Yeni yerləri yoxsulluğu azaldır

 

2014-cü ildə 100 mindən çox yeni yeri açılıb

 

Qaçqın məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması

Hər bir ölkədə olduğu kimi Azərbaycanda da dövlət yoxsulluğun azaldılması məqsədilə əhalinin məşğulluğunun və gəlirinin artırılmasına, yeni yerlərinin açılmasına xüsusi diqqət ayırır. 2014-cü ildə də hökumət bu məsələləri diqqətdə saxlayıb və ötən dövrdə 100 mindən artıq yeri açılıb, əhalinin gəlirlərinin artırılması davam edib.

   2014-cü ildə əhalinin gəlirləri əvvəlki ilə nisbətən 4,8 faiz artaraq 39,4 milyard manata çatıb, onun hər nəfərə düşən həcmi 4180,5 manatya ayda orta hesabla 348,4 manat təşkil edib. Hər nəfərə düşən gəlirlərin artımı istehlak qiymətlərinin artımını 2,1 faiz bəndi üstələyərək 3,5 faiz olub.

   Bu dövr ərzində gəlirlərin 68,8 faizi son istehlaka, 8,7 faizi vergilər, sosial sığorta və üzvlük haqlarının, 2,5 faizi kreditlər üzrə faizlərin ödənilməsinə, 20,0 faizi isə əmanətlərin və kapitalın artırılmasına yönəldilib.

   Əhalinin sərəncamında qalan 35,9 milyard manatlıq gəlir əvvəlki ildəki ilə müqayisədə 5,1 faiz çox olub.

   Əhalinin gəlirinin bir hissəsini əmək haqqı gəlirləri təşkil edib.

   2014-cü ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,4 faiz artaraq 442,1 manat təşkil edib. Əmək haqqı neft sektorunda 1754,6 manat, qeyri-neft sektorunda 409 manat, dövlət bölməsində 356 manat, özəl bölmədə 567,5 manat olub.

   Digər fəaliyyət növləri ilə müqayisədə mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmitexniki fəaliyyət sahəsində, tikintidə orta aylıq nominal əmək haqqı daha yüksək olub.

   Bu dövrdə müəssisə və təşkilatlarda çalışan kənar əvəzçilərin orta aylıq əmək haqqı 261,7 manatmülki-hüquqi xarakterli müqavilələr üzrə işləyənlərin orta aylıq əmək haqqı 311,1 manat təşkil edib.

   Qeyd edək ki, 2015-ci il yanvarın 1-i vəziyyətinə görə Azərbaycanda iqtisadi fəal əhalinin sayı 4,8407 milyon nəfər olub, onlardan 4,6029 milyon nəfərini iqtisadi əmək fəaliyyəti ilə məşğul olan əhali təşkil edib.

   2014-cü il dekabrın 1-i vəziyyətinə muzdla işləyənlərin sayı 1,5077 milyon nəfər, o cümlədən iqtisadiyyatın dövlət bölməsində 883,7 min nəfər, qeyri-dövlət bölməsində isə 624 min nəfər olub. İqtisadiyyatın neft sektorunda 36,4 min nəfər, qeyri-neft sektorunda isə 1,4713 milyon nəfər çalışır.

   Muzdla işləyənlərin tərkibində qeyri-kənd təsərrüfatı sahəsində əmək fəaliyyəti ilə məşğul olanlar 1,4634 milyon nəfər təşkil edib.

   Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 22,1 faizi məhsul istehsalı sahələrində, onlardan 6,8 faizi tikintidə, 6,2 faizi emal sənayesində, 3,0 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 2,4 faizi mədənçıxarma sənayesində, 2 faizi elektrik enercisi, qazbuxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində, 1,7 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsində məşğul olub.

 

   Xidmət sahəsində çalışanların 22,5 faizi təhsil, 18,8 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,7 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,7 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,9 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,8 faizi istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 3,8 faizi peşə, elmitexniki fəaliyyət, 2,0 faizi maliyyə və sığorta fəaliyyəti, 1,8 faizi informasiya və rabitə, 1,6 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 1,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,1 faizi digər sahələrdə xidmətlərin göstərilməsi və 0,8 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahələrində cəmlənib.

   Dövlət yoxsulluğun azaldılması məqsədilə müvafiq icra qurumları vasitəsilə axtaranlara tapmaqda da köməklik edir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti (DMX) orqanlarına ötən il üçün müraciət edən 47755 nəfər vətəndaşdan 62 faizə yaxını, yəni 29440 nəfəri münasib işlərlə təmin edilib.

   Hesabat dövründə haqqı ödənilən ictimai işlərə cəlb olunanların sayı əvvəlki illə müqayisədə 7,6 faiz artaraq 1605 nəfər təşkil edib. DMX-nin Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Naxçıvan şəhərlərindəki Əmək bircaları tərəfindən müvəqqəti xarakterli işlərə göndərilənlərin sayı isə 4,3 faiz artmaqla 4280 nəfər olub.

   Münasib işlə təmin edilməyən işaxtaranlar məşğulluq xidməti tərəfindən işsiz kimi qeydiyyata alınır. 2015-ci il yanvarın 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilən şəxslərin sayı 28,7 min nəfər olub, onların 39,4 faizini qadınlar təşkil edib.

   "Məşğulluq haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən işsizlik statusuna malik olan şəxslərdən bir qismi işsizlik müavinəti alır. Müavinətin ödənilməsi müddəti Qanunda nəzərdə tutulan hallardan başqa 12 aylıq dövr ərzində 26 təqvim həftəsindən çox ola bilməz.

   2015-ci ilin əvvəlində işsizliyə görə müavinətin orta məbləği 289,2 manat olub.

   İşsiz statusuna malik olanlar 28 690 nəfərdən işsizliyə görə müavinət alanlar 1613 nəfər olub.

   İnsanların yoxsulluğunu aradan qaldırmaq üçün məşğulluğunu təmin etmək məqsədilə hökumət peşə hazırlığına da ayrıca diqqət ayırır. Ötən il peşə və ixtisası olmadığına görə tapmaqda çətinlik çəkən və ya peşə vərdişlərinə uyğun olmadığı üçün peşəsini dəyişməsi zəruri olan şəxslərin peşə hazırlığının təşkili də diqqətdə saxlanıb. İl ərzində 3786 nəfər belə vətəndaş əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kurslarına cəlb edilib. Bu dövrdə orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri olan 113246 nəfərə gələcəkdə düzgün peşə seçiminə köməklik məqsədilə peşəyönümü məsləhətlər verilib.

   Bildirək ki, Azərbaycanda işsizlik səviyyəsinin aşağı düşməsi üçün görüllən tədbirlər effektini verir. Hazırda iqtisadi fəal əhalinin (4,85 milyon nəfər) 5 faizi, yəni 242,5 mini işsizdir. Bu göstərici qonşu ölkələrlə və digər xarici ölkələrlə müqayisədə yaxşı göstərici sayılır.

   MDB məkanında, hətta bir çox Avropa Birliyi ölkələrində bu göstərici xeyli yüksəkdir. Hələ 2010-cu ildə Beynəlxalq Əmək Təşkilatının (BƏT) məlumat bazasında (İLOSTAT) əksini tapan təhlillərin nəticələrinə əsasən, həmin dövrdə işsizlik səviyyəsi Azərbaycanda 5,6 faiz idisə, Fransada 9,7 faiz, Latviyada 19,5 faiz, Bolqarıstanda 10,3 faiz olub. Əgər sonrakı illərdə iqtisadi böhranın nəticələrinin MDB və Avropa Birliyi ölkələrində işsizlik səviyyəsini ciddi şəkildə yüksəlməsinə səbəb olduğunu, Azərbaycanda isə sosial-iqtisadi inkişaf tempinin davam etməsi şəraitində məşğulluğun artmaqda davam etdiyini nəzərə alsaq, bu fərqin daha da çoxaldığı aydın olar.

   Gənclərin məşğulluğuna yeni dəstək növü kimi, BƏT-lə birgə icra olunan pilot layihə çərçivəsində bu ilin ortalarında ilk dəfə axtaran 15 nəfər gəncin subsidiyalı əsaslarla məşğulluğu təmin olunub. Bu istiqamətdə işlər qarşıdakı dövrdə daha da genişləndiriləcək. Digər tərəfdən, orta ümumtəhsil məktəblərinin yuxarı siniflərində təhsil alan 100 minə yaxın gəncə gələcək peşə-ixtisas seçimində kömək edilməsi üçün onlara peşəyönümü məsləhətləri verilib. ƏƏSMN və Dünya Bankının birgə icra etdiyi "Sosial Müdafiənin İnkişafı Layihəsi"nin alt-layihələrindən biri kimi, "Virtual müəssisələrin (təcrübə firmalarının) yaradılması və fəaliyyətə başlaması" layihəsi üzrə bir sıra ali təhsil müəssisələrində virtual təcrübə müəssisələri yaradılıb. Burada məqsəd interaktiv tədrisin yaxşılaşdırılması, tələbə və məzunların öz ixtisasları ilə bağlı əmək bazarında, xüsusən sahibkarlıq sahəsində işgüzar bacarıqlar qazanması və onları inkişaf etdirməsi, bununla da bu şəxslərin gələcəkdə əmək bazarına daxil olmasının xeyli asanlaşdırılmasıdır. Ümumiyyətlə, bu gün Azərbaycanda ümumi iqtisadi inkişaf prosesi, çoxsaylı yeni yerlərinin açılması, eləcə də gənclərlə bağlı aparılan davamlı və fəal dövlət siyasəti bu təbəqədən olan insanların səmərəli məşğulluğunda ciddi irəliləyişlər yaradıb. Hazırda Azərbaycan gənclər arasında ən aşağı işsizlik həddi olan ölkələrdən biridir. Belə ki, ölkəmizdə ümumi işsizlik səviyyəsi 5 faiz olduğu halda 15-29 yaşlı gənclər arasında işsizlik səviyyəsi 9,9 faiz, 15-24 yaş arasında olanlar üzrə isə 13,5 faiz olmaqla dünyanın digər ölkələrindəki göstəricilərdən aşağıdır. Təsadüfi deyil ki, Azərbaycan dünya miqyasında gənclərin məşğulluğu üzrə BMT-nin elan etdiyi 10 lider ölkə sırasına, habelə 2014-cü ildə ildə Beynəlxalq Əmək Təşkilatının rəsmi saytında gənclərin səmərəli məşğulluğunun təmin olunması sahəsində dolğun hüquqi bazası, praktik təcrübəsi olan 41 ölkə sırasına daxil edilib.

   Ölkə regionlarının dayanıqlı inkişafının təmin olunması üçün qəbul edilən Dövlət Proqramları sayəsində yeni təsərrüfat subyektlərinin yaranması 2014-cü ilin yanvar-sentyabr aylarında da davam edib. Yeni infrastruktur sahələrində, xüsusilə qeyri-neft sektorundaregionlarda yerlərinin açılması sayəsində məşğulluğun təmin edilməsinə nail olunub. Bunun nəticəsidir ki, regionlarda istehsalın həcmi artmaqda davam edib, kiçik sahibkarlıq subyektlərinin sayı əhəmiyyətli dərəcədə artıb. Ölkə ərazisində 2014-cü ildə yaradılan 9130 yeni müəssisələrdən 51,7 faizi Bakı şəhərində, 12,2 faizi Aran iqtisadi rayonunda, 7,55 faizi Abşeron iqtisadi rayonunda, 7 faizi Gəncə-Qazax iqtisadi rayonunda, 6,8 faizi Lənkəran iqtisadi rayonunda, 5,41 faizi Şəki-Zaqatala iqtisadi rayonunda, 3,93 faizi Quba-Xaçmaz iqtisadi rayonunda isə digər iqtisadi rayonlarda fəaliyyətə başlayıb. 2014-cü ilin yanvar-sentyabr ayları ərzində ölkədə 100056 yeni, o cümlədən 82177 daimi yerləri açılıb. Regionların sosial-iqtisadi inkişafına istiqamətlənən ikinci Dövlət Proqramının icrasına başlanıldığı 01 yanvar 2009-cu il tarixindən 01 oktyabr 2014-cü il tarixinə qədər olan dövr ərzində isə cəmi 470959 olmaqla 358243 daimi yerləri yaradılıb. Doqquz ay ərzində açılan daimi yerlərinin 12,5 faizi yeni yaradılan müəssisə və təşkilatlarda, 10,6 faizi mövcud müəssisə və təşkilatlarda, 0,7 faizi fəaliyyətini bərpa edən müəssisə və təşkilatlarda, 76,2 faizi isə fiziki şəxslər tərəfindən yaradılıb. Həmin dövr ərzində ölkə üzrə açılan yeni yerlərinin 70,6 faizi regionların, o cümlədən 20,2 faizi Aran, 13,5 faizi Gəncə-Qazax, 9 faizi Abşeron, 7,1 faizi Lənkəran, 5,5 faizi Şəki-Zaqatala, 4,2 faizi Dağlıq Şirvan, 5 faizi Quba-Xaçmaz, 2,7 faizi Yuxarı Qarabağ, 2,7 faizi Naxçıvan, 0,7 faizi isə Kəlbəcər-Laçın iqtisadi rayonunun payına düşüb.

 

   Vasif CƏFƏROV

  Ekspress.-2015.- 24-26 yanvar.- S.10.