Azad əmək fəaliyyəti vətəndaş cəmiyyəti üçün zəruridir

 

Vətəndaş cəmiyyətinin formalaşması üçün zəruri olan azadlıqlardan biri də əmək fəaliyyəti ilə bağlıdır. Mövcud əmək prinsiplərinə görə insanlar öz fəaliyyətlərini seçməkdə azad olmalıdır ki, onların formalaşdırdığı cəmiyyət də azad cəmiyyət olsun.

Əmək fəaliyyəti həm də hüquq məsələsidir. İnsanın bütün fəaliyyəti müəyyən hüquq sistemi ilə tənzimlənməlidir ki, bu da öz növbəsində hüquqi dövlətin əsas prinsiplərindən sayılır.

 

Beləliklə, fəaliyyət azadlığı, əmək hüququ vətəndaş cəmiyyətinin və hüquqi dövlətin baza şərtlərindın biri kimi çıxış edir. Əmək hüququ sosial-iqtisadi hüquqlara daxil olanhüquqi dövlətin müdafiə etdiyi əsas hüquqlardandır. Əmək hüququ bütün normal ölkələrdə olduğu kimi Azərbaycanda da tanınır və qorunur. Azərbaycan Konstitusiyasına əsasən, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz.

 

Konstitusiyaya görə əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Məhkəmə qərarı əsasında şərtləri və müddətləri qanunla nəzərdə tutulan məcburi əməyə cəlb etmək, hərbi xidmət zamanı səlahiyyətli şəxslərin əmrlərinin yerinə yetirilməsi ilə əlaqədar işlətmək, fövqəladə vəziyyət və hərbi vəziyyət zamanı vətəndaşlara tələb olunan işləri gördürmək hallarına yol verilir. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır.

 

Əsas qanunda qeyd edilib ki, işsizlərin dövlətdən sosial müavinət almaq hüququ vardır. Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir. Ölkəmizdə əmək hüquqlarının qorunması məqsədilə Əmək Məcəlləsi də qəbul olunub.

 

Bu Məcəllə işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir.

 

O həm də əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əsasən əmək müqaviləsi üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır.

 

Əmək hüququ sosial-iqtisadi hüquqlara daxil olanhüquqi dövlətin müdafiə etdiyi əsas hüquqlardandır. Əmək hüququnun özübir neçə hissədən ibarət olur. Əmək hüququnun əsas elementi kimi işçi çıxış edir. İşçi əmək hüququnun subyekti, fiziki şəxs, işəgötürən tərəfindən əmək müqaviləsi ilə əmək fəaliyyətinə cəlb edilən şəxsdir.

 

Əmək hüququnun digər elementi işəgötürəndir. İşəgötürən tam fəaliyyət qabiliyyəti olub işçilərlə əmək müqaviləsi bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. İşəgötürən əmək müqaviləsinin tərəfi olaraq, əmək hüququ münasibətinin məcburi iştirakçısı qismində çıxış edir. 15 yaşına çatmış şəxslər işəgötürən ola bilər.

 

Beynəlxalq Əmək Təşkilatının nizamnaməsində, konvensiya tövsiyələrində işçi-sahibkar terminindən istifadə olunur. Bu termin əmək qanunvericiliyi çərçivəsində xüsusiləşmə tələb edir. Köhnə postsovet respublikalarında əvvəllərişəgötürənanlayışından istifadə olunsa da, sonralar bu ümumiləşdirici anlayışdan imtina edildi, “müəssisənin, təşkilatın, idarənin müdiriyyəti yaxud sadəcə olaraq, “müəssisələr, təşkilatlar, idarələranlayışı tətbiq edildi. Respublikamızda 1996-cı ildən etibarən normativ aktlardaişverənanlayışından istifadə olundu, 1998-ci ildən isə başqa şəxsə təqdim edən şəxslərin barəsindəişəgötürənanlayışından istifadə edilməyə başlanılıb.

 

Əmək qanunvericiliyində işəgötürənlərin vəzifələri, hüquqları, məsuliyyəti nəzərdə tutulan işəgötürənlər bunlara tam riayət etməklə fəaliyyət göstərməlidirlər. İşçilərin hüquqlarını pozan, əmək qanunvericiliyinin tələblərinə əməl etməyən, əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirməyən işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq məsuliyyətə cəlb oluna bilərlər. İşəgötürənlərin əmək qanunvericiliyi ilə nəzərdə tutulan müəyyən hüquqları vardır bu hüquqların həyata keçirilməsinə, işəgötürənlərə vəzifələrini icra etməyə hər cür müdaxilə olunması, maneələr yaradılması qadağandır. İşəgötürənlərin hüquqlarını pozan hər bir şəxs qanunvericiliklə nəzərdə tutulan qaydada məsuliyyət daşıyır.

 

Əmək hüququnun predmetini təşkil edən münasibətlər arasında işçilərlə işəgötürən arasındakı muzdlu əmək münasibətləri əsas yer tutur. Əmək qanunvericiliyinə uyğun olaraq bu münasibətlər, işçilərin əməyinin təşkilinə dair müəssisələrdə əmələ gələn iradəvi sosial münasibətləri özündə əks etdirir. İşçilərin işəgirmə, başqa işə keçmə işdən azad olunma qaydaları məhz əmək hüququ ilə müəyyən edilir. Bundan əlavə, əmək hüququ əmək haqqı, vaxtı, istirahət vaxtı, əmək intizamı, həvəsləndirmə tədbirləri, intizam məsuliyyəti, əmək mübahısələri onların həlli qaydası kimi vacib zəruri məsələləri nizamlayır.

 

Hal-hazırda əmək münasibətlərinin iki əsas qrupu göstərilir: əmək müqaviləsi üzrə işləyənlərin muzdlu əmək münasibətləri əmək proseslərində iştirak etmək üçün müəssisənin əmlakının mülkiyyətçilərinin iştirak etdikləri münasibətlər.

 

Qeyd edək ki, işçilər işə daxil olduqda prosesində onunla işəgötürən (təşkilat, sahibkar) arasında əmək münasibətləri yaranır. Əmək münasibətləri ilə sıx sürətdə bağlı olan digər münasibətlər əmələ gəlir. Bu cür münasibətlərə əmək münasibətləri ilə sıxsürətdə bağlı olan digər münasibətlər deyilir.

Göründüyü kimi, əmək münasibətlərində 2 tərəf iştirak edir: işçi işəgötürən. Onlar arasında olan münasibətlər əvəzlidir.

 

Əmək münasibətlərinin obyekti rolunda şıxış edir. Əmək münasibətlərinin məzmunu subyektlərin bu hüquq münasibətlərin yarandığ andan əldə etikləri konkret hüquq vəzifələr təşil edir. Əmək münasibətləri ilə bilavasitə bağlı olan digər münasibətlər əmək munsbətindən asılı olub, onlardan törəyir. Bunalara əmək münsbətindən törəmə münasibətlər deyilir. Əmək münasibətlərində iştirak edən tərəflər arasında qarşılıqlı münasibətlərin tənzimlənməsində müqavilə metodu böyük rol oynayir, üstünlük təşkil edir. Müasir dövrdə müqavilə metodunun vacib hüququi forması kollektiv müqavilə saziş hesab olunur.

 

Kollektiv müqavilə dedikdə, işəgötürənin, əmək kollektivinin ya həmkərlar ittifaqları təşkilatlarının arasında yazılı formada bağlanan elə bir müqavilə başa düşülür ki, bu müqavilə əmək, sosial-iqtisadi, məişət digər münasibətləri tənzimləyir. Bazar münasibətlərinə keçid şəraitində kollektiv müqavilələr əmək şəraitini ya əmək şəraiti ilə bağlı olan digər şəraiti tənzimləyən əsas hüququ sənəd hesab olunur. Kollektiv müqavilələr bağlanmamışdan öncə kolletiv danışıqlar aparılır. Bu təşəbbüsə əsasən həmkarlar ittifaqı təşkilatları, əmək kollektivləri işəgötürənlər malikdirlər. Kollektiv müqavilə 2 tərəf arasında bağlanılır. Bunlardan biri işəgötürən, digər tərəf isə həmkarlar ittifaqı təşkilatıdır. Müəsisədə həmkarlar ittifaqları təşkilatı olmadıqda kollektiv müqavilənin digər tərəfi əmək kollektivi hesab olunur. Kollektiv müqavilənin layihəsini müvafiq komissiya (işçi qrupu) hazırlayır. Bu komissiya tərəflərin bərabər sayda nümayəndələrindən ibarətdir. Onun hazırladığı layihə iclasda iştşrak edənlərin səs çoxluğu ilə qəbul olunur. Kollektiv müqavələ təstiq edildikdən sonra tərəflər onu 3 gün ərzində imzalayırlar.

 

Əmək müqaviləsi (kontraktı) dedikdə isə, işəgötürənlə işçi arasında fərdi qaydada bağlanılan, əmək münasibətlərinin əsas şərtlərini müəyyən edən yazılı sənəd başa düşülür.

 

Yuxarıda bildirdiyimiz kimi işçiləri işə qəbul etmək, işçilərə vermək onlarla əmək müqaviləsi bağlamaq hüququna malik olan şəxslərə işəgötürən deyilir. Bu rolda həm təşkilatlar, həm sahibkar statusu olan fiziki şəxslər çıxış edə bilər.

 

Əmək müqaviləsinin digər tərəflərindən biri isə işçidir. İşçi dedikdə, işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi bağlayaraq müvafiq yerində haqqı ödənilməklə çalışan şəxs başa düşülür. İşçi rolunda yalnız fiziki şəxslər çıxış edə bilərlər. İşçi kimi əmək müqaviləsi bağlayan şəxsin 15 yaşına çatması tələb olunur. Əmək müqaviləsinin məzmunu onun elementlərindən ibarətdir. Tərəflərin razılığa gəldikləri müqavilə şərtləri əmək müqaviləsinin məzmununu təşkil edir. Bu şərtlərdə tərəflərin hüquq vəzifələri nəzərdə tutulur. Müqavilə şərtləri müxtəlif cür olur. Əsas müqavilə şərtləri odur ki, onların olması əmək müqaviləsini bağlanmış hesab etmək üçün kifəyətdir.

 

15 yaşından 18 yaşınadək olan şəxslərlə əmək müqaviləsi bağlanan zaman onlarin valideynlərindən birinin hökmən razılıq verməsi tələb olunur. Razılıq yazılı formada olmalıdır. Əmək müqaviləsi imzalandığı gündən qüvvəyə minir.

 

Vasif CƏFƏROV

Ekspress.-2016.-25 avqust.-S.10.