Vətəndaş
cəmiyyəti və əxlaq
Vətəndaş
cəmiyyəti, hüquqi dövlət quruculuğu
İnsanların
bir-birinə, eyni zamanda vətəndaş
cəmiyyətinə, hüquqi dövlətə
münasibətini tənzimləyən əsas
vasitələrdən biri də əxlaqi-mənəvi
mədəniyyətdir. Ənənəvi
cəmiyyətlərdə əxlaqi-mənəvi
mədəniyyətin formalaşması, mənəvi
tərbiyə funksiyasını dinyerinə yetirir,
ənənəvi cəmiyyətlərin dağılması demokratik-hüquqi dövlət
və vətəndaş cəmiyyətinin yaranması
zamanı bu vəzifəni rasional əxlaq
yerinə yetirir.
Əxlaq
- insanın mənəvi keyfiyyətini, əhvali-ruhiyyəsini
müəyyən edən etik normalar,
mənəviyyatdır. Əxlaqi tələblər eyni tipli davranışlara şamil edilən ümumi göstərişlər
və qadağalar vasitəsilə insanların
davranışını tənzimləyir. Bu,
əxlaq norması sayılır.Hüquq normalarından
fərqli olaraq əxlaq norması dövlət
hakimiyyəti tərəfindən deyil, adət və ictimai rəyin gücü ilə sanksiya alır;
cəmiyyətin əxlaqi şüurunda kimin tərəfindənsə xüsusi verilən qanun nəticəsində deyil,
kortəbii formalaşır. Əxlaq normaları
öz-özlüyündə hələ insanın
davranışı üçün məqbul
rəhbərlik ola bilməz; abstrakt ümumiliyə malik olduqlarından bu, normal xüsusi vəziyyətlərlə
bağlı mümkün istisnaları
nəzərdə tutmur. Buna görə də konkret vəziyyətlərdə bu və ya digər
əxlaq normalarının tətbiqi məsələsi
məzmunca daha ümumi əxlaq prinsipləri
əsasında həll olunmalıdır. Sosial məzmununa
görə əxlaq norması həm ümumbəşəri,
həm də tarixən məhdud, sinfi xarakterə malik ola bilər. Sonuncu halda bir sosial formasiyadan digərinə keçid zamanı uzun vaxtərzində
köhnə əxlaq normalarının dağılması
və yenilərinin yaranması baş verir.
Azərbaycan
xalqının özünəməxsus milli-mənəvi
keyfiyyətləri var. Hansı ki, bu keyfiyyətlər
xalqın sosial həyatında, milli məişətində,
mədəniyyətində, inam və əxlaqi
məziyyətlərində etiketləşərək, ta qədim
dövrlərdən indiyə kimi gəlib
çıxıb. Azərbaycan
cəmiyyətində xalqın özünə məxsus olan və
milli-mənəvi keyfiyyətləri canlandıran dostluq və
yoldaşlıq, mərdlik və ədalətlilik,
böyüyə hörmət və kiçiyə
qayğı, ata-anaya ehtiram, qonaqpərvərlik və
səxavətlilik, namusluluq və qeyrətlilik,
vətən və el, doğma torpaq vəyurd təəssübkeşliyi, birlik və
vəhdət haqqında etiketlər yaranıb.
Bu gün gənc
nəsildə milli mənlik şüurunun inkişaf etdirilməsi
ən aktual məsələlərdən biri hesab olunur. Çünki dövlətin, dilin,
adət-ənənələrin yaşadılmasını
şərtləndirən faktorlardan biri də
gənclərin milli mənlik şüurunu dərk
etməsindən keçir. Milli mənlikşüuru özünüdərk
deməkdir. Milli özünüdərk deyəndə ilk növbədə insan bağlı olduğu tarixi kökü, milli mənsubiyyətini,
Vətəninin tarixini bilməli və dərindən
təhlil etməyi bacarmalıdır. Hər bir gənc,
vətəndaş dərk etməlidir ki, hansı
Vətəni, milləti, milli xüsusiyyətləri
təmsil edir. Eyni zamanda, milli dəyərlərin tarixin hansı
mərhələlərindən keçdiyini bilməlidir.
"Demokratiyanın
inkişafı problemləri mərkəzi" İctimai Birliyinin sədri
Mütəllim Rəhimli bildirir ki, ölkəmizdə siyasi partiyaların ictimai fikirə
təsir mexanizmləri və imkanları zəiflədikcə
vətəndaşların baş verən prosesləri
özlərinin təhlil edərək adekvatnəticələr
çıxarması yaranmış situasiyada alternativ axtarışlarının
nəticəsi kimi meydana çıxır. Amma bütün hallarda insanlar öz düşüncələrini
başqalarının da təsdiq etməsini
istəyirlər və bu təbii ehtiyac onların
qərarlarının qətiləşməsində
həlledici rolu oynaya bilir.
Onun sözlərinə
görə, kütləvi informasiya vasitələri
hələ də özü haqqında
formalaşmış "hakimiyyətin danışan dili"
düşüncəsini darmadağın edə
bilmədiyindən gərəkli etibar sahibi deyil.
"Ona görə də, onun nəyisə
təsdiq və ya inkar etməsi müstəqil
tərəfinfikri kimi qəbul edilmir. Belə bir dönəmdə
müstəqillik dövrünün məhsulu olan,
fəal vətəndaşların toplaşdığı ictimai birliklərin
- daha doğrusu,
qeyri-hökumət təşkilatlarının çəkisi
və rolu artmış olur. Dövlət
müstəqilliyinin əldə edilməsi ilə yalnız onu öz yanında
görəninsanlar QHT-lərə
güvənməkdədir. Siyasi intriqaların
cəmiyyəti cana doydurduğu bir vaxtda köməyə
ehtiyacı olanlara az-çox əl tutmağa çalışan
vətəndaş cəmiyyətinin bu institutları ictimai fikrin inam bəslədiyi
çevrələrdir".
Birlik rəhbərinin
bildirdiyinə görə, yeni müstəqillik
əldə etmiş ölkələrdə
cəmiyyətlərə Qərbin müdaxiləsi də
məhz QHT sektorundan başlayır.
Qərbdə də, təbii ki, bizim cəmiyyətlər üçün yeni yaranan,
hələ "çirkaba bulaşmamış",
mahiyyətcə də vəzifəsiictimai mənafeləri
müdafiə etmək olan bu qurumların
fəaliyyətini və gücünü qiymətləndirirlər. Lakin cəmiyyətin
inamı və rəğbəti sonsuz deyil. Ona görə,
QHT-lər də cəmiyyətin bu etibarından
sui-istifadə edərək özünü nüfuzdan salmamalıdır.
"Təəssüf ki, son vaxtlarvətəndaş
cəmiyyətinin klassik məzmun-mahiyyətini dərk
edə bilməyən bəziləri bu sahəyə
eybəcərliklər gətirməkdədir.
Məsələ burasındadır ki, bu sfera nə
qədər qanunların gücü ilə
tənzimlənsə də, bir o qədər
də yazılmamış qanunlarla nizama salınır.
Deməli, buradamənəvi, əxlaqi kateqoriyalar kifayət
qədər vacibdir və üstünlük təşkil
etməlidir".
M.Rəhimliyə
görə, vətəndaş cəmiyyətinin istər
daxilində, istərsə də onun cəmiyyətlə
münasibətlərini tənzimləyən əsas
vasitələrdən biri əxlaqi-mənəvi
mədəniyyətdir. Bu səbəbdən də
vətəndaş cəmiyyətinin aparıcı
fiqurlarının özləri kifayət qədər əxlaqlı,
milli-mənəvi dəyərlərə bağlı
şəxslər olmalıdır.
Qeyd etmək
lazımdır ki, son dövrlərin diqqət
mərkəzində olan və həssas
münasibətlə əhatələnən
vətəndaş cəmiyyətlərində
özünütənzimləyən münasibətlər sistemi iki sferadan formalaşır:
vətəndaş cəmiyyətlərini təşkil
edən fəal insanların özlərinin
davranışlar məcmusundan və onu izləyən
vətəndaşlarla münasibətlərin cəmindən.
Sistemin birinci tərəfi tələb edir ki,
şəxs özü əxlaqlı olmalıdır. Bu da başa düşüləndir. Çünki cəmiyyətin
qayğıları ilə məşğul olan və
fəaliyyət sahəsi də təmənnasız
xidmətə söykənən insan başqa cür ola da bilməz. Ona görə, bu fəaliyyət
sahəsi prinsipcə özüyüksək əxlaq,
mədəniyyət tələb edir və bunlarla həmahəng
fəaliyyətlə vəhdətdədir.
İnsanlar çalışdıqları
sahələrdəki fəaliyyətləri ilə
özləri üçün cəmiyyətdə bir obraz formalaşdırmaqdadır. Çox maraqlıdır ki, son dövrlər
köbələk kimi artan şou-biznes əhli,
müğənnilər haqda heç də
yaxşı olmayan ictimai fikir formalaşmaqdadır. Müğənniolmaq istəyirsənsə,
"səsin olması vacib deyil", "həyat
yoldaşından boşanmalı", "qısa
geyinməli", "dedi-qodulara qoşulmalı"
və "sponsor tapmalısan"
fikirləri həqiqi sənətkarları da hörmətdən
salır. QHT liderləri bax bu cür ictimai qənaətdən
qorxmalı və ona rəvac verəcək
hərəkətlərdən uzaq olmalıdır.
Əks halda onlar cəmiyyətə təsir
güclərini, mexanizmlərini itirmiş olarlar.
Sistemin ikinci tərəfinə,
yəni vətəndaş cəmiyyətinin liderlərinin insanlarla münasibətlərinə
gəlincə, Mütəllim Rəhimlinin sözlərinə
görə, burada düzgünlük, sözə bütövlülük,
ədalətlilik əsas dəyər olmalıdır. Vətəndaş
cəmiyyətinin liderləri "almaqdan" deyil, "verməkdən" həzz
almağı bacarmalıdırlar. Onlar cəmiyyətə daha çox fayda verəndə
ləzzət almalıdırlar, bu onların həyat
meyarı olmalıdır. Nəinki
gördükləri işin müqabilində daha çox maddi gəlirlər
əldə etdikdə sevinməlidirlər. Çox təəssüf ki, biz son dövrlər
bəzən butendensiya ilə
qarşılaşırıq. İmkan vermək olmaz ki,
QHT sektoru "qovulmuşların" at oynatdığı,
dəyərlərin alınıb-satıldığı alver məkanına, ara düzəldənlərin
oylağına çevrilsin.
Ümumiyyətlə, qeyd etmək
lazımdır ki, vətəndaş cəmiyyəti
institutlarının fəaliyyətinə obyektiv qiymət
verilməsi üçün cəmiyətin özünün də
əxlaqi-mədəni səviyyəsi yetərli
səviyyədə olmalıdır. Əhalinin mənəvi
səviyyəsi yüksək olmadıqda qanunların
mahiyyəti, onlara əməl olunmasının
mədəniyyət olduğu dərk olunmur. Bu zaman vətəndaş
cəmiyyətlərinin hərəkətləri də adekvat başa düşülmür. Camaat ancaq qadağa prinsipi ilə yaşayanda vəhşiləşmə,
mütiləşmə, şəxsiyyətsizləşmə baş verir. Bu zaman əyrilik,
qanunları pozmaq qəhrəmanlıq, əxlaq,
mənəviyyat isə geridə qalmaq kimi qiymətləndirilir. Bir sözlə,
əhalinin keyfiyyəti aşağı düşür.
Vətəndaş cəmiyyəti institutları
cəmiyyəti məhz bu çatışmazlıq sindromundan xilas etmək üçün səfərbər
olmalı, bilavasitə daimiolaraq özünü təkmilləşdirməli,
əxlaqi-mənəvi dəyərlərə
bağlılığını artırmalıdır.
Aparılan maarifləndirmə işlərinin əsas
hədəfi də buna yönəlməlidir. Ona görə
də ilk növbədə özlərinin
davranışlar sistemi yüksək əxlaq
normaları çərçivəsində olmalıdır. Çünki hələ
vaxtilədahi sərkərdə Napaleon deyirdi ki,
ən yaxşı əmr şəxsi nümunədir. Ona görə
də vətəndaş cəmiyəti institutlarının
cəmiyyətə dediklərini öz əməlləri
təsdiq etməli, bunlar arasında zərrə
qədər də olsa fərq olmamalıdır.
M.Rəhimlinin
fikrincə, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət
Təşkilatlarına Dövlət Dəstəyi
Şurasının yardımı ilə həyata
keçirilən layihələrin də əsas qayəsini
cəmiyyətin və QHT-lərin fəaliyyətinin əxlaq
qaydalarına uyğunlaşdırılması
təşkil etməlidir. Dediyinə görə, elə
layihələr həyata keçirmək lazımdır ki, insanlar qanunların
tələb etdiyi qadağa prinsipi ilə deyil,
əxlaq normalarının verdiyi icazə sistemi ilə
münasibətlərini tənzimləsinlər.
Murad MƏMMƏDLİ
Ekspress.-2016.-18 mart.-S.11.