Fərizə-İlham dastanı (poema)
Ölüm sevinməsin qoy!.. Ömrünü vermir bada,
El qədrini canından daha əziz bilənlər.
Şirin bir xatirətək qalacaqdır dünyada,
Sevərək yaşayanlar, sevilərək ölənlər...
Səməd Vurğun
Altıncı görüş
Ən uca bir nöqtədə,
Dayanıblar üz-üzə.
Dastan qəhrəmanları,
İlham ilə Fərizə.
Toy günü yaxınlaşır,
Ürəkləri döyünür.
Dinlə, sevgilim, deyə,
Yenə də İlham dinir.
Nədənsə Fərizənin,
Yanaqları allanır.
Ay Allah, nə düşünür,
Görən indi nə anır?
Qəlbim çırpınır hər an,
Yubanma, gəl, sevgilim.
Mənimləsən hər zaman,
Yubanma, gəl, sevgilim.
Özünü tez yetir sən,
Mənə sevinc gətir sən,
Dərdi, qəmi itir sən,
Yubanma, gəl, sevgilim.
Şöhrətimsən, adımsan,
Uçmağa qanadımsan,
Arzumsan, muradımsan,
Yubanma, gəl, sevgilim.
Sən sevindir yarını,
Yenə dindir yarını,
Göydən endir yarını,
Yubanma, gəl, sevgilim.
Yeddinci görüş
İlham bir az gözlədi,
Bu gün görüş
yerində.
Adiləşdi bir anda,
Kainat gözlərində.
Xəyallara dalaraq,
Oğlan yaman
darıxdı.
İnsanları seyr edib,
Tez-tez yollara
baxdı.
Fərizə görsənəndə,
Aləm güldü
gözündə.
Aşiqlər çox dəqiqdi,
Öz əhdində,
sözündə.
Sənsiz burda darıxdım,
Qəlbim nəğməylə
doldu.
İntizardan, ay gülüm,
Yenə şeirim
doğuldu.
Səndən ayrı düşmək
çətin,
Aman,
darıxdım-darıxdım.
Qəlbimdədir məhəbbətin,
Yaman
darıxdım-darıxdım.
Üzüm gülməz sənsiz
axı,
Zirvə olmur çənsiz
axı,
Niyə bürüsün bu
dağı,
Duman,
darıxdım-darıxdım.
Sənsiz susur, gülmür ürək,
Dinclik nədir, bilmir ürək,
Alovlandım pərvanətək,
Canan,
darıxdım-darıxdım.
Gülür bahar gəlişinə,
Güllər açar gəlişinə,
Deyəsən var gəlişinə,
Güman,
darıxdım-darıxdım.
Aydınlıqdır su dünyada,
Məhəbbətdən yandım
oda,
Ay eşqimi bu dünyada,
Duyan,
darıxdım-darıxdım.
Səkkizinci görüş
Görüş yerinə bu
gün,
Vaxtında gəldi
onlar.
Sonda hiss etdilər ki,
Yaman tez ötdü
anlar.
"Təbabətin sirrini,
Öyrənirsən, Fərizə.
Əlaçı oxuyursan,
Birdən gələrsən
gözə?"
İlham zarafat etdi,
Yarıyla
deyib-güldü.
Fərizəni həyatda,
Başının
tacı bildi.
Deməyin ki, yaddır mənə,
Sevgi qol-qanaddır mənə,
Qoy söyləyim dönə-dönə,
Eşqimin
şöhrət tacısan.
Baharım da, yayım da sən,
Hədiyyəm də, payım da sən,
Can sirdaşım, tayım da sən,
Eşqimin
şöhrət tacısan.
Sevəmmədim hər yetəni,
Bəyənmişəm axı səni,
Unutmaram gül çöhrəni,
Eşqimin
şöhrət tacısan.
Belə gözəl
qız harda var?
Üzün kimi
üz harda var?
Gözün kimi
göz harda var?
Eşqimin
şöhrət tacısan.
Camalından ilham aldım,
Söz üstündə fikrə
daldım,
Öz vədimə sadiq qaldım,
Eşqimin
şöhrət tacısan.
Doqquzuncu görüş
Fərizənin əlini,
Saxlayaraq əlində.
Sözə başladı İlham,
Şad xəbərlər
dilində.
Hər iki evdə indi,
Söhbət toylardan
gedir.
Toyun günü, saraylar,
Hamının dilindədir.
Sənli, mənli bu dünya,
Kaş əbədi
olaydı.
Adəm oğlu kəşfiylə,
Aləmə səs
salaydı.
Axı, niyə görəsən,
Əbədi deyilik
biz?
Özümüz köç
edirik,
Qalır əməllərimiz.
Öz yolunda, öz işində,
Sənli dünya, mənli
dünya.
Öz hökmündə, gərdişində,
Sənli dünya, mənli
dünya.
Onu nalə, ah oyatmır,
Haraylasan haya çatmır,
Söz deyirsən sözə
yatmır,
Sənli dünya, mənli
dünya.
Neçəsinə layla
çalıb,
Neçəsini yola salıb,
Neçəsindən qisas alıb,
Sənli dünya, mənli
dünya.
Beşik olub, beşik bizə,
Müqəddəs ev-eşik bizə,
Daim çəkir keşik bizə,
Sənli dünya, mənli
dünya.
Könlümüzü
alasıdır,
Bizlə yaşa dolasıdır,
Bir gün bizsiz qalasıdır,
Sənli dünya, mənli
dünya.
Onuncu görüş
Seçdikləri o yerdə,
Şirin söhbət
edirlər.
Hələ kefləri sazdı,
Hələ üzləri
gülər.
Bilirsən ki, bitirdim,
Bu il texnikumu mən.
Ali təhsil alım qoy,
Ayrılmadan işimdən.
Ali savadlı həkim,
Olmalısan
özün də.
Bu sənətə tələbat,
Çoxdur bu yer
üzündə.
Bu gün də pozmamışam,
Fərizə, ənənəni.
Həsrətindən, söz
açıb,
Tərif etmişəm səni:
Gör necə dadlıdı, necə
şirindi,
Sənin intizarın,
sənin həsrətin.
Qəlbimdə dil açır,
çağlayır indi,
Sənin intizarın,
sənin həsrətin.
Mənimlə xəyala dalır gecələr,
Yuxumu əlimdən alır gecələr,
Könül rübabımı
çalır gecələr,
Sənin intizarın,
sənin həsrətin.
Gah sevinc bəxş edir, gah da ki,
hicran,
Dünyada sevgisiz yaşarmı
insan,
Kədərli anımda tutur
qolumdan,
Sənin intizarın,
sənin həsrətin.
Əbədi sirdaşım,
mehmanım olub,
Ümidim, inamım, gümanım
olub,
Sehrli söz dünyam, cahanım
olub,
Sənin intizarın,
sənin həsrətin.
Dövr edər, alova dönər
qanımda,
Sənsiz damarımda donar qanım
da,
Özüm dinməsəm də
dinər qanımda,
Sənin intizarın,
sənin həsrətin.
On birinci görüş
Xəzəri, Bakını seyrə
daldılar,
Varmı paytaxtıma
bərabər şəhər?
Gəmilərə bir də nəzər
saldılar,
Saçlarını
darayırdı küləklər.
Fərizə, daşnaklar üz
alıb yaman,
Qarabağım hər an təhlükədədi.
Terrorçu quldurlar
çoxalıb yaman,
Qaçqının,
köçkünün təqsiri nədi?
Azərbaycan üzük -
qaşısa Şuşa,
Hər an təhlükə
var Ağdamda vallah.
Qarabağ savaşı qoy yetsin
başa,
Biz qalib gələrik,
qoruyar Allah.
Millətçi quldurlar yolunu
azıb,
Gərək baş
tutaydı qeyrət yürüşü.
Qatillər hər şeyi tərsinə
yozub,
Əbəs
dayandırdı millət yürüşü.
Qaçardılar ermənilər
oradan,
Saqqallılar, silahlılar az idi.
Ölərdilər,
çıxardılar aradan,
Hücumun
qarşısı alınmaz idi.
Üzeyirin, Natəvanın vətəni,
Nəvvabın,
Bülbülün ruhları incik.
Vaqif ilə Pənah xanın vətəni,
Nəğməkar Seyidi, Cabbarı
incik.
Ağdamım şəhidlər verdi ilk dəfə,
Susdurdular Bəxtiyarı, Əlini.
Yağının gülləsi dəydi
hədəfə,
Bu torpaqdan yadlar
çəksin əlini.
Axı gərək Ağdamı mən
qoruyam,
Toydan sonra icazə
ver gedim mən.
Deməsinlər sən qorxaqsan, ay
İlham,
Öz vədimə
hökmən əməl edim mən.
Əsgər libasını geyərəm
mən də,
Fərizə
İlhamdan ayrılmaz bir an.
Niyə at oynatsın yağı Vətəndə,
Hər ikimiz bir
çıxarıq sınaqdan.
Əbəs yerə sevməmişəm
səni mən,
Həm Tomrissən, həm Nigarsan
dünyada.
Necə
xoşlayıram bu Vətəni mən?
Kaş az olsun
qucağında qan, qada.
Ay İlham, ürəyin doludur bu
gün,
Silsilə nəğmələr
çıxmasın yaddan.
Unut qayğıları, qoy
gülsün üzün,
Şeiri deyib,
çıxmalısan borcundan.
Elə ona görə də,
İftixarım
sayıram.
Sədaqətli, qüdrətli
Gözəl yarım
sayıram.
Nə yaxşı ki, bu dünyada,
Gülüm, varsan mənim
üçün.
Qönçələnib
ömrüm-günüm,
İlk baharsan mənim
üçün.
Azad, xoşbəxt yaşa,
gülüm,
Addımlayaq qoşa, gülüm,
Vuraq ömrü başa,
gülüm,
Vəfadarsan mənim
üçün.
Həyatımın bəzəyi sən,
Qönçəsi sən,
çiçəyi sən,
Qızların ən göyçəyi
sən,
İftixarsan mənim
üçün.
Ürəyimə dayaq eşqin,
Yollarımda mayak eşqin,
Başı qarlı bir dağ
eşqin,
Sadiq yarsan mənim
üçün.
Unutmayaq əhdimizi,
Ülvi sayaq əhdimizi,
Ayırmasın dövran bizi,
Havadarsan, mənim
üçün.
On ikinci görüş
İlham bu gün görüşə,
Fərizədən
tez gəldi.
Ay Allah, gör bu qızın,
Yerişi nə
gözəldi.
Ünvanladı sözünü,
Yarının gəlişinə.
Diqqətlə gəraylıya,
Qız qulaq asdı
yenə.
Gecikdiyin daha bəsdi,
Qulağımda bu nə
səsdi?
Yoxsa əğyar yolu
kəsdi?
Gəl, sənin
qurbanın olum.
Ruhum mənim, canım mənim,
Adım mənim, sanım mənim,
Eşqimi duyanım mənim,
Gəl, sənin
qurbanın olum.
Xatırladım dönə-dönə,
Görüşə tezcə gəlsənə,
Gözüm yolundadır yenə,
Gəl, sənin
qurbanın olum.
Əbədi arzum, diləyim,
Ətirli yazım, çiçəyim,
Ay mələyim, ay göyçəyim,
Gəl, sənin
qurbanın olum.
Yaddan çıxmır sənli
anlar,
Bunu aşiq, sevən anlar,
Tanrı olsun qoy bizə yar,
Gəl, sənin
qurbanın olum.
On üçüncü
görüş
Nədəndirsə ilk dinən,
Fərizə oldu bu
gün.
Elə bil ki, sevincdən,
Gözləri doldu bu
gün.
İlham, sənin şeirini,
Dinləyib dönə-dönə.
Vallah heyran olmuşam,
Sözün gözəlliyinə.
Kaş bunları kağıza,
Köçürəydim,
əzizim.
Hər birində yaşayır,
Görüş
anımız bizim.
Yenisini yazanda,
Əvvəlki yaddan
çıxır.
Sənə nəğmə
qoşmağa,
Ürəyim
çox darıxır.
Aşiq oldum, saldım oda,
Yetiş barı,
yetiş dada,
Gülüm, sənin bu dünyada,
Nazını mən
çəkəm gərək.
Doğulmusan gözəl-göyçək,
Sən göylərdən enmiş
mələk,
Ay ətirli, zərif çiçək,
Nazını mən
çəkəm gərək.
Aşiq oldun, güldü
üzün,
Elə bil ki, güldü
üzün,
Könül açandı hər
sözün,
Nazını mən
çəkəm gərək.
Bir kimsəyə bənzərin
yox,
Yarandın gözü,
könlü tox,
Qaşın kaman, kirpiyin ox,
Nazını mən
çəkəm gərək.
Gözəlisən gözəllərin,
Baxışında məna dərin,
Əlimə dəysin əllərin,
Nazını mən
çəkəm gərək.
İlham oldu söz vurğunu,
Gül çöhrə, gül
üz vurğunu,
Qaynar, gülər göz
vurğunu,
Nazını mən
çəkəm gərək.
On dördüncü
görüş
Unudulmaz olurdu,
Görüşlərin
hər biri.
Artıq dəqiqləşirdi,
Toyların da günləri.
Cütlər söhbət edərkən,
Nələr
danışmırdılar.
Deyirdilər qarşıda,
Çox fərəhli
günlər var.
İlhamın ürəyində,
Hazırdır yeni
şeiri.
Oğlan qələmə alıb,
Qəlbindən
keçənləri.
Bizim ulu dünyamızda,
Qarlı
qışda, güllü yazda.
"Kərəmi"ni telli sazda,
İlhamla çalan
İlhamam.
Məndən küsüb inciyəndə,
Sözüm qəlbinə dəyəndə,
Hicran qapını döyəndə,
Qeydinə qalan
İlhamam.
Ruhum, qolum-qanadımsan,
Ayırmasın bizi dövran,
Həsrətindən, gülüm,
hər an,
Xəyala dalan
İlhamam.
Söz salaram ülfətindən,
Kamalından, ismətindən,
Doyammıram axı səndən,
Saralıb-solan
İlhamam.
Şeyda bülbül yazı
gözlər,
Aşiq gülər üzü
gözlər,
Öndə xoş gün bizi
gözlər,
Toydan söz salan İlhamam.
əvvəli,ardı
var
Əli VƏKİL
Ekspress.-2015.-17-19
yanvar.-S. 20.