22
iyul - Milli Mətbuat Günüdür
Vətəndaş
cəmiyyəti və müstəqil mətbuat
Vətəndaş
cəmiyyətinin prinsiplərindən biri
də kütləvi informasiya vasitələrinin
müstəqilliyi, fikir və söz mətbuat azadlığıdır.
Hansı ki, demokratik
respublikamızda vətəndaş cəmiyyətinin bu prinsipinə tam əməl
edilir.
Kütləvi
informasiya vasitələrinin inkişafına
dövlət dəstəyi cəmiyyətdə söz azadlığını, insanların obyektiv informasiya əldə
etmək hüququnu, həmçinin KİV-in müstəqilliyini təmin etmək
məqsədi ilə dövlət tərəfindən müəyyən
olunan təşkilati-texniki,
hüquqi, iqtisadi və
digər tədbirlərin məcmusunu ehtiva
edir. KİV-in inkişafına dövlət dəstəyinin əsas
məqsədi vətəndaş cəmiyyəti quruculuğu prosesində onların mühüm rolunu nəzərə
almaqla fikir, söz və məlumat
azadlığını inkişaf etdirmək,
KİV-in müstəqilliyini dəstəkləmək,
redaksiyalara yardım mexanizmini
təkmilləşdirmək, informasiya
sektorunda yeni informasiya-kommunikasiya texnologiyalarının tətbiqini
stimullaşdırmaq, cəmiyyət və KİV arasında səmərəli
əməkdaşlığı gücləndirmək,
jurnalistlərin peşəkarlığının və məsuliyyətinin
artmasına şərait yaratmaq, sosial müdafiəsini gücləndirmək,
dövlət və cəmiyyət üçün
prioritet təşkil edən məsələlərin
həllində KİV-nin potensialından səmərəli
istifadə etməkdən ibarətdir.
Tam
əminliklə söyləmək olar ki, son illərdə
ölkəmizdə görülən tədbirlər sayəsində
müasir dünya
standartlarına cavab verən müstəqil
KİV formalaşıb. Belə ki,
dövlət “dördüncü hakimiyyət”
adlandırılan informasiya vasitələrinin
sərbəst inkişafı üçün
hər cür şərait yaradıb.
KİV və ifadə azadlığının
qarşısını alan bütün süni maneələr
artıq aradan qaldırılıb. Hüquqi və etik normalara hörmət edən jurnalist
araşdırmaları, faktların və fikirlərin dərc
edilməsi üçün qeyri-məhdud
imkanlar yaradılıb.
Bu
gün Azərbaycanda 5000-ə yaxın
KİV müvafiq dövlət orqanında
uçota götürülmüş
və ya qeydiyyatdan keçib. Təsis edilən
KİV-lər müxtəlif siyasi, ictimai mövqeli təşkilatlara,
özəl qurumlara və fiziki
şəxslərə məxsusdur. Ölkədə 40-a
yaxın gündəlik, 200-dən artıq həftəlik və
aylıq qəzet nəşr olunur. 80-dən
artıq elmi-praktiki, ictimai-siyasi,
sosial-iqtisadi məsələləri,
uşaq və qadın problemlərini
işıqlandıran və əyləncə xarakterli
jurnal çıxır. Azərbaycanda 20-yə
yaxın informasiya agentliyi
ölkədə və dünyada baş verən hadisələrlə
bağlı müntəzəm və çeşidli
məlumat yayır. Bölgələrdə 100-ə yaxın qəzet
və jurnal nəşr olunur.
Son
bir neçə ildə ölkəmizdə
internet mediasının inkişaf
etdiyi də göz
qabağındadır. Azərbaycanda informasiya-kommunikasiya
texnologiyalarının sürətli inkişafı internetin imkanlarının genişlənməsinə
şərait yaradıb və ölkədə müasir
internet şəbəkəsi formalaşıb.
Bu gün 9,7 milyon əhalisi olan ölkədə
2,5 milyona yaxın sosial
şəbəkə, o cümlədən
1,4 milyon Facebook istifadəçisi
var. Az. domenində qeydiyyatdan keçən internet
saytlarının sayı 25 mini ötüb, onlardan 300-dən
çoxu xəbər və analitik internet saytı fəaliyyət
göstərir.
Azərbaycan
dövləti vətəndaş cəmiyyətinin
inkişafında KİV-lərin rolunun nə
dərəcədə mühüm olduğunu nəzərə alaraq
bu sahənin inkişafına nail olmaq üçün
xüsusi mexanizmlər
formalaşdırıb. Prezident İlham Əliyev dəfələrlə öz nitqlərində bəyan edib ki, ölkədə inkişaf etmiş, peşəkar
və müstəqil KİV-lərin fəaliyyətinin dəstəklənməsi
Azərbaycan dövlətinin siyasətinin əsas prinsiplərindən
biridir. Bu prinsip daxilində cəmiyyətdə
söz azadlığını,
insanların obyektiv informasiya
əldə etmək hüququnu, həmçinin
kütləvi informasiya vasitələrinin
müstəqilliyini təmin etmək məqsədi ilə
dövlət tərəfindən müəyyən olunan tədbirləri həyata keçirmək
üçün 2008-ci
ildə Prezident Yanında Kütləvi İnformasiya Vasitələrinə Yardım Fondu (KİVDF) yaradılıb. 2009-cu ildən fəaliyyətə başlayan Fondun
yaradılmasında məqsəd vətəndaş cəmiyyəti
quruculuğu prosesində KİV-lərin mühüm rolu nəzərə
alınmaqla ölkədə fikir, söz və məlumat azadlığını inkişaf etdirmək, kütləvi informasiya vasitələrinin müstəqilliyini
dəstəkləmək, redaksiyalara
yardım mexanizmini təkmilləşdirmək,
informasiya sektorunda yeni informasiya-kommunikasiya
texnologiyalarının tətbiqini stimullaşdırmaq, cəmiyyət
və kütləvi informasiya vasitələri
arasında səmərəli əməkdaşlığı
gücləndirmək, jurnalistlərin peşəkarlığının
və məsuliyyətinin artmasına şərait yaratmaq, sosial müdafiəsini
gücləndirmək, dövlət və cəmiyyət üçün prioritet təşkil
edən məsələlərin həllində kütləvi informasiya vasitələrinin potensialından
səmərəli istifadə etmək kimi
vacib vəzifələrin həllidir.
Lakin
bu sahədə dövlət dəstəyi
siyasətinin başlıca prinsiplərindən biri KİV-lərin müstəqilliyinin
qorunması, onların fəaliyyətinə hər hansı
müdaxilənin istisna edilməsidir. Bu prinsip KİVDF-in
fəaliyyətinə dair ölkə prezidentinin sərəncamı ilə təsdiqlənmiş
konsepsiyada rəsmən əksini tapır.
Yaradıldığı vaxtdan
etibarən 2012-ci ilə qədər KİVDF-yə dövlət
büdcəsindən ayrılan vəsait hesabına ölkədə
fəaliyyət göstərən qəzetlərə, informasiya agentliklərinə həm birbaşa, həm müsabiqəli əsasda konkret layihələrin həyata keçirilməsi
üçün vəsaitlər verilib. Bu vəsaitlərin
ayrılması KİV redaksiyalarının müasir
texnologiyalarla təmin olunmasına,
jurnalistlərin iş şəraitinin
yaxşılaşdırılmasına və peşəkarlıqlarının
artırılmasına dəstək verib.
Azərbaycan
müstəqillik əldə etdikdən sonra
KİV-in sayı artdığı qədər
informasiyanın alınması və ötürülməsində,
eləcə də ilkin informasiya
mənbəyinə olan münasibətlərdə
də kifayət qədər mühüm
dəyişikliklər oldu.
Təsadüfi deyil ki, bəzən eyni əhəmiyyətə
malik informasiya müxtəlif
təbəqələr üçün
yayım mənbəyindən asılı olaraq
eyni məna kəsb etmir
və ya başqa cür yanaşılır. “İki
sahil” qəzetinin baş
redaktoru Vüqar Rəhimzadə
“KİV-in fəaliyyətinin hüquqi tənzimlənməsinə nəzəri-politoloji
baxış” təhlili yazısında qeyd
edir ki, bütün bunlar vətəndaş
cəmiyyəti şəraitində labüd
hallar olsa da, bir çox
hallarda informasiyanın səmimiliyinə olan inamın azalması deməkdir. “Vətəndaşların
informasiya texnologiyalarından bəhrələnərək
media üçün
informasiyanı ötürmək istəyi vətəndaş cəmiyyətinin
səviyyəsi ilə ölçülür.
KİV
siyasi sistemdə “dördüncü
hakimiyyət” adlandırılsa da, vətəndaş
cəmiyyəti strukturunda öncül
yerə və rola malikdir.
“Dördüncü hakimiyyət”in fəaliyyət
istiqamətinə yönəldilmiş siyasi
qərarlar bütün zamanlarda
hakimiyyət bölgüsünü dürüst dəyərləndirməyə
şərait yaradır. Vətəndaş cəmiyyəti
strukturları isə geniş
anlayışdır. Bəşəriyyətin
inkişafı bu cəmiyyətlərin iqtisadi əsaslarını möhkəmləndirdiyi
kimi, KİV institutunun
formalaşması da vətəndaş cəmiyyətinin
dinamikasını sürətləndirmiş olur”
deyən Rəhimzadəyə görə, ancaq
eyni zamanda KİV vətəndaş
cəmiyyəti strukturunda hüquqi
nizamlanmaya ehtiyac
duyulan xüsusi bir sahə kimi qəbul edilir.
Ölkəmizdə
müstəqil mətbuatın inkişafı “Azərbaycan
2020: Gələcəyə baxış” inkişaf
konsepsiyasında da əksini ğapıb.
Konsepsiyanın
icra olunduğu
uzunmüddətli perspektivdə söz və
məlumat azadlığının inkişafına yönəlmiş
tədbirlər davam etdiriləcək, informasiya sektorunun və KİV-in fəaliyyətini tənzimləyən
milli qanunvericilik
bazası beynəlxalq standartlara uyğun təkmilləşdiriləcək. İnformasiya sektorunda müasir texnologiyaların
tətbiqinə, KİV-in iqtisadi
müstəqilliyinin gücləndirilməsinə,
potensialının yüksəldilməsinə və qlobal informasiya məkanında
öncül mövqe əldə
etməsinə hərtərəfli dəstək göstəriləcək.
Qlobal
transsərhəd informasiya-telekommunikasiya
şəbəkəsinin, informasiya cəmiyyətinin
formalaşdığı hazırkı dövrdə informasiya sektorunda prioritetlərin
müəyyənləşdirilməsi və
reallaşdırılması üçün
zəruri tədbirlər görüləcək, müasir metodoloji və texniki yeniliklərin öyrənilməsi və
tətbiqi sürətləndiriləcək. Qlobal şəbəkədə milli informasiya
resurslarının kəmiyyət və keyfiyyətinin yüksəldilməsi,
onların əhatə dairəsinin genişləndirilməsi,
beynəlxalq ictimai rəyə təsir
imkanlarının gücləndirilməsi qarşıda duran əsas vəzifələrdir.
Müasir
dövrdə ictimai fikrin
formalaşmasını və ifadə olunmasını təmin
edən təsirli vasitə kimi, KİV-in cəmiyyət həyatında rolu və əhəmiyyəti yüksəlir. Buna görə
də kütləvi informasiya vasitələrinin
fəaliyyətində şəxsiyyət, cəmiyyət və
dövlət maraqlarının tarazlaşdırılmasına
və informasiya təhlükəsizliyinin
təmin edilməsinə yönəlmiş hüquqi,
iqtisadi, təşkilati və texnoloji tədbirlərin həyata keçirilməsi
dövlətin informasiya siyasətinin
başlıca istiqamətlərindən biri
olacaq.
Azərbaycan
dövləti informasiya sektorunda
yeni təzahürləri
stimullaşdırmaqla yanaşı, həm də ənənəvi
informasiya resurslarının fəaliyyətinin
səmərəli təşkilinə, onların maddi-texniki bazasının möhkəmlənməsinə
dəstəyini davam etdirəcək.
“Azərbaycan
Respublikasında kütləvi informasiya
vasitələrinin inkişafına dövlət dəstəyi
Konsepsiyası”na uyğun olaraq,
Azərbaycan Respublikasının Prezidenti
yanında Kütləvi informasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondu vasitəsilə KİV layihələrinin
maliyyələşdirilməsi ilə
yanaşı, onlara subvensiyalar,
subsidiyalar, güzəştli kreditlər
ayrılacaq. Azərbaycanın bölgələrində
fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin inkişaf
etdirilməsi məqsədi ilə redaksiyalara
ünvanlı yardımlar göstəriləcək, “Mətbuat
Evləri”, regional mətbəələr
yaradılması dəstəklənəcək. KİV-in iqtisadi müstəqilliyini
təmin etmək məqsədi ilə reklam
bazarının genişləndirilməsi
stimullaşdırılacaq və bu sahədə
mövcud problemlər aradan
qaldırılacaq.
Kütləvi
informasiya vasitələri əməkdaşlarının
sosial müdafiəsinin gücləndirilməsi
və mənzil-məişət problemlərinin həlli ilə
bağlı dövlət siyasəti davam
etdiriləcək.
Jurnalistlərin
peşəkarlığının yüksəldilməsi demokratik, məsuliyyətli mətbuatın
formalaşmasının əsas şərtlərindən biridir. Qarşıya qoyulmuş məqsədə nail
olmaq üçün
jurnalistika sahəsində kadrların
hazırlanmasına diqqət artırılacaq, Azərbaycan
jurnalistlərinin peşəkarlığının
artırılması üçün beynəlxalq
təşkilatlarla və xarici jurnalist qurumları ilə birgə tədbirlər
davam etdiriləcək.
2005-ci
ildə qəbul edilmiş “informasiya əldə etmək haqqında” Azərbaycan
Respublikası Qanununa uyğun
olaraq, dövlət orqanlarının
informasiyanın verilməsinə məsul struktur
bölmələrinin fəaliyyəti təkmilləşdiriləcək,
internet informasiya
resursları inkişaf etdiriləcək.
Kütləvi informasiya vasitələrinin
informasiya əldə etmək və yaymaq hüququnun təmin
olunması, dövlət orqanları ilə kütləvi informasiya vasitələri arasında
qarşılıqlı etimadın artırılması və
əməkdaşlığın gücləndirilməsi sahəsində
tədbirlər sürətləndiriləcək.
22
iyul - Milli Mətbuat Günüdür. Bu günün təmtəraqlı şəkildə
qeyd olunması da
ölkəmizdə vətəndaş cəmiyyətinin
prinsiplərinə diqqətin nümunəsi sayıla bilər.
Murad MƏMMƏDLİ
Ekspress.- 2016.- 22 iyul.- S. 10.