Vətəndaş cəmiyyətində vətəndaş hüquqları

 

Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu

 

Bütün ölkələrdə olduğu kimi Azərbaycanda da hüquq sistemi iki hissədən - təbii və vətəndaş hüquqlarından ibarətdir. Təbii hüquqlar adətən oxşar olur, ölkələr üzrə fərqlənmir. Vətəndaş hüquqları isə hər bir ölkənin, dövlətin siyasi təbiətindən, cəmiyyəyin xüsusiyyətlərindən asılı olaraq fərqlənə bilir. Adətən vətəndaş hüquqları dedikdə bu anlayış özündə əsasən siyasi hüquqları təcəssüm etdirir.

 

   Təcrübə göstərir ki, vətəndaş cəmiyyəti quruculuğunda təbii hüquqlar qədər vətəndaş hüquqlarının da əhəmiyyəti yüksəkdir. Buna görə də vətəndaşların hüquq və azadlıqlarının vəziyyəti ölkədə mövcud olan vətəndaş cəmiyyətinin vəziyyətini təzahür etdirir.

 

   Vətəndaş hüquqlarının təbii hüquqlardan fərləndirilməsinin əsas məqsədi vətəndaş cəmiyyətində şəxsiyyətin özünümüəyyən etməsini, özünürealizəsini, onun hər hansı qanunsuz müdaxilədən qorumaq, şəxsiyyətin muxtariyyətini və müstəqilliyini təmin etməkdən ibarətdir.

 

   Azərbaycanın əsas qanunu olan Konstitusiyamızda vətəndaş hüquqları ilə bağlı bir neçə maddə yer alıb. Konstitusiyamıza əsasən Azərbaycan dövlətinə mənsub olan, onunla siyasihüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşı sayılır. Əsas qanunda qeyd edilib ki, Azərbaycan vətəndaşı heç bir halda Azərbaycan vətəndaşlığından məhrum edilə bilməz. Azərbaycanın vətəndaşı heç bir halda Azərbaycandan qovulaya xarici dövlətə verilə bilməz. Azərbaycan onun ərazisindən kənarda müvəqqəti və ya daimi yaşayan Azərbaycan vətəndaşlarının hüquqi müdafiəsinə təminat verironlara hamilik edir.

 

   Konstitusiyada vurğulanır ki, vətəndaşların cəmiyyətin və dövlətin siyasi həyatında maneəsiz iştirak etmək hüququ var. Dövlətə qarşı qiyamaya dövlət çevrilişinə müstəqil müqavimət göstərmək Azərbaycan Respublikasının hər bir vətəndaşının hüququdur.

 

   Azərbaycan vətəndaşlarının dövlətin idarə olunmasında iştirak etmək hüququ vardır. Bu hüququ onlar bilavasitə və ya nümayəndələr vasitəsilə həyata keçirə bilər.

 

   Vətəndaşları dövlət orqanlarında qulluq etmək imkanına malikdirlər. Dövlət orqanlarının vəzifəli şəxsləri Azərbaycan vətəndaşları sırasından təyin edilirlər. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər dövlət qulluğuna qanunla müəyyənləşdirilmiş qaydada qəbul edilə bilərlər.

 

   Qanun vətəndaşların dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ verir.

 

   Məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyətsizliyi təsdiq olunan şəxslərin seçkilərdə, habelə referendumda iştirak etmək hüququ yoxdur.

 

   Hərbi qulluqçuların, hakimlərin, dövlət məmurlarının, din xadimlərinin, məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilmiş şəxslərin bu Konstitusiyadaqanunda nəzərdə tutulan digər şəxslərin seçkilərdə iştirak etmək hüququ qanunla məhdudlaşdırıla bilər.

 

   Vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hər bir müraciətə qanunla müəyyən edilən qaydada və müddətlərdə yazılı cavab verilməlidir.

 

   Azərbaycan vətəndaşlarının dövlət orqanlarının və onların vəzifəli şəxslərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, habelə ayrı-ayrı vətəndaşların fəaliyyətini və ya işini tənqid etmək hüququ vardır. Tənqidə görə təqib qadağandır. Təhqir və böhtan isə tənqid sayıla bilməz.

 

   Konstitusiyada bildirilir ki, hər kəsin başqaları ilə birləşmək hüququ vardır. Hər kəs istənilən birlik, o cümlədən siyasi partiya, həmkarlar ittifaqı və digər ictimai birlik yaratmaqya mövcud birliyə daxil olmaq hüququna malikdir. Bütün birliklərin sərbəst fəaliyyətinə təminat verilir.

 

   Heç kəs hər hansı birliyə daxil olmağaya onun üzvlüyündə qalmağa məcbur edilə bilməz.

 

   Azərbaycanın bütün ərazisində və ya hər hansı hissəsində qanuni dövlət hakimiyyətini zorla devirmək məqsədi güdən birliklər qadağandır. Konstitusiyanı və qanunları pozan birliklərin fəaliyyətinə yalnız məhkəmə qaydasında xitam verilə bilər.

 

   Göründüyü kimi, vətəndaş hüquqları arasında siyasi hüquqlar əsas rol oynayır.

 

   Məsələn, sərbəst toplaşmaq hüququ xarakterinə və təbiətinə görə sərbəst toplanmaq azadlığı ictimai-siyasi hüquqlar sırasına aiddir. Ona görə ki, sərbəst toplaşmaq siyasi məzmunlu tələblərin bildirilməsi ilə bağlıdır. Digər tərəfdən bu hüquqdan siyasi qüvvələr bir-birinə qarşılıqlı təsir göstərmək məqsədilə istifadə edirlər.

 

   Yığıncaq dedikdə, şəxslərin hər hansı məsələni birlikdə müzakirə etmək və həmin məsələyə dair qərar qəbul etmək məqsədilə keçirdiyi toplantı başa düşülür. Mitinq keçirilən elə bir kütləvi tədbirdir ki, bu tədbirin vasitəsiulə toplaşmış şəxslər ümuimi fikirlərini ifadə edir, ümumi çağırışlar edirya tələblər irəli sürürlər. Nümayiş dedikdə, bir qrup şəxsin ictimai və dövlət həyatı ilə baölı məsələlərə dair öz fikirlərini bildirməsi başa düşülür.

 

   Digər bir nümunə məlumat azadlığı ilə bağlıdır. Hər bir kəs qanunla qadağan olunan hallar istisna edilməklə informasiya əldə etmək və yaymaq hüququna sahibdir.

 

   Məqsədinə görə, informasiya iki cür olur: kütləvi informasiya və qeyri-kütləvi informasiya. Geniş əhali kütləsi üçün nəzərdə tutulan informasiya kütləvi informasiya adlanır. Qeyri-kütləvi informasiya isə geniş əhali kütləsi və hamı üçün nəzərdə tutlmayan informasiyadır. Bu növ informasiya müəyyən qrup şəxsin, şəxsin və dövlətin istifadəsi üçün əldə edilir. Konstitusiyada qeyri-kütləvi informasiyanın yox, kütləvi informasiyanın azadlığına təminat verir.

 

   Dövlətin idarə olunmasında iştirak etmək hüququ da siyasi xarakterli hüquqdur. Dövlətin idarə olunmasında iştirak etmək hüququ əsas ictimai-siyasi hüquqlardan biridir. Bu hüquq Azərbaycan Konstitusiyasının 55-ci maddəsində nəzərdə tutulub. Həmin hüquq Azərbaycan vətəndaşlarına öz dövlətinin idarə olunmasında iştirak etmək imkanı verir.

 

   Vətəndaşlar dövlətin idarə edilməsində seçkilərdə iştirak etməklə və dövlət qulluğuna tutmaqla iştirak edir. Dövlət qulluğuna girmək yolunun mahiyyəti ondan ibarətdir ki, vətəndaşlar dövlət orqanlarında xidmət (qulluq) etməklə dövlətin idarə olunmasında iştirak edirlər. Həmin vətəndaşlar dövlət qulluqçuları adlanır.

 

   Referendum, prezident, parlament, bələdiyyə seçkiləri seçkilərdə iştirakı göstərir.

 

   Referendumdaiştirak etməklə vətəndaşlar dövlət və ictimai həyatın ən mühümvacib məsələləri barəsində öz iradələrini bildirirlər. Bununla onlar seçki hüququnu həyata keçirirlər.

 

   Vətəndaşların seçmək imkanına aktiv seçki hüququ deyilir. Rederendumda iştirak etmək aktiv süçki hüququna aiddir. Azərbaycan vətəndaşları yalnız 18 yaş həddinə çatdıqda aktiv süçki hüququna malik olurlar.

 

   Vətəndaşların seçilmək hüququ dedikdə, onların nümayəndəli orqanlara (həm nümayəndəli dövlət orqanlarına, həm nümayəndəli yerli özünüidarə orqanına), habelə seçkili vəzifəyə seçilmək hüququ başa düşülür. Söhbət vətəndaşların Milli Məclisə deputat, prezident, bələdiyyə üzvü seçilmək hüququndan gedir.

 

   Vətəndaşların seçilmək imkanına passiv seçki hüququ deyilir. Vətəndaşların Milli Məclisə deputat seçilmələri üçün onların 25 yaşa, prezident seçilmələri üçün 35 yaşa, bələdiyyə üzvü seçilmələri üçün 21 yaşa çatmaları tələb olunur.

 

   Vətəndaşlar seçkilərdə ümumi, bərabər birbaşa seçki hüququ əsasında sərbəst, gizli şəxsi səsvermə yolu ilə iştirak edirlər.

 

   Ümumi süçki hüququ dedikdə, 18 yaşa çatmış seçki hüququ məhdudlaşdırılmamış vətəndaşların irqindən, milliyyətindən, dinindən s. asılı olmayaraq səs vermək imkanı başa düşülür.

 

   Bərabər seçki hüququ onu ifadə edir ki, səsvermə zamanı hər bir vətəndaş yalnız bir səsə malik olur bu səsin başqalarının səsi ilə eyni (bərabər) hüquqi qüvvəsi vardır. Kiminsə səsinə üstünlük verilmir.

 

   Birbaşa seüçki hüququ o deməkdir ki, hər bir vətəndaşın yalnız bir namizədə (özü birbaşa) səs verməyə ixtiyarı çatır. Eyni vaxtda iki daha çox namizədə səs verilməsi qadağandır.

 

   Sərbəst seçki hüququ onu ifadə edir ki, vətəndaşlar seçkilərdə azad heç kəsdən asılı olmadan öz iradəsini ifadə edə bilərlər. Seçkilərdə iştirak edib-etməməsi, hansı namizədə səs verib-verməməsi məsələsini vətəndaşın özü həll edir.

 

   Gizli səsvermə onu ifadə edir ki, seçkilər keçirilərkən, səsvermə gizli olur səsvermə prosesinə kənar şəxslərin meüdaxilə etməsinə yol verilmir.

 

   Şəxsi səsvermə dedikdə, vətəndaşın şəxsən özünün səsverməsi başa düşülür. Vətəndaşın başqa şəxsin əvəzinə səsverməsinə yol verilmir.

 

   Konstitusiyamızda qeyd edilir ki, əsas qanunda təsbit edilən insan vətəndaş hüquqlarını azadlıqlarını gözləmək qorumaq qanunvericilik, icra məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan vətəndaş hüquqlarının azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Yalnız hər kəsin hüquq azadlıqları bu Konstitusiyada qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq azadlıqları ilə məhdudlaşır.

 

   Müharibə, hərbi vəziyyət fövqəladə vəziyyət, habelə səfərbərlik elan edilərkən insan vətəndaş hüquqlarının azadlıqlarının həyata keçirilməsi Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərini nəzərə almaq şərti ilə qismən müvəqqəti məhdudlaşdırıla bilər. Həyata keçirilməsi məhdudlaşdırılan hüquq azadlıqlar haqqında əhaliyə qabaqcadan məlumat verilir.

 

   Vasif CƏFƏROV

 

   Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur

 

   Ekspress.-2016.-2 mart.-S.10.