Vətəndaş cəmiyyətində qarşılıqlı əməkdaşlıq

 

Ölkəmizdə vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğunun özünəməxsusluğu ondadır ki, onlar cəmiyyətin daxili qarşılıqlı tərəfləri kimi özünü göstərir.

 

Bir qrup alimin fikrincə, vətəndaş cəmiyyətində hüquqca azad və bərabər hüquqlu insanların əməkdaşlıq və sağlam rəqabət münasibətləri üstünlük təşkil edir ki, nəticədə də ictimai həyatda kompromiskonsensus, dövlət üzərində ictimai nəzarət hökm sürür.

Ekspertlərə görə, sovetpostsovet məkanında hakimiyyətə olan münasibət mədəniyyətin keyfiyyəti və səviyyəsini əks etdirir ki, burada dövlət ən mühüm güc və qüvvə, azadlıq isə düşmən kimi qəbul olunur.

 

XX əsrin 90-cı illərinin əvvəllərində Qərb və Rusiya tədqiqatçılarının düşüncələrinə nəzər salaq. Məsələn, həmin ərəfədə M.Fridmenin rəhbərliyi ilə ABŞ alimləri tərəfindən Şərqi Avropa üçün cəmiyyətə mütləq müstəqilliyin verilməsi zərurətinə əsaslanan layihə hazırlanıb. Rusiya liberalizminin tanınmış tədqiqatçısı B.KapustinRusiya liberalizminin şansları və dəyərləri böhranı” məqaləsində yazırdı ki, həmin ideyalara Rusiyanın liberalları da biganə deyil. Maraqlıdır ki, layihə müəllifləri burada insanları, hakimiyyətin ehtiyatlarını yaddan çıxarıblar ki, onlardan vətəndaş cəmiyyətinin inkişafı və siyasi vətəndaş mədəniyyətinin fəallaşması üçün istifadə oluna bilər və olunmalıdır. Vətəndaş cəmiyyəti Qərb siyasi mədəniyyətinin konseptidir, amma onu başa düşmək və özümüzə məxsus vətəndaş cəmiyyəti anlayışını işləyib hazırlamaq olar. Sözsüz ki, bu anlayış adekvat olmayacaq, amma o, mədəniyyətimizi zənginləşdirməklə ona əlavə məna verəcək.

 

Tədqiqatçıların fikrincə, müxtəlif vətəndaş cəmiyyəti variantlarının formalaşması ayrılmaz surətdə fərdi azadlıq ideyaları və ayrı-ayrı şəxslərin özünüqiymətləndirməsinin formalaşması ilə bağlıdır.

 

Vətəndaş Cəmiyyəti Problemlərinin Tədqiqi Mərkəzinin sədri Elməddin Hacılı qeyd edir ki, müasir dünyada qloballaşmanın sürətli inkişafı və müxtəlif inkişaf etmiş dövlətlərin getdikcə daha da artan innovasiyalar sahəsindəki nailiyyətləri idarəetmədə yeni metodların tətbiqinə imkan verir: “Son onilliklərdə əksər ölkələr dövlət paternalizmindən imtina edir, bərabər hüquqlu dövlət, özəl sektor və vətəndaş cəmiyyəti əməkdaşlığına xüsusi diqqət yetirirlər. Müasir anlamda dövlət-özəl-vətəndaş cəmiyyəti əməkdaşlığı ictimai məzmun daşıyan beynəlxalq, millilokal layihələrin həyata keçirilməsi məqsədi ilə bu sektorlar arasında yaradılmış institusional və təşkilati alyans kimi başa düşülür. Nəzərə alsaq ki, hər üç sektor cəmiyyətin idarə edilməsindən mühüm iştirak edirbu baxımdan onlar arasında əməkdaşlıq vacibdir. Son illər siyasi, sosial, iqtisadi və digər sahələrdə bir sıra uğurlara imza atan Azərbaycan üçün də sektorlararası əməkdaşlığın elmi cəhətdən araşdırılması, öyrənilməsi, təşkili və tətbiqi mühüm əhəmiyyət kəsb edir. İdarəetmənin bu sahəsi ölkəmizdə sistemli şəkildə öyrənilməyən və tətbiq edilməyən sahələrindən biridir”.

 

Yeri gəlmişkən, sektorlararası əməkdaşlıq ideyası məhz bu üç sektorda fəaliyyət göstərən qurumları bir araya gətirmək, onların səylərini birləşdirmək və mövcud problemlərin həllində onların imkanlardan birgə istifadə etmək üçün meydana çıxıb. Sektorlararası əməkdaşlıq ideyası ilk dəfə Avropa ölkələrində 1990-cı illərdən yaranmağaformalaşmağa başlayıb: Danimarkada sektorlararası əməkdaşlıq yerlərində sosial təcrid olunmanın qarşısının alınması və cəmiyyətin təcrid olunan həssas təbəqələrinin əmək bazarına inteqrasiyası məsələsinin həll olunmasına  yönəlib. 2013-cü ildə İtaliyanını Əmək NazirliyiSosial Siyasət İdarəsinin korporativ sosial məsuliyyətə dair Milli Fəaliyyət Planında qeyd etdiyi əsas prioritetlərdən birisosial müəssisələr və üçüncü sektor təşəbbüslərinin, fəal vətəndaşlığın və vətəndaş cəmiyyəti təşkilatlarının stimullaşdırılmasıdır. Qərb ölkələrində sektorlararası əməkdaşlıq ideyası yaranıb formalaşmazdan əvvəl bu sektorlar arasındakı münasibətlərin paradiqması mübadiləçi xarakter daşıyırdı. Yəni, sektorlar bir-biri ilə ehtiyatla və qapalı davranır, etibar etmirbir-biri barədə stereotipik anlayışlara sahib idilər. Bu dövrdə dövlət sektoru - bürokratikdir, avtoritar meyllər güclüdür, qərarvermə proseslərində şəffaflıq və hesabatlılıq aşağı səviyyədədir. Özəl sektor, daha çox mənfəət əldə etməyi düşünür, iqtisadi və şəxsi maraqların üstündür. Vətəndaş cəmiyyəti idealistdir, hər zaman maliyyə axtarışındadır. Son illərdə dövlətlərin siyasi, sosial-iqtisadi sahədə bir sıra nailiyyətlər əldə etməsi, eyni zamanda özəl sektorun və vətəndaş cəmiyyətinin inkişafı ilə sektorlar bir-birinə olan münasibətlərinə də yenidən nəzər salmaq qərarına gəldilər”.

 

Ümumiyyətlə, belə aydın olur ki, yeni şərait sektorların əslində bir-biri ilə qarşılıqlı əlaqədə olmasını tələb edir və məntiq onların biri olmadan digərinin keçinə bilməyəcəyinə işarə edir. Yəni, münasibətlər paradiqmasını dəyişmək təxirəsalınmaz bir ehtiyaca çevrilib: “Sektorlar bu ehtiyacı aşağıdakı aspektlərdən hiss edirlər: Dövlət sektoru-mövcud sosial ehtiyaclarsosial xidmətlərin təşkilindəki problemlər; azalmaqda olan ictimai resurslarictimai xidmətlərin inkişaf etdirilməsi üçün alternativ resursların araşdırılması ehtiyacı, şəffaflıq, hesabatlılıq və qərarların hazırlanması proseslərində iştirakçılıqla bağlı ictimaiyyətin artmaqda olan tələbi və s. Özəl sektor: korporativ vətəndaşlıq və sosial məsuliyyətlə bağlı qlobal tendensiya; imici ictimailəşdirmək və ictimai hesabatlılığı artırmaq ehtiyacı; sosial gündəmə çıxmaqla bəzi həssas məsələlərlə bağlı ictimai təzyiqi yüngülləşdirmək ehtiyacı və s. Vətəndaş cəmiyyəti: maliyyə və maliyyə mənbələrinin çeşidini artırma ehtiyacı; ictimai hesabatlılıqla bağlı artmaqda olan tələbat və öz fəaliyyətinin təsirini artırmaq üçün özəl sektorun idarəçilik təcrübəsindən bir şeylər əxz etmək istəyi və s. Yuxarıda sadalalanan buya digər amillər sektorları üçtərəfli əməkdaşlını tələb edir və münasibətlərin yeni paradiqması olan sinerji modelini yaradır. Bu model tərəflər arasında qarşılıqlı inama, ümumi məqsədlər uğrunda birgə fəaliyyət təşviq edir”.

 

Onu da qeyd edək ki, sektorlararası əməkdaşlıq ideyası Azərbaycan üçün yeni hesab oluna bilər. Son illərdə ölkəmizdə mövcud problemlərin həlli, sosial, iqtisadi və digər uğurlara nail olmaq üçün dövlət-özəl sektor, dövlət- vətəndaş cəmiyyəti, özəl sektor-vətəndaş cəmiyyəti aralarında ikitərəfli münasibətlərin inkişafı istiqamətində müəyyən işlər görülsə də, üçtərəfli əməkdaşlıq sahəsində bir sıra boşluqlar mövcuddur.

 

E.Hacılı sektorlararası münasibətlərdə mövcud olan problemləri belə qruplaşdırır: “Hər üç sektorun hələ də bir-birinə ehtiyatlı münasibəti, əməkdaşlıqdan və tərəfdaşlıqdan çəkinməsi, təklif və təşəbbüslərinə lazimi diqqət yetirilməməsi, beynəlxalq təcrübənin kifayət qədər öyrənilməməsi, sektorlararası əməkdaşlığın institusional mexanizmlərinin mükəmməl olmaması, biznes və vətədaş cəmiyyəti sektorlarının dövlət proqramlarının hazırlanmasına və icrasına zəif cəlb edilməsi, sektorlararası əməkdaşlığı nəzərdə tutan konkret proqramların olmaması, sektorlararası əməkdaşlıq ideyasının əhəmiyyəti və təbliği sahəsində maarifləndirmə işinin zəifliyi və s. Göstərilən problemlərin aradan qaldırılması üçün bu tədbirliərin həyata keçirilməsi məqsədə uyğundur. Sektorlararası əməkdaşlıq sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, sektorlararası əməkdaşlığın və tərəfdaşlığın inkişaf etdirilməsini nəzərdə tutan proqramların hazırlanması və həyata keçirilməsi, dövlət orqanları tərəfindən hazırlanan və icra olunan dövlət proqramlarına digər sektorların aktiv cəlb edilməsi,  sektorlararsı əməkdaşlığın əhəmiyyəti, inkişaf məsələləri üzrə ümumrespublikaregional forumların, konfransların, dəyirmi masaların, seminarların və s. belə tədbirlərin müntəzəm keçirilməsi və s. Sektorlararası əməkdaşlığın təşkili və menecmentinin əhəmiyyəti Azərbaycan üçün göstərilən üstünlükləri verə bilər: neft gəlirlərinin azaldığı bir şəraitdə investisiya layihələrini özəl sektoru və vətəndaş cəmiyyətinin imkanları hesabına reallaşdırmaq, özəl sektoru və vətəndaş cəmiyyətinin təcrübə, maliyyə və texnoloji imkanlarından faydalanmaq, layihələrlə bağlı risklərin bir hissəsini özəl sektor və vətəndaş cəmiyyəti ilə bölüşmək imkanı;təqdim olunan ictimai xidmətlərin keyfiyyətinin yüksəldilməsi”.

 

Qeyd edək ki, sektorlararası əməkdaşlıq anlayışı və menecmenti məsələlərini təhlil edərkən aydın olur ki, cəmiyyətin idarə olunmasında iştirak edən hər üç sektor öz məqsədlərini həyata keçirmək üçün qarşılıqlı fəaliyyət göstərmək məcburiyyətindədir. Hətta araşdırmalar zamanı belə məlum olur ki, müasir dövrümüzdə bir çox ölkələrdə artıq dövlətin iqtisadi, sosial fəaliyyətləri biznes strukturları və vətəndaş cəmiyyəti tərəfindən icra olunurbu sektorlar arasında işbirliyi ildən-ilə artır.

 

Bundan başqa, hər bir ölkənin davamlı inkişafına nail olmaq üçün yerinə yetirilməsi vacib olan şərtlərin hər birinin reallaşdırılması təkbaşına bir sektorun imkanları xaricindədir.

 

Ekspertlərin fikrincə, ölkəmizdə sektorlararası əməkdaşlıq ideyasının, eyni zamanda təşkili və menecmenti məsələlərinin öyrənilməsinə böyük ehtiyac var. Hazırda Azərbaycanda da  davamlı inkişaf hədəfinə nail olmaq üçün qeyd olunan hər bir fəaliyyətin xarakterinə və mahiyyətinə uyğun olaraq həm dövlət, həm biznes, həm də vətəndaş cəmiyyətinin bərabər fəaliyyət göstərməsi vacibdir.

 

Rəşid RƏŞAD

Ekspress.-2016.-18 avqust.-S.10.