Fərizə-İlham dastanı (poema)
Ölüm sevinməsin qoy!.. Ömrünü vermir bada,
El qədrini canından daha əziz bilənlər.
Şirin bir xatirətək qalacaqdır dünyada,
Sevərək yaşayanlar, sevilərək ölənlər...
Səməd Vurğun
Daş-qaşa, sərvətə, vara satmazlar,
Qəlbdə yaşadarlar, amma
atmazlar,
Ülvidir, alidir, haram qatmazlar,
Hamıya gərəkdir
halal məhəbbət.
Sevib-sevilibdir bəşər
övladı,
Ülfət doğma edir dünənki
yadı,
Bütün insanların qolu,
qanadı,
Hamıya gərəkdir
halal məhəbbət.
Könüldən sevənlər
xoşbəxt, bəxtiyar,
Hər aşiqin öz istəyi, bəxti
var,
Onu anlamayan xar olacaq, xar,
Hamıya gərəkdir
halal məhəbbət.
Məcnunu, Leylini yaradan odur,
Əsliyə, Kərəmə,
yara dan odur,
Damarda dövr edən, axan qan odur,
Hamıya gərəkdir
halal məhəbbət.
Heç kimsə etməsin xəyanət
ona,
Həmişə bəsləsin
xoş niyyət ona,
Daim sadiq qalıb hər millət
ona,
Hamıya gərəkdir
halal məhəbbət.
Hər insan övladı onun məhsulu,
Adəm babamızdan başlayıb
yolu,
Qədimdən qədimdi, uludan ulu,
Hamıya gərəkdir
halal məhəbbət.
Sevən aşiq düz ilqarın
vurğunu,
Vəfanın, ismətin, arın
vurğunu,
Təmiz eşqin, sadiq yarın
vurğunu,
Hamıya gərəkdir
halal məhəbbət.
***
Martın səkkizindən toy
gününədək,
Yüz on beş
gün ötdü həyəcan dolu.
Hər dəfə həsrətdən
dil açdı ürək,
Dağüstü
parkaydı görüşün yolu.
Nağıl idi bu gənclərin
görüşü,
Baş mövzuydu təmiz
sevgi, insanlıq.
Müəmmadı kainatın gərdişi,
Ömrün yazı
cavanlıqdı, cavanlıq.
Gələcəkdən söz
saldılar yüz kərə,
Ata, ana olmaq qismət
deyilmiş.
Zirvələrə ucaldılar
yüz kərə,
Xəyal imiş, yox,
həqiqət deyilmiş.
Hər ikisi bir-birinə yaraşan,
Qız
ağıllı, ləyaqətli, ismətli.
Artıq-əskik
danışmazdı heç zaman,
İlham cəsur, mərifətli,
qeyrətli.
Fərizə gözəldi,
qohumcanlıydı,
Böyüyün-kiçiyin
yerini bilən.
Eşqə sadiq idi,
istiqanlıydı,
Yaxşılıq
olardı əlindən gələn.
Qanacağı,
insanlığı, biliyi,
Möcüzəydi,
möcüzəydi, möcüzə.
Evdə davranışı, şux
gözəlliyi,
Möcüzəydi,
möcüzəydi, möcüzə.
Qaynananı ana bilib saymağı,
Mətləbini işarədən
duymağı,
Ad verəydik "gəlinlərin
qaymağı",
Möcüzəydi,
möcüzəydi, möcüzə.
Qeyb olmuşdu çox
ağrısı-acısı,
Daha onun yox
ağrısı-acısı,
Göz bəbəyi -İlhamın
üç bacısı,
Möcüzəydi,
möcüzəydi, möcüzə.
İlhamına ürəkdən
can deməsi,
"Yaşamaram sənsiz bir
an" deməsi,
"Ayırmasın bizi
dövran" deməsi,
Möcüzəydi,
möcüzəydi, möcüzə.
Gülbənizi sevib əzizləməsi,
Elxana "bacınam",
"qardaş" deməsi,
Hörmət ilə dindirərdi hər
kəsi,
Möcüzəydi,
möcüzəydi, möcüzə.
Qaynananın qulluğunda
durması,
Hər an "sənə nə
lazımdır" sorması,
Uf deyəndə sinəsinə
vurması,
Möcüzəydi,
möcüzəydi, möcüzə.
Çoban ata çox
razıydı, çox ondan,
Bağda ana unutmurdu bircə an,
Qardaşı Vaqif də sevirdi
yaman,
Möcüzəydi,
möcüzəydi, möcüzə.
Sədaqət də
qardaşının arvadı,
Hörmətlə-izzətlə
çəkdi bu adı,
Sirr sözünü heç vaxt
ondan danmadı,
Möcüzəydi,
möcüzəydi, möcüzə.
Böyüyün sözünü
eşitməsi də,
Üzü şəhidliyə yol
getməsi də,
İlhamsız özünə qəsd
etməsi də,
Möcüzəydi,
möcüzəydi, möcüzə.
***
Toya qədər neçə yol,
Görüşdülər, kim bilir.
Onlar haqq dünyasında,
Haqdan bir səda gəlir.
Hər gələndə
İlhamın,
Şeiri - töhfəsi
olub.
İlahi məhəbbətin,
Qüdrətindən
doğulub.
Görüşlərdən on
beşi,
Bu gün mənə
əyandı.
Eşqin cüt fədaisi,
Göz önündə
dayandı.
İlhamın əlində gül,
Qəlbində
şeiri gəlib.
Nəğmələri dastana,
Salmağın yeri gəlib.
Onlar Dağüstü parkdan,
Bakını seyr
edirlər.
Qulaq asır Fərizə,
Dillənir sabahkı Ər:
Gəl, "Fərizə"
adında,
Bu şeirimi dinlə
bir.
Onu İlham söyləsin,
Eşidək səninlə
bir.
Elə təkcə o qalıb,
Adıma qoşma nədir?
Xəbər tutan deyər ki,
Dəlidir, divanədir.
Sən dünyaya gələn zaman,
Fərəhləndi atan, anan,
Hamı dedi bir ağızdan:
Kədərlənmə,
gül, Fərizə.
Şirin arzudan doğuldun,
Gözəl oldun, göyçək
oldun,
İllər keçdi yaşa
doldun,
Qəlbdən sev,
sevil, Fərizə.
Timsalısan ülviyyətin,
Təmiz eşqin, məhəbbətin,
Hasil oldu saf niyyətin,
Qədrini sən bil,
Fərizə.
Boy atdıqca gül tək
açdın,
Təzə-tərsən ətir
saçdın,
Xəyanətdən uzaq
qaçdın,
Nə sın, nə əyil,
Fərizə.
Sən ki, nəğmə
vurğunusan,
Qiblə Səməd Vurğunu san,
Öz eşqinin oduna yan,
Dil açsın
könül, Fərizə.
Oyat, səslə duyğuları,
Yaşat, bəslə
duyğuları,
Axır tapdın sadiq yarı -
Dərdi qəlbdən
sil, Fərizə.
Vacib deyil varın olsun,
Etibarlı yarın olsun,
Müstəqil diyarın olsun,
Yazda açar
gül, Fərizə.
İkinci görüş
Səmimi salamlaşıb,
Əl verdilər
ürəkdən.
Söz saldılar yenə də,
Çox arzudan, diləkdən.
Ay Fərizə, doğrusu,
Bilmirəm bu nə
işdi.
Şeir yazmaq, söz qoşmaq,
Hardan ağlıma
düşdü?
Keçən dəfə dediyim,
Şeiri unutmuşam
mən.
Nədəndirsə misralar,
Silinib xatirəmdən.
Yəqin bəyənəcəksən,
Bu günkü
şeirimi də.
Mənim nəğmələrimə,
Pis deməzsən
heç vədə.
Sənin dilindən qopan,
Hər söz mənə
əzizdi.
Kəlmən də qəlbin kimi,
Hikmətlidi, təmizdi.
Görüşmürük
gör haçandan?
Darıxmışam sənsiz yaman,
Gəl önümdə gülər
dayan,
Gözlərinə möhtacam mən
Sözlərinə
möhtacam mən.
Yenə dindir, al könlümü,
Kaman kimi çal
könlümü,
Sal odlara, sal, könlümü,
Əllərinə möhtacam mən
Tellərinə
möhtacam mən.
Sənsiz bağa qonmaz
bülbül,
Susar vallah, dinməz bülbül,
Qızılgülü anmaz
bülbül,
Gülüşünə
möhtacam mən
Gəlişinə
möhtacam mən.
Gətirirsən fərəhi sən,
Ürəyimin fərəhisən,
Bu ilqara, eşqə əhsən,
Kəlamına möhtacam mən
Salamına
möhtacam mən.
Bu nə sevda, nə
hikmətdi?
Qəlbimdə saf məhəbbətdi,
Səni sevmək səadətdi,
Bu ilqara möhtacam mən
Etibara möhtacam mən.
Sən ki, vuran ürəyimsən,
Qol-qanadım, diləyimsən,
Qismətim sən, gərəyim sən,
Saf sevginə möhtacam mən
Sənə, sənə
möhtacam mən.
Üçüncü
görüş
Gülə-gülə yenə də,
Tez hal-əhval
tutdular.
Dərdi-səri,
qayğını,
Ordaca unutdular.
Fərizəm, axı günlər,
Niyə belə ləng
gedir?
Həsrətin üzür məni,
Xəyalım səninlədir.
Ay İlham, başla görək,
Xəyalın nə
söyləyir?
Məhəbbət dastanından,
Daha yeni bir şeir?
Kimin kimdən xəbəri
var?
Həsrətinə
dözəmmirəm.
Ürəyimin kədəri var,
Həsrətinə
dözəmmirəm.
Vallah yaman kövrəlmişəm,
Mənə inan, kövrəlmişəm,
Halıma yan, kövrəlmişəm,
Həsrətinə
dözəmmirəm.
Qoy dostlarım qonaq gəlsin,
Hər kəs qəlbdən desin,
gülsün,
Bəyan edim hamı bilsin,
Həsrətinə
dözəmmirəm.
Ürək-dirək nəyə
lazım,
Sənsizlikdən gərək
yazım,
Ötsün qışım, gəlsin
yazım,
Həsrətinə
dözəmmirəm.
Hər sınağa qatlaşaram,
Sıldırımlı dağ
aşaram,
Vüsal nəğməsi
qoşaram,
Həsrətinə
dözəmmirəm.
Yaxalayıb hicran məni,
Tərk etməyib bir an məni,
Ha sınayır dövran məni,
Həsrətinə
dözəmmirəm.
Yox, yox, İlham sınan deyil,
Hər atəşdən yanan deyil,
Bunu səndən danan deyil,
Həsrətinə
dözəmmirəm.
Dördüncü görüş
İlin gözəl ayıydı,
İlin gözəl
günüydü,
Aşiqlərin qəlbində
Nə haray, nə
ünüydü.
Görüşüb sıxdı
onlar,
Bir-birinin əlini.
İlham diqqətlə
süzdü,
Şux ellər
gözəlini.
Fərizə, ürəyimə,
Heç bilirsən nə
gəlib?
Sözlərimin çələngi,
Bu nəğmə sənə
gəlib.
Ümid ilə gözləyirəm,
Baxıb gülə gözləyirəm,
Dönüb külə gözləyirəm,
Barı gəl
çıx, ay mələyim.
Qalxır ərşə ahım mənim,
De, nədir günahım mənim,
Ümidim, pənahım mənim,
Barı gəl
çıx, ay mələyim.
Eşqə sadiq yarım sənsən,
Yarım özüm, yarım sənsən,
Vüqarım sən, varım sənsən,
Barı gəl
çıx, ay mələyim.
Unutma ki, yar gözləyir,
Sənə sözü var, gözləyir,
Qalıb intizar, gözləyir,
Barı gəl
çıx, ay mələyim.
Həsrətin qul etdi məni,
Yandırıb kül etdi məni,
Öldürüb-diritldi məni,
Barı gəl
çıx, ay mələyim.
Beşinci görüş
Məhəbbət fidanları,
Düşünürdü
gör nələr.
Bilmirdilər onları,
Öndə gözləyir
nələr?
Göydən enib gəlmişdi,
Bu imam
övladları.
Sabah dəvətnaməyə,
Yazılacaq
adları.
Gənclər hardan biləydi,
Nə gözləyir
onları.
Yaşatmaq mümkün deyil,
Şəhid
doğulanları.
Bu görüş də
maraqlı,
Yaddaşda qalan oldu.
Oğlan şeirini dedi,
Qızın kefi duruldu:
Qəlbim sevinclə dolub,
Axı, sən gələcəksən.
Gözüm yollarda qalıb,
Axı, sən gələcəksən.
Sözüm dilimdə nəğmə,
Güllər əlimdə nəğmə,
Ayım, ilim də nəğmə,
Axı, sən gələcəksən.
Aşıb-daşır sevincim,
Sən mələyim, sən incim,
Doldurub şərbət içim,
Axı, sən gələcəksən.
Yolunu gözləmişəm,
İndi gələr, demişəm,
Gözləmək olub peşəm,
Axı, sən gələcəksən.
Söylə nə qədər
anım,
Həsrətimdir hər anım,
Daha vardır gümanım,
Axı, sən gələcəksən.
Əvvəli,ardı
var
Əli VƏKİL
Ekspress.-2015.-16 yanvar.-S.14.