Vətəndaş cəmiyyətinin də hakimiyyətə ehtiyacı var

 

Hər bir cəmiyyətin idarə olunmağa ehtiyacı var, bu, vətəndaş cəmiyyəti olsa belə. Vətəndaş cəmiyyəti ayrılıqda götürdükdə özündə qeyri-dövlət strukturlarını birləşdirir.

 

Vətəndaş cəmiyyəti qeyri-dövlət iqtisadi, siyasi, sosial, mədəni-mənəvi, dini-əxlaqi, ailəvi, millibaşqa münasibətlərin məcmusu olub azad vətəndaşların və könüllü formalaşmış təşkilat və assosasiyaların dövlət-hakimiyyət orqanları tərəfindən onların fəaliyyətlərinə birbaşa müdaxilələri və özbaşına reqlamentləşdirmələri qanunla məhdudlaşdıran özünümüdafiə sferasıdır.

 

Sadalanan əlamətlər heç də vətəndaş cəmiyyətinin idarə etmədən kənarda qalmasına əsas yaratmır. Əgər cəmiyyət idarəetmə imkanlarından məhrum olunsa o bir müddətdən sonra xaosa, fəlakətə düçar olar. Cəmiyyətin idarə edilməsi üçünsə dövlət hakimiyyətinin formalaşdırılması vacibdir.

Hakimiyyət mürəkkəb, çoxcəhətli bir hadisədir. Hakimiyyətə yalnız insanların birgə fəaliyyəti kimi baxılmır. O, cəmiyyətdə sosial qurumların vahid fəaliyyətini və möhkəm qaydaları təmin edən mütəşəkkil bir qüvvə kimi xarakterizə olunur.

 

Bundan əlavə, hakimiyyət ayrı-ayrı adamların, sosial qurumların, bütünlükdə xalqın öz iradəsini xüsusi metodların köməyi ilə həyata keçirməyə, bunu başqalarına qəbul etdirməyə olan real qabiliyyəti kimibaşa düşülür.

 

Hakimiyyət anlayışının mahiyyətinə başqa cür yanaşmalar da mövcuddur ki, o da bu çoxcəhətli sosial hadisənin buya digər tərəfini əks etdirir. Ən ümumi şəkildə hakimiyyəti, insanların davranış və fəaliyyətini bütün cəmiyyətin, ayrı-ayrı sosial qrupların iradəsinə tabe etdirmək vasitəsi kimi xarakterizə etmək olar.

 

Hakimiyyət-sosial hadisə olmaqla insan cəmiyyətinin meydana gəlməsi ilə birlikdə yaranıb. Onu ibtidai icma quruluşu dövründə cəmiyyətə xas olan ümumi işləri görmək tələbatı zəruri etmişdir. Onun meydana gəlməsinə tayfa və qəbilələrdə insanlar arasındakı münasibətlərin qaydaya salınması, müxtəlif növ ümumi əhəmiyyətli funksiyaların icrası: qidanın bölünməsi, ailə-nikah münasibətlərinin nizamlanması, əməyin cinsə, yaşa görə bölünməsi və s. zərurətin yaranması səbəb olub.

 

İbtidai icma quruluşunun dağılması və dövlətin meydana gəlməsi ibtidai icma cəmiyyətinin ictimai hakimiyyətinin dövlət hakimiyyətinə, yəni siyasi hakimiyyətə çevrilməsinə səbəb olub. Dövlət hakimiyyəti hər şeydən əvvəl dövlətin mecburetmə qüvvəsinə, xüsusi aparatların köməyi ilə (dövlət orqanları və idarələri, məhkəmə, hüquq-mühafizə orqanları və s.) belə məcburetmə imkanlarına arxalanır, baxmayaraq ki, dövlət hakimiyyəti başqa metod və vasitələrin köməyi ilə də həyata keçirilir. Hakimiyyətin, onun həyata keçirilməsində vasitə olan xüsusi aparata ehtiyacı vardır. İbtidai icma cəmiyyəti şəraitində belə xüsusi aparat qismində qəbilə yığıncağı, ağsaqqallar şurası və s. icma qurumları çıxış etmişdir.

 

İnsanların ictimai həyatına dövlət hakimiyyəti öz nizamlayıcı təsirini dövlət orqanları vasitəsilə göstərir, sanki o, bu fəaliyyətdə öz maddi təcəssümünü tapır. Bütün hakimiyyətin xalqa məxsus olduğu cəmiyyətlərdə dövlət hakimiyyəti cəmiyyətin bütün üzvlərinin iradəsini ifadə etməyə və onların köklü maraqlarmı təmin etməyə qadir olmalıdır. Bu halda, hakimiyyət elə təşkil olunmalıdır ki, o dövlət və cəmiyyət işlərinin idarə olunmasında xalqın iştirakını (bilavasitə və nümayəndələr vasitəsilə) təmin etsin. Hakimiyyətin xalqa məxsus olması onun demokratik metodlarla həyatakeçirilməsini, dövlət hakimiyyətinin xalq qarşısında hesabat verməsini qabaqcadan müəyyənləşdirir. Dövlət hakimiyyətinin başlıca vəzifəsi-insanın hüquq və azadlıqlarının, şərəf və ləyaqətinin tanınması, onlara riayət olunması və müdafiəsidir. Belə ki, demokratik dövlətdə insan, onun hüquq və azadlıqları-ali dəyərlərdir.

 

Dövlət hakimiyyətinin təmin edilməsinin ən başlıca əlaməti hakimiyyətin bölgüsüdür. Hakimiyyətlər bölgüsü siyasi cəmiyyətdə azadlığın yaşanması və idarəetmə gücünün sui-istifadəsini əngəlləməsi üçün hələ də aktual məsələdir və məcburi şərtdir. Fransız siyasi mütəfəkkiri Monteskye bu prinsipi “Qanunların ruhu” adlı əsərində irəli sürüb. Müəllif qeyd edir ki, məhkəmə hakimiyyəti, qanunvericilikicra hakimiyyətindən ayrılmayıbsa, azadlıqdan danışmaq mümkün deyildir. Hakimiyyətlərin ayrılmasının səbəblərini isə Monteskye belə açıqlayır: insanın pis cəhətləri də vardır və iqtidarı əlində tutan şəxs bu hüquqlardan sui-istifadə edə bilər. Buna görə, iqtidarın sui-istifadəsinın qabağını almaq üçün iqtidarı iqtidarla durdurmaq lazımdır.

 

Klassik mənada hakimiyyətlər bölgüsü hər kəsin əməl etməsi məcburi olan ümumi qaydaları qoyan parlamenti, bu qaydaları icra edən icra hakimiyyəti orqanını və bu qaydaların tətbiqindən yaranan mübahisələrin həlli üçün məhkəmə orqanının olmasını və bir-birindən ayrılmasını nəzərdə tutur.

 

Monteskyenin fikirləri bir çox hüquq və siyasət alimlərinin diqqətini çəkib. Bu fikirlər çox mübahisələndirilib və tənqid edilib. Dövlət gücünün bölünməzliyi, dövlət orqanları arasında isə mütləq mənada funksiya ayrılığının olması mümkün olmadığı kimi tənqidi fikirlər irəli sürülüb. Lakin bu nəzəriyyənin hüquqi deyil, siyasi nəzəriyyə olduğunu gözdən qaçırmaq olmaz. Bu səbəbə görə günümüzdə “hakimiyyətlər bölgüsünü” belə izah etmək olar: “Hegemonluqya dövlət gücü təkdir. Bu qüvvə dövlətin orqanları vasitəsi ilə cəmiyyət adından öz iradəsini fərdlər üzərində hakim etmək iqtidarıdır. Dövlət iqtidarının istifadəsində tətbiq edilən aktların forması və tərkibi bir-birindən nə qədər fərqli olsa da, bütün bu aktlar nəticədə dövlət iradəsinin təzahüründən başqa bir şey deyil. Dövlət gücü isə tək və bölünməzdir. Ancaq bu gücün birdən çox olan funksiyaları və yenə birdən çox olan orqanlarını ayırmaq gərəkdir. Hakimiyyətin funksiyaları bu iqtidarın müxtəlif təzahür şəkilləri, müxtəlif istifadə növləridir. Məsələn, qanun qəbul etmək dövlət gücünün istifadə formalarından biridir, hakimiyyət funksiyasıdır. Hakimiyyət orqanları isə hakimiyyətin müxtəlif funksiyala-rını yerinə yetirməyə səlahiyyəti olan vəzifəli şəxslər və ya qurumlardır”.

 

Digər tərəfdən, bəzi hallarda hakimiyyət orqanlarının özlərinə aid olmayan səlahiyyətlərdən istifadə etdiklərini də görmək olar. Misal olaraq, bəzən parlament icra funksiyasını üzərinə götürür, müəyyən bir hadisəni araşdırmaq üçün təhqiqat komissiyaları qurur; məhkəmə orqanları plenum qərarları ilə qayda qoyur; yenə icra hakimiyyəti orqanı da normativ aktlarla qayda qoyduqları kimi, inzibati cəza verməklə sanki mühakimə işini aparırlar.

 

Başqa tənqidi fikir ondan ibarətdir ki, hakimiyyətlər bölgüsü plüralist rejimlərdəki bəzi hadisələrlə uyğun gəlmir. Həqiqətən də bu nəzəriyyə irəli sürüləndə siyasi partiyalar hələ ki, formalaşmamışdı. Yada salmalıyıq ki, nəzə-riyyənin məqsədi hakimiyyətlər arasında balans quraraq liberal rejimin bərqərar olmasını təmin etmək idi. Halbuki partiya sistemi hakimiyyətlər bölgüsünün səviyyəsinə ciddi təsir göstərir. Günümüzdə isə sistemin liberallığı icra-qanunvericilik bölgüsünə görə deyil, iqtidar-müxalifət bölgüsünə görə aparılır. Partiyaların hakimiyyətlər bölgüsü üzərindəki təsiri isə təkcə sayları deyil, eyni zamanda daxili quruluşları və qarşılıqlı gücləri ilə də ortaya çıxır. Bu səbəbə görə modern hakimiyyətlər bölgüsü konstitusion müddəalardan yaranan hakimiyyətlər bölgüsü ilə partiya sistemindən yaranan hakimiyyətlər bölgüsünün toplamından yaranır.

 

Monteskyenin görüşlərinin günümüzə qədər olan təsiri inkar edilə bilməz. Qanunvericilik, icra və məhkəmə şəklində üçlü ayırım müasir dövrün lap əvvə-lində dövlət quruluşuna təsir göstərib, bu günkü mənada üçlü bölünməyə səbəb olub. Ayrıca normativ kimi də belə üçlü bir ayırımın praqmatik bir şey olduğu, azadlığı, ədaləti və “gücü məhdud” dövləti ortaya çıxaracağı qəbul edilir. Demək olar ki, müstəqil hakimiyyətlər düşünülmüş şəkildə yaradılıb. Buna görə haki-miyyətlər bölgüsü yalnız bir tədqiqat, özəlliklə İngiltərə sisteminin analizi nəticəsində deyil, belə bölgünün faydalı olacağı fikrindən ortaya çıxıb.

 

Klassik mənadan fərqli olaraq hüquqi dövlətdə hakimiyyətlər bölgüsünün əhəmiyyəti bir az fərqlidir. İcra hakimiyyətinin geniş qayda qoyma səlahiyyəti, siyasi partiyaların icra-qanunvericilik orqanlarını yaxınlaşdırması kimi faktorlar nəzərə alınsa, məhkəmə orqanının bu iki hakimiyyət qarşısında müstəqilliyi böyük əhəmiyyət kəsb edir. Digər tərəfdən, bu prinsipin günümüzdə əhəmiyyətli xüsusiyyəti bundan ibarətdir ki, bunsuz hüquqi dövlətin çox əhəmiyyətli başqa şərtləri (“adminis-trasiya üzərində məhkəmə nəzarəti”, “idarəetmədə qanunçuluq” və “idarəetmə orqanlarının maddi məsuliyyətikimi) imkansız və təsiriz qalacaqdır.

 

Qeyd edək ki, Azərbaycan da 1995-ci ildə qəbul etdiyi Konstitusiyasında hakimiyyət bölgüsü prinsipini tanıyıb. Konstitusiyanın 7-ci maddəsinin hakimiyyətlər bölgüsü prinsipini mənimsədiyini, hakimiyyətlərin birgə fəaliyyət göstərmələrinin tələb olunduğunu və müstəqil olduqlarını görərik. Yenə də faktiki olaraq məsələyə icra-qanunvericilik-məhkəmə orqanlarının statusu baxımından yanaşsaq, Azərbaycan Konstitusiyasının icra hakimiyyətini əhəmiyyətli dərəcədə gücləndirdiyini və ona imtiyaz verdiyini görərik. İcra hakimiyyətinin üstünlüyünün özəlliklə məhkəmə hakimiyyəti üzərində olduğu da gözə dəyir. Azərbaycanda icra hakimiyyəti-parlament balansı baxımından isə belə vəziyyət yaranıb: millət vəkilləri müstəqil namizədlərdən mütləq macoritar qaydada seçilir. Parlamentin əlində icra hakimiyyətinə qarşı istifadə edə biləcəyi təsirli bir silahı da var-Nazirlər Kabinetinə etimadsızlıq rəyi bildirməklə Nazirlər Kabinetini istefaya göndərmək səlahiyyəti. İndiki faktiki vəziyyət icra hakimiyyətinin üstünlüyü adlana bilsə də, siyasi ortamın dəyişməsi parlamentin üstünlüyünə yol aça bilər.

 

Vasif CƏFƏROV

Ekspress.-2016.-6 dekabr.-S.10.