Vətəndaş cəmiyyətində maraqlar

 

Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda böyük uğurlar əldə etməyə başladı. Vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu Azərbaycan Respublikasının Konstitusiyasında da təsbit olunub.

 

Ölkənin inkişaf meylində milli ideya, vətəndaş cəmiyyətinin siyasi etikası, siyasidini dözümlülüyün tərbiyəsi sintez şəklində və vəhdət halındadır. Vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu, demokratik dəyərlərin bərqərar olması müstəqil Azərbaycanın keçirdiyi başlıca prinsiplərdir. “Respublikamızda demokratik cəmiyyət yaradılması, insan azadlığının, söz, vicdan azadlığının, müasir plüralizmin tətniq edilməsi çoxpartiyalı sistemin bərqərar olması bizim əvvəldən qəbul etdiyimiz prinsiplərdir. Müstəqilliyin möhkəmləndirilməsi, milli iqtisadiyyatın və milli mənəviyyatın inkişafı üçün mühüm şərtdir” deyən ulu öndər Heydər Əliyev bildirirdi ki, eyni zamanda, güclü iqtisadiyyat dövlətçiliyin möhkəmləndirilməsinə, mədəni-mənəvi həyatın təşəkkülünə səbəb olur. “Milli mənəviyyat olmasa, müstəqillikdən söhbət gedə bilməz”.

 

Maraqlar vətəndaş cəmiyyətində uzlaşır, vəhdət təşkil edir. Vətəndaş cəmiyyətinin əsasını sivilizasiyalı, özfəaliyyətdə olan tam hüquqlu fərd təşkil edir. Vətəndaş cəmiyyətində insanların müstəqil assosiasiyaları - dini, siyasi korporasiyalar, həmkarlar ittifaqları onların qrup və fərdi maraqlarını və hüquqlarını ifadə və müdafiə edir, dövlətlə xüsusi münasibətdə olur.

 

Güclüinkişaf etmiş vətəndaş cəmiyyətində demokratik rejimlər üçün möhkəm əsaslar formalaşır. Vətəndaş cəmiyyətinin zəif olduğu regionlarda isə avtoritartotalitar rejimlərin yaranması ehtimalı güclü olur.

 

Tədqiqatçı Rasim Quliyevin fikrincə, vətəndaş cəmiyyəti meydana gələndə insanın hüququ və vətəndaşın hüququ bir-birindən ayrılır. İnsanın hüququ vətəndaş cəmiyyəti, vətəndaşın hüququ isə hüquqi dövlət tərəfindən təmin edilir. İnsan hüquqları dedikdə ayrıca insan fərdinin həyata, xoşbəxtliyə cəhd hüquqları, vətəndaş hüquqları dedikdə, daha çox siyasi hüquqlar nəzərdə tutulur. Vətəndaş cəmiyyətinin də hüquqi dövlətin də mövcudluğunun mühüm şərti kimi iqtisadi, mədəni, mənəvi və siyasi potensialını reallaşdırmaq hüququna malik şəxsiyyət çıxış edir. Fərd vətəndaş cəmiyyəti vasitəsilə reallaşaraq sosial həyatın təkrar istehsalını təmin edir.

 

Tədqiqatçılara görə, vətəndaş cəmiyyəti insanların iqtisadi, peşə, mədəni, dini və digər maraqlarının formalaşdığı və reallaşdığı sosial əlaqələr sistemidir. Bu maraqlar vətəndaş cəmiyyətinin ailə, dini icmalar, təhsil sistemi, elmi, peşə və digər birliklər, assosiasiyalar, təşkilatlar kimi təsisatların vasitəsilə əks etdirilərək həyata keçirilir. Vətəndaş cəmiyyəti bütövlükdə, şəxsi maraqlar, tələbatlar və s. sahələrdə təcəssüm olunur.

 

Vətəndaş cəmiyyətində vahid maraqlarla birləşən təşkilatlardan ibarət maraqlı qruplar mühüm yer tutur. Maraqlı qruplar və təşkilatlar ayrıca bir fərdə öz imkanlarını və tələblərini reallaşdırmaq üçün zəruri yer ayırır və eyni zamanda, iqtisadi, etnik, dini, regional, demoqrafik, peşə və digər maraqların müxtəlifliyini əks etdirir.

 

Fəlsəfə üzrə fəlsəfə doktoru Vahid Ömərov bildirir ki, vətəndaş cəmiyyətinin yaranmış konsepsiyasını və onun sosial quruluş üçün uyğun bir model təqdim edə bilməməsini qiymətləndirmək üçün məhz umumbəşəri dəyərlərin (həqiqətləri də bura əlavə edə bilərik) təyinedici şərtlərinin bu transformasiyasına istinad edilməlidir. Əslində, hər iki hadisə cəmiyyətdə fərdi varlığın təşkiledici şərtlərinin xristian ümumbəşəriliyinin - mövcud təriflərindən kənarda, yeni bir bir qəlibdə formalaşmış, XVI-XVII əsrlərin reformasiyasının uzunmüddətli təsirləridir.

 

“Vətəndaş cəmiyyətində müxləlif sosial-siyası qüvvələrin maraqlarının uzlaşması və ya onlar arasında munaqişə və qarşıdurma da baş verə bilər ki, bu da şəxsi və dövlət maraqları arasında ziddiyyətlərlə başa çatır”.

 

Vətəndaş cəmiyyəti, sosial, mədəni və mənəvi həyat fəaliyyətinin təminatı onların yenidən təşkili və nəsildən-nəslə ötürülməsi sistemi ayrı-ayrı fərdilərin və kollektivlərin özünü reallaşdırması həm fərdi, həm də kollektiv maraqların və tələbatların reallaşdırılması üçün şərait yaratmaq məqsədi güdən müstəqil və dövlətdən asılı olmayan ictimai təsisatlar və sistemidir. Bəzən vətəndaş cəmiyyəti xüsusi maraqlar və tələbatlarla da eyniləşdirilir.

 

Maraqlar ictimai münasibətlərin xüsusi növü olub müəyyən sosial qrupların, insanların tarixi birlik formalarının daşıyıcısı kimi çıxış edir. Maraqların obyekti maddi və mənəvi dəyərlərə, sosial təsisatlar, adət və qaydalarla təsbit olunmuş ictimai münasibətlərdir. Maraqlar buya digər sosial birliyə-demoqrafik qruplara və millətə xas olub, bu birliklərin sosial-siyasi davranışına əsaslı şəkildə təsir göstərir.

 

Çoxmillətli dövlətdə ümumi milli maraqların aşkara çıxarılması gedişində müxtəlif millətlərin maraqları arasında əlaqə uzanır, ziddiyyətlər həll edilir, kompromislər də edilir, maraqların elə bir sistemdə birləşməsi baş verir ki, burada bir millətin marağının həyata keçməsinə səbəb olur. Hətta milli birlik dövlət birliyilə üst-üstə düşdükdə belə onlar arasında mütləq eynilik olmur. Milli suverenlik və dövlət suverenliyi arasında da enilik olmur. Hər bir milli maraq, hətta ümumi maraqlar spesifik dövlət, hakimiyyət və idarəetmə təşkilatlarından keçərək keyfiyyətcə yeni özünəməxsusluq kəsb edir. Dövlət maraqları-dövlət iradəsi mexanizmi vasitəsilə həyata keçərək dövlət sistemi çərçivəsində mövcud olan maraqlardır. Dövlət maraqlarında təsbit olunmuş müəyyən şəkildə milli maraqlara da təsir göstərir. Unitar çoxmillətli dövlətdə ayrı-ayrı mili maraqlar və dövlət maraqları münasibətləri, həmçinin digər ictimai münasibətlər dövlət maraqlarının üstünlüyünü nəzərdə tutan subordinasiya prinsipi əsasında müəyyən edilir.

 

Milli maraqlar, insanların maraqları, onların mənəviyyatı, mədəniyyəti, dinis. problemləri vətəndaş cəmiyyəti və onun etikası tərəfindən tənzimlənir. Bu sahələr dövlət və siyasətin müdaxiləsinə məruz qalmamalıdır. Fərdlər öz maraqları naminə müxtəlif təşkilatlar yaradırlar. Bu təşkilatlar vasitəsilə fərdlər öz maraqlarını ifadə ediröz vətəndaş hüquqlarını qoruyurlar. Azərbaycanın müstəqilliyi dövlət və cəmiyyət - fərd maraqlarının və milli ideologiyanın qarşılıqlı münasibətlərinin ahəngdarlığından və mövcudluq formaları və obrazlarından çox asılıdır.

 

Vətəndaş cəmiyyəti daxilində müxtəlif maraq və mənafeləri düzgün əlaqələndirməzdən, ictimai-siyasi gerçəkliklə sosial ədalət prinsiplərini ardıcıl surətdə bərqərar etmədən hər hansı milli dövlət quruculuğundan danışmaq çətindir. Hüquqi dövlət milli-mənəvi simanın formalaşması, milli həyatın çoxcəhətli komponentlərinin inkişafı üçün mühüm məziyyətdir. Tədqiqatçılara görə, hüquqi və milli-dövlət maraqlarının formalaşmasında dövlət və onun tələbatlarının ödənilməsi şəraitinin müəyyənləşməsində dövlətin xüsusiyyətləri həlledici rol oynayır. Fərdi və qrup şüuruna münasibətdə obyektiv olan dövlətə münasibətdə obyektiv olmaya da bilər. Keçmiş sovet tədqiqatçıları və Azərbaycan alimləri millət və dövlətin eyni məna vermədiyini, onlar arasında fərqlər olduğunu, etnik, milli birliyin dövlət birliyilə üst-üstə düşmədiyini, milli və dövlət maraqlarının fərqləndiyini göstərirlər.

 

Fəlsəfə elmləri doktoru, professor Əbülhəsən AbbasovMilli maraqlarmilli ideologiya” adlı monoqrafiyasında ölkəmizin dinamik inkişafı və tərəqqisi baxımından olduqca aktual və əhəmiyyətli olan, lakin az işlənilmiş milli maraqlarmilli ideologiya problemlərindən bəhs edir. Müəllif mövzu ilə bağlı bir sıra zəruri anlayışlar, mövcud baxışlar, spesifikümumi cəhətləri təhlil edir. Milli maraqların adekvatdolğun ifadəsini verən Abbasov bildirir ki, onların həyata keçirilməsində əvəzsiz missiya daşıyan milli ideologiyadır.

 

Bəşər mədəniyyəti tarixinin araşdırılması sahəsindəki qazanılmış təcrübələr sübut edir ki, insanların mənəviyyatı, əxlaqi normaları və baxışları ilə bağlı olan milli-mənəvi dəyərlərin yaradıcısı xalqdır. Təbiətin hər bir xalqa bəxş etdiyi ən qiymətli miras onun milli-mənəvi dəyərləridir. Bu səbəbdən də hər şeydən əvvəl və hər sahədə, o cümlədən mədəniyyət siyasəti sahəsində mədəniyyətin təsbiti mövzusuna üstünlük verilməlidir. Milli-mənəvi dəyərlər gələcək nəsillərə daha da zənginləşdirilmiş halda ötürülməlidir.

 

Azərbaycan cəmiyyətində milli-dövlət maraqları və milli ideologiyanın reallaşması uğurla davam edir, dövlət və ideologiya ümummilli maraqları müdafiə olunur. Milli ideologiya konsepsiyasının tarixi keçmişimiz, milli, mədəni, dini ənənələrimiz üzərində qurulması fikri indi çox aktualdır. Milli ideologiya Azərbaycan dövlətinin, cəmiyyətinin və vətəndaşının maraqlarını ifadə edir.

 

Ulu öndər Azərbaycan cəmiyyətində “milliliklə ümumbəşəriliyin vəhdəti”nin gerçəkləşməsinin tərəfdarı idi.

 

Qloballaşma prosesi elm, texnika, texnologiya ilə ümumbəşəri dəyərlərlə yanaşı, milli kimliklə bağlı mədəni-mənəvi amillərə də sirayət etməyə cəhd edir. Azərbaycan xalqının milli kimliyinin formalaşması türk təfəkkürü, islam mədəniyyəti və mənəviyyatı ilə bağlı olmuş Azərbaycan mentalitetinin - türkçülüyün və islamçılığın vəhdəti və sintezi ilə formalaşmış, azərbaycançılıq və müasirlik ilə inkişaf etməkdədir.

 

Murad MƏMMƏDLİ

Ekspress.-2016.-2 dekabr.-S.10.