Dini tolerantlıq nümunəsi

 

Azərbaycan dünyada dini tolerantlığa görə nümunəvi ölkələrdən sayılır. Ölkəmizdə həm qanunvericilik sistemi, həm də faktiki vəziyyət bunu deməyə əsas verir.

 

Azərbaycan çoxmillətli və çoxdinli bir ölkədir. Bu ölkənin milli siyasəti dini azlıqların birgə yanaşı yaşaması və dözümlülük prinsipləri əsasında müəyyənləşdirilib.

Dini tolerantlıq məsələsi Konstitusiyamızda da öz əksini tapıb. Azərbaycanın əsas qanununun 25-ci maddəsinin 3-cü bəndinə görə “Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə  mənsubiyyətindən asıolmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, cinsi, mənşəyi, əqidə, siyasisosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır”.

Konstitusiyanın qeyd edilən maddəsindən göründüyü kimi, milliya dini azlığın nümayəndəsi olmasından asılı olmayaraq, Azərbaycan vətəndaşı olan hər bir kəs eyni hüquqlara malikdir. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanununun 3-cü maddəsinə əsasən isə Azərbaycan vətəndaşlığı onun əldə edilməsi əsaslarından asılı olmayaraq, hamı üçün bərabərdir.

Azərbaycan Respublikası vətəndaşlarının hüquqları, azadlıqları və vəzifələri onların mənşəyindən, sosial və əmlak vəziyyətindən, irqimilli mənsubiyyətindən, cinsindən, təhsilindən, dilindən, dinə münasibətindən, siyasibaşqa əqidələrindən, məşğuliyyət növündən və xarakterindən, yaşayış yerindən, həmin yerdə yaşadığı müddətdən və başqa hallardan asılı olmayaraq bərabərdir”.

Bununla belə, Azərbaycanda heç bir millətin, milliya dini azlığın nümayəndəsinə və ya onlardan olan qrupa milli xüsusiyyətlərinə və ya dini mənsubiyyətlərinə görə başqalarından üstün olmaq kimi ideyaları aşılamaq, çox fəal təəssübkeşlik göstərmək, hətta, bu ideyaların həyata keçirilməsində fiziki təzyiqlərdən istifadə edilməsi qanunla məhdudlaşdırılır, bu sahədə sui-istifadə hallarına yol verən şəxs və ya qrup cinayət məsuliyyətinə cəlb edilməklə müvafiq qanunlar çərçivəsində cəzalandırılır.

Azərbaycanın Cinayət Məcəlləsinin “Təqib” adlı 109-cu maddəsinə görə, “Siyasi, irqi, milli, etnik, mədəni, dini, cinsi, və ya beynəlxalq hüquq normaları ilə qadağan edilmiş digər əsaslara görə müəyyən edilmiş hər hansı bir qrupuya təşkilatı təqib etmə, yəni qrupaya təşkilata mənsub olduqlarına görə insanları əsas hüquqlardan kobudcasına məhrum etmə, bəşəriyyət əleyhinə digər cinayətlərlə əlaqədar olduqda - beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

Azərbaycanda dini azlıqların hüquqlarının qorunması və təminatı sahəsində də müstəqillik əldə edildikdən keçən son illər ərzində dövlət çox mühümciddi addımlar atıb. Xarici İşlər Nazirliyinin məlumatına əsasən, 1992-ci ildə “Dini etiqad azadlığı haqqında” Azərbaycan Qanunu qəbul edilibzaman keçdikcə şəraitə uyğun olaraq, həmin qanuna 1996 və 1997-ci illərdə müvafiq düzəlişlər edilib. Bu qanuna görə, Azərbaycanda vətəndaş hüququna malik olan “Hər bir kəs dinə münasibətini müstəqil müəyyənləşdirir, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, dinə münasibəti ilə əlaqədar əqidəsini ifadə etmək və yaymaq hüququna malikdir”.

Azərbaycan dövləti dini etiqad azadlığının təmin edilməsi, din-dövlət münasibətlərinin tənzimlənməsi sahəsində də bir sıra islahatların həyata keçirilməsini məqsədəuyğun hesab etdi. Prezidentin 21 iyun 2001-ci il tarixli Fərmanı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaranmasını təsdiq etdi. Həmin fərmanla müəyyən edildi ki, yeni yaranan Dövlət Komitəsinin əsas vəzifəsi Azərbaycan Konstitusiyasının dini əqidə azadlığını təmin edən 48-ci maddəsinin həyata keçirilməsi üçün müvafiq şəraitin yaradılmasından, dini etiqad azadlığı ilə bağlı olan digər qanunvericilik aktlarına riayət olunmasına nəzarəti təmin etməkdən, dini qurumlarla dövlət arasında münasibətləri daha ciddi tənzimləməkdən ibarətdir.

Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ölkədə dini durumda gərginlik yaranmaması, dini ayrı-seçkilik meyllərinin milli münasibətlər səviyyəsinin yüksəlməsinə yol verilməməsi, dini mərasim adı altında müxtəlif antidövlət meylli şəxs və qrupların qarşıdurma yaratmaq cəhdlərinin qarşısının alınması, ictimai təhlükəsizlik və sosial sabitliyin qorunması, din-dövlət münasibətlərinin normal səviyyədə tənzimlənməsi üçün mövcud dini duruma lazımi nəzarəti təşkil edirbu yolda hər cür neqativ halların qarşısının alınması işində müvafiq beynəlxalq təşkilatları ilə əməkdaşlıq edir.

2002-ci il oktyabr ayının 10-11-də ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu tərəfindən Azərbaycan Hökumətinin dəstəyi ilə Bakıda “Demokratik cəmiyyətdə din və əqidənin rolu: terrorizm və ekstremizmə qarşı mübarizə yollarının araşdırılması” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Konfransda ATƏT-ə üzv olan 55 dövlət, eləcə də beynəlxalq təşkilatların nümayəndələri iştirak edib.

Bununla yanaşı, Dövlət Komitəsi dini məsələlərə dair müxtəlif seminar, dəyirmi masalar təşkil edir, ölkəmizdə mövcud olan dini icmaların nümayəndələri ilə mütəmadi olaraq görüşlər keçirir.

Azərbaycanda yüksək tolerantlıq nümayiş etdirildiyiburada mövcud olan dözümlülük münasibətlərinin bir çox ölkələr üçün yaxşı nümunə ola biləcəyi dəfələrlə ölkəmizə səfər etmiş müxtəlif din xadimləri və rəsmi şəxslər tərəfindən bəyan edilib. Belə ki,  2006-cı il fevral ayının 28-dən mart ayının 5-dək Azərbaycanda səfərdə olan BMT-nin İnsan Hüquqları Komissiyasının Din və əqidə azadlığı üzrə Xüsusi Məruzəçisi Asma Cahangir cəmiyyətdə mövcud olan dözümlülük səviyyəsinin xoş təəssürat yaratdığını qeyd edib. Səfər zamanı Xüsusi Məruzəçi Azərbaycan Respublikasının Prezidenti tərəfindən qəbul edilib, bir sıra rəsmi şəxslərlə görüş keçirmiş, 1 saylı cəza çəkmə müəssisəsinə baş çəkib. Xüsusi Məruzəçi Naxçıvan və Gəncəyə və Naxçıvana da səfər edib, Bərdədə qaçqın və məcburi köçkün düşərgəsinə baş çəkib.

1999-cu ildən etibarən, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda tolerantlıq günü (16 noyabr) xüsusilə qeyd edilir. 2006-cı ildə də tolerantlıq günü ilə əlaqədar Dini Qurumlarla üzrə Dövlət Komitəsi Qafqaz müsəlmanları Ruhani İdarəsi, Rus Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyası və yəhudi dini icması ilə birgə “Tolerantlıq örnəyi - Azərbaycan” mövzusunda dəyirmi masa təşkil edib. Tədbirdə Bakıda akkreditə olunan səfirliklər, eləcə də beynəlxalq təşkilatların nümayəndələri, ictimaidini xadimlər və digər şəxslər iştirak edib.

Azərbaycanda dini tolerantlığın yüksək səviyyədə olması barədə həqiqətlərin dünyaya yayılması istiqamətində ölkəmizin müxtəlif dövlətlərdə akkreditə olunmuş səfirlikləri tərəfindən müəyyən işlər aparılmaqdadır. 2008-ci il iyun ayının 3-də Azərbaycanın Almaniyadakı Səfirliyinin Almaniyanın Konrad Adenauer və Almaniya-Azərbaycan Forumu ilə birgə əməkdaşlığı ilə Berlində Azərbaycanda dini tolerantlığa həsr edilən tədbir keçirilib.

Tədbirdə hər iki ölkədən dinisiyasi xadimlər, alimlər, mütəxəssislər və mətbuat nümayəndələri, o cümlədən Dini qurumlarla üzrə Dövlət Komitəsinin Sədri Hidayət Orucov, Qafqaz Müsəlmanları Ruhani İdarəsinin Sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə, Bakı və Xəzəryanı Yeparxiyasının Yepiskopu Aleksandr İşein, Dağ yəhudiləri dini icmasının rəhbəri Semyon İxiilov da iştirak edib.

Hazırda Azərbaycan ərazisində 380-dən artıq dini icma qeydiyyatdan keçib. Bunlardan 31-i qeyri-islam təmayüllü dini icmalardır.

Ölkəmizdə ənənəvi konfessiyalar isə daha çoxdur. Onlardan biri Ortodoks konfessiyasıdır.

1991-ci ildə Cen Mironosets kilsəsinin (1907-ci ildə Hacı Zeynalabdin Tağıyev tərəfindən inşa edilmişdir) binası Rus Pravoslav kilsəsinə verilib. 2001-ci ilin may ayında Azərbaycanda səfərdə olan bütün Rusiyanın Patriarxı II Aleksi bu məbədə baş kafedral kilsə statusu verdi. Hazırda Bakıda 3, Gəncədə və Xaçmazda 1 rus pravoslav kilsəsi fəaliyyət göstərir.

1999-cu ildə Azərbaycanda katolik icması qeydiyyatdan keçib. 2000-ci ildə ibadətlərin yerinə yetirilməsi üçün bu icmaya xüsusi bina alınıb və kilsəyə çevrilib. 2007-ci ildə Azərbaycan Hökuməti ilə Vatikan arasındakı razılığa əsasən, Bakıda Roma Katolik kilsəsinin inşası tamamlanıb.

2002-ci ilin may ayında Roma katolik kilsəsinin başçısı II İohann Pavel Bakıda səfərdə olub və dövlət rəsmiləri, ictimaiyyət nümayəndələri ilə görüşüb.

2003-cü ildə alban-udi dini icması dövlət qeydiyyatına alınıb. Şəkinin Kiş kəndində inşa edilən və Qafqazda, eləcə də bütün dünyada ən qədim məbədlərdən biri sayılan alban kilsəsi 2003-cü ildə əsaslı şəkildə bərpa olunaraq istifadəyə verilib. 2006-cı ilin may ayında Qəbələ rayonunun Nic qəsəbəsində Müqəddəs Yelisey qədim alban kilsəsinin yerində Çotari alban-udi kilsəsinin açılış mərasimi keçirilib.

Azərbaycanda yəhudilərin də dini icması fəaliyyət göstərir. Yəhudilər Azərbaycanda 2500 ildən artıqdır ki məskunlaşıb. Onlar ölkəmizdə heç vaxt dini dözümsüzlüyə və ayrı-seçkiliyə məruz qalmayıbr. Hazırda 7 yəhudi dini icması dövlət qeydiyyata alınıb. Bakıda 3, OğuzdaQubada 1 sinaqoq fəaliyyət göstərir. 2003-cü il mart ayında Bakıda yeni yəhudi sinaqoqu istifadəyə verilib.

Qeyri-ənənəvi din və təriqətlərə gəldikdə isə onlardan Yehova şahidlərini, Nehemiyanı, Mədh kilsəsini, Həyatverici lütfini, Beynəlxalq Krişna şüurunu, Bəhaini, Novoapostol kilsəsini, Yevangel xristianları icması misal çəkmək olar.

 

Vasif CƏFƏROV

 

Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondunun maliyyə dəstəyi ilə çap olunur.

 

Ekspress.- 2016.- 14 iyul.- S.10.