səkkiziydi,
deyib güldülər.
Qız evindən "hə"
cavabı alanda,
Şirin çay
içildi, hamı sevindi.
Şirinləşdi bayram
günü bir anda,
Xoşbəxtlik diləyib
elçilər dindi.
Dedilər bəxtəvər
yaşayar onlar,
Elçilik ən
gözəl bir günə düşüb.
Həyatda gənclərə tale
olsun yar,
Yəqin göydə
ulduzları görüşüb.
Qət etdilər həm də nişan gününü,
Martın on doqquzu
xonçalar gəlsin.
Sevincin ürəkdə daşan
gününü,
Hamı
alqışlasın, doğmalar bilsin.
Səadət diləyib elçilər
dindi,
Ömürləri
toy-bayramla keçəcək.
Qadınlar bayramı -tarixi
gündü,
Qismətləri
olacaqdı gül-çiçək.
Nəhs gün oldu səkkizi
mart bəs niyə?
Günün də
var imiş düşər-düşməzi.
Gənclər həsrət qaldı
bəxtəvərliyə,
Hopdu ürəklərə
matəmin izi.
Burda qeyri-adilik,
Burda qəribəlik
var.
Fərizə də, İlham da,
Yayda
doğulmuşdular.
İlin isti fəslində,
Dünyaya göz
açdılar.
Şəhid oldular qışda,
Təbiətdə
şaxta, qar.
Səksən doqquzuncu il,
On doqquz martda nişan.
On doqquz yanvar günü,
Güllə
yağdı səmadan.
Yoxsa nişan
gününün,
Düşər-düşməzi
varmış?
Qanlı on doqquz yanvar,
Onları
çağırırmış?
Ömürləri beləcə,
Düşər-düşməzlə
dolu.
Üzü fəlakətlərə,
Gedirmiş
ömür yolu.
Qısa bir ömürdə
görün nə qədər,
Var düşər-düşməzlər,
var adiliklər.
Qız toyunda yüz
ölçdülər, biçdilər,
"Solmaz"
şadlıq sarayını seçdilər.
Daim həyatları solmaz olacaq,
Onlar bir-birinə
sadiq qalacaq.
On bir iyun günü qız toyu
oldu,
Məclis əhli nə
bezdi, nə yoruldu.
Bəlkə təsadüfdü, bəlkə
zərurət,
Bir qeyri-adilik, həm
də ki, hikmət.
Qız toyu "Solmaz"da
uzandı o gün,
Özünü
yetirdi on iki iyun.
İlhamın ad günü -iyirmi
yeddi yaş,
Nə lazım həyəcan,
nə lazım təlaş.
Gözəl təsadüfdü
dedilər ona,
Döydü sinəsinə Ofeliya
ana:
"Oğlum, ömrün
toy-düyünlü olacaq,
Bu ad günün
yaddaşlarda qalacaq".
Ay Allah, bəs niyə tərsini
gördük,
Faciədən
köksümüzü ötürdük.
Hər şey yuxu, xəyal imiş
sən demə,
Dağüstü
park gözləyirmiş sən demə.
Yox, bu günü görməyəcək
heç zaman,
Alacaq qoynuna onu
Xiyaban.
Onsuz keçəcəkdi ad
günü daha,
Ana görməyəcək
şad günü daha.
***
Hazırlıq görülür
oğlan toyuna,
Qayğılıdır
yenə Ofeliya ana.
Şadlıq sarayları hey
sadalanır,
Dedilər biri də
"Leyla" adlanır.
Yenidir, ilk dəfə
açılır saray,
Gəl-gəl deyir
qapıları taybatay.
Hələ heç bir toy
olmayıb, nə yaxşı,
İlham toyun
yaraşığı, naxışı.
"İlk şənlik keçirən
biz olaq gərək,
İlk xeyir-duanı
biz alaq gərək".
Güldü, fərəhləndi
Ofeliya ana,
Sarayın adı da xoş gəldi
ona:
"Mənim gəlinim də
Leyladı, Leyla,
Bir adı Fərizə,
bir adı Leyla".
Düşər-düşməzi
varmış,
Bu dünyada çox
şeyin.
"Leyla" şadlıq evində,
Birinci toy etməyin.
Gəlinə Leyli bəxti,
"Leyla"
şadlıq evindən?
Düşündükcə
bunları,
Qərq oluram dərdə
mən.
Orda şənlik keçirmək,
İlhamgilə
düşmədi.
Məhəbbətin bağında,
Meyvələr
yetişmədi.
Onlar üçün dünyada,
İyun daha
doğmaydı.
Doğmalar münasib gün,
30 İyunu saydı.
Dəvətnamə paylandı,
"30 İyun"
yazıldı.
Dillərdə əzbər oldu,
Fərizə-İlham
adı.
Bəlkə ayın son
günü,
Xoşbəxtliyin
sonuydu?
Altı ayda sevinci,
Hansı sel gəlib
yudu?
Niyə doğulduğu ay,
Sevinc ayı
olmadı?
Otuz iyun əbədi,
Yaddaşlarda
qalmadı?
Möcüzələr
birdimi?
Möcüzələr
ondumu?
Uçub bədbəxtlik quşu,
Başlarına
qondumu?
İlhamın dayoğlusu,
Almışdı təzə
maşın.
İlk dəfə toyda
sürdü,
Gəldimi gözə
maşın?
Yan şüşəsi
sınıbdı,
Dayandığı
yerdəcə.
Ufalanıb tökülüb,
Çiliklənib
gör necə?
Bütün bunlar öndəki,
Müsibətdən
nişanə.
Nağıldan, əfsanədən,
Bəd niyyətdən
nişanə.
Mənə əyan olanlar,
Bu qədərdir, bu
qədər.
Qara yanvarda idi,
Fəlakətlər,
dərd, kədər.
***
Xəyalım qanad açdı,
Martın əvvəllərinə.
Fərizəylə İlhamı,
Seyr etdim dönə-dönə.
Bir-birini çox sevir,
Adaxlanıb bu gənclər.
Ülviyyət zirvəsində,
Cüt dayanıb
qoşa zər.
İlk görüşə
çıxıblar,
Şad
günüdür onların.
Vallah yoxdur dəyəri,
Saatların,
anların.
Baş aça bilməyirəm,
Doğrusu, ay, Fərizə.
Mat qalıram qəlbimdə,
Nəğməyə
dönən sözə.
Məhəbbət dastanı yaz,
Bizdən yadigar olsun.
Oxuyanlar deyəcək,
Şair İlham var
olsun.
Mən ki, şair deyiləm,
Bilməzdim şeir nədir?
Vallah eşqin yazdırır,
Bu da bir möcüzədir.
Sizə ilk gəldiyim gün,
Nəsə
yazmışdın mənə.
"Mən səni
axtarırdım"
Onu bir də desənə.
Yadımda qalmayıbdır,
Dinlə təzə
nəğməmi.
Gözəllərin gözəli,
Mələk
saymışam səni.
İstədim ki, o şeiri,
Kağıza
köçürəm mən.
Nə sirdirsə unutdum,
Tez çıxdı
xatirimdən.
Deyəcəyim bu şeiri,
Yəqin bəyənəcəksən.
Mənim üçün
dünyada,
Mələksən ki, mələksən:
"Rəhmə gəl, zalım
balası,
Sən ki, can alan
mələksən.
Ürəyim eşqin qalası,
Qəlbə od
salan mələksən.
Gül yanağın, qaşın,
gözün,
Şux yerişin, gülər
üzün,
Özünə qiymət ver
özün,
Yarını bulan mələksən.
Necə işvə, necə
nazdı,
Sənə bənzər gözəl
azdı,
Yazı yazan mənə yazdı,
Göylərdən gələn
mələksən.
Bəzə bir ömrün
yazını,
Dinləyim şirin
sözünü,
Qəlbin məhəbbət
sazını,
Həvəslə
çalan mələksən.
De, hansı gün doğulmusan,
Məhəbbətdə büt
olmusan,
Bədnəzərdən gendə dayan,
Eldə gəz-dolan,
mələksən.
Sadiq yar andı ürəyin,
Məni duyandı ürəyin,
Sevgidən yandı ürəyin,
Gözləri dolan mələksən.
Sevən kəslər sözə
aşiq,
Qəmli, gülər üzə
aşiq,
Vurulanlar saza aşiq,
Sözdən zövq alan mələksən".
İlhamı dinləyib
güldü Fərizə:
"Oldun haqq
aşığı, gəlməyək gözə.
Yazıb-yarat saf məhəbbət
dastanı,
Dilə
düşsün qoy sədaqət dastanı".
Fərizə, deyirəm ulu
dünyada,
Ürəkdən sevənlər
düşürlər oda.
Halal ola məhəbbəti
hər kəsin,
Dildə gəzə
sədaqəti hər kəsin.
Ürəyimdə atəşin
var, közün var,
Eşqimizə tərif
olan sözüm var.
Ölüm sevinməsin qoy!.. Ömrünü vermir bada,
El qədrini
canından daha əziz bilənlər.
Şirin bir xatirətək
qalacaqdır dünyada,
Sevərək yaşayanlar, sevilərək
ölənlər...
Səməd Vurğun
əvvəli, ardı var
Əli VƏKİL
Ekspress.-2015.- 15
yanvar.- S.14.