Vətəndaş və siyasi hüquqların qarşılıqlı asılılığı

 

BMT-nin Baş Assambleyası “1986-cı il 4 dekabr tarixli qətnaməsi”ndə iqtisadi, sosial, mədəni, vətəndaş və siyasi hüquqların qarşılıqlı asılılığı və bölünməzliyini bəyan edib. Azərbaycan Respublikası Konstitusiyasında da sosial, iqtisadi və mədəni hüquqlar da öz əksini tapıb. Buraya əmək hüququ, ədalətli əmək şəraiti və əmək haqqı sosial-müdafiə və sosial- mənzil hüququ, təminat, mədəniyyət, yaradıcılıq təhsil və sağlamlıq hüququs. daxildir.

 

Azərbaycan Respublikası Konstitusiyasında vətəndaşların əmək hüququ (35-ci maddə), istirahət hüququ (37-ci maddə), sosial təminat (38-ci maddə), sağlamlığın qorunması hüququ (41-ci maddə), mədəniyyət hüququ (40-cı maddə), təhsil hüququ (42-ci maddə), azad sahibkarlıq (59-cu maddə), yaradıcılıq azadlığı (51-ci maddə) təsbit olunub. Qeyd edək ki, dövlətimiz müvafiq hüquqi mexanizmlər yaratmaq üçün müxtəlif tədbirlər görür. Konstitusiyada irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əqidəsindən, siyasisosial mənsubiyyətindən və s. hallardan asılı olmayaraq, hər bir insanın hüquq və azadlıqlarının müdafiəsi qanunvericilik, icra və məhkəmə orqanları qarşısında ümdə vəzifə kimi qoyulub.

 

Ekspertlərin fikrincə, artıq hüquqa söykənən, vətəndaş inkişafına tam zəmanət verən qanunvericilik bazasının əsası qoyulub və ölkəmizdə demokratik cəmiyyətin formalaşdırılması üçün hər cür şərait yaradılıb. Vətəndaş hüquqları hansı dövlətə mənsub olmasından asılı olmayaraq insanın təbii hüquqları və bu hüquqların əhəmiyyəti ondadır ki, insan azadlıqlarını, insanın şəxsi həyatında özünütəyinetmə və özünüreallaşdırma seçimini gerçəkləşdirir.

 

O da qeyd olunur ki, hüquqi dövlət və şəxsiyyət arasında qarşılıqlı məsuliyyət prinsipi hökm sürdüyü üçün, hüquqi dövlət qanunvericilikdə şəxsi hüquqları təsbit edərək bu hüquqları qanunsuzluqdan, özbaşınalıqdan qoruduğu kimi vətəndaş da öz hərəkətlərini ictimai maraqlara uyğunlaşdırmağa, başqalarının hüquqlarını və mövcud qayda-qanunları pozmamağa borcludur. Bu baxımdan XX əsrin ortalarında meydana çıxan İnsan Hüquqlarına dair Avropa Məhkəməsi də bu sahədə atılmış mühüm addım hesab olunur.

 

Azərbaycan Konstitusiyasında da göstərilir ki, “Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz, ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir”.

 

Xatırladaq ki, Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra hüquqidünyavi dövlət quruculuğunu özünün inkişaf yolu seçib. 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası insan və vətəndaş hüquq və azadlıqlarını ali dəyər kimi qiymətləndirərək, onlara hörməti, insan hüquq və azadlıqlarının qorunmasını qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının vəzifəsi kimi müəyyən etmişdir. Bundan başqa, ölkəmizin 2001-ci ilin yanvar ayının 25-də Avropa Şurasına daxil olması, daha sonraİnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasını ratifikasiya etməsi demokratik ənənələrə və əsas azadlıqların təmininə sadiqliyin ifadəsidir.

 

Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələri özünün qanunvericilik sisteminə daxil etməklə beynəlxalq öhdəliklərini yerinə yetirmək yolunu tutub. Bu da o deməkdir ki, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində beynəlxalq öhdəliklərin yerinə yetirilməsi məqsədilə görülən tədbirlərin bir hissəsini də məhkəmələrin fəaliyyətinin təkmilləşdirilməsi, məhkəmə sisteminin müasirləşdirilməsi təşkil edir.

 

“Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 19 yanvar 2006-cı il tarixli Fərmanı da məhz insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinin təmininə, məhkəmə sisteminin müasirləşdirilməsinə, məhkəmə hakimiyyətinin möhkəmlənməsinə yönəlib.

 

Fəlsəfə doktoru Vahid Ömərov qeyd edir ki, hüquqi dövlətin əsas funksiyalarından biri vətəndaşların hüquq və azadlıqlarını qorumaqdır: “Bunun üçün dövlətin xüsusi təsisatlar, mexanizmlər sistemi mövcuddur. Avropa ölkələrində insanın subyektiv hüququnu qoruyan təsisatlar konstitusiya məhkəmələri, konstitusiya şuraları, ali məhkəmələr, inzibati məhkəmələr, parlamentlər, Azərbaycan Respublikasında isə Konstitusiya Məhkəməsidir. Qeyd edək ki, hüquqi dövlətdə qanunvericiliklə insan hüquqları arasında bağlılıq prinsipi hökm sürür. Hüquqi dövlət insan hüquqlarının qorunduğu, vətəndaşların dövlətə hörməti və etibarı, konsensusun, stabilliyin, tolerantlığın, dialoqun hökm sürdüyü şəraitdə mövcud ola bilər və uğurla inkişaf edə bilər. Siyasi hüquq və azadlıqlar vətəndaşın əsas konstitusiya hüquq və azadlıqları hesab olunur. Siyasi hüquq və azadlıqlara konstitusiyanın (49, 50, 52, 54-58-ci maddələrdə) təsbit olunub. Bu baxımdan da hüquqvə azadlıqlar dövlətin təbiətini müəyyənləşdirir. Hakimiyyət üzərində nəzarət vasitəsidir, demokratik rejiminhüquqi dövlətin əsas əlamətidir”.

 

Ömərov onu da qeyd edir ki, hüquqi dövlətin əsas əlamətlərindən biri kimi siyasi hüquq və azadlıqlar: dövlətin və onun orqanlarının fəaliyyəti və təşkilində demokratiyanın bilavasitə və müxtəlif nümayəndəli formalarında iştirak etmək səlahiyyətidir:Buraya seçki və müraciət etmək hüququ daxildir: Vətəndaş cəmiyyətinin həyatında (söz və mətbuat azadlığı, yığıncaq və nümayiş azadlığı, birləşmək hüququ) fəal iştirak etmək səlahiyyətidir. Siyasi hüquq və azadlıqlar vətəndaşın siyasi proseslərdə fəal iştirakını təmin edir, vətəndaş, cəmiyyəti və hüquqi dövlət arasındakı əlaqələrin möhkəmləndirilməsi üçün şərait yaradır. Siyasi hüquq və azadlıqlar içərisində vətəndaşların cəmiyyətin və dövlətin siyasi həyatında və idarə olunmasında iştirak etmək hüququ əsas yer tutur. Dövlətin idarə olunmasında vətəndaşın iştirakı seçkilər, referendumlar, habelə, qanunverici, icra və məhkəmə hakimiyyətində iştirak etmək vasitəsilə həyata keçirilir. Dövlətin idarə  olunmasında iştirak etmək hüququ dövlət və onun vətəndaşı arasında qarşılıqlı münasibətlərin əsas prinsiplərdən biridir”.

 

Yeri gəlmişkən, Konstitusiyanın 54-cü maddəsində vətəndaşların cəmiyyətin və dövlətin siyasihəyatında maneəsiz iştirak etmək hüququ təsbit olunub, onların dövlətə qarşı qiyamaya dövlət çevrilişinə müstəqil müqavimət göstərmək hüququ da müəyyən edilib. Konstitusiyanın 55-ci maddəsində vətəndaşların dövlətin idarə olunmasında bilavasitə və ya nümayəndələri vasitəsilə iştirak etmək, dövlət orqanlarında qulluq etmək hüququ da öz əksini tapıb ki, nəticədə də müvafiq qanunlar qəbul edilib.

 

Fəlsəfə doktorunun sözlərinə görə, seçki hüququ xalqın iradəsini azad ifadə edən demokratik təsisatlardan biridir: “Demokratik seçki xalqın dövlət idarəçiliyi prosesində daha məqsədyönlü iştirakına və bütün bunların sintezinin məntiqi yekunu kimi cəmiyyətin, dövlətin sivil inkişafına geniş imkanlar açır. Demokratik seçkinin ən əsas şərti hesabat vermək məsuliyyətindən əlavə həm də aşkarlıq, şəffaflıq, obyektivlikdir. Demokratik cəmiyyətlərdə seçicilərin azad seçim hüququna kənar müdaxilələrin minimuma endirilməsi üçün onların gizli səs vermək hüquqları təmin olunub. ABŞ-da demokratiya - hüquqi dövlət-idarəetmə sistemi əhalinin geniş təbəqələrinin maraqlarını ifadə edirqoruyur. Hüquqi dövlətdə xalqın seçdiyi nümayəndələr ona hesabat verirlər. ABŞ tədqiqatçısı M.Parentihesabat verməyin mahiyyətini belə açır: “Hesabat vermək nümayəndələrin açıq tənqidi, onların seçki yolu ilə mərhələli yoxlanılması kimi başa düşülür və zərurət yarandıqda, vəzifələrindən geri çağırılırlar”. O, demokratiyanı “zülmkar mütləqiyyətə zidd idarə üsulu hesab edir və göstərir ki, demokratik sistemdə konstitusiyaqanunlar, bir növ, qaydaların külliyyatını ifadə edir. Əsas Qanunda təsbit olunmuş insan hüquqları idarəçiliyin əsası və dövlətçiliyin idealıdır. Azərbaycanın hüquqi-demokratik dövləti insan ləyaqətini, onların azadlıq və bərabərliyini, şəxsiyyətin özünəməxsusluğunu iradə azadlığını qoruyur”.

 

Qeyd edək ki, Azərbaycanda insan hüquq və əsas azadlıqlarının həyata keçirilməsinin təmin olunması, ölkədə məhkəmə islahatlarının həyata keçirilməsi, Azərbaycan Milli Məclisinin fəaliyyətinin və seçki sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı yeni müddəaların Azərbaycan Konstitusiyasında təsbit edilməsi məqsədilə 24 avqust 2002-ci il tarixində referendum keçirilməsi də dövrün zəruri tələbləri ilə şərtlənib.

 

V.Ömərov bildirir ki, referendumun nəticəsi kimi insan hüquq və azadlıqlarının daha səmərəli həyata keçirilməsinə, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) İnstitutunun təşkili və fəaliyyəti ilə bağlı bir sıra mühüm müddəalar konstitusiyada əksini tapıb. İlk dəfə olaraq, hər kəsin pozulmuş insan hüquq və azadlıqlarının bərpası məqsədilə Konstitusiya Məhkəməsinə birbaşa müraciət hüqüqu tanınıb: Konstitusiyada, ilk dəfə olaraq, hər kəsin onun hüquq və azadlıqlarını pozan qanunvericilikicra hakimiyyəti orqanlarının, bələdiyyələrin normativ aktlarından, məhkəmə aktlarından qanunla müəyyən edilmiş qaydada 130-cu maddənin III hissəsinin 1-7-ci bəndlərində göstərilən məsələlərin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən həll edilməsi və pozulmuş insan hüquq və azadlıqlarının bərpa edilməsi məqsədilə şikayət vermək hüququ təsbit olunub. Beləliklə, Azərbaycan Konstitusiyası hüquqi dövlətin əsas prinsipləri olan qanunun aliliyinin, ümumi bərabərliyin hüquq və azadlıqların, hakimiyyətin bölgüsü və hakimiyyət üzərində nəzarətin, prezidentliktəsisatının reallaşmasının əsas təminatçısıdır. Müstəqil Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olunmuş Konstitusiyası ölkənin demokratiksivil yolla inkişafının ən başlıca təminatıdır”.

 

Onu da qeyd edək ki, son illərdə başlanmış məhkəmə-hüquq islahatlarının yeni mərhələsi ədalət mühakiməsinin səmərəli təşkilinə, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı təminatına yönəlib. Həyata keçirilən bu islahatlar ölkəmizdə qanunçuluğun, hüquq qaydalarının daha da möhkəmlənməsinə, konstitusion normaların tam bərqərar olmasına xidmət edir.

 

Rəşid RƏŞAD

Ekspress.-2016.-7 dekabr.-S.10.