Konstitusiya Məhkəməsi hüququn aliliyini qoruyur

 

Hüquqi dövlətdə Konstitusiya nə qədər önəmlidirsə, onunmüddəalarının qorunması, hüquqi aliliyinin təmin edilməsi dəbir o qədər önəmlidir. Bütün qabaqcıl ölkələrdə olduğu kimi Azərbaycanda da konstitusion haqların, əsas qanunun yaratdığı prinsiplərin müdafiəsinə xüsusi önəm verilirbu məqsədlə Konstitusiya Məhkəməsi adlı ayrıca institut da fəaliyyət göstərir.

 

Ölkəmizdə 17 ildən çoxdur ki, Konstitusiya Məhkəməsifəaliyyət göstərir. Konstitusiya Məhkəməsi Konstitusiya iləonun səlahiyyətlərinə aid edilən məsələlərə dair ali konstitusiya ədalət mühakiməsi orqandır. Konstitusiya Məhkəməsi müstəqil dövlət orqanıdır və təşkilati, maliyyə, habelə hər hansı başqa cəhətdən qanunvericilik, icra və digər məhkəmə hakimiyyəti orqanlarından, yerli özünüidarə orqanlarından, habelə hüquqi vəfiziki şəxslərdən asılı deyil.

 

Hər hansı bir şəxs tərəfindən, hər hansı bir səbəbdən bilavasitə, yaxud dolayı yolla konstitusiya icraatına məhdudiyyət qoyulması, təsir, hədə və müdaxilə edilməsi, habelə məhkəməyə hörmətsizlik göstərilməsi yolverilməzdir və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə məsuliyyətəsəbəb olur.

 

Konstitusiya Məhkəməsinin əsas məqsədi Azərbaycan Konstitusiyasının aliliyini təmin etmək, hər kəsin əsas hüquq və azadlıqlarını müdafiə etməkdir.

 

Bu qurum Məhkəməsi 14 iyul 1998-ci ildə yaradılıb. Konstitusiya Məhkəməsinin fəaliyyətinin hüquqi əsaslarını Azərbaycanın Konstitusiyası, Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələr, 23 dekabr 2003-cü ildə qəbul olunanKonstitusiya Məhkəməsi haqqında” qanun, digər qanunlar vəməhkəmənin Daxili Nizamnaməsi təşkil edir.

 

Konstitusiyanın 86, 88, 102, 103, 104, 107, 130, 153 və 154-cü maddələri Konstitusiya Məhkəməsinin formalaşması vəfəaliyyəti prinsiplərini nəzərdə tutur. Konstitusiya Məhkəməsinin fəaliyyəti Azərbaycan Konstitusiyasının aliliyi, müstəqillik, kollegiallıq və açıqlıq prinsipləri əsasında qurulur.

Azərbaycan Konstitusiyasının 130-cu maddəsinin 1-ci hissəsinə müvafiq olaraq Konstitusiya Məhkəməsi 9 hakimdən ibarətdir. Həmin maddəyə görə hakimlər Prezidentin təqdimatı əsasında Milli Məclis tərəfindən təyin olunur. Konstitusiya Məhkəməsi öz səlahiyyətlərinin icrasına 7 hakim təyin olunduqda başlayabilər. Hakimlər 15 il müddətinə təyin olunurlar. Səlahiyyətmüddəti başa çatdıqdan sonra Konstitusiya Məhkəməsinin hakimi təkrar eyni vəzifəyə təyin edilə bilməz. Məhkəməninsədri və sədr müavini Azərbaycan Prezidenti tərəfindən təyin edilir.

 

Azərbaycan Konstitusiyasının 126-cı maddəsinin I hissəsinə uyğun olaraq yaşı 30-dan aşağı olmayan, seçkilərdə iştirak etmək hüququna malik olan, ali hüquq təhsilli və hüquqşünas ixtisası üzrə 5 ildən artıq işləyən Azərbaycan vətəndaşı Konstitusiya Məhkəməsinin hakimi ola bilər.

 

Əsas qanunun 126-cı maddəsinin II hissəsinə uyğun olaraqKonstitusiya Məhkəməsinin hakimləri heç bir başqa seçkili və təyinatlı vəzifə tuta bilməzlər, elmi, pedaqoci və yaradıcılıqfəaliyyətindən başqa heç bir sahibkarlıq, kommersiya və digərödənişli fəaliyyətlə məşğul ola bilməzlər, siyasi fəaliyyətlə məşğul ola bilməz və siyasi partiyalara üzv ola bilməzlər, əməkhaqqından, habelə elmi, pedaqoji və yaradıcılıq fəaliyyətinə görə aldığı vəsaitdən başqa məvacib ala bilməzlər.

 

Konstitusiya Məhkəməsinin hakimi vəzifəyə təyin edildiyi günAzərbaycan Milli Məclisinin iclasında and içir.

Konstitusiya Məhkəməsinin hakimi and içdiyi gündən özsəlahiyyətlərinin icrasına başlamış sayılır. Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təkrarən təyin edilə bilməz.

 

Konstitusiya Məhkəməsi hakiminin vəzifədə olmasının yaşhəddi 70 yaşdır. Konstitusiya Məhkəməsinin 70 yaşına çatmış hakimi Konstitusiya Məhkəməsinin yeni hakimi təyin olunanadək vəzifələrini icra etməyə davam edir.

Konstitusiya Məhkəməsinin hakimi cinayət məsuliyyətinə cəlb edilə bilməz, tutulaya həbs edilə bilməz, onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz, axtarışa və gətirilməyə məruz qala bilməz, şəxsi müayinə edilə bilməz.

Konstitusiya Məhkəməsi hakiminin cinayət başında yaxalanması halları istisna olunmaqla, cinayət və ya inzibati xəta törətməkdə şübhə edilən şəxs qismində tutulmuş Konstitusiya Məhkəməsinin hakimi şəxsiyyəti müəyyənləşdirildikdən sonra dərhal azad edilməli və bu barədə Konstitusiya Məhkəməsinə, habelə Azərbaycanın baş prokuroruna yazılı məlumat verilməlidir.

 

Konstitusiya Məhkəməsi hakiminin hərəkətlərində cinayət əməlinin əlamətləri olduqda, o, vəzifədən kənarlaşdırıla bilər.

Vəzifədən kənarlaşdırılan Konstitusiya Məhkəməsi hakimininsəlahiyyətləri onun barəsində məhkəmənin hökmü qanuni qüvvəyə minənədək və ya cinayət təqibi orqanı tərəfindən məhkəməyədək icraatın gedişində yekun qərar qəbul edilənədək dayandırılır.

Vəzifədən kənarlaşdırılan Konstitusiya Məhkəməsinin hakimi Konstitusiya Məhkəməsinin hakiminə müəyyən edilən əmək haqqını alır.

Konstitusiya Məhkəməsinin hakimi vəzifədən kənarlaşdırıldıqdan sonra Konstitusiya Məhkəməsinin razılığı olduqda, Azərbaycan baş prokurorunun qərarına əsasən cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulan qaydada cinayət məsuliyyətinə cəlb oluna və həbs edilə bilər.

Vəzifədən kənarlaşdırılan Konstitusiya Məhkəməsinin hakimi barəsində bəraət hökmü çıxarıldıqda və ya məhkəməyədək icraatın gedişində cinayət təqibinə qanunvericiliklə müəyyən edilmiş bəraət verici əsaslarla xitam verildikdə onun səlahiyyətləri bərpa olunur.

 

Konstitusiya Məhkəməsi hakiminin toxunulmazlığı onun evinin, mənzilinin, xidməti otağının, əşyalarının, şəxsi və xidməti nəqliyyat vasitələrinin, istifadə etdiyi rabitə vasitələrinin, onaməxsus sənədlərin, poçt-teleqraf yazışmalarının toxunulmazlığını da əhatə edir.

Konstitusiya Məhkəməsi qanunların, qərarların və digər normativ hüquqi aktların Azərbaycan Konstitusiyasına və qanunlarına uyğunluğunu yoxlayır. Azərbaycan Prezidentinin, Milli Məclisin, Nazirlər Kabinetinin, Ali Məhkəmənin, Respublikası Prokurorluğunun və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sorğuları və ümumi məhkəmələrinmüraciəti əsasında Azərbaycan Konstitusiyasına və qanunlarına şərh verir.

 

Konstitusiyaya müvafiq olaraq Prezident, Milli Məclis, Nazirlər Kabineti, Ali Məhkəmə, Prokurorluq,  Naxçıvan Muxtar Respublikasının Ali Məclisi, Məhkəmələr, vətəndaşlar, İnsan hüquqları üzrə Müvəkkil Konstitusiya Məhkəməsinə müraciət hüququ var.

 

Konstitusiya Məhkəməsi haqqında” qanunun 34.1- ci maddəsinə müvafiq olaraq hər kəs onun hüquq və azadlıqlarını pozan qanunvericilikicra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarından, bələdiyyə və məhkəmə aktlarından Konstitusiya Məhkəməsinə pozulan hüquq və azadlıqlarının bərpa edilməsi məqsədilə şikayət verə bilər. Konstitusiya Məhkəməsi məhkəmə aktlarından verilən fərdi şikayətlərə də baxa bilər. Belə şikayətlər məhkəmə aktından şikayət vermək hüququndan tam istifadə edildikdən sonra axırıncı məhkəmə instansiyasının qərarının qüvvəyə mindiyi andan altı ay müddətində və ərizəçinin məhkəməyə müraciət etmək hüququnun pozulduğu andan üç ay müddətində verilə bilər.

 

Qüvvədə olan qanunvericilik aktı, icra orqanlarının normativ aktları, bələdiyyə və ya məhkəmə qərarları insan hüquq və azadlıqlarını pozduqda İnsan Hüquqları üzrə Müvəkkil qanunvericilikdə nəzərdə tutulan proseduraya müvafiq olaraq Konstitusiya Məhkəməsinə sorğu verə bilər. Konstitusiya Məhkəməsi işlərə Palataların və Plenumun iclaslarında baxır. Konstitusiya Məhkəməsinin qərarları qətidir, ləğv edilə, dəyişdirilə və rəsmi təfsir oluna bilməz.

 

Konstitusiya Məhkəməsinin aparatı Konstitusiya Məhkəməsi sədrinin təsdiq etdiyi Konstitusiya Məhkəməsinin aparatı haqqında Əsasnaməyə müvafiq fəaliyyət göstərir.

 

Konstitusiya Məhkəməsinin Aparatında konstitusiya hüququşöbəsi, insan hüquqları və təşkilat- analitik şöbəsi, cinayət və inzibati hüquq şöbəsi, mülki hüquq şöbəsi, beynəlxalq hüquq və beynəlxalq əməkdaşlıq şöbəsi, vətəndaşların qəbulu vəşikayətlər şöbəsi, ümumi şöbə; hüquqi təminat və qanunvericiliyin sistemləşdirilməsi şöbəsi, protokol vəictimaiyyətlə əlaqələr şöbəsi, məhkəmə qərarlarının icrasına nəzarət sektoru, məhkəmə iclaslarının təşkili sektoru; Sədr və hakimlərin köməkçiləri və məsləhətçiləri fəaliyyət göstərir. Aparata cari rəhbərliyi Aparat rəhbəri və onun müavini həyata keçirirlər.

 

Bundan əlavə, Konstitusiya Məhkəməsinin fəaliyyətinin maddi- texniki, maliyyə və təsərrüfat təminatını Konstitusiya Məhkəməsinin İşlər İdarəsi həyata keçirir.

 

Konstitusiya Məhkəməsinin fəaliyyəti AzərbaycanKonstitusiyasının  aliliyi, müstəqillik, kollegiallıq və açıqlıq prinsipləri əsasında qurulur.

Konstitusiya Məhkəməsində həyata keçirilən icraat zamanı hakimlər işlərə müstəqil, qərəzsiz və ədalətlə baxırlar.

Konstitusiya ədalət mühakiməsi hər kəsin qanun və KonstitusiyaMəhkəməsi qarşısında bərabərliyi əsasında həyata keçirilir.

Konstitusiya Məhkəməsində işlərin icraatı açıq aparılır. İşəqapalı iclasda baxılmasına yalnız o halda icazə verilir ki, Konstitusiya Məhkəməsi açıq icraatın dövlət, peşə vəkommersiya sirrinin açılmasına səbəb olacağını güman edir, vətəndaşlarin şəxsi və ya ailə həyatının məxfiliyini qorumaqzərurətini müəyyən edir.

 

Konstitusiya Məhkəməsinin icraatı, bir qayda olaraq, şifahi aparılır. Tərəflərin və ya maraqlı subyektlərin razılığı olduqda Konstitusiya Məhkəməsinin Plenumu Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsi ilə müəyyən edilən qaydadaişə yazılı prosedurla baxa bilər.

Konstitusiya Məhkəməsi Plenumunun iclası haqqında məlumaticlasa azı beş gün qalmış rəsmi dövlət qəzetində dərc edilir. Təxirə salınmaz hallarda bu qaydaya riayət etmək mümkün olmadıqda Konstitusiya Məhkəməsi iclasının keçirilməsi vaxtı haqqında məlumat televiziyaradio ilə elan edilir.

 

Konstitusiya Məhkəməsi konstitusiya məhkəmə icraatında tərəflərin sübutları və dəlilləri ilə bağlı deyil və baxılan məsələlərin tam araşdırılmasına nail olmalıdır.

 

Vasif CƏFƏROV

 Ekspress.-2016.-11 avqust.-S.10.