Fərizə-İlham
dastanı (poema)
Ölüm sevinməsin qoy!.. Ömrünü vermir bada,
El qədrini canından daha əziz bilənlər.
Şirin bir xatirətək qalacaqdır dünyada,
Sevərək yaşayanlar, sevilərək ölənlər...
Səməd Vurğun
Torpağımda töküldü qan,
Daha məndə qalmadı can,
Yazım İyirmi Yanvardan -
Bəsdir dözdük, bəsdir daha.
Qarabağ qana boyandı,
Qəzəb, nifrət hissi yandı,
Bıçaq sümüyə dayandı -
Bəsdir dözdük, bəsdir daha.
Düşmən yamanca baş alır,
Doğma kəndlərim boşalır,
Neçə oba, el boş qalır,
Bəsdir dözdük, bəsdir daha.
Şəhidlər verdik nə qədər,
Faciə gördük nə qədər,
Qəm-kədər dərdik nə qədər,
Bəsdir dözdük, bəsdir daha.
El dərdindən qəlbim yara,
Vətən yaman düşüb dara,
Dərs verilsin cəlladlara,
Bəsdir dözdük, bəsdir daha.
Səbrin də öz həddi vardır,
Qırğının sərhəddi vardır,
Gen dünya başıma dardır,
Bəsdir dözdük, bəsdir daha.
Dərdli kədərlidir hamı,
Susub yurdumun İlhamı,
Başlasın xalq ittihamı,
Bəsdir dözdük, bəsdir daha.
Fəlakətli, tufanlı,
İllərdə yazdım bunu.
İlham kimi oğullar
Qoruyurdu yurdunu.
Hər bəndim, hər bir misram
O günlərdən yadigar.
Bu dastana düşəsi,
Bir "Allah" şeirim də var:
Dünya yaman dəyişibdir,
Nələr
gördü gözüm, Allah.
Çərxi-dövran dəyişibdir,
Gəl dözüm
ver, dözüm, Allah.
Başım üstə
duman-çən var,
Torpağıma göz dikən var,
Yad önündə diz
çökən var,
Sönməz odum,
közüm, Allah.
Boş qalıbdır Göyçə
elim,
Qəribsəyir Göyçə
gölüm,
Niyə susub "Göyçəgülü"m,
Ötmür telli
sazım, Allah.
Nə qaça-qaç,
köçə-köçdü,
Gəl sən baş aç,
köçə-köçdü,
Quş olub uç, köçə-köçdü,
Tükənibdir
sözüm, Allah.
Top atılır, evlər yanır,
Yad özünü qoçaq
sanır,
Damarımda qanım donur,
Qışa
dönür yazım, Allah.
Ağa qara deyir namərd,
Sinəsinə döyür namərd,
Özünü hey öyür namərd,
Bilməm necə
yozum, Allah.
Başkəsənlər
silahlanıb,
Əsli danıb, kökü
danıb,
Danışdıqca dilim yanıb,
Niyə gülmür
üzüm, Allah?
Qarabağım vuran ürək,
Dilə gəlir hər an ürək,
Viran olub, viran ürək,
Sən bizimsən,
bizim, Allah.
Tablaşıram hər dərdə
mən,
Baş əymirəm namərdə
mən,
Qələm aldım bu yerdə mən,
Gərək
yazım, yazım, Allah.
Biz deyən gün gələcəkdir,
Qan içənlər öləcəkdir,
Fərəhlənib güləcəkdir,
Onda dağım,
düzüm, Allah.
***
Doğmalardan nə
soruşum bu gün mən?
Bütün aləm
doğma olub onlara.
Xəbər alım deyin, hansı
birindən?
İlahidən səda gəlir bu ara:
Yadından çıxarma, Ofeliya
ana,
İndi milyon
anası var İlhamın.
Deyiləsi
sözün çoxmu balana?
Qəhrəmandı,
daim yaşar İlhamın.
Heç nə xəbər
almayıram, analar,
Yazdıqlarım
qopub Tanrı dilindən.
Bu günlərin sevgi əfsanəsi
var,
Ünvan aydın -
"Azərbaycan elindən".
İlhamın haqqında
danışsın Elxan,
Öyünməyə,
fəxr etməyə haqqı var.
Onun sözlərini dinləsin
cahan,
Qəhrəman qardaşı hey
xatırlanar!
Haq səsini ucaltdı,
Mənim İlham
qardaşım.
Azadlığa can atdı,
Mənim İlham
qardaşım.
Vətəni canı saydı,
Damarda qanı saydı,
Ruhu, vicdanı saydı,
Mənim İlham
qardaşım.
Sevirdi Qarabağı,
Doğulduğu torpağı,
Lənətlədi qorxağı -
Mənim İlham
qardaşım.
Toyu olmuşdu təzə,
Can sirdaşı - Fərizə.
Durdu tankla üz-üzə,
Mənim İlham qardaşım.
Bu millətin əsiri,
Məmləkətin əsiri,
Ədalətin əsiri -
Mənim İlham
qardaşım.
Böyük-kiçik sayardı,
Hörməti qoruyardı,
Vətənlə bəxtiyardı,
Mənim İlham
qardaşım.
Əcdadına bağlıydı,
Öz xalqının oğluydu,
Əslən Qarabağlıydı,
Mənim İlham
qardaşım.
Hər mətləbi tez qanan,
Zəhməti sevdi hər an,
Keçə bildi canından,
Mənim İlham
qardaşım.
Vətənə layiq övlad,
Baxıb heyran qaldı yad,
Daşıyacaq təmiz ad,
Mənim İlham
qardaşım.
***
Fərizə canıdı Bağda
ananın,
Doğma balam söyləyən
çox bu qıza.
Qardaşı Vaqif də oda
yananı,
Bacısı haqqında söz
desin bizə:
Bir evin ulduzuydu,
Mənim Fərizə
bacım.
Azərbaycan qızıydı,
Mənim Fərizə
bacım.
Eşqinə and içmişdi,
Yolunu düz seçmişdi,
Çox sınaqdan
keçmişdi,
Mənim Fərizə
bacım.
Nə var-dövlət, nə
daş-qaş,
Nə bol sərvət, nə
daş-qaş,
Oldu İlhama sirdaş,
Mənim Fərizə
bacım.
Qorxmazdı bir ər kimi,
Yaşar hünərvər kimi,
Öz qəlbinin hakimi,
Mənim Fərizə
bacım.
Bahar ömrü qış olan,
Məhəbbəti daş olan,
Sevdasında baş olan,
Mənim Fərizə
bacım.
Fəxr edir atam Çoban,
Anam Bağda pərişan,
Səhv etmədi heç zaman,
Mənim Fərizə
bacım.
Sevirdi baldızları,
Seçdi İlham tək yarı,
Elxanın da vüqarı,
Mənim Fərizə
bacım.
Hörmət edirdi ona,
İncimədi qaynana,
Ana sayırdı, ana,
Mənim Fərizə
bacım.
Cənnət bağında
quşdu,
Ölməzliyə qovuşdu,
Qeyrətli doğulmuşdu,
Mənim Fərizə
bacım.
***
Hər bir işin bir sonu var deyirlər,
Bu dastanın sonu gəldi,
analar.
Dəyərli söz yadda qalar
deyiblər,
Əli bunu bir borc
bildi, analar.
Aylar, illər vərəqlənib
ötəcək,
Doğulacaq gül
balalar dünyada.
Quşlar da səmadan enib ötəcək,
Hər bir körpə
sahib olur bir ada.
Qardaşları, bacıları
cütlərin,
Qoşa adı
övladlara verəcək.
Ruhları şad olsun barı cütlərin,
Nənə evdə
totuq İlham görəcək.
Fərizə adını
daşıyan bala,
Odlar diyarında
min-min olacaq.
Ülvi arzularla yaşayan bala,
Əfsanəvi ada
sadiq qalacaq.
Çoxdur indi İlham adlı
uşaqlar,
Fərizə deyəcək
qızına ana.
Cəsarətli, istedadlı
uşaqlar,
Şöhrət gətirəcək
doğma yurduna!
İlhamla Fərizə daha
doğulmaz,
Onların adında uşaq çox olar.
O hörmətdə, o şöhrətdə
gənclər az,
İlahi məhəbbət
dastanı yaşar.
Eyni adı daşıyanlar
çoxdur, çox,
Dünyada bir
İlham, bir Fərizə var.
Yoxdur heç birini doğan ana,
yox,
Xiyabanda qoşa uyuyur
onlar.
Necə haqlı deyib Peyğəmbərimiz,
"Cənnət
anaların ayağı altda".
Vaxtında qoruyaq anaları biz,
Övlad dağı
görməsinlər həyatda.
Yurdumun hörmətli iki anası,
Qarşınızda
mən başımı əyirəm.
İki ağbirçəyi, iki
sonası,
İtki ağır,
sinə gərin deyirəm.
Fəxri anasınız, fəxri nənəsiz,
Nəvələri
sevirsiniz ürəkdən.
Qeyrət dərsi verin onlara da siz,
Söhbət
açın nurlu, xoş gələcəkdən.
Bu da olsun cüt şəhidə
söz payım,
Cüt anaya bu
dastanım təsəlli.
Budur mənim oxucuya öz payım,
Özümə də
- necə danım, təsəlli.
İlham ilə Fərizəni
dünyaya,
Bəxş eləyən
cüt anaya min əhsən.
Ofeliya anayla Bağda anaya,
Var olun, deyərək
baş əyirəm mən.
Dastan mənim cüt anaya hədiyyəm,
Şairlərin
sözdən qeyri nəyi var?
Əsər boyu ürəyimi
üzdü qəm,
Qoy çatsın ellərə
- bu istəyim var.
Tələbkar oxucu deyəcək
sözü,
Bir dəstə
gül çələngidir bu dastan.
Neçə yol yaşardı
şairin gözü,
Alınsın Qarabağ, el
çıxsın yasdan.
Xoşbəxtəm ki, Tanrı
yetdi dadıma,
Rəhmət dedim Fərizəyə,
İlhama.
15 il əvvəli
saldım yadıma,
Bel bağladım
istedada, ilhama.
***
Unudulmur bircə an
da,
İlhamımız,
Fərizəmiz.
Yanımızda hiss edirik,
Hər addımda
onları biz.
15 ildir soruşurlar,
Fərizəylə
İlham hanı?
Doğmaların sualı var,
Fərizəylə
İlham hanı?
Baldızı Tofiqə dinir,
Həmişə dalğın
görünür,
Sifətinə kədər
çökür -
Fərizəylə
İlham hanı?
Gözü dolub Gülbənizin,
Üzü solub Gülbənizin,
Sözü olub Gülbənizin -
Fərizəylə
İlham hanı?
Rəsmiyyə deyir, ay ana,
Söylə, gediblər
hayana?
Bir onları çağırsana -
Fərizəylə
İlham hanı?
Axtarır Elxanın gözü,
Qardaşa, gəlinə
sözü,
İnanmayır buna düzü -
Fərizəylə
İlham hanı?
Çoban ata, Bağda ana,
Sözləri var qızlarına,
Dillənirlər yana-yana -
Fərizəylə
İlham hanı?
Doğmaların ad günündə,
Şənliyində, şad
günündə,
Xoş saatda, səsdə, ündə
-
Fərizəylə
İlham hanı?
Zakirlə Səadət gəlir,
Qardaşı yaman kövrəlir,
Qəlbdə hicran var, kövrəlir
-
Fərizəylə
İlham hanı?
Ofeliya ana da dinir,
Suallar da yerindədir,
Cüt şəhid cərgəmizdədir,
Deməyin ki, onlar
hanı?
EPİLOQ
Doğulandan insan oğlu,
Çox
düşübdür oda, dünya.
Arxalanan az
olmayıb,
Vəzifəyə,
ada, dünya.
Mərd oğul üsyan qoparıb,
Fərhad kimi dağlar yarıb,
Beşcə arşın ağ aparıb,
Axır
köçüb o da, dünya.
Toylar varsa, yas nədi bəs,
Ölüm varsa, hər şey əbəs,
Bacarammaz sənnən heç kəs,
Barı yetiş dada,
dünya.
Nələr çəkib
başın sənin,
Bilinməyir yaşın sənin,
Adicə bir daşın sənin,
Qoy getməsin bada,
dünya.
Ömür qısa, hamı qonaq,
Mənzil yaxın, mənzil uzaq,
Kimlərəsə verdin ancaq,
Min dərd, min bir
qada, dünya.
Tiri görməz öz
gözündə,
Nöqsan gəzər el
sözündə,
Gəl meydanı yer üzündə,
Heç vaxt vermə
yada, dünya.
Əli Vəkil gəldi dilə,
Çox borcludur doğma elə,
İmtahan var, öndə hələ,
Gərək
salsın yada, dünya.
Əli VƏKİL
Ekspress.-2015.- 28
yanvar.- S.14.