Hüquqi dövlətdə hakimiyyət
bölgüsü
Hüquqi dövlətin varlığını əks etdirən bir neçə prinsip var. Hakimiyyətin bölgüsü, qanunların aliliyi, hamının qanun qarşısında bərabərliyi hüquqi dövlətin əsas prinsipləridir.
Bu prinsiplər arasında hakimiyyət bölgüsü prinsipi əsas əlamətlərdən sayılır.
Demokratik dövlətdə dövlət hakimiyyəti xalqdan bəhrələnir. Yalnız xalq, hakimiyyətin əsas mənbəyi sayılır. Xalqın iradəsinin ifadəçisi, xalq hakimiyyətinin daşıyıcısı olaraq dövlət, bütün cəmiyyətin rəsmi nümayəndəsi kimi çıxış edir. Dövlət və dövlət hakimiyyəti özünün norma yaratma, nizamlayıcı təsirini əməli olaraq cəmiyyət həyatının bütün əsas sahələrinə göstərir. Düzdür, cəmiyyət yalnız onun dövlət təşkilatı formasıyla məhdudlaşa bilməz. Cəmiyyətdə dövlət strukturları ilə yanaşı insanların birgə fəaliyyət və başqa birlik formaları da mövcuddur ki, bu da onların həyatına mühüm təsir göstərir. Söhbət vətəndaş cəmiyyətindən gedir ki, bunlara ictimai qurumların, siyasi partiyaların, həmkarların, yaradıcı birliklərin, dini birliklərin təşkilat və fəaliyyətləri, habelə iqtisadiyyat sahəsi (mülkiyyət, əmək, sahibkarlıq), elm və texnika, təhsil, tərbiyə sahəsi, cəmiyyətin ilkin əsası olan ailə, kütləvi informasiya vasitələri daxildir. Amma xalq birbaşa dövləti idarə edə bilmədiyindən bu işi ayrı-ayrı dövlət təşkilatları vasitəsilə həyata keçirir. Həmin dövlət təşkilatları çoxşaxəlidir və onların fəaliyyətinə xalqın birbaşa nəzarət etməsi mümkün deyil. Buna görə də hakimiyyətin bölgüsü vacibdir ki, onların fəaliyyəti nəzarətdən kənarda qalmasın.
Hüquqi dövlətin əsas əlamətlərindən biri hakimiyyətin bölgüsü prinsipinə əməl edilməsidir. Hakimiyyət bölgüsü hakimiyyətin bir əldə cəmləşməsinin qarşısını alır. Dünyada geniş yayılan təcrübəyə əsasən, hakimiyyət 3 qoldan ibarət olur: qanunvericilik, icra və məhkəmə hakimiyyətləri. Bu hakimiyyətlər fəaliyyətində bir-birinin işlərinə qarışmır, onların hər biri öz səlahiyyətləri çərşivəsində müstəqil olur.
Klassik mənada hakimiyyətlər bölgüsü hər kəsin əməl etməsi məcburi olan ümumi qaydaları qoyan parlamenti, bu qaydaları icra edən icra hakimiyyəti orqanını və bu qaydaların tətbiqindən yaranan mübahisələrin həlli üçün məhkəmə orqanının olmasını və bir-birindən ayrılmasını nəzərdə tutur.
Ümumiyyətlə, qanunvericilik, icra və məhkəmə hakimiyyətlərinin bir-birindən ayrılması bir-birilə rəqabətdə olan bir neçə dövlət hakimiyyətinin ayrıca mövcud olması kimi başa düşülməməlidir. Qanunvericilik, icra və məhkəmə hakimiyyətləri dövlət hakimiyyətini parçalayaraq onun vahidliyini inkar etmir, bütövlüyünü və tamlığını pozmur.
Siyasi nəzəriyyəyə hakimiyyət bölgüsü terminini fransız mütəfəkkiri Monteskye gətirib. Monteskyenin irəli sürdüyü hakimiyyətlər bölgüsü siyasi cəmiyyətdə azadlığın yaşanması və idarəetmə gücünün sui-istifadəsini əngəlləməsi üçün hələ də aktual məsələdir və məcburi şərtdir. Monteskye bu prinsipi “Qanunların ruhu” adlı əsərində irəli sürüb. Lakin müəllif bu anlayışı ilk dəfə “İngilis Konstitusiyası” adlı əsərində “məhkəmə hakimiyyəti, qanunvericilik və icra hakimiyyətindən ayrılmayıbsa, azadlıqdan danışmaq mümkün deyildir” şəklində istifadə edib. Hakimiyyətlərin ayrılmasının səbəblərini isə Monteskye belə açıqlayır: insanın pis cəhətləri də vardır və iqtidarı əlində tutan şəxs bu hüquqlardan sui-istifadə edə bilər. Buna görə, iqtidarın sui-istifadəsinın qabağını almaq üçün iqtidarla durdurmaq lazımdır.
Monteskyenin fikirləri bir çox hüquq və siyasət alimlərinin diqqətini çəkib. Bu fikirlər çox mübahisələndirilib və tənqid edilib. Dövlət gücünün bölünməzliyi, dövlət orqanları arasında isə mütləq mənada funksiya ayrılığının olması mümkün olmadığı kimi tənqidi fikirlər irəli sürülüb. Lakin bu nəzəriyyənin hüquqi deyil, siyasi nəzəriyyə olduğunu gözdən qaçırmaq olmaz. Bu səbəbə görə günümüzdə “hakimiyyətlər bölgüsünü” belə izah etmək olar: “Hegemonluq və ya dövlət gücü təkdir. Bu qüvvə dövlətin orqanları vasitəsi ilə cəmiyyət adından öz iradəsini fərdlər üzərində hakim etmək iqtidarıdır. Dövlət iqtidarının istifadəsində tətbiq edilən aktların forması və tərkibi bir-birindən nə qədər fərqli olsa da, bütün bu aktlar nəticədə dövlət iradəsinin təzahüründən başqa bir şey deyil. Dövlət gücü isə tək və bölünməzdir. Ancaq bu gücün birdən çox olan funksiyaları və yenə birdən çox olan orqanlarını ayırmaq gərəkdir. Hakimiyyətin funksiyaları bu iqtidarın müxtəlif təzahür şəkilləri, müxtəlif istifadə növləridir. Məsələn, qanun qəbul etmək dövlət gücünün istifadə formalarından biridir, hakimiyyət funksiyasıdır. Hakimiyyət orqanları isə hakimiyyətin müxtəlif funksiyala-rını yerinə yetirməyə səlahiyyəti olan vəzifəli şəxslər və ya qurumlardır.”
Digər tərəfdən, bəzi hallarda hakimiyyət orqanlarının özlərinə aid olmayan səlahiyyətlərdən istifadə etdiklərini də görmək olar. Misal olaraq, bəzən parlament icra funksiyasını üzərinə götürür, müəyyən bir hadisəni araşdırmaq üçün təhqiqat komissiyaları qurur; məhkəmə orqanları plenum qərarları ilə qayda qoyur; yenə icra hakimiyyəti orqanı da normativ aktlarla qayda qoyduqları kimi, inzibati cəza verməklə sanki mühakimə işini aparırlar.
Başqa tənqidi fikir ondan ibarətdir ki, hakimiyyətlər bölgüsü plüralist recim-lərdəki bəzi hadisələrlə uyğun gəlmir. Həqiqətən də bu nəzəriyyə irəli sürüləndə siyasi partiyalar hələ ki, formalaşmamışdı. Yada salmalıyıq ki, nəzə-riyyənin məqsədi hakimiyyətlər arasında balans quraraq liberal recimin bərqərar olmasını təmin etmək idi. Halbuki partiya sistemi hakimiyyətlər bölgüsünün səviyyəsinə ciddi təsir göstərir. Günümüzdə isə sistemin liberallığı icra/ qanunvericilik bölgüsünə görə deyil, iqtidar/müxalifət bölgüsünə görə aparılır. Partiyaların hakimiyyətlər bölgüsü üzərindəki təsiri isə təkcə sayları deyil, eyni zamanda daxili quruluşları və qarşılıqlı gücləri ilə də ortaya çıxır. Bu səbəbə görə modern hakimiyyətlər bölgüsü konstitusion müddəalardan yaranan hakimiyyətlər bölgüsü ilə partiya sistemindən yaranan hakimiyyətlər bölgüsünün toplamından yaranır.
Bütün dünyada olduğu kimi Azərbaycanda da dövlət hakimiyyət-idarəetmə orqanları sistemi müəyyən prinsiplər əsasında qurulur və fəaliyyət göstərir. Müasir dövrdə dövlət hakimiyyəti və idarəetmə orqanları sisteminin söykəndiyi prinsiplər ümumi dövlət idarəetmə sistemi baxımından mühüm əhəmiyyət kəsb edir.Bu prinsiplər hər bir dövlətin ərazi quruluşu, dövlət quruluşu, siyasi recim, tarixi-mədəni və nəhayət, dövlətçilik ənənələrinə söykənir və adətən, ölkə konsitusiyasında, qanunlarında öz əksini tapır.
Hakimiyyət bölgüsü prinsipi Azərbaycan Konstitusiyasında öz əksini tapıb. Bu, sadəcə dövlət orqanlarının müxtəlif qruplarını müəyyən etmir, həm də onların yerinə yetirəcəyi müxtəlif funksiyaları müəyyənləşdirir. Hakimiyyət bölgüsü prinsipinə uyğun olaraq Azərbaycanda dövlət orqanları qanunverici, icra və məhkəmə orqanlarına ayrılır ki, bunlar da uyğun olaraq dövlət hakimiyyətinin əsas funksiyalarıni (qanun yaratma, icra-sərəncam və hüquq-mühafizə) yerinə yetirirlər.
Konstitusiya müəyyən edir ki, icra hakimiyyəti Azərbaycan Prezidentinə mənsubdur, qanunvericilik hakimiyyətini Azərbaycan parlamenti - Milli Məclisi həyata keçirir, məhkəmə hakimiyyətini isə müstəqil məhkəmələr həyata keçirirlər.
Azərbaycanda qanunvericilik hakimiyyətini Milli Məclisi həyata keçirir. Milli Məclisi 125 deputatdan ibarətdir, deputatlar macoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər.
Milli Məclisin hər çağırışının seçkiləri hər beş ildən bir noyabr ayının birinci bazar günü keçirilir. Deputatların səlahiyyət müddəti isə Milli Məclisinin çağırışının səlahiyyət müddəti ilə məhdudlaşır.
Azərbaycanın yaşı 25-dən aşağı olmayan hər bir vətəndaşı qanunla müəyyən edilən qaydada deputat seçilə bilər. İkili vətəndaşlığı olan, başqa dövlətlər qarşısında öhdəliyi olan, icra və ya məhkəmə hakimiyyəti sistemlərində qulluq edən, elmi, pedaqoci və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslər, din xadimləri, fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilən, ağır cinayətlərə görə məhkum olunmuş şəxslər, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrumetmə yerlərində cəza çəkən şəxslər deputat seçilə bilməzlər.
Konstitusiyaya əsasən Azərbaycan dövlətinin başçısı Azərbaycan Prezidentidir.
Azərbaycanda icra hakimiyyəti Prezidentinə mənsubdur. Yaşı
otuz beşdən aşağı olmayan, Azərbaycan ərazisində
10 ildən artıq daimi yaşayan, seçkilərdə iştirak
etmək hüququna malik olan, o cümlədən
ağır cinayətə
görə məhkum olunmayan, başqa dövlətlər qarşısında
öhdəliyi olmayan,
ali təhsilli, ikili vətəndaşlığı
olmayan Azərbaycanın
vətəndaşı Azərbaycan
Prezidenti seçilə
bilər.
Prezident
ümumi, bərabər
və birbaşa seçki hüququ əsasında sərbəst,
şəxsi və gizli səsvermə yolu ilə 5 il müddətinə
seçilir. Azərbaycan Prezidenti səsvermədə
iştirak edənlərin
yarısından çoxunun
səs çoxluğu
ilə seçilir.
Prezidenti Azərbaycan Silahlı Qüvvələrinin Ali baş
komandanıdır.
Prezident Konstitusiya səlahiyyətlərinin
həyata keçirilməsinə
şərait yaradılmasını
təmin etmək məqsədilə Prezidentin
İcra Aparatını
təşkil edir və onun rəhbərini
təyin edir.
İcra Aparatına ümumi rəhbərliyi Prezident həyata keçirir.
Azərbaycan Prezidenti icra səlahiyyətlərinin həyata
keçirilməsinin təşkili
məqsədi ilə Nazirlər Kabinetini də yaradır. Nazirlər Kabineti
Prezidentin yuxarı icra orqanıdır, Prezidentə tabedir və onun qarşısında
cavabdehdir.
Azərbaycanda məhkəmə hakimiyyətini
Konstitusiya Məhkəməsi,
Ali Məhkəmə, Apellyasiya
Məhkəməsi və
İqtisad Məhkəməsi
həyata keçirirlər.
Konstitusiyasının 7-ci maddəsində qanunvericilik,
icra və məhkəmə hakimiyyətlərinin
qarşılıqlı fəaliyyət
göstərməsi və
öz səlahiyyətləri
çərçivəsində müstəqil olmaları təsbit edilib.
Vasif CƏFƏROV
Ekspress.-2016.-27 dekabr.-S.10.