Vətəndaş cəmiyyətində iqtisadi siyasət və ya sosial-iqtisadi sabitliyi təmin etmək

 

Demokratikhüquqi dövlət olan Azərbaycanda son illər bir sıra iqtisadi islahatlar həyata keçirilir. Ardıcıl şəkildə həyata keçirilən bu islahatlar öz müsbət nəticələrini verməkdədir.

 

Azərbayanda islahatların hüquqi bazasını təşkil edən “Müəssisələr haqqında”, “Səhmdar cəmiyyəti haqqında”, “Torpaq islahatı haqqında”, “Sovxoz və kolxozların islahatı haqqında”, “Banklarbank fəaliyyəti haqqında”, “Müflisləşmə və iflas haqqında” və bir sıra digər qanunlar qəbul edilmiş, vergi qanunvericiliyinin beynəlxalq təcrübəyə uyğunlaşdırılması istiqamətində mühüm dəyişikliklər edilmiş, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı” təsdiq olunub. Bütün bunlar ulu öndər Heydər Əliyevin birbaşa göstərişi ilə müvafiq dövlət orqanları tərəfindən təcili olaraq hökumətin iqtisadi proqramı işlənib hazırlanıb və həyata keçirilməyə başlanıb. 1995-1996-cı illər ərzində  makroiqtisadi sabitliyin təmin olunması və iqtisadiyyatda struktur dəyişikliklərinin aparılması tədbirlərini nəzərdə tutan iki hökumət proqramı müvəffəqiyyətlə həyata keçirilib. Əslində böyük əhəmiyyəti olan beynəlxalq kontraktların  bağlanması, dünya ölkələri ilə iqtisadi əlaqələrin  genişlənməsi, Azərbaycana investisiya axınının güclənməsi, iqtisadi inteqrasiyanın dərinləşməsi və s. məhz Heydər Əliyevin müdrik daxilixarici siyasətinin məntiqi nəticəsi kimi mümkün olub.

 

Ulu öndərin siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycanda yeni bir siyasi mərhələ başlandı ki, nəticədə də ölkəmiz vahid Avropa ailəsinə qəbul edildi. Azərbaycan dövlətçiliyi özünə qarşı yönələn qəsdlərdən xilas oldu, onun qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, insanlarda gələcəyə inam formalaşdırdı, cəmiyyətdə sabitlik və əmin-amanlıq yaratdı.

 

Ekspertlər beynəlxalq təcrübədən çıxış edərək qeyd edirlər ki, bazar iqtisadiyyatının səmərəli fəaliyyət göstərməsi dövlətin iqtisadi proseslərdə fəal iştirakını tələb edir. Bu istiqamətdə həm gömrük-tarif tənzimlənməsi, həm də qeyri-tarif tənzimlənməsi metodları diqqəti daha çox cəlb edir. Məhz bu baxımdan xarici iqtisadi siyasət strategiyasının formalaşdırılması mexanizminin hüquqi təminatının mahiyyətini açmaq, onun elmi-nəzəri əsaslarını və təkmilləşdirilməsi istiqamətlərini tədqiq etmək olduqca zəruri və aktualdır.

 

O da qeyd olunur ki, xarici iqtisadi siyasət strategiyası mexanizmi kompleks xarakterə malik olduğundan və iqtisadiyyatın bütün səviyyələri və sferaları ilə sıx qarşılıqlı bağlılığı səbəbindən əksər iqtisadi məktəblərin tədqiqat obyektinə çevrilib ki, bu istiqamətdə də tədqiqatlar davam edir.

 

Qeyd edək ki, dünya alimləri tərəfindən dünya iqtisadiyyatı və xarici iqtisadi əlaqələr sisteminin mahiyyətinin açıqlanması və fundamental problemlərinin araşdırılması sahəsində çox dəyərli tədqiqat əsərləri yaradılıb. Bu iqtisadçılardan P.Samuelson, V.Stopler, B.Belaşa, M.Korden, P.Kruqman, C.Stiqlis, C.Saks və başqalarının adlarını çəkmək olar. MDB və digər postsosialist ölkələrində xarici iqtisadi əlaqələrin tənzimlənməsi mövzusu isə Rusiya, Ukrayna və Şərqi Avropa ölkələrinin bir çox tanınmış alimləri tərəfindən işlənilib. Həmin dövrdə Y.F.Avdokuşin, V.Q.Draqonov, A.S.Filipenko, V.İ.Fomiçev, İ.P.Fominski, A.Kireev, V.Y.Rıbalkin, S.Şişkov kimi görkəmli iqtisadçıların problemə həsr olunmuş əsərləri elmi ictimaiyyətin həmişə diqqət mərkəzində olub.

 

İqtisad elmləri doktoru Arif Şəkərəliyev qeyd edir ki, dövlət cəmiyyətin əsas hakim siyasi təşkilatıdır. Onun hakimiyyəti cəmiyyətdə birləşdirən, təşkil edən və məcbur edən başlıca qüvvədir: “Cəmiyyətdə dövlətlə yanaşı insanları müxtəlif maraqlarına görə birləşdirən digər təşkilatlar da mövcuddur. İctimai birləşmələr sistemində dövlətin xüsusi rolu vardır. Belə ki, dövlət ölkə miqyasında yeganə, tam hakimiyyətli, cəmiyyətin inkişafının əsas istiqamətini müəyyən edən bütün vətəndaşların mənafelərini nəzərə alan, ölkə daxilində və beynəlxalq aləmdə rəsmi tanınan təşkilatdır. Dövlət insanlara ictimai təşkilatlarda birləşmək kimi konstitusiya hüququ verir, bəzi ictimai təşkilatların hüquqi vəziyyətini müəyyən edərək onların fəaliyyətini mühafizə edir. İctimai təşkilatların hüquq və mənafelərini isə məhkəmə, prokurorluqbaşqa dövlət orqanları qoruyur. Dövlət iqtisadi bazis üzərində siyasi üstqurumdur. Siyasi sistemin bütün təşkilati qurumları olan dövlət təşkilatları, ictimai təşkilatlar, əmək kollektivləri dövlət və ictimai həyatın hüquqi əsasını təşkil edən qanunlar çərçivəsində və əsasında fəaliyyət göstərirlər. Dövlət daima inkişafdadır. Cəmiyyətin inkişafı ilə dövlət, onun məqsəd və vəzifələri, idarəetmə qurumları və funksiyaları da dəyişir. Buna müvafiq surətdə dövlət anlayışına müxtəlif baxışlar mövcuddur”.

 

Şəkərəliyevə görə, dövlətin bütün tarixi tiplərinə və növlərinə qanunvericilik, icra və məhkəmə orqanları xas olduğu üçün dövlət mexanizminə həmişə məcburetmə, eyni zamanda ordu, polis, həbsxanalar və islah-əmək müəssisələri və s. aid etmək olar:Hüquqqanunvericilik olmadan dövlət cəmiyyətə rəhbərliyi və qəbul edilmiş qərarların həyata keçirilməsini təmin edə bilməz. Dövlət cəmiyyətin elə siyasi təşkilatıdır ki, o öz hakimiyyətini ölkənin bütün ərazisinə və əhalisinə şamil edir. Bunun üçünxüsusi idarəetmə aparatı vardır. Bu aparat hamı üçün məcburi göstərişlər verir. Tarixdə dörd dövlət tipi məlumdur: quldarlıq dövləti, feodal dövləti, kapitalist dövləti və sosialist dövləti. Dövlətin əmələ gəlməsilə insanlar arasında siyasi münasibətlər yarandı. Siyasi münasibətlər öz əsası etibarilə siniflər arasındakı münasibətlərdir. Siniflər arasındakı siyasi münasibətlər onların ümdə iqtisadi mənafeyini təmərküzləşmiş şəkildə ifadə edir. İqtisadi hərəkat ümumiyyətlə və bütünlüklə özünə yol açacaqdır, lakin iqtisadi hərəkat özü üçün yaratdığı və nisbi bir müstəqilliyə malik olan siyasi hərəkatdan da əks - təsir almalıdır. Dövlət hakimiyyətin suveren təşkilatıdır”.

 

Yeri gəlmişkən, iqtisadçılar 2016-cı iliböhran ili” adlandırmışdılar. 2016-cı ilin təkcə Azərbaycan üçün yox, bütün dünya üçün çətin keçdiyini deyən iqtisadçı Vüqar Bayramovun sözlərinə görə, regional və beynəlxalq iqtisadiyyatda problemlər davam etməkdədir. “Birmənalı olaraq regionada iqtisadi durğunluq davam edəcək. Neftin dünya bazarındakı qiymətinin aşağı olması fonunda qlobalregional dəyişikliklər də Azərbaycana təsir göstərir və 2016-cı ilin heçasan keçməyəcəyindən xəbər vemişdi”.

 

Ekspertlərin fikrincə, ölkəmizin xarici iqtisadi siyasət strategiyasının formalaşdırılması mexanizminin hüquqi təminatı ilə bağlı mövcud vəziyyətin öyrənilməsi və onun təkmilləşdirilməsi yollarının aşkar edilməsi, milli inkişaf istiqamətlərinin və üsullarının araşdırılması və bütün bunların konseptual qiymətləndirilməsi əsasında, milli-iqtisadi mənafelər baxımından konkret təklif və tövsiyyələrin hazırlanması tədqiqat işinin əsas məqsədidir. Və göstərilən məqsədə nail olmaq üçün dissertasiya işində qarşıya qoyulmuş vəzifələr isə aşağıdakılardır:

 

 

- Ölkənin xarici iqtisadi siyasətinin spesifikasının açıqlanması və onun əsas istiqamətlərinin göstərilməsi;

- Xarici iqtisadi siyasət strategiyasının inkişaf qanunauyğunluqlarının nəzərimetodoloji təhlilinin həyata keçirilməsi;

- Xarici iqtisadi siyasət strategiyasının mövcud vəziyyətinin təhlili;

- Müasir iqtisadisiyasi qloballaşma şəraitində beynəlxalq iqtisadi münasibətlər sistemində ölkənin əməkdaşlıq, inteqrasiyainkişaf xüsusiyyətlərinin açıqlanması;

- Azərbaycanın dünya təsərrüfatına inteqrasiyasında mövcud tendensiyaların və ziddiyyətlərin şərhi;

- Azərbaycanın xarici iqtisadi əlaqələrinin dövlət tənzimlənməsi sistemində mövcud olan normativ-hüquqi bazanın tədqiqi;

- Azərbaycanın xarici iqtisadi siyasət strategiyasının formalaşdırılması mexanizminin hüquqi təminatının təkmilləşdirilməsi istiqamətlərinin müəyyən edilməsi və onların səmərəliliyinin yüksəldilməsi yollarının göstərilməsi və s.

 

İqtisadçı Vahid Novruzov qeyd edir ki, Azərbaycanın müstəqil dövlət kimi inkişaf etməsi üçün respublikanın iqtisadi potensialı əsas şərt sayılsa da, bu potensialdan səmərəli istifadənin çox mühüm əhəmiyyət kəsb etdiyi, bunun isə öz növbəsində, ancaq çox düşünülmüş, cəsarətli islahatlar yolu ilə  reallaşdırılma imkanı ölkə başçısı tərəfindən dəfələrlə vurğulanıb: Onu da xüsusi olaraq qeyd etmək lazımdır ki, müasir şəraitdə dövlət müstəqilliyimiz üçün  həyati əhəmiyyət kəsb edən mövcud iqtisadi potensialımızın böyük hissəsi Heydər Əliyevin Azərbaycana birinci dəfə rəhbərlik etdiyi ötən əsrin 70-80-ci illərində yaradılıb. Mövcud iqtisadi potensialdan səmərəli istifadə etmək üçün  hər gün, hər ay, hər rüb və hər il yorulmadan çalışmağı tövsiyə edən Heydər Əliyev bunu iqtisadiyyatın inkişafı, adamların işlə təmin edilməsi və nəticədə maliyyə vəziyyətimizin yaxşılaşdırılması, vətəndaşlarımızın həyat səviyyəsinin yüksəldilməsi və bütövlükdə, iqtisadi böhrandan çıxış üçün əsas kimi  qiymətləndirirdi. İslahatlar aparılarkən xarici  ölkələrin təcrübəsindən yaradıcılıqla bəhrələnməyi daim tövsiyə etməklə yanaşı, həmin işdə kor-koranə ehkamçılığa və tələskənliyə qarşı çıxan Heydər Əliyev dəfələrlə qeyd edirdi ki, “bu Azərbaycan Respublikasının iqtisadiyyatına, ənənələrinə uyğun olaraq təşkil edilməlidir” və “yerli şərait, milli xüsusiyyətlər, milli ənənələr nəzərə alınmaqla” həyata keçirilməlidir. Keçid dövrünün Azərbaycan üçün xarakterik xüsusiyyətləri nəzərə alınmaqla iqtisadi islahatların aparılması onun müvəffəqiyyətini təmin etmişdirburada Heydər Əliyev dühasının əvəzolunmaz rolu var. Belə ki, ilk növbədə, onun fövqəladə zəhməti sayəsində bağlanan neft sazişləri iqtisadiyyatın bütün sahələrinin dirçəlməsində əhəmiyyətli rol oynadı”.

 

Dünya təcrübəsi göstərir ki, hər bir iqtisadi sistemin normal fəaliyyətinin təmin edilməsində dövlət həlledici rol oynayır. Bu baxımdan dövlətlə iqtisadiyyatın qarşılıqlı əlaqəsinin, dövlətin iqtisadiyyata müdaxiləsinin optimal nisbəti və hüdudlarının müəyyən edilməsi, gözlənilməsi müasir dövrdə iqtisadiyyatın dövlət tənzimlənməsinin təkmilləşdirilməsinin başlıca problemi hesab olunur.

 

Rəşid RƏŞAD

Ekspress.-2016.-14 dekabr.-S.10.