Demokratik cəmiyyətdə insan azadlığının təmini
1995-ci
il noyabrın 12-də qəbul edilmiş Konstitusiya
ölkəmizdə əsas insan hüquq və azadlıqlarının həyata
keçirilməsinə əsaslanan yeni
dövlət quruculuğunun
başlanğıcını qoydu. Konstitusiya
ölkədə insan hüquq
və azadlıqlarının qorunmasının əsasını
təşkil etdiyi üçün,
sənədin “Əsas insan və vətəndaş
hüquqları və azadlıqları” adlı üçüncü fəsli insan
hüquqlarının geniş dairəsini
əhatə edən 48 maddəni özündə əks etdirir.
Qeyd
edək ki, Azərbaycan Respublikası Prezidenti tərəfindən 1998-ci il 22 fevral tarixində “İnsan və vətəndaş
hüquqları və azadlıqlarının təmin edilməsi
sahəsində tədbirlər haqqında” fərman
imzalanıb və onun 1998-ci il 18 iyun tarixli
sərəncamı ilə insan
hüquqlarının müdafiəsi
sahəsində Dövlət Proqramı təsdiqlənib. Bəhs
etdiyimiz dövlət proqramı əsasında
2002-ci ildə Azərbaycan Respublikasının İnsan
hüquqları üzrə müvəkkili (Ombudsman)
institutu təsis edilib.
Ümumiyyətlə
isə ölkəmizdə ictimai həyatın
bir çox sahələrində
geniş islahatlar həyata
keçirilib. Aparılan
islahatların sırasında ölkənin hüquqi
sisteminin Avropa İnsan hüquqları Konvensiyası və
digər vacib beynəlxalq sənədlərdə
təsbit edilmiş beynəlxalq
standartların tələblərinə
uyğunlaşdırılması istiqamətində
görülən işlər xüsusilə diqqətdə
dayanır.
Yeri gəlmişkən, Azərbaycan
Respublikasının Mülki, Mülki-Prosessual, Ailə, Əmək,
Cinayət, Cinayət-Prosessual, Cəzaların İcra edilməsi
haqqında, Gömrük və Vergi Məcəllələri,
Yığıncaq azadlığı, Kütləvi informasiya
vasitələri, Qeyri-hökumət təşkilatları
(ictimai birlik və fondlar) və Vəkillik haqqında
mühüm əhəmiyyətə malik olan qanunları qəbul
edilib.
Azərbaycan
Respublikasının İnsan
Hüquqları üzrə Müvəkkili Elmira
Süleymanova qeyd edir ki, insan
hüquqlarının və azadlıqlarının təmin
olunması istiqamətində qəbul edilən normativ sənədlər sırasında Ümummilli Lider Heydər
Əliyevin 22 fevral
1998-ci il tarixində imzaladığı “İnsan və vətəndaş hüquqlarının və
azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər
haqqında” Fərmanı və 1998-ci il
18 iyun tarixli Sərəncamı
ilə təsdiq edilən “İnsan
hüquqlarının müdafiəsinə dair
Dövlət Proqramı”nı xüsusilə qeyd
etmək lazımdır: “Belə ki, bu sənədlərdə
insan hüquqlarının müdafiəsi
sahəsində mühüm tədbirlərin
həyata keçirilməsi, o cümlədən
Azərbaycan Respublikasının İnsan
hüquqları üzrə səlahiyyətli müvəkkili təsisatının
yaradılması, ölkəmizin insan
hüquqları haqqında beynəlxalq
sazişlərə qoşulması, bu sahədə
elmi-tədqiqat institutunun
yaradılması, normativ hüquqi
aktların insan hüquqlarına dair beynəlxalq standartlara
tam uyğunluğunun
təmin edilməsi, hüquqi mexanizmlərin
təkmilləşdirilməsi, insan
hüquqları sahəsində fəaliyyət göstərən
beynəlxalq qurumlarla əməkdaşlığın daha
da inkişaf etdirilməsi,
bu sahədə fəaliyyət göstərən
beynəlxalq institut və mərkəzlərdə
tədqiqat və təhsil proqramları üzrə mütəxəssislərin
hazırlanması, insan hüquqları
haqqında öhdəliklərə riayət edilməsi və
digər məsələlər nəzərdə tutulmuş, daha sonralar həmin aktlarda təsbit
olunmuş məsələlərin həlli
istiqamətində mühüm islahatlar həyata keçirilib.
Bu islahatların məntiqi davamı olaraq Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin 28 dekabr 2006-cı il tarixli Sərəncamı
ilə Azərbaycan Respublikasında İnsan
Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planı təsdiq edilib. Bu Plan insan
hüquqlarının təmin edilməsi prosesinin
keyfiyyətcə yeni müstəviyə
keçməsinə, universal və regional səviyyədə yeni
əməkdaşlıq strategiyasının qurulmasına,
dövlətlə vətəndaş cəmiyyəti
arasında tərəfdaşlıq münasibətlərinin
yaradılmasına xidmət edir”.
Azərbaycan
Respublikasının İnsan
Hüquqları üzrə Müvəkkilinin bir
çox təklifləri də nəzərə
alınmaqla qəbul edilən İnsan
Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planı son
dövrlərdə insan hüquqları
sahəsində əldə olunan ən böyük nailiyyətlərdən
biri olaraq ölkəmizdə
insan hüquqlarının müdafiəsinin
yeni mərhələsini özündə
əks etdirir. Bundan başqa, müvəkkilin təşəbbüsü
ilə Milli Fəaliyyət Planının
cəmiyyətə təqdim edilməsi və bu
sahədə əhalinin maarifləndirilməsi istiqamətində
müəyyən tədbirlər həyata keçirilib.
E.Süleymanova
onu da qeyd
edib ki, “Azərbaycan
Respublikasının İnsan
hüquqları üzrə müvəkkili (Ombudsman)
haqqında” Azərbaycan Respublikasının Konstitusiya
Qanununda dəyişikliklər edilməsi
barədə” 2011-ci il 24 iyun
tarixli Azərbaycan Respublikası Konstitusiya Qanunu ilə Azərbaycan
Respublikasının Ombudsman təsisatının
müvafiq
səlahiyyətləri və imtiyazları müəyyən edilib: “Eyni zamanda BMT-nin “Qadınlara
münasibətdə ayrı-seçkiliyin bütün
formalarının ləğv olunması haqqında
Konvensiya”sının 20-ci maddəsinin birinci
bəndinə edilmiş düzəliş
23 may 2008-ci il tarixində,
Beynəlxalq Əmək Təşkilatının “Kişi və qadın işçilər üçün bərabər münasibət və bərabər imkanlar
haqqında: ailə vəzifələri olan
işçilər” adlı 156 və “Analığın
mühafizəsi haqqında” 183 saylı konvensiyaları 11 may 2010-cu il tarixində, “Avropa Şurasının İnsan
Alverinə qarşı Fəaliyyət üzrə
Konvensiyası” 23 iyun 2010-cu il tarixində Azərbaycan Respublikası tərəfindən
ratifikasiya edilib. Bundan başqa “Təhsil sahəsində
ayrı-seçkiliklə mübarizə haqqında” 14 dekabr 1960-cı il tarixli Konvensiyasının, “İnsan
hüquqları və əsas azadlıqlarının müdafiəsi
haqqında” Avropa Konvensiyasına əlavə
“Konvensiyaya nəzarət sisteminin
dəyişdirilməsi haqqında” 14 saylı Protokolunun,
“Əlil insanların hüquqlarının qorunması
üzrə Beynəlxalq Konvensiya”nın və həmin
Konvensiyanın Fakültativ Protokolunun, Azərbaycan Respublikası tərəfindən
ratifikasiyası ilə bağlı təklif irəli sürmüş və həmin sənədlər
Azərbaycan Respublikası tərəfindən ratifikasiya
olunub. Eyni zamanda “Bütün
şəxslərin zorakı itkin
düşmələrdən müdafiəsi üzrə Beynəlxalq
Konvensiya”nın, “Uşaqların cinsi istismar və sui-istifadədən müdafiə
olunmasına dair” Avropa
Şurasının Konvensiyasının ratifikasiyası ilə
bağlı təkliflər irəli sürmüş,
həmin sənədlər Azərbaycan Respublikası tərəfindən
imzalanmış və ratifikasiyası istiqamətində
işlər aparılmaqdadır”.
Qeyd
edək ki, Ermənistan dövləti tərəfindən
qaçqın və məcburi köçkünlərə vurulmuş zərərin ödənilməsi məqsədilə
beynəlxalq təşkilatlarda məsələnin
qaldırılması üçün həmin
şəxslərin işğal ərazisində
qalmış daşınar və daşınmaz əmlaklarına
mülkiyyət hüquqlarının təsdiq olunmasına dair sənədlərin toplanması barədə
əraziləri işğal olunmuş RİH-nə müraciət edilmiş və bu sahədə
işlər davam etdirilir.
Ekspertlər
qeyd edir ki, Azərbaycan Respublikası
Konstitusiyasını səciyyələndirən mühüm cəhətlərdən biri insan və vətəndaş
hüquqlarının kifayət qədər əhatəli
şəkildə təsbit olunması və bu
hüquqları tanımaq, müdafiə və təmin etməyin
isə dövlətin əsas məqsədi olduğunun elan edilməsidir.
Belə ki, Konstitusiyanın 12-ci maddəsinin
birinci hissəsinə uyğun
olaraq insan və vətəndaş
hüquqlarının və azadlıqlarının təmin
edilməsi dövlətin ali məqsədidir.
Konstitusiyanın qəbulundan sonra
ölkədə həyata keçirilən çoxşaxəli
islahatlar da məhz insan və vətəndaş hüquq
və azadlıqlarının səmərəli təmini məqsədinə
yönəlmiş, bu prosesdə vətəndaş
cəmiyyəti təsisatlarının rolu
genişləndirilib.
Bundan
başqa, ictimai
münasibətlərin inkişaf tempi, cəmiyyətin dinamik
tərəqqisi ilə bağlı olaraq
dövlət idarəetmə sisteminin əsasını
təşkil edən mühüm qanunvericilik aktlarının müasirləşdirilməsi
bir qayda olaraq sosial tələbat kimi gündəliyə gəlir.
Burdan da belə nəticəyə gəlmək olar ki, Konstitusiya
hər bir dövlətin hüquq
sisteminin fundamental əsasını
təşkil etdiyindən ölkənin inkişaf
xüsusiyyətlərini özündə ehtiva
etməli, müasirliyi, demokratikliyi,
insan və vətəndaş hüquq və azadlıqlarına etibarlı təminat
mexanizmləri formalaşdırması ilə diqqəti
çəkməlidir. Yəni, Konstitusiyanın zamanın ruhu, cəmiyyətin iradəsi ilə
uzlaşması, proqressiv yeniliklərə
adekvat reaksiya verməsi
vacibdir.
Ekspertlər
bildirirlər ki, insan hüquq və azadlıqlarının beynəlxalq
müqavilələrə uyğun tətbiqi
özündə bu hüquqların maneəsiz
və hər hansı qanunsuz müdaxilələrdən
kənar həyata keçirilməsini nəzərdə tutmaqla, eyni zamanda demokratik cəmiyyətdə
onlara qoyulan
zəruri və qanunla nəzərdə tutulmuş məhdudiyyətləri də ehtiva edir. Bir sözlə, müasir beynəlxalq hüquq
insan hüquqlarının ölkənin milli maraqları naminə, digər şəxslərin
hüquq və azadlıqlarının
qorunması, əxlaq və mənəviyyatın mühafizəsi
üçün qanuni
və əsaslı məhdudlaşdırılmasını hüquqi dövlətin sabitliyinin
ayrılmaz elementi kimi
nəzərdən keçirir.
Süleymanova
onu da bildirir
ki, hazırda ölkəmizin
yaşadığı müasir inkişaf mərhələsi insan
hüquqlarının müdafiəsi sahəsində
aparılan mütərəqqi islahatların davam
etdirilməsini şərtləndirir ki, bu da gələcəkdə
milli qanunvericiliyin insan hüquqlarına dair
beynəlxalq standartlara,
norma və
prinsiplərə tam uyğunluğunun
təmin edilməsini, beynəlxalq qurumlarla
yeni əməkdaşlıq
strategiyasının hazırlanması və həyata
keçirilməsini, dövlət orqanlarının fəaliyyətinin
insan hüquqlarının təmini
baxımından təkmilləşdirilməsini, hüquq mədəniyyətinin inkişaf etdirilməsini mühüm
və perspektiv vəzifələr kimi müəyyən edir.
Qeyd
etdiyimiz kimi, insan hüquq və
azadlıqlarının daha səmərəli
təmini istiqamətində həyata keçirilən
islahatların məntiqi davamı olaraq, insan hüquq və
azadlıqlarının müdafiəsinin səmərəliliyinin
artırılması, hüquq mədəniyyətinin
inkişaf etdirilməsi, normativ-hüquqi bazanın və
hüquq müdafiə sisteminin
təkmilləşdirilməsi istiqamətində tədbirlərin
davamlılığının təmin edilməsi məqsədilə
insan hüquq və
azadlıqlarının müdafiəsinin səmərəliliyini
artırmaq sahəsində Milli Fəaliyyət
Proqramı çərçivəsində bir
çox işlər
görüldü.
Fəlsəfə
doktoru Vahid Ömərovun
sözlərinə gxörə, Azərbaycan
Respublikasının Konstitusiyasında fikir,
söz və vicdan
azadlığına geniş təminat verilib. Azərbaycan Respublikasının
Konstitusiyasının 48-ci maddəsində göstərilir: “Hər
kəsin vicdan azadlığı
vardır. Hər kəsin dinə münasibətini
müstəqil müəyyənləşdirmək, hər
hansı dinə təkbaşına və ya
başqaları ilə birlikdə etiqad etmək,
yaxud heç bir dinə etiqad etməmək,
dinə münasibəti ilə bağlı əqidəsini
ifadə etmək və yaymaq hüququ vardır. Hər bir insanın əqidə azadlığı və
onu sərbəst şəkildə ifadə
etmək hüququ var.
Bu hüquqa əqidəsinə
maneəsiz etiqad bəsləmək
dövlət sərhədlərindən asılı olmayaraq, informasiya və
ideyaları istənilən vasitələrlə axtarmaq, əldə etmək və yaymaq azadlığı daxildir.
Heydər Əliyevin Azərbaycan rəhbərliyinə
qayıdışı ilə başlıca qayəsini müstəqillik,
azərbaycançılıq, dövlətçilik, ədalətlilik,
demokratiya, milli tərəqqi,
dünyəvilik kimi ümumbəşəri
dəyərlər təşkil edən yeni
bir ideologiyanın əsası qoyuldu. Onun
apardığı daxili siyasət Azərbaycanın
hər bir vətəndaşına azad, sərbəst yaşamaq
hüquqlarını təmin etmək imkanları verdi”.
Rəşid
RƏŞAD
Ekspress.- 2016.- 28 iyul.- S. 10.