İnkişaf etmiş ölkələrin təcrübəsində vətəndaş cəmiyyəti

Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu

 

Vətəndaş cəmiyyətində dövlətin funksiyaları inkişaf strategiyasının işlənməsinə istiqamətlənmiş olur. Bu da o deməkdir ki, cəmiyyətin sosialiqtisadi inkişafının prioritetlərinin müəyyən edilməsi və əsaslandırılması, vətəndaşların ictimai faydalı fəaliyyətlərinin stimullaşdırılması, sərhədlərin qorunması və daxili qayda-qanunun təmin olunması bu cəmiyyətin əsas mahiyyətidir.

 

   Vətəndaş cəmiyyəti özütəşkil olunan və öz-özünə inkişaf edən bir sistemdir. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, vətəndaş cəmiyyəti müəyyən əlverişli şərait yaradıldığı təqdirdə inkişaf edir.

 

   Ekspertlərə görə, belə bir şərait dövlət tərəfindən və ya onun əksinə olaraq xeyli dərəcədə cəmiyyətin özü tərəfindən yaradılır. Dövlət lazımi qanunların qəbulu, demokratik strukturların formalaşdırılması, hamılıqla qəbul olunmuş normaprosedurlara ciddi riayət etməsi və hüquqlara təminat yaradılması yolu ilə vətəndaş cəmiyyətinin inkişafına və müstəqil fəaliyyətinə şərait yaradır. Vətəndaş cəmiyyətini, eyni zamanda, dövlətdaxili münasibətlərin inkişafına təsir göstərən insan qruplarının təşkilatlanmış fəaliyyəti, sosial şəbəkələşmə kimi də müəyyən etmək olar. İctimai rifah naminə şüurluaktiv fəaliyyət kimi vətəndaş təşəbbüsləri, vətəndaş cəmiyyətinin əsas dinamik xüsusiyyətini təşkil edir.

 

   Ümumiyyətlə, vətəndaş cəmiyyəti dövlət və özəl sektordan kənarda vətəndaşların ən müxtəlif səviyyəli müstəqil birliklərinin kompleksini təşkil edir. İnkişaf etmiş ölkələrin təcrübəsi də gəstərir ki, belə birliklər sırasına ənənəvi olaraq dini birliklər, siyasi partiyalar, vətəndaş hərəkatları, ticarət və peşə assosiasiyaları, qeyri-hökumət təşkilatları, icma əsaslı təşkilatlar və bütün digər vətəndaş birlikləri aid edilir. Cəmiyyətin dövlət və biznes sektoruna daxil olmayan bütün belə birliklərinin məcmusu beynəlxalq təcrübədə Vətəndaş Cəmiyyəti Təşkilatları (VCT) adlandırılır. Bu birliklərin ən səciyyəvi xüsusiyyəti budur ki, onlar dövlətdən və yerli özünü idarəetmədən fərqli olaraq kütləvi hakimiyyətə və ya rəsmi səlahiyyətlərə malik deyillər, bir qayda olaraq öz daxili qaydaları əsasında təşkil olunur və fəaliyyət göstərirlər. Bu birliklər hakimiyyətin həyata keçirilməsində bilavasitə iştirak etməsələr də, hakimiyyətə müxtəlif vasitələrlə təsir imkanına malikdirlər.

 

   Fəlsəfə doktoru Vahid Ömərov qeyd edir ki, Azərbaycan dünya demokratik ideyasından mütərəqqi cəhətləri əxz edərək vətəndaş cəmiyyəti yolu ilə irəliləməkdədir. Belə ki, ölkəmizdəki keçid prosesi başa çatmış, ölkə vətəndaş cəmiyyəti, hüquqi dövlət və azad bazar iqtisadiyyatı yolu ilə uğurla irəliləməkdədir: "Azərbaycanda demokratiyanın inkişafı çoxsahəli bir prosesdir. Köhnə sistemin bir çox anaxronizmləri aradan tam qaldırılıbdır. Beynəlxalq təşkilatlar bu həyati prosesə öz sanballı töhfələrini verməkdə davam edirlər. Ən vacibi odur ki, onlar yeni biliyi və mütərəqqi dünya təcrübəsini Azərbaycana gətiriblər. Bunun nəticəsində dövlətimizin dünya sivilizasiyasının nailiyyətlərindən istifadə etmək imkanları xeyli artıb. Onu da qeyd etmək lazımdır ki, beynəlxalq təşkilatlar icrası yerli qurumların səy və imkanları xaricində olan çoxlu sayda proqram və layihələrin həyata keçirilməsini təmin edir və maliyyələşdirirlər. Vətəndaş cəmiyyəti ideyasının Azərbaycanda inkişaf meyili güclüdür və dönməz xarakter daşıyan vətəndaş cəmiyyəti təsisatlarına ünvanlanıb. ABŞ hökumət proqramları bu sahə ilə bağlı çoxsaylı layihələri, o cümlədən müvafiq ədəbiyyatların nəşrinə maliyyə dəstəyi verir".

 

   Yeri gəlmişkən, bir çox ekspertlərin fikrincə, vətəndaş cəmiyyəti ideyası fərdlərin cəmiyyətin maraqlarını qoruyaraq öz maraqlarını necə həyata keçirməsi və eynilə də cəmiyyətin onu təşkil edən fərdlərin maraq dairələrini necə genişləndirməsilə bağlı olan suala cavabı tapmaq məqsədilə gündəmə gətirilir: "Vətəndaş cəmiyyəti ideyasının müasir "dirçəlişində" sözügedən konsepsiya ayrı-ayrı insanlar üçün müxtəlif mənalar kəsb etmişdir. Bəzi mütəfəkkirlər bu konsepsiyanın müxtəlif tarixi mənbələri və ənənələrini onun müasir anlamına uyğun amillər tək vurğulamışlar. Nəticədə alınan təsvir ikimənalı səciyyə daşımışdır. Bu, sadəcə bir anlaşılmazlıq deyil, çünki vətəndaş cəmiyyəti ideyası siyasətin liberal ənənəsi çərçivəsində çalışan mütəfəkkirlər üçün bir cür prinsiplər və praktikalar, onların daha mühafizəkar tənqidçiləri üçün isə başqa prinsiplər və praktikalar mənası verir. Bəlkə də daha önəmli odur ki, vətəndaş cəmiyyəti ideyası Buxarestin, Vilnüsünya Praqanın küçələrində Oksfordda, Prinstonda, Çikaqodaya Torontoda olduğundan bir qədər fərqli şəkildə səslənir. Bu fərqli nəzəri perspektivlərə və siyasi gündəmdəki məsələlərə baxmayaraq, vətəndaş cəmiyyəti ideyasını bu geniş ictimai mütəfəkkirlər kütləsi üçün cəlbedici edən şey şəxsi və ictimai xeyirin, fərdi və sosial istəklərin güman edilən sintezidir. Beləliklə, vətəndaş cəmiyyəti ideyası bir çoxları üçün sosial quruluşun elə etik idealını təcəssüm etdirir ki, o, fərdi mənafe və sosial xeyir arasındakı ziddiyyətləri aradan götürməsə də, heç olmazsa, onları barışdırır".

 

   Ekspertlərə görə, vətəndaş cəmiyyətində avtoritar hakimiyyətə, sinfi düşmənçiliyə, totalitarizmə, insanlara qarşı zorakılığa yer yoxdur. Burada qanunlara və əxlaqa hörmət edilir. Bu cəmiyyət demokratik rejimdə dövlətlə sıx qarşılıqlı əlaqədə olur, totalitaravtoritar rejimlərdə isə dövlətə qarşı ya aktiv ya da passiv müxalifətdə olur.

 

   Vətəndaş cəmiyyətinin formalaşması onun fəaliyyətinin bir çox tərəflərini dövlətsizləşdirməyi nəzərdə tutsa da, demək olmaz ki, onun dövlətə ehtiyacı yoxdur. Sadəcə olaraq burada dövlət bütün problemlərin həllində totalitar nəzarətdən əl çəkməlidir.

 

   Cəmiyyət dövlət üçün yox, dövlət cəmiyyət üçündür. İnkişaf etmiş vətəndaş cəmiyyətində dövlətin funksiyaları ümumi inkşaf strategiyasının işlənməsinə yönəlmiş olur. Bu da o deməkdir ki, cəmiyyətin sosialiqtisadi inkişafının prioritetlərinin müəyyən edilməsi və əsaslandırılması, vətəndaşların ictimai faydalı fəaliyyətlərinin stimullaşdırılması və onların hüquqlarının, əmlaklarının və şəxsi ləyaqətlərinin qorunması, cəmiyyətin bütün sferalarının demokratikləşdirilməsi, sərhədlərin qorunması və daxili qayda-qanunun təmin olunması əsasdır.

 

   V.Ömərov bildirir ki, vətəndaş cəmiyyətinin inkişafında üçüncü mərhələ müasir dövrü - XX əsri və XXI əsrin əvvəllərini əhatə edir. Belə ki, məhz həmin dövrdə vətəndaş cəmiyyəti və hüquqi dövlət bazar iqtisadiyyatı, demokratiya, millət ideyası, milli dövlət ümumbəşəri sərvətə çevrildi. Siyasi plüralizm, söz, fikir, mətbuat azadlığı, çoxpartiyalı sistem həyata keçirildi: "Vətəndaş cəmiyyətini qeyri-siyasi, iqtisadi, demokratik, hətta mədəni cəmiyyət kimi səciyyələndirirlər. Bu cəmiyyətin siyasi cəmiyyətin alternativi və əksi kimi yarandığını iddia edənlər də var. XX əsrin sonlarında Şərqi Avropapostsovet məkanında baş verən köklü dəyişikliklər, totalitarizmdən demokratiyaya, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna yol açdı. Sosial əsasını vətəndaş cəmiyyətinin təşkil etdiyi hüquqi dövlət quruculuğu gedişində qanunun aliliyi, hamının qanun qarşısında bərabərliyi, hüquqi mədəniyyət və hüquqi savadlılıq dərəcəsinin yüksək olması gerçəkləşir. Azərbaycanda vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğunun özünəməxsusluğu ondadır ki, onlar vahid orqanizm kimi qlobal cəmiyyətin daxili qarşılıqlı tərəfləri kimi özünü göstərir. Vətəndaş cəmiyyəti üzvləri üçün birgə yaşayış qaydalarını özündə əks etdirən vətəndaş cəmiyyəti etikası formalaşır.

 

   Vətəndaş cəmiyyətində dövlətdən fərqli olaraq tabeçilik əlaqələr deyil, üfüqi əlaqələr, yəni hüquqca azad və bərabərhüquqlu insanların əməkdaşlıq və sağlam rəqabət münasibətləri üstünlük təşkil edir, ictimai həyatda, kompromiskonsensus, dövlət üzərində ictimai nəzarət hökm sürür".

 

   Qeyd etdiyimiz kimi vətəndaş cəmiyyəti özütəşkil olunan və öz-özünə inkişaf edən bir sistem olduğu üçün burada yüksək inkişaf etmiş ölkələrin təcrübəsindən istifadə olunur. Belə ki, yüksək inkişaf etmiş ölkələrin təcrübəsində vətəndaş cəmiyyəti yalnız onun üçün müəyyən əlverişli şərait yaradıldığı təqdirdə daha uğurlu və səmərəli şəkildə fəaliyyət göstərir.

 

   Vətəndaş cəmiyyəti sosial və mənəvi sahələrin fəaliyyətini onların təkrar fəaliyyətini onların təkrar istehsalını, nəsillərdən-nəsillərə ötürülməsini təmin edir. Burada dövlətdən ayrı və müstəqil ictimai təsisatlar və münasibətlər mövcuddur ki, xüsusi maraqların reallaşması və müdafiəsi üçün şərait yaradır.

 

   Ekspertlərin fikrincə, vətəndaş cəmiyyəti bəşəriyyətin ideal cəmiyyət arzusu olsa da, burada ayrı-ayrı sosialsiyasi qüvvələr, dövlət və xüsusi maraqlar arasında ziddiyyətlər və münaqişələr də baş verir. Bu münaqişələr aradan qaldırılır, həll edilirkonsensus, kompromis yaranır. Beləliklə də, vətəndaş cəmiyyəti vətəndaşın suverenliyinə, hüquqi, demokratik dövlət quruluşuna, azad sahibkarlığa yerli özünüidarəçiliyə, parlamentarizmə, insanların könüllü birləşməsi birliklərinə, qeyri-dövlət, qeyri-siyasi münasibətlərə, azad rəqabətə, əməkdaşlığa, müxtəlif mülkiyyət formalarına, konsensus və kompromisə, özünütəşkilə və sinergetik başlanğıclara, tolerantlığa, humanizmə, fərdlərin uyğunlaşdırılmış fəaliyyətinə, qarşılıqlı yardıma, azadlığa, demokratiyaya əsaslanan, yüksək inkişaf etmiş, xüsusi tipli açıq cəmiyyətdir.

 

   Yeri gəlmişkən, qərb dünyasında təşəkkül tapan və hazırda dünyanın bütün demokratik ölkələrində formalaşmaqda olan vətəndaş cəmiyyəti bəşəriyyətin uzun əsrlər boyu arzuladığı ideal cəmiyyət, "ümumdünya fenomeni olub insanlığın ədalətli, azad, demokratik, ləyaqətli ictimai həyatda yaşamaq haqqını təsdiq edir.

 

   Son olaraq qeyd edək ki, vətəndaşların birləşmək və dövlətin və cəmiyyətin idarə olunmasında iştirak hüquqları, insan hüquq və azadlıqlarının mühüm tərkib hissəsi olmaqla, ölkə qanunları ilə müəyyən edilir. Bu da o deməkdir ki, bu və digər hüquqlardan istifadə etməklə, vətəndaşların müxtəlif formalarda cəmiyyətin həyatına təsir etmək və təşəbbüslər göstərmək imkanı var.

 

   Rəşid RƏŞAD

 

Ekspress.-2016.-27-29 fevral.-S.10.