Fərizə-İlham
dastanı (poema)
Ölüm sevinməsin qoy!.. Ömrünü vermir bada, El qədrini canından daha əziz bilənlər. Şirin bir xatirətək qalacaqdır dünyada, Sevərək yaşayanlar, sevilərək ölənlər... Səməd Vurğun
O qədər atəş səsi,
Eşitməmişdi şəhər.
Fərizəyə, İlhama,
Yas saxladı sevənlər.
Neçə şənlik, neçə toy,
Yarımçıq qaldı o gün.
Dərdi çəkilməz oldu,
Bakım qocaldı o gün.
Tankların nərəsindən,
Dördgöz oldu körpələr.
Nələr etdi cəlladlar,
Aman Allah, gör nələr?
Əliyalın İlham da,
Hədəf oldu
gülləyə.
Susduruldu elini,
Ürəkdən
sevir deyə.
Fəlakətə baxın siz,
Qol tapılıb, bədən
yox.
Tankmı keçib üstündən,
Bunu bəyan edən
yox.
Bir məzarda Yusifin,
Tək qolu dəfn
edildi.
Sol qolun əfsanəsi,
Yaşayır
neçə ildi.
Meyidlər var, ya rəbbim,
Tanımaq
mümkün deyil.
Sızlayacaq bu yara,
Ürəklərdə neçə
il.
Dərdin
ağırlığından,
O gün hər yan ağladı.
Araz ilə bölünmüş,
Azərbaycan
ağladı.
Qəmdən ağı deyən də,
Qəzəl yazan da
oldu.
Hər sözümüz,
misramız,
Dərdimizdən
doğuldu.
Neçə yol söhbət etdim,
Gənc şair
Ülviylə mən.
Söyləyin, haçan doydu,
Obasından, elindən?
Atəşli ürəyində,
Göyçə dərdi
var idi.
Ona qol-qanad verən,
O doğma diyar idi.
Ölməzlik yolçusuydu,
Vüqarlı balam mənim.
Kim nişan
aldı, söylə,
Kim oldu sənə qənim?
İyirmi yaşlı Ülvim,
Son mənzil - Əbədiyyət!
Qəlbində yurd
salmışdı,
Təmiz arzu, xoş niyyət!
***
Cəsarətli, mərd İlham,
Gəlinimiz - Fərizə.
Məhəbbəti al Günəş,
Qəlbi təmiz Fərizə.
Qoy eşitsin yer üzü,
Qoy eşitsin ölkələr.
Belə bir məhəbbətə,
Qibtə etsin ölkələr.
Vur-tut altı ay əvvəl,
Olmuş idi
toyları.
İlham sevib seçmişdi,
Fərizə tək
bir yarı.
Fərizənin yanında,
Sevən qızlar
yalandı.
Ləyaqətlə qorudu,
O qız içdiyi andı.
Görəndə ki, İlhamı,
Susdu Vətən
yolunda.
Zəhər içdi həmin
gün,
Yaşamadı bir an
da.
Nə yazım layiq olsun,
Nə söyləyim
bəs indi?
Adıyla fəxr etməyə
Belə övlad bəsindi.
Sən ondakı təpərə,
Qeyrətə bax,
İlahi.
Gültək açan gəlində
Cürətə bax,
İlahi.
Xoş günləri öndəydi,
Ana da
olmalıydı.
İlhamla ömür sürüb,
O yaşa dolmalıydı.
"Vağzalı"nın sədası,
Hələ qulaqda
idi.
Hənanın qızartısı,
Hələ barmaqda
idi.
Bu ailə sevinci,
Nə tez xəyala
döndü?
Xoşbəxtliyin
çırağı,
Güclü küləkdən
söndü.
Qoşa yatırlar onlar,
Vüqar, qeyrət rəmzi
tək.
Torpağın altında da,
Bir vurur iki ürək.
Qoy ölüm sevinməsin,
Öyünməsin
heç zaman.
Ayrı sala bilmədi,
Fərizəni
İlhamdan.
Öz elimiz, obamız,
Öz müqəddəs
yurdumuz.
Niyə öz evimizdə,
Qırdı bizi
"ordumuz"?
Bu tökülən qanların,
Günahkarı kim
oldu?
Nə bir cəza verildi,
Nə məhkəmə
quruldu?
O gecə müdhiş gecə,
Yaman qanlı gecəydi.
Cəsarətli İlhamın,
Köksünə
güllə dəydi.
Qəzəbindən Xəzər də,
Nərə çəkdi
o anda.
Gördü ömürlər
sönür,
Bakımızın
qoynunda.
Neçə yerdən
tuşlandı,
İlhamıma
güllələr.
Tətik çəkilən zaman,
Yetir kama
güllələr.
İlham kimi gənclərə,
Yamanca toy tutdular.
Nakam susan
övladlar,
Elimi ucaltdılar.
İblis, şeytan felindən,
Qoru bizi, İlahi!
Yaraladı qatillər,
Qəlbimizi, İlahi!
***
Düşmənlərə deyiləsi
sözüm çox,
Yeri gəldi qoy
bildirim, qoy yazım.
Nə yaxşı ki, məndə
dərdə dözüm çox,
Xoş qədəmlə
gəlsin yurda qoy yazım.
Məmləkət can atıb
suverenliyə,
Bəsdir özgələrə
baş əydiyimiz.
Azadlıq əzmimi
boğdular niyə?
İyirmi yanvarda nələr
gördük biz?
Haqqını istəyən
xalqın başına,
Qantökən
"ordumuz" min oyun açdı.
Oğul, qız itirdi gör
neçə ana,
Güllələr
zülmətdə gur işıq saçdı.
O gün susduruldu yüzlərcə
insan,
Ana fəryadını
eşitdi hamı.
Ah çəkdi diyarım,
sarsıldı yaman,
Yağı niyə nişan
aldı İlhamı?
O şənbə gecəsi
töküldü qanım,
Mələklər
diksindi güllə səsindən.
Köksünü ötürdü
Azərbaycanım,
Dərdli anaların
ah-naləsindən.
Nahaq qan tökməyə gəlmişdi
ordu,
Günahsız
İlhamlar şəhid oldular.
Hədəf seçmişdilər
müqəddəs yurdu,
Quzğunlar Bakıya
niyə doldular?
Başımın üstündən
uçdu güllələr,
Tankların harayı
qulaq batırdı.
Qeyrətli övladlar susdular hədər,
Qaniçənlər
sağa-sola atırdı.
Çatdı məqsədinə bədxahlar
o gün,
Küçələr
boyandı lalə rənginə.
Yanağı allandı bir anda
göyün,
Yaddan zərbə
aldıq biz dönə-dönə.
Nəydi
günahımız, nəydi bilmirəm.
Kimin toyuğuna
"kiş" demişdik biz?
Bu zərbə nə
üçün dəydi, bilmirəm?
Qana qəltan oldu
igidlərimiz?
Nəydi günahımız görən,
ay Allah,
Bakıda
yağış tək yağdı güllələr?
İnana bilmirəm, mən buna
vallah,
Niyə qan rənginə
çaldı üfüqlər?
Nəydi
günahımız, nəydi, İlahi?
Bakının qəlbinə
yara vurdular.
Güllə sinəmizdən dəydi,
İlahi,
Satqınlar, paxıllar ara vurdular.
Vahid olmalıdır Azərbaycanım,
Təbrizim,
Şirvanım, Qarabağım var.
Yaşa dolmalıdır Azərbaycanım,
Bir dilim, bir elim, bir
torpağım var.
***
Dünya xəbərləri,
telekanallar,
Yaydı yer
üzünə baş verənləri.
Ar olsun nahaqdan qan tökənə,
ar,
Cahan xatırlayır
həmin günləri.
Yazıldı Fərizə-İlham
barədə,
İnanan az
oldu, inanmayan çox.
Gəlin belə addım atmaz
heç vədə,
Bunu şayiə
sayan, yalan sayan çox.
Qeyrətli İlhamı güllələyiblər,
Silahsız-filansız
durduğu yerdə.
Qarabağı töhfə verin
deyiblər,
Axıb, gölmələnib
qan küçələrdə.
İyirmi yaşında gəlin nə
üçün,
Zəhər
içib, intihara əl atıb?
Dolaşdı hər yanı bu xəbər,
bu ün,
Qıyıb həyatına
ərinə çatıb.
Cüt İlham-Fərizə - toy
şəkilləri,
Yer tapdı
dünyanın qəzetlərində.
Fərizə mat qoydu bütün
elləri,
Ülvi məhəbbətin
kökü dərində.
Atdı bu addımı, atdı Fərizə,
Yox etsin məhəbbət
dastanlarını.
Bilmədik ki, amanatdı Fərizə,
Yaşadaq həqiqət
dastanlarını.
Göstərdi ki, bu millətin
sevgisi,
Torpağı tək
alovludu, odludu.
Günəş kimi yanar, mətin
sevgisi,
Əfsanədi, həqiqətdi,
bax budu.
Eşidildi insanların dilindən,
İlhama süd verən anaya əhsən!
Ofeliyadı - Azərbaycan elindən,
Yer üzündə
fəxri ana oldun sən.
İyirmi yaşdaydı gəlin Fərizə,
Döşündən
süd əmib Bağda ananın.
Fəxridir millətin, elin Fərizə,
Hörmətini
qazandı bu dünyanın.
Ona öyüd verən Bağda
müqəddəs,
Cəsarətli, qəhrəman
qız böyüdüb.
Yarışammaz
yaşıdları, heç bir kəs,
Ana əhdi-ilqarı
düz böyüdüb.
İki aşiq, iki gənc var cənnətdə,
Qoşa şəhid
orda mələk donunda.
Millət üçün onlar
vüqar cənnətdə,
Cüt məzar -
"Şəhidlər Xiyabanı"nda.
On beş ildir
gül gətirir cüt ana,
Ziyarət edirlər
qoşa məzarı.
Bəy-gəlin şəkili -
baxırlar ona,
Dinib-danışaydı ər-arvad
barı.
Qonaq gəlir dünyanın hər
yerindən,
Ziyarət edirlər
nakam gəncləri.
Nəzər salan köks
ötürür dərindən,
Elin şəhid bəndəsidi
hər biri.
Əcnəbi qonaqlar fikrə gedirlər,
Vərəqlənir
bir məhəbbət dastanı.
Nədən onlar bəs
təəccüb edirlər?
Fərizə-İlham
tək sevənlər hanı?
Gəlir məzar üstə
Bağda, Ofeliya,
Burda hər birinin iki
övladı.
Axan göz yaşları bənzəyir
çaya,
Qoşa şəhid
- ürəkdəki övladı.
Bala məzarının üstə
qoymağa,
Neçə dəfə
gül gətirib analar.
Vaxt lazımdır hesablayıb
saymağa,
Dərdə-qəmə
sinə gərib analar.
Tək gəliblər, cüt gəliblər
neçə yol,
Doymayıblar mərmərə
üz sürtməkdən.
Cüt şəkili cüt siliblər
neçə yol,
Bezməyiblər
soyuq daşı öpməkdən.
Xeyir-dua verir İlhamın ruhu,
Yaşayın, ay ana,
baş çəkin bizə.
Unutmayın istəyimiz budur, bu,
Yubansanız
darıxacaq Fərizə.
Dilə gəldi əhdə sadiq
dildarı,
Doğmaları
arzulayır İlham da.
Bəxtəvər yaşasın
qohumlar barı,
Həmişə, həmişə
düşürük yada.
***
Milyon-milyon insan gəlib,
Cüt məzarı
ziyarətə.
Bütün Azərbaycan gəlib,
Cüt məzarı
ziyarətə.
On beş ildə
neçə ana,
Balam deyib yana-yana,
Üz tutublar Xiyabana -
Cüt məzarı
ziyarətə.
Yaşayırlar ürəklərdə,
Arzularda, diləklərdə,
Enib gələr mələklər
də,
Cüt məzarı
ziyarətə.
Tanıyan çox Ofeliyanı,
Yollarda üzülüb canı,
İstər sərf etsin hər
anı,
Cüt məzarı
ziyarətə.
Kim nə deyir desin ona,
Sözü olur balasına,
Hey can atır Bağda ana,
Cüt məzarı
ziyarətə.
Şəhidliyin zirvəsi var,
Onlar orda tutub qərar,
Axışıb gəlir adamlar,
Cüt məzarı
ziyarətə.
Vətən yolunda susdular,
Hər birinin adı yaşar,
Nə yaxşı ki, gələnlər
var,
Cüt məzarı
ziyarətə.
Onlartək sevin, sevilin,
Toydan öncə bəylə gəlin,
Gəlin, and içməyə gəlin
-
Cüt məzarı
ziyarətə.
əvvəli,
ardı var
Əli
VƏKİL
Ekspress.-2015.-
24-26 yanvar.- S.20.