Vicdan azadlığı hüquqi dövlətdə təbii haqlardan biridir

 

Vətəndaş cəmiyyətində, hüquqi dövlətdə vicdan azadlığı təbii haqlardan biri kimi tanınır. İnsanların dini inanclarına hörmətlə yanaşmaq, fərqli dinlərdən olan insanları dini mənsubiyyətinə görə fərqləndirməmək vətəndaş cəmiyyətinin, hüquqi dövlətin əsas əlamətlərindən sayılır.

 

Vicdan azadlığı dedikdə insanın istədiyi dinə sitayiş etməsi və ya heç bir dini qəbul etməmək hüququ başa düşülür. Bəzi cəmiyyətlərdə vicdan azadlığının sərhəddi müəyyənləşdirilsə də əsl vətəndaş cəmiyyətlərində və hüquqi dövlətdə vicdan azadlığı məhdudlaşdırılmır.

 

Azərbaycanda da vicdan azadlığı var və insanların inancına hörmətlə yanaşılır. Konstitusiyamızda bununla bağlı ayrıca maddə də var. Həmin maddədə qeyd edilir ki, hər kəsin vicdan azadlığı var.

 

Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ var.

 

Dini mərasimlərin yerinə yetirilməsi, ictimai qaydanı pozmursaya ictimai əxlaqa zidd deyildirsə, sərbəstdir.

 

Amma dini etiqadya əqidə hüquq pozuntusuna bəraət qazandırmır. Heç kəs öz dini etiqadını və əqidəsini ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz.

 

Qeyd edək ki, vicdan azadlığı problemi bəşəriyyətin demokratik inkişafının nailiyyəti, zəmanəmizin aktual problemlərindəndir. Vicdan, əxlaqi özünənəzarət, insanın cəmiyyət və özü qarşısında öz fəaliyyəti, əməlləri və davranışı üçün mənəvi məsuliyyətdir. Vicdan, şəxsi və ictimai mənafeyi öz əqidəsinə uyğun olaraq insanın hərəkət etmək bacarığı və imkanıdır. Geniş mənada vicdan azadlığı, vətəndaşların buya digər əməllərə (ədalət və ədalətsizlik, yaxşı və pis) qiymət verməkdə mənsub olduğu zümrənin, yaxud bütün cəmiyyətin onda tərbiyə etdiyi təsəvvürə uyğun olaraq hərəkət etməkdə azad olmaq imkanıdır. Sözün dar mənasında vicdan azadlığı kateqoriyası insanların dinə münasibətə tam sərbəstliyini nəzərdə tutur.

 

İstər bu gün, istərsə də dünən, ölkəmiz Azərbaycanda və ya digər məmləkətlərdə davam etməkdə olan haqsızlıqlar, məhz bir qrup vicdan istismarçılarının digər bir qrup məzlum vicdan əzabkeşlərinin vicdan azadlıqları haqqını mənimsəməsi və həmin “məzlumların” bu zülmlə barışması ilə bağlıdır.

Vicdan azadlığı məsələsi 1918-ci il mayın 28-də yaranan ilk Azərbaycan Demokratik Respublikasının dövlətçilik fəaliyyətinin əsasını təşkil edirdi.

O vaxta qədər rus imperiyası azərbaycanlılar arasında dini ayrılığı daha da dərinləşdirmək məqsədilə əhalini sünnü və şiə məzhəblərinə bölmüş, onların müstəqil ruhani idarələrini yaratmışdı. İmperiya 1872-ci ilin aprel ayının 5-də, 1917-ci ilin iyul ayının 17-də azərbaycanlıları bir-birinə zidd məzhəblərə parçalayan qərəzli sərəncamlar vermişdi.

 

Azərbaycan Demokratik Respublikasının rəhbəri Məmməd Əmin Rəsulzadənin təklifi ilə ruhani idarələrini müsəlman məmurlarına həvalə etməklə Tiflis şəhərindəki ruhani idarələrinin bazasında Bakıda vahid, müsəlman ruhani idarəsinin yaradılması qərara alındı.

 

Azərbaycan Demokratik Respublikası hökuməti müsəlmanlar üçün Qafqaz müsəlmanlarının vahid ruhani idarəsinin yaradılmasına nail oldu. 1918-ci il dekabrın 11-də çar hökuməti orqanlarının təyin etdiyi Qafqaz Şeyxülislamı M.Ə.Pişnamazzadə vəzifəsindən istefa verdi. Azərbaycan Demokratik Cümhuriyyəti sosial təminat və dini etiqad naziri Musa Rəfibəyovun sərəncamı ilə 48 yaşlı Axund Ağa Əlizadə Qafqaz müsəlmanlarının birgə ruhani idarəsinin sədri, Şeyxülislam təyin edildi. Yeni Şeyxülislam məzhəb ayrıseçkiliyini rədd edən, mütərrəqi fikirli, milli heysiyyəti güclü olan, parlamentin işinə kömək edən bir şəxs idi.

 

Azərbaycan Demokratik Respublikası vətəndaşların istədikləri dinə riayət etmək, dini mənsubiyyətini dəyişmək, dini təşkilatların birində iştirak etmək, habelə, heç bir dinə riayət etməmək, dindarların heysiyyətinə toxunmamaq prinsipini əsas götürdü.

 

Dinlərdən birinə üstünlük verilməsi, digərlərinin sıxışdırılması və beləliklə də, dini bərabərsizliyə şərait yaradılması müxtəlif dinlərə mənsub olan vətəndaşların hüquq bərabərliyini poza bilərdi.

 

Azərbaycan Demokratik Respublikası Parlamentinin tərkibi müxtəlif millətlərin və dinlərin nümayəndələrindən təşkil edilmişdi. Azərbaycan Demokratik Respublikası parlamentində beş müsəlman fraksiyası, Müsavat partiyasının 38, rus-pravoslav dininin 10 deputat mandatı var idi. Bundan əlavə, yəhudilərin, gürcüpolyak xristianlarının nümayəndələri də parlamentdə təmsil olunmuşdular.

 

Bərabərlik ideyası təhsil sahəsində də həyata keçirilirdi, ümumi ictimai təhsil, ibtidaiorta məktəblərin milliləşdirilməsi, milli azlıqların öz dillərində və rus dilində oxumaları üçün qanun layihəsinin hazırlanmasını parlament zəruri hesab etmişdi. O zaman Gürcüstanda gürcü-pravoslav kilsəsi, Ermənistanda erməni-qriqoryan kilsəsi din siyasətində aparıcı rol oynayırdısa da, Azərbaycanda dinlərdən birinə üstünlük verilməsi məsələsi müzakirə olunmamış, dini bərabərliyə hörmət edilmişdir.

 

Azərbaycan Demokratik Respublikası vicdan azadlığı problemi sahəsində demokratik mövqedə dayandı, dinə biganə münasibət bəsləyən, yaxud dini qəbul etməyən vətəndaşlar haqqında məhdudedici tədbirlər görülməsi hallarına yol vermədi, dindarlarla dinə inanmayan vətəndaşların dinc-yanaşı yaşaması üçün şərait yaratmağa çalışdı.

 

Qeyri-dini tədris müəssisələri şəbəkələrinin genişləndirilməsi, milli, elmi-texniki, təbabət, hüquq kadrlarının hazırlanmasına diqqətin artırılması, bu məqsədlə Qərb ölkələrinin ali məktəblərində təhsil almaq üçün bacarıqlı gənclərin göndərilməsi, nəhayət, hökumətin tərkibində din xadimlərindən heç kəsin olmaması Azərbaycan Demokratik Respublikası dindən ayrı vətəndaş dövlətinin olduğunu göstərən amillərdir.

 

Göründüyü kimi, Azərbaycan Demokratik Respublikasının Milli Şurası, sonra isə parlamenti və hökuməti mövcud olduğu qısa müddət ərzində iqtisadi, ictimai-siyasisosial həyatın müxtəlif sahələrinə aid çoxlu taleyüklü islahatlar həyata keçirmiş, müstəqil Azərbaycan dövlətinin formalaşıb möhkəmlənməsi üçün misilsiz işlər görüb.

 

1991-ci ildə Azərbaycan Respublikası dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra respublikamız milli və ümumbəşəri dəyərlərə söykənən demokratik, hüquqi və dünyəvi dövlət yaratmaq arzularını reallaşdırmaq istiqamətində addımlar atmağa başladı.

 

Yalnız yetkingüclü dövlət öz vətəndaşlarının hüquqlarının gerçəkləşməsinə, insanların rifah halının yüksəlməsinə, hüquq və azadlıqlarının qorunmasına təminat verə bilər. Azərbaycanın siyasi müstəqillik əldə etməsi və demokratik dövlət quruculuğu yoluna qədəm qoyması bu istiqamətdə əməli addımlar atmaq üçün geniş perspektivlər açdı.

 

Azərbaycanda fikir, sözvicdan azadlığına geniş təminat verilib. Ölkəmizdə dini məsələlərlə bağlı müstəqillik əldə edildikdən keçən son illər ərzində dövlət çox mühümciddi addımlar atmışdır. 1992-ci ildə “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanunu qəbul edilibzaman keçdikcə şəraitə uyğun olaraq, həmin qanuna 1996 və 1997-ci illərdə müvafiq düzəlişlər edilib. Bu qanuna görə, Azərbaycanda vətəndaş hüququna malik olan “Hər bir kəs dinə münasibətini müstəqil müəyyənləşdirir, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, dinə münasibəti ilə əlaqədar əqidəsini ifadə etmək və yaymaq hüququna malikdir”.

 

Azərbaycan dövləti dini etiqad azadlığının təmin edilməsi, din-dövlət münasibətlərinin tənzimlənməsi sahəsində də bir sıra islahatların həyata keçirilməsini məqsədəuyğun hesab etdi. Azərbaycan Prezidenti Heydər Əliyev 21 iyun 2001-ci il tarixli Fərmanı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaranmasını təsdiq etdi. Həmin fərmanla müəyyən edildi ki, yeni yaranan Dövlət Komitəsinin əsas vəzifəsi Azərbaycan Konstitusiyasının dini əqidə azadlığını təmin edən 48-ci maddəsinin həyata keçirilməsi üçün müvafiq şəraitin yaradılmasından, dini etiqad azadlığı ilə bağlı olan digər qanunvericilik aktlarına riayət olunmasına nəzarəti təmin etməkdən, dini qurumlarla dövlət arasında münasibətləri daha ciddi tənzimləməkdən ibarətdir.

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ölkədə dini durumda gərginlik yaranmaması, dini ayrı-seçkilik meyllərinin milli münasibətlər səviyyəsinin yüksəlməsinə yol verilməməsi, dini mərasim adı altında müxtəlif antidövlət meylli şəxs və qrupların qarşıdurma yaratmaq cəhdlərinin qarşısının alınması, ictimai təhlükəsizlik və sosial sabitliyin qorunması, din-dövlət münasibətlərinin normal səviyyədə tənzimlənməsi üçün mövcud dini duruma lazımi nəzarəti təşkil edirbu yolda hər cür neqativ halların qarşısının alınması işində müvafiq beynəlxalq təşkilatları ilə əməkdaşlıq edir.

 

2002-ci il oktyabr ayının 10-11-də ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu tərəfindən Azərbaycan Hökumətinin dəstəyi ilə Bakıda “Demokratik cəmiyyətdə din və əqidənin rolu: terrorizm və ekstremizmə qarşı mübarizə yollarının araşdırılması” mövzusunda beynəlxalq elmi konfrans keçirilmişdir. Konfransda ATƏT-ə üzv olan 55 dövlət, eləcə də beynəlxalq təşkilatların nümayəndələri iştirak edib.

 

Bununla yanaşı, Dövlət Komitəsi dini məsələlərə dair müxtəlif seminar, dəyirmi masalar təşkil edir, ölkəmizdə mövcud olan dini icmaların nümayəndələri ilə mütəmadi olaraq görüşlər keçirir.

 

Azərbaycanda yüksək tolerantlıq nümayiş etdirildiyiburada mövcud olan dözümlülük münasibətlərinin bir çox ölkələr üçün yaxşı nümunə ola biləcəyi dəfələrlə ölkəmizə səfər etmiş müxtəlif din xadimləri və rəsmi şəxslər tərəfindən bəyan edilib. Belə ki, 2006-cı il fevral ayının 28-dən mart ayının 5-dək Azərbaycanda səfərdə olmuş BMT-nin İnsan Hüquqları Komissiyasının Din və əqidə azadlığı üzrə Xüsusi Məruzəçisi Asma Cahangir cəmiyyətdə mövcud olan dözümlülük səviyyəsinin xoş təəssürat yaratdığını qeyd edib. Səfər zamanı Xüsusi Məruzəçi Azərbaycan Prezidenti tərəfindən qəbul edilən, bir sıra rəsmi şəxslərlə görüş keçirib, 1 saylı cəza çəkmə müəssisəsinə baş çəkib. Xüsusi Məruzəçi Naxçıvan və Gəncəyə və Naxçıvana da səfər edib, Bərdədə qaçqın və məcburi köçkün düşərgəsinə baş çəkib.

 

Bu faktlar göstərir ki, Azərbaycan dövləti tərəfindən vicdan azadlığına hörmət sözdə deyil, əməldədir.

 

Vasif CƏFƏROV

Ekspress.-2016.-13 dekabr.-S.10.