Fərizə-İlham dastanı (poema)
Ölüm sevinməsin qoy!.. Ömrünü vermir bada,
El qədrini canından daha əziz bilənlər.
Şirin bir xatirətək qalacaqdır dünyada,
Sevərək yaşayanlar, sevilərək ölənlər...
Səməd Vurğun
İlham Xırdalandan gətirilən gün,
Fərizə dünyada olmayacaqdır.
Məzar qazılacaq iki gənc üçün,
Üstündə qərənfil solmayacaqdır.
İlhamın nənəsi dörd göz olmuşdu,
Anası Bağda da güdürdü onu.
Qarının yerinə közmü dolmuşdu,
"Faciə olmasın kaş bunun sonu".
Gözünü bir an
da yummadı gəlin,
Nəsə fikirləşib
durdu yerindən.
Dərdi sonsuz idi ülvi gözəlin,
Nənə sordu: "Qızım,
yatmırsan nədən?"
Qarı fikirləşdi: "Nə
ola bilər,
Qoy
çıxsın bayıra dərdi azalsın.
Bu anda nə tapa, nə
bula bilər?
Bir az da dərdiylə
baş-başa qalsın".
Qətiyyətə, qeyrətə
bax, ay Allah,
Uksusu bir anda çəkdi
başına.
Yeni dastan doğulacaq, ay Allah,
Belə bir qız
böyüdəmməz hər ana.
Tez tapdı qoyduğu qələm-kağızı,
Vida sözlərini
yazdı Fərizə.
Yandırardı o anda qəm,
kağızı,
Qələm də od
olub dönərdi közə.
"Heç biriniz ağlamayın,
ay ana,
İlhamsız
dünyada yaşayım necə?
Tək qoymayım, həyan olum mən
ona",
Fikirləşib qərar verdi beləcə.
Daha özgə heç nə yaza
bilmədi,
Zəhər öz
işini görmüşdü artıq.
Ruhu sevgilisi İlhamla idi,
Sədaqət borcunu
vermişdi artıq.
Faciədən yerlər, göylər
ağladı,
Qatıq, dava-dərman kara gəlmədi.
Bu kainat, anamız yer ağladı,
Dərdli Bağda ana gör nələr
dedi:
"Əzizim, yazım hanı,
Qış
ötdü, yazım hanı?
Fərizəmi səslərəm,
Ay illər, qızım hanı?
Əzizinəm, anası,
Könlüm onu
anası.
Nə şadlanar, nə gülər,
Fərizənin
anası.
Əzizinəm qırmızı,
Qərənfil
al-qırmızı.
Qəbrin Xiyabandadı,
Fərizə
Çoban qızı".
Bağda ana ağladı,
Yana-yana
ağladı.
Bayatısı, ağısı,
Neçə qəlbi
dağladı.
Dərdli Ofeliya ana,
Ağı dedi oğluna.
Fərizənin yası da,
Çəkilməz dərddi ona:
"Əzizinəm, anası,
Ana oda yanası,
Gəlinimlə oğlumun,
Anasıyam, anası.
Çiçəkli yazım
köçdü,
Laləm, nərgizim
köçdü,
Çəkiləsi dərd deyil,
Oğlumla
qızım köçdü.
Necə qansızdı yağı,
Tanrım, sönsün
çırağı,
Gəzdirəcəm illərlə
Sinəmdə
qoşa dağı".
***
Kim nə deyir qoy desin,
Onu İlham gözləyirdi.
Qoy sözümü el dinləsin,
Onu İlham gözləyirdi.
Zəfər çaldı pak məhəbbət,
Mayası düzlük, ülviyyət,
Vardı təmiz ad, sədaqət,
Onu İlham gözləyirdi.
Daim ilham alsın deyə,
Qəlb sirdaşı olsun deyə,
Eşqə sadiq qalsın deyə,
Onu İlham gözləyirdi.
Məhəbbəti qorumağa,
Saf niyyəti qorumağa,
Nəcabəti qorumağa,
Onu İlham gözləyirdi.
Bir milləti ucaltmağa,
Məmləkəti ucaltmağa,
Qətiyyəti ucaltmağa,
Onu İlham gözləyirdi.
Sevgidə örnək olmağa,
Həmsöhbət gərək
olmağa,
Xoş arzu, dilək olmağa,
Onu İlham gözləyirdi.
Göydən gəlmiş mələk
idi,
Köksündəki ürək
idi,
Ən ətirli çiçək
idi,
Onu İlham gözləyirdi.
Axı yaşaya bilməzdi,
Heç vaxt danışıb,
gülməzdi,
Daha sevib-sevilməzdi,
Onu İlham gözləyirdi.
Bu addımı atmalıydı,
İstəyinə
çatmalıydı,
O, bu yolu tutmalıydı,
Onu İlham gözləyirdi.
Heç birisi tək qalmazdı,
Bu dünyaya səs salmazdı,
Cənnətməkan, ömrü
yazdı,
Onu İlham gözləyirdi.
Belə bir məhəbbət
hanı?
"Fərizə-İlham
dastanı",
Dolaşacaq bu cahanı,
Onu İlham gözləyirdi.
"Fərizə,
tez gəl", deyirdi.
Qazılmışdı qəbirləri
yanaşı,
Torpaq altda qoyuldular
üz-üzə.
Heç birini qaytarammaz göz
yaşı,
Mələklərə
bacı oldu Fərizə.
Torpağı sevən kəslər,
Qovuşdular
torpağa.
Ölüm sala bilmədi,
Bir-birindən
uzağa.
Bu ilahi sevgidən,
Allah, nələr
yazıldı?
Saf məhəbbət dastanı,
Əfsanələr
yazıldı.
Bu misralar da məndən,
Onlara ağı
olsun.
İki cənnət quşunun,
Məzarı nurla
dolsun.
Ağı deyir analar,
Doğma elim
yasdadı.
Ümmanlarca dərdim var,
Bəmim, zilim
yasdadı.
Qəlbim oda qalandı,
Elim, obam talandı,
Ağlayan Savalandı,
Dağım,
çölüm yasdadı.
Nələr andı göy Xəzər,
Dalğalandı göy Xəzər,
Dərddən yandı göy Xəzər,
Çayım, selim
yasdadı.
Göz dikmişəm səhərə,
Qul olmadım bir kərə,
Söyləyin Ələsgərə
Göyçə
gölüm yasdadı.
Qoy eşitsin Şəhriyar,
Qan ağlayır bu diyar,
Başını əyib Qoşqar,
Qış fəsilim
yasdadı.
Dərdimi bil, a qardaş,
Ortaq ol, böl, a qardaş,
Gözümü sil, a qardaş,
Ayım, ilim
yasdadı.
Əli Vəkil şad olmaz,
Öz yurduna yad olmaz,
Damağında dad olmaz,
Ana dilim yasdadı.
***
Nə yazsam Fərizədən,
Nə söyləsəm
İlhamdan,
Tükənən deyil bilin,
Söz qəlbimdə
heç zaman.
Qulağında toyun səsi,
Dilində vida nəğməsi,
Millətimin İlahəsi,
Dilim yatmayır bu sözə-
Dünyadan
köçdü Fərizə?
Azərbaycan yas saxladı,
Çaylar da qəmli
çağladı,
Mələklər qara
bağladı,
Dilim yatmayır bu sözə-
Dünyadan
köçdü Fərizə?
İlhamsız bu dünya boşdu,
Onun üçün
doğulmuşdu,
Cənnət bağındakı
quşdu,
Dilim yatmayır bu sözə-
Dünyadan
köçdü Fərizə?
Onun kimi sevən
hanı?
Heyran qoydu bu dünyanı,
Damarında dindi qanı,
Dilim yatmayır bu sözə-
Dünyadan
köçdü Fərizə?
Kədər qəlbləri
dağladı,
Eşidib-görən
ağladı,
Ana torpaq, yer ağladı,
Dilim yatmayır bu sözə-
Dünyadan
köçdü Fərizə?
Millətimin iftixarı,
Sevgidə yurdun vüqarı,
İlhamın ismətli yarı,
Dilim yatmayır bu sözə-
Dünyadan
köçdü Fərizə?
Dözəmmədi ağır dərdə,
Dedi: "Bu qan qalmaz yerdə",
Yeri isti ürəklərdə,
Dilim yatmayır bu sözə-
Dünyadan
köçdü Fərizə?
Leyli yalan, Əsli yalan,
Əfsanədi yadda qalan,
Adı dildə dastan olan,
Dilim yatmayır bu sözə-
Dünyadan
köçdü Fərizə?
Sadiq qaldı öz əhdinə,
İlhamına, düz əhdinə,
Ola bilməz söz əhdinə,
Dilim yatmayır bu sözə-
Dünyadan
köçdü Fərizə?
Yollarını bürüdü
çən,
Haçan
döndü sevgi səndən?
"Necə
dözüm İlhamsız mən?"
Dilim yatmayır bu sözə-
Dünyadan
köçdü Fərizə?
Bir ah çəkdi yana-yana,
Yuxu gəldi dövran ona,
Axır yetdi İlhamına,
Dilim yatmayır bu sözə-
Dünyadan
köçdü Fərizə?
***
Cüt balanın ruhlarına,
Söz hədiyyəm,
söz payım var.
Hər birisi fəxrim mənim,
İlhama da öz
payım var.
Qarabağa getməliydi,
Elimin cəsur
İlhamı.
Yurdu xilas etməliydi,
Elimin cəsur
İlhamı.
Cəsarətdə ər oğlu ər,
Ot kökü
üstündə bitər,
O gecə göstərdi hünər,
Elimin cəsur
İlhamı.
Yox-yox, qaçıb gizlənmədi,
"Mənim nə işim",
demədi,
Döyüşkən bir əsgər
idi,
Elimin cəsur
İlhamı.
Ağdamından uzaq idi,
Ora getmək yasaq idi,
Doğulandan qoçaq idi,
Elimin cəsur
İlhamı.
Tükənməzdi arzuları,
Sapa düzdü arzuları,
Tapmışdı ismətli
yarı,
Elimin cəsur
İlhamı.
Vuruldu halal zəhmətə,
Layiq idi hər hörmətə,
Arxalandı məhəbbətə,
Elimin cəsur
İlhamı.
Dünya dolub-boşalacaq,
Ərlər Ağdamı alacaq,
Elə o yaşda qalacaq,
Elimin cəsur
İlhamı.
Şəklinə baş əyəcəklər,
Əhsən sənə, deyəcəklər,
Dönə-dönə deyəcəklər,
"Elimin cəsur
İlhamı".
Daim örnək olacaqsan,
Tariximdə qalacaqsan,
Ad qazanmaq deyil asan,
Elimin cəsur
İlhamı.
Sən bir nəslin iftixarı,
Doğma elin iftixarı,
Fərizənin sadiq yarı,
Elimin cəsur
İlhamı.
Əli Vəkil söz tapmayır,
Səni yurdun fəxri sayır,
O anları unutmayır,
Elimin cəsur
İlhamı.
***
Bir müqəddəs ocaqda
İki şəhid anası,
Bir şəhid ər oğlu ər,
Biri elin sonası.
Qara geyinibdir Ofeliya ana,
İlham kimi oğul
itirib axı.
Naləsi ucalır lap asimana,
İmdada
çağırır qadir Allahı.
İlhamın anası qoşa
dağ görüb,
Həm də Fərizə
tək gəlin itirib.
Yerindəcə dönüb
daşa, dağ görüb,
Ay ellər, köməyə gəlin,
itirib.
Paltarı qapqara Bağda ananın,
Qızı Fərizənin, yeznənin
dərdi.
Ahı çatır hara Bağda
ananın,
İtki böyük,
təsəlli də hədərdi.
İlhamı sevirdi oğlu Vaqif tək,
Deyirdi: "Taleyin bəxşidir
bu.
Vallah, balalarım gözə gələcək,
Biz kimik,
Tanrının öz işidir bu".
Qara geyinibdir şahid anası,
Qəfil yaxalayıb
dərd onu nədən?
Göylərdən enibdir şəhid
anası,
Önündə diz
çökür, baş əyirəm mən.
Nər oğul böyütdü Vətənə
arxa,
Düşmənə
qənimdir odlar övladı.
Oğul elə şərəf, o sənə
arxa,
Ölməyib, şəhid
tək çəkilir adı.
Hər igid İlham tək
yaşatsın gərək,
Ana şərəfini,
Vətən eşqini.
Nifrəti püskürsün yanar
vulkan tək,
Bombaya çevrilsin qəlbinin
kini.
Yurdumun ən ağır sınaq
günündə,
Şəhidlik zirvəsi
çağırdı bizi.
Analıq borcunu ödədin sən
də,
İlhamın qorudu Vətənimizi.
Qara geyinibdir şəhid anası,
Qəfil yaxalayıb
dərd onu nədən?
Göylərdən enibdir şəhid
anası,
Önündə diz
çöküb, baş əyirəm mən.
əvvəli, ardı var
Əli VƏKİL
Ekspress.-2015.- 22 yanvar.- S.14.