Vətəndaş cəmiyyətində siyasi mədəniyyət

 

Demokratiyanın inkişafı və demokratik rejimin meydana gəlməsi və formalaşması hər şeydən əvvəl, yüksək siyasi mədəniyyət tələb edironun sayəsində mümkündür. Siyasi mədəniyyət siyasi proses subyektlərini bilavasitə öz fəaliyyətində göstərən, varislik əsasında cəmiyyətin siyasi həyatının təzələnməsini təmin edən, tarixən təşəkkül tapmış dayanıqlı sərvətlərin və istiqamətlərin davranış modelləri sistemidir.

 

Siyasi mədəniyyət, vətəndaşların və hakimiyyətin qarşılıqlı münasibətlərini tənzimləyən mənəvi-siyasi dəyərlərin, davranış qaydalarının, adət və ən-ənələrin məcmusunu ifadə edir.

 

Siyasi mədəniyyət sahəsi siyasi həyatdır, hakimiyyət və idarəetmə problemlərinə, insanların siyasətdə iştirakına, həmçinin siyasət və hüquq, siyasət və iqtisadiyyat, siyasət və mənəviyyatın qarşılıqlı təsiri məsələlərinə toxunur.

 

Siyasi mədəniyyət” termin kimi ilk dəfə XVII əsrdə alman filosofu İohan Herder tərəfindən işlədilib. Bu anlayışı politologiya elminə isə Amerika politoloqları Q.AlmondS.Verba gətiriblər. Öz əsərlərində “siyasi mədəniyyət” anlayışını politologiya elminin mühüm kateqoriyalarından biri kimi göstəriblər. AlmondVerba “Vətəndaş mədəniyyəti” əsərində siyasi mədəniyyətin cəmiyyətin siyasi sistemindəki rolunu yüksək qiymətləndiriblər.

Ümumiyyətlə, siyasi mədəniyyət çox geniş anlayışdır. Bu anlayışa mühüm siyasi, sosial və digər problemləri həll etmək bacarıqları, siyasi mübarizə təcrübəsi də daxildir. Siyasi mədəniyyətin formalaşmasına cəmiyyətdəki mövcud vəziyyət, milli və mənəvi dəyərlər, ictimai rəy, uzun illər boyu formalaşan ənənə, sosial reallıq təsir edir.

 

Vətəndaş cəmiyyətində siyasi mədəniyyətin subyekti cəmiyyət, siniflər, sosial qruplar, siyasi partiyalar, təsisatlar, şəxslər və s. ola bilər. Bu anlayışa bütövlükdə siyasi davranış və siyasi biliklərə yiyələnmək, siyasi baxışları qiymətləndirmək, nəhayət, siyasi fəaliyyət mədəniyyəti aid edilir.

Politoloqların fikrincə, ölkədə demokratik prinsiplərin hökm sürdüyünü göstərən başlıca indikatorlardan biri siyasi mədəniyyətdir. Siyasi mədəniyyətə aşağıdakı elementlər daxildir:

 

1.Siyasi mədəniyyət məhz vətəndaşların siyasi hakimiyyətə münasibəti onlan davranış və rəylər əsasında inkişaf edir;

2. Siyasi hakimiyyətin ölkə vətəndaşlarına münasibəti də siyasi mədəniyyətdə əksini tapır. Hakimiyyət cəmiyyət üzvlərinə münasibətdə ya onları siyasi həyatda iştirak etməyə sövq edir, fərdlərin demokratik prinsipnormalara əsaslanan fəaliyyətinə mane olmur, ya da hər bir vasitə ilə fərdlərin siyasi iştirakçılığı və sosiallaşmasının qarşısını alır. Bu da nəticə etibarilə, fərdlərin siyasi iştirakçılıq səviyyəsi və dolayısıyla, siyasi mədəniyyətinə təsir edir;

3. Siyasi mədəniyyət idarəetmədə iştirak edən və etməyən fərdlərin mənəvi-psixoloji yönümlərini və dəyərlərini müəyyən edir. Bu da ölkə daxilindəki siyasi davranış və mövqeləri formalaşdıran amil kimi çıxış edir. Sözügedən faktor bir ölkənin perspektiv inkişaf səviyyəsini müəyyənləşdirən kontur qismində dəyərləndirilir.

4. Siyasi mədəniyyətin inkişaf etməsi vətəndaşların siyasi idarəetməyə təsirini artırır. Eyni zamanda, cəmiyyətin fəal üzvləri qərar qəbulu və icrası prosesinə də təsir göstərir. Bu isə hakimiyyət-cəmiyyət münasibətlərinə birmənalı şəkildə müsbət effekt bağışlayır.

 

Siyasi mədəniyyət müxtəlif funksiyaları həyata keçirir. Əsas funksiyaları xalqın dövlətin idarə edilməsində iştirakının təmin edilməsi, siyasi hadisə və proseslərdə aşkarlığın olması, cəmiyyət həyatının demokratikləşdirilməsi, siyasi proseslərdə xalqın iştirakı və rolu, siyasi baxışların dövrlə bağlı yeniləşməsidir. Onların xarakterindən asılı olaraq müxtəlif ola bilirsiyasi quruluşuda baş verən dəyişikliklə əlaqədar olaraq dəyişilir. Demokratik ölkələrdə, sivilizasiyalı cəmiyyətlərdə siyasi mədəniyyət yüksək səviyyədə olan ölkədə aşkarlıq hökm sürür. Məsələn, həm siyasi, həm də ictimai-iqtisadi həyatda baş verən hadisə və proseslər haqqında inkişaf və irəliləmələr nöqsandurğunluq, geriləmə halları barədə düzgün izah və şərhlər verilir.

Siyasi mədəniyyətin əsas funksiyaları cəmiyyətin demokratikləşməsi, xalqın ölkənin idarəedilməsində iştirak üçün şərait yaradılması, şəxsiyyətin özimkan və bacarığını inkişaf etdirməsi, ondan cəmiyyətin xeyrinə istifadə edə bilməsi imkanlarının yaradılmasından ibarətdır. Siyasi mədəniyyət cəmiyyət üzvlərinin, ölkə vətəndaşlarının siyasi quruluşa münasibəti siyasi biliklərə yiyələnmək səviyyəsi, siyasi fəaliyyətlərinin təcəssümüdür.

 

Siyasi həyatın əsasında insanların siyasi maraq və tələbatlarının işləməsi və inkişafı durur. Cəmiyyətin siyasi həyatının ən vacib tərkib elementini, onun xüsusi quruluşu olan siyasi sistem təşkil edir. Politoloqların bildirdiyinə görə, siyasi sistem - siyasi hakimiyyətin, siyasət- hakimiyyət münasibətlərinin həyata keçirilməsi vasitəsi olan sosial-siyasi institutların, təşkilatların, normaların məcmusudur. Onun başlıca quruluş elementləri kimi siyasi təşkilat, siyasi şüursiyasi mədəniyyət çıxış edir. Siyasi təşkilat - siyasi münasibətləri tənzimləyən dövləti -hüquqiictimai-siyasi təşkilat, idarələrin toplusudur (dövlət, partiyalar, ictimai təşkilatlar və özünüidarəetmə orqanları). Siyasi təşkilatın ən əsas subyekti dövlət və onun orqanları təşkil edir. Siyasi şüur - siyasət və hakimiyyətə dair biliklərin, dəyərlərin, təcrübə və təsəvvürlərin məcmusudur. Siyasi şüura ideologiya, hüquq normaları, adət-ənənələr, eyni zamanda siyasi həyatın iştirakçılarının emosiyaları və yalnış görüşləri, əhval-ruhiyyəsi daxildir. Siyasətin vacib elementi olan siyasi mədəniyyət siyasi institutları, cəmiyyətin siyasi təşkilatının elementləri, sosial-iqtisadi və digər təşkilatları, partiyaları əhatə edir.

 

Cəmiyyətdə siyasi hakimiyyət münasibətləri başlıca olaraq siyasi institutlar vasitəsilə reallaşır. Bu sosial institutlarnormalar cəmiyyətin siyasi sisteminin vacib elementləri keyfiyyətində çıxış edərək buya digər formada siyasi hakimiyyətin həyata keçirilməsi ilə bağlıdır.

 

Cəmiyyətin mənəvi potensialının tərkib hissələrindən biri kimi qavranılan siyasi mədəniyyətin inkişafının mühüm şərtlərindən biri siyasi plüralizmin həyat normasına çevrilməsinə geniş imkan yaradılmasıdır.

 

Qeyd edək ki, Azərbaycanın müstəqillik əldə etdikdən sonra formalaşan siyasi mədəniyyəti dövlətçiliyə möhkəm sədaqəti, rəhbərin güclü tərəflərini tez müəyyənləşdirmək və populizmə tez məruz qalmamaq məharəti, Azərbaycançılıq ideyası ilə seçildi.

 

Cəmiyyətin siyasi cəhətdən yeniləşməsi də ölkədə siyasi mədəniyyətin formalaşmasına təsir edib. Müasir dövrdə Azərbaycanda düzgün siyasi mədəniyyətin formalaşması nəticəsində ölkənin sosial-siyasi həyatında əsaslı islahatlar həyata keçirilir, dövlətin inkişafı, çiçəklənməsi naminə böyük uğurlar əldə edilir.

Ulu öndər Heydər Əliyevin xalqın tələbi ilə 1993-cü ildə ölkə rəhbərliyinə qayıtmasından sonra Azərbaycanın gələcək inkişafının strategiyası və əsas parametrləri müəyyənləşdirildi, dövlət həyatının bütün sahələrinin modernləşməsi mərhələsi başlandı. Elmi cəhətdən əsaslandırılmış həmin siyasət nəticəsində mədəni inkişafın ardıcıllıq, varislik, millilik, orijinallıq, Azərbaycan xalqının təkrarsız mədəniyyət genofondunun saxlanılması, eyni zamanda açıqlıq və demokratiklik ideyaları təbliğ edilir və fəal şəkildə həyata keçirilir.

 

1995-ci ildə Azərbaycanın mütərəqqi ənənələrə söykənən ilk müstəqil Konstitusiyası qəbul olundu. Bundan sonrakı mərhələdə ulu öndər dövlət-vətəndaş münasibətlərinin hüquq çərçivəsində tənzimləndiyi, humanizmin hakim olduğu  ədalətli cəmiyyətin formalaşdırılması, idarəçilikdə demokratik prinsiplərin tam bərqərar olması naminə misilsiz xidmətlər göstərdi.

 

1998-ci il fevralın 22-də “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” fərmanın imzalanması, 1998-ci il iyulun 18-də “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nın təsdiq olunması, Azərbaycanın ən müxtəlif beynəlxalq konvensiya və sazişlərə qoşulması, 2001-ci il yanvarın 17-də Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsi, İnsan Hüquqları üzrə Müvəkkil İnstitutunun formalaşdırılması, 2002-ci il 24 avqust tarixində  Azərbaycan Respublikasına yeni dövrün tələblərindən irəli gələn mütərəqqi ruhlu əlavə və dəyişikliklərin edilməsi məhz ulu öndər Heydər Əliyevin adı ilə  bağlıdır.

 

Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında indiki dövrün tələblərinə müvafiq olaraq çox uğurla davam etdirilirinnovasiyalarla zənginləşdirilir. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olubbunun təməlində Ümummilli lider Heydər Əliyevin inkişaf strategiyası, müəyyənləşdirdiyi daxilixarici siyasət xətti dayanır. Gənc dövlətin əsaslarının möhkəmliyi və həyata keçirilən strategiyanın səmərəliliyi məhz Prezident İlham Əliyevin liderlik keyfiyyətləri, zəkası, siyasi iradəsi və uzaqgörənliyi, ümumilikdə, rasional davranış modeli sayəsində mümkün olub. Onu da qeyd edək ki, İlham Əliyev siyasi sistemimizə milli siyasi etikaqüsursuz siyasi mədəniyyət nümunəsi gətirdi.

 

Əhməd MƏCİD

Ekspress.-2016.-3-5 dekabr.-S.10.