Ailə vətəndaş cəmiyyətinin əsas elementlərindən biridir

 

Ailə vətəndaş cəmiyyətini formalaşdıran əsas elementlərdən biridir. Ailə insanların bir-biri ilə qurduğu münasibətlərin ən qədim və unikal forması sayılır. Ailənin unikallığı və özəlliyi ondan ibarətdir ki, bir neçə insan onillərlə ölçülən uzun zaman kəsiyində, öz ömürlərinin böyük əksəriyyətini bir-birləri ilə sıx qarşılıqlı münasibətdə keçirirlər.

 

Ailə - nikah, yaxud qan qohumluğuna əsaslanan kiçik sosial qrupdur. Ailə üzvləri bir-birinə məişət birliyi, mənəvi cavabdehlik və qarşılıqlı köməklə bağlıdır. Nikah və ailədə cinslər və cinsi tələbatdakı fərqdən irəli gələn münasibətlər əxlaqi-psixoloji münasibətlər formasında özünü göstərir. Ailə bir ictimai forma kimi cəmiyyətin inkişafından asılı olaraq dəyişilir. İbtidai cəmiyyətdəki ailədən danışarkən aralarında cinsi əlaqəyə icazə verilən şəxslər nəzərdə tutulur. Bu mənada ailə şərti olaraq qan qohumluğu ailəsi, qrup nikah, endoqamiya, ekzoqamiya, qoşa nikah formalarına ayrılır.

 

Ailə hüququ - ər-arvadın, uşaqların və ailənin digər üzvlərinin şəxsi və əmlak münasibətlərini tənzimləyən hüquq sahəsidir. Ailə hüquq sisteminin əsas institutları nikah, ailə, ər-arvadın hüquq və vəzifələri, valideynlərin və uşaqların hüquq və vəzifələri, nikahın xitamı, övladlığagötürmə, həddi-büluğa çatmamışlar üzərində qəyyumluq və himayəçilik kimi məsələləri tənzimləyir.

 

Ailə tərbiyəsi - ailənin böyük üzvlərinin və ailə həyat tərzinin uşağa müntəzəm, məqsədəuyğun təsiridir. Ailə tərbiyəsinin əsas və ümumi vəzifəsi uşaqları mövcud ictimai şəraitdə həyata hazırlamaq, daha məhdud və konkret vəzifəsi isə onlara ailə şəraitində şəxsiyyətin normal şəkildə formalaşması üçün zəruri olan bilik, bacarıq və vərdişlər aşılamaqdır. Ailə tərbiyəsinin məqsəd və vasitələri ictimai-iqtisadi quruluşdan, mədəniyyətin inkişaf səviyyəsindən asılıdır. Ailə tərbiyəsi ailənin mənsub olduğu ictimai təbəqənin ideologiyası, əxlaqı və qarşılıqlı münasibətlər sistemi üzərində qurulur. O, böyüklərin özünütərbiyəsi, onların xarakterində uşaqlara səmərəli pedaqoji təsir göstərə bilən keyfiyyətlərin formalaşması ilə sıx bağlıdır.

 

Ailə və nikah bir-biri ilə sıx qarşılıqlı əlaqədə olan, kişi ilə qadın arasındakı münasibətləri, onların nəsil və övladlara olan münasibətlərini tənzimləyən sosial institutdur. Nikah adətən əks cinslər arasında insanların nəsil davametdirmək üzrə təbii tələbatlarını reallaşdıran ictimai ittifaq formasıdır. Lakin son dövrlərdə bir sıra inkişaf etmiş ölkələrdə eyni cinsli insanların da nikaha girməsi və bu nikahın hüquqi qeydiyyatı halları mövcuddur. Ailə isə bu ittifaqa əsaslanan və onun iqtisadi cəhətdən təmin edən ictimai özək formasıdır.

 

Müasir elm etnoqrafiya, arxeologiya və müxtəlif qarışıq elmlərə əsaslanaraq ailə və nikahın yaranması və formaları haqqında müxtəlif hipotezlər irəli sürür. Bu hipotezlər, əsasən, iki qrupa ayrılır: Birinci qrupa görə qədim dövrlərdə hələ formalaşmamış cəmiyyətlərdə cinslərin nizamsız münasibətləri mövcud olmuş, ailə və nikah olmayıb. Hesab edilir ki, nikahın ilkin forması qrup nikahıdır. Sonradan bir-birlərini müxtəlif cinslərlə təmin edən dual təşkilatlar yaranıb. Sonda isə cütlüyə əsaslanmış ailə və nikah meydana gəlib.

 

Digər nəzəriyyəyə görə, bəşəriyyət ilkin formada cütlüyə əsaslanmış ailə tipinə malik olub. Qrup nikahı isə onu tamamlayan əlavə element kimi yaranmış və sonradan silinib.

 

Sinifli cəmiyyətin yaranması ilə monoqam ailə münasibətləri də yaranıb. Bu baxımdan da ailə cəmiyyətin mühüm təsisatlarından biridir. O, bir çox ictimai elmlərin tədqiqat obyektidir.

 

Ailə hər bir cəmiyyətin sosial strukturunun mühüm komponenti olub, çoxlu sosial funksiyalar yerinə yetirməklə həmin cəmiyyətin inkişafında mühüm rol oynayır. Nikah ailənin hüquqi əsasıdır. O, qadınla kişi arasında rəsmi qaydada bağlanılan müqavilədir.

 

İnsan ailədə dünyaya gəlir, onun vasitəsilə uşaqların ilkin sosiallaşması və tərbiyə edilməsi başlayır. Həmiçinin böyüyə hörmət və qayğı göstərmək vəzifəsi ailədə reallaşır. Ailənin əsası cəmiyyət tərəfindən buya digər formada müəyyən edilmiş kişi ilə qadın arasında nikah ittifaqıdır. Nikah kişi ilə qadın arasında, valideynlərlə uşaqlar arasında münasibətləri qəti müəyyənləşdirir, müəyyən normalara salır, bununla da ona sosial təsisat xarakteri verir. Ailəyə kiçik sosial qrup kimibaxmaq olar. Ailənin mahiyyəti onun quruluşunda, formalarında, funksiyalarında və bir də ailə üzvlərinin ailədə rolunda ifadə olunur.

 

Ailə eyni dam altında yaşayan, ortaq bir iqtisadiyyatı paylaşan, qancoşğu bağlarıyla bir-birinə bağlanmış, aralarında cəmiyyət tərəfindən tanınmış haqq və tapşırıqlar olan kəslərdən qurulmuş ən kiçik cəmiyyət vahididir.

 

Ailənin bir sıra funksiyaları var. Nəsilin davamını təmin etmək: Yetkin iki adamın birlikdə yaşamasını tələb edir. Sağlam bir qurşaq yetişdirmək üçün ailə birliyinin qorunması da böyük əhəmiyyət daşıyar.

 

Üzvlərin iqtisadi ehtiyaclarını qarşılamaq: Ər-arvadın əməkdaşlığı reallaşdırar.

 

Uşaqların ictimailəşməsini təmin etmək: Ailə uşaqların cəmiyyətə hazırlanmasını təmin edən ilk qrupdur. Onlara içində yaşadıqları cəmiyyətin inanclarını, dəyər mühakimələrini, ənənə adətlərini, ədəb qaydalarını öyrədər. Şəxsiyyətlərinin inkişafı üçün mühit hazırlayarlar.

 

Üzvlərin romantik ehtiyaclarını qarşılamaq: Bunu içdən sevgi hörmətə dayanan əlaqələr təmin edər. Kiçik böyük, hər kəsin duyğusal istiqamətdən sağlam olması həm özü, həm ailəsi, həm cəmiyyət üçün son dərəcə əhəmiyyətlidir.

 

Ailə bir çox istiqamətləriylə digər ictimai strukturlarından fərqli, özünəxas bir sıra xüsusiyyətləri olan bir ictimai təşkilatdır. Ailə universaldır. Ailə bütün ictimai əlaqələr içində ən çox universallıq xüsusiyyəti göstərməkdədir. Hər cəmiyyətdə görüldüyü kimi heyvanlar aləmində vardır, hər insan bir ailəyə mənsubdur o ailənin məsuliyyətlərini daşıyan bir üzvüdür.

 

Ailə romantik bir təmələ söykənir. Nəsili davam etdirmə arzusu, analıq, yoldaşlıq, duyğularını romantik sevgidən, irq qüruruna, yoldaşların şöfkət duyğularından ailənin iqtisadi təhlükəsizliyinə, fərdi ehtiraslarından nəsilin davamlılığı duygu təqdim edənə qədər yüksələn ictimai əlaqələr nəticəsi meydana çıxan bir-birinə ikinci duygularla qüvvətləndirilməkdədir.

 

Ailə şəkilləndirmə xüsusiyyətinə malikdir. Uşağın şəxsiyyət quruluşu ailə içində inkişaf edər. Ailə üzvləri fərdin həm bədən həm zehni vərdişlər qazanmasını təmin edər. Fərddəki ictimailəşmə hadisəsni içində reallaşdığından ailənin uşaq üzərindəki şəxsiyyət inkişafının bir parçası olduğundan həyat boyu yetkində iz buraxacaq.

 

Ailənin əhatəsi məhduddur. Ailə məhdud bir böyüklüyə malikdir. Şəkillənmiş ictimai strukturların ən kiçiyidir. Bu xüsusiyyət şəhər tipi ailə üçün daha çox etibarlıdır.

 

Ailə ictimai quruluşda nüvə xüsusiyyəti daşıyar. Ata nüfuzunun olduğu cəmiyyətlərdə bütün ictimai quruluş ailə modullarından meydana gəlmişdir. Kompleks müasir cəmiyyətlərdə ailə bu xüsusiyyətini itirməklə birlikdə bəzən ictimai təsnif edər içində ailə birliyinin nüvədik xüsusiyyətini davam etdirmə meyli görülməkdədir.

 

Ailə üzvlərinin məsuliyyətləri var. Ailənin üzvlərindən gözlədiyi vəzifə həyat boyu davam etməkdədir. Ailə kişini xüsusilə daha çox qadını özündən çox başqaları üçün güc vəzifələr etməyə ağır məsuliyyətlər yüklənməyə məcbur edər. Ailənin duyğusal təmələ söykənən olması qarşılıqlı məsuliyyətləri artırar.

 

Sosioloq Vüqar İsmayılov bildirir ki, sosial institut olan ailəyə üzv olmaq heç kimin əlində deyil. Ailə qədim tarixə malikdir bu tarix institutu zaman keçdikcə cəmiyyət kimi dəyişikliyə məruz qalıb: “Hər şeyin sürətlə dəyişikliyə məruz qaldığı XXI əsrdə ailə sürətlə dəyişir. Klassik ailənin modern ailəyə keçdiyi bir dövrdəyik. Bununla yanaşı, monogan, poligan kimi ailələr mövcuddur. Ailə kiçik bir dövlət, dövlət isə böyük bir ailədir. Bu cümlə belə ailəyə müəyyən məsuliyyətlər yükləyir”.

 

Onun sözlərinə görə, kiçik bir dövlət olan ailədə müəyyən idarəetmə, ailə rəisinin olması hər bir ailə üzvünün üzərinə müəyyən vəzifələr düşməkdədir. Ailə cəmiyyətin bir modelidir. Bu o deməkdir ki, ailədə baş verən kiçik sarsılmalar cəmiyyətidə kökündən parçalayır. Hər bir dövlət ideal cəmiyyət qurmaq arzusundadır. İdeal cəmiyyətin yolu isə ideal fərdlərdən keçər ideal fərdlər ideal ailələrdə yetişər. Bu isə ailə institutunun qədər əhəmiyyətli olmasından xəbər verir. Ailə əsasını bu ya digər şəkildə müəyyən olunmuş kişi qadın ittifaqıdır. Ailəyə müəyyən təriflər verilib. Amma zaman keçdikcə ailə institutun müəyyən dəyişikliklərə uğraması onun haqqındakı fikirlərin dəyişilməsinə səbəb olub”.

 

Sosioloq deyir ki, ailə-bioloji nəslin davam etdiyi, sosiallaşmanın ilk başladığı, müəyyən qarşılıqlı əlaqələrin mövcud olduğu, bioloji, psixoloji, iqtisadi, hüquqi bir çox cəhətlərin mövcud olduğu, valideyn uşaqlardan təşkil olunmuş qurumdur. Ailənin mahiyyəti onun quruluşunda, formasında, ailə üzvlərini qarşılıqlı əlaqəsində onların funksiyalarında ifadə olunur”.

 

Azərbaycanda da ailə institunun inkişafına böyük önəm verilir. Azərbaycan Konstitusiyanını 34-cü maddəsində (Nikah hüququ) bildirilir ki, hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ vardır. Nikah könüllü razılıq əsasında bağlanılır. Heç kəs zorla evləndirilə (ərə verilə) bilməz. Nikah ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Dövlət çoxuşaqlı ailələrə yardım göstərir. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm borcudur. Valideynlərə hörmət etmək, onların qayğısına qalmaq uşaqların borcudur. 18 yaşına çatmış əmək qabiliyyətli uşaqlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa borcludurlar.

 

10 il əvvəl ölkəmizdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Komitə ilə bərabər ailə siyasətini tənzimləmək üçün qanunvericilik sistemiinkişaf etdirilib. Hazırda dövlətin güclü və təkmil qanunvericilik bazası mövcuddur. Ölkədə Ailə Məcəlləsi, “Ailə kəndli təsərrüfatı haqqında”, “Gender bərabərliyinin təminatları haqqında”, “Məişət zorakılığının qarşısının alınması haqqında”, “Uşaq hüquqları haqqında”, “Sosial müavinətlər haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında” və digər Qanunları qəbul edilib.

 

Ailə və Cinayət Məcəllələrində dəyişikliklər və əlavələr edilib. Ailə Məcəlləsində nikah yaşının qızlar üçün 18-ə qaldırılıb. Cinayət Məcəlləsində qadını, xüsusən yetkinlik yaşına çatmayan qızları nikaha daxil olmağa məcbur etməyə görə xüsusi maddə ilə məsuliyyət müəyyən edilib.

Ailə institutunun möhkəmliyi həmin cəmiyyətin və dövlətin güclənməsi və inkişafı deməkdir. Hazırda ölkəmizdə 2,2 milyon ailə var. Azərbaycanda hər il təxminən 80 min nikah bağlanılır.

 

Azərbaycanda ailə münasibətlərini Ailə Məcəlləsi tənzimləyir. Hansı ki, bu sənəd ailə münasibətlərinin yaranmasının və möhkəmlənməsinin, onlara xitam verilməsinin prinsiplərini, ailə münasibətlərinin iştirakçılarının hüquq və vəzifələrini, dövlət orqanlarının bu sahədə vəzifələrini, habelə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyat qaydalarını tənzimləyən normaları müəyyən edir. Məcəllədə bildirilir ki, Azərbaycanda ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir.

 

Murad MƏMMƏDLİ

Ekspress.-2016.-15 dekabr.-S.10.