Hüquqi dövlətdə seçkilər

 

Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu

 

Hüquqi dövlət quruculuğunda seçkilər mühüm əhəmiyyət kəsb edir. Seçkilər hüquqi dövlətin formalaşması prosesində önəmli prosesdir.

 

   Azərbaycan Respublikasının dövlət hakimiyyətinin əsasını Azərbaycan xalqının iradəsi təşkil edir. Azərbaycan xalqının iradəsi ümumi, bərabər və birbaşa seçki hüququ əsasında gizli və şəxsi səsvermə yolu ilə azad və mütəmadi keçirilən seçkilərdə, habelə ümumi, bərabər və birbaşa seçki hüququ əsasında gizli və şəxsi səsvermə yolu ilə keçirilən ümumxalq səsverməsində - referendumda öz təzahürünü tapır. Azərbaycan dövləti Azərbaycan Respublikası vətəndaşlarının iradəsinin azad ifadə edilməsinə seçki hüququnun prinsip və normalarının müdafiə edilməsi yolu ilə təminat verir.

 

   Seçkiləri keçirmək üçün isə mükəmməl Seçki Məcəlləsinə ehtiyac var. Bu baxımdan, Azərbaycanda həm yerli mütəxəssislərin, həm də Avropa ŞurasıVenesiya Komissiyasının bəyəndiyi Seçki Məcəlləsi qəbul edilib. Zaman-zaman Məcəlləyə yeni əlavə və dəyişikliklər də edilib.

 

   Azərbaycanın Seçki Məcəlləsi Milli Məclisin deputatlarının, Azərbaycan Respublikası Prezidentinin və bələdiyyə seçkilərinin, həmçinin ümumxalq səsverməsinin - referendumun təşkili və keçirilməsi qaydalarını müəyyən edir.

 

   Referendum Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilən məsələlər üzrə Azərbaycan Respublikası vətəndaşlarının səsverməsidir. Seçkilər isə Azərbaycan Respublikasının Konstitusiyası və bu Məcəllə əsasında keçirilən Azərbaycan Respublikası Milli Məclisi deputatlarının, Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikasında bələdiyyə üzvlərinin seçkiləri deməkdir.

 

   Seçki Məcəlləsinin tələblərinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları seçkilərdə və referendumda ümumi, bərabər və birbaşa seçki hüququ əsasında gizli və şəxsi səsvermə yolu ilə iştirak edirlər. Azərbaycan Respublikası vətəndaşlarının seçkilərdə və referendumda iştirakı azadkönüllüdür. Seçkilərdə və ya referendumda iştirak edib-etməməyə məcbur etmək məqsədi ilə heç kəsin Azərbaycan Respublikası vətəndaşına təzyiq göstərmək hüququ yoxdurheç kəs onun öz iradəsini azad ifadə etməsinə mane ola bilməz. Məcəllədə deyilir ki, irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və başqa ictimai birliklərə mənsubiyyətindən və ya digər statusundan asılı olmayaraq Azərbaycan Respublikası vətəndaşlarının seçmək, seçilmək və referendumda iştirak etmək hüququ vardır.

 

   Qeyd edək ki, Azərbaycan Respublikası Konstitusiyasının 56-cı maddəsində və Seçki Məcəlləsinin 14-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, Milli Məclisə seçkilərin, prezident seçkilərinin, bələdiyyələrə seçkilərin, referendumun keçirilməsi günü (həmin gündaxil olmaqla) 18 yaşına çatmış Azərbaycan Respublikasının hər bir vətəndaşının seçmək, referendumda səs vermək, seçkilərin (referendumun) gedişini müşahidə etmək, seçkiqabağı (referendumqabağı) təşviqatda iştirak etmək, bu Məcəllə ilə nəzərdə tutulmuş seçki hərəkətlərində və referendumun hazırlanması ilə bağlı hərəkətlərin həyata keçirilməsində iştirak etmək hüququ - aktiv seçki hüququ vardır.

 

   Azərbaycan Respublikasında 5 ildən az olmayaraq daimi yaşayan, vətəndaşlığı olmayan şəxslər prezident seçkiləri, Milli Məclisə seçkilər, bələdiyyə seçkiləri və ya referendum zamanı səsvermədə iştirak edə bilərlər.

 

   Seçki Məcəlləsində hətta xarici vətəndaşların səsvermədə iştirakı da nəzərdə tutulur. Belə ki, müvafiq bələdiyyənin ərazisində 5 ildən az olmayaraq yaşayan xarici ölkənin vətəndaşları bələdiyyə seçkiləri zamanı səsvermədə iştirak edə bilərlər (o şərtlə ki, onların vətəndaşı olduqları dövlətlərdə əcnəbilərin bələdiyyələrə seçkilər zamanı eyni hüquqları tanınmış olsun).

 

   Azərbaycan Respublikası Konstitusiyasının 56-cı maddəsində və Seçki Məcəlləsində nəzərdə tutulan hallar istisna olmaqla, aktiv seçki hüququna malik olan hər bir vətəndaşın referendum üzrə təşviqat qruplarının yaradılmasının təşəbbüsçüsü olmaq, Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş prezidentliyə, deputatlığa, bələdiyyə üzvlüyünə namizədlər üçün irəli sürülən tələblərə cavab verdikdə, Milli Məclisin deputatı, Prezident, bələdiyyə üzvü seçilmək hüququ - passiv seçki hüququ vardır. Lakin məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrum etmə yerlərində cəza çəkən şəxslər; Cinayət Məcəlləsinin 15.4-15.5-ci maddələrində nəzərdə tutulan cinayətlərə görə məhkum olunmuş şəxslər; ikili vətəndaşlığı olan Azərbaycan Respublikası vətəndaşlarının (ikili vətəndaşlığı qalanadək); xarici dövlətlər qarşısında öhdəlikləri olan Azərbaycan Respublikası vətəndaşları (həmin öhdəliklərə xitam verilənədək) pasiv seçki hüququ yoxdur. Belə öhdəliklər 5 ildən çox xarici dövlətdə yaşamaqla bağlı əmələ gələn davamlı, möhkəm və sabit münasibətlərin mövcudluğuna səbəb olan qeydiyyat, vergi, ölkə ərazisini müəyyən müddətdən artıq tərk etməmək, habelə digər siyasiya hüquqi öhdəliklər də ola bilər.

 

   Azərbaycanda vətəndaşlar seçkilərdə və referendumda bərabər əsaslarla iştirak edirlər. Hər bir səsvermə zamanı hər bir vətəndaşın bir səsi vardır. Vətəndaşların hər bir səsi eyni hüquqi qüvvəyə malikdir. Vətəndaşlar seçkilərdə namizədin lehinə, referenduma çıxarılan məsələnin lehinə və ya əleyhinə şəxsən səs verirlər. Qanunla başqa şəxslərin yerinə səs vermək qadağandır. Başqalarının əvəzinə səs verən və ya bunun üçün şərait yaradan vətəndaşlar Azərbaycan Respublikası Cinayət Məcəlləsində və ya İnzibati Xətalar Məcəlləsində göstərilən məsuliyyətə cəlb olunurlar.

 

   Azərbaycanda seçkilər (referendum) səsvermə gününə azı 60 gün qalmış elan edilir.

 

   Səsvermə günü seçki (referendum) keçirilən ərazidə günü hesab olunmur. Aktiv seçki hüququ bu Məcəllənin 35.4-35.6-cı maddələri nəzərə alınmaqla seçkilərin elan olunduğu gündən əvvəlki 12 ayın azı 6 ayı ərzində ərazisində vətəndaşların daimi yaşadıqları seçki məntəqəsində həyata keçirilir. Müharibə, hərbi münaqişələr, iğtişaşlarya təbii fəlakət nəticəsində öz daimi yaşayış yerlərini tərk edən vətəndaşlar aktiv seçki hüquqlarını Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi qaydada həyata keçirirlər.

 

   Onu da əlavə edək ki, sonuncu referendumda qəbul edilmiş qərara əsasən Azərbaycan Respublikasının ərazisinin 25 faizindən çoxunda hərbi və ya fövqəladə vəziyyət elan edildikdə, hərbi və ya fövqəladə vəziyyət zamanı, həmçinin hərbi və ya fövqəladə vəziyyətin ləğv edilməsindən sonra 3 ay müddətində seçkilər və ya referendum keçirilə bilməz.

 

   Bələdiyyə seçkiləri istisna olmaqla, seçkilərdə iştirak edərkən Azərbaycan Respublikasının vətəndaşları yalnız bir namizədin lehinə səs verə bilərlər.

 

   Referendumda iştirak edərkən Azərbaycan Respublikasının vətəndaşları referenduma çıxarılan hər bir suala bir cavab verə bilərlər.

 

   Azərbaycanın Seçki Məcəlləsi seçkilərin (referendumun) gedişinə qanunsuz müdaxiləyə yol vermir. Belə ki, hüquqi şəxslərin, dövlət orqanlarının və bələdiyyələrin vəzifəli şəxslərinin, digər fiziki şəxslərin seçkilərin (referendumun) gedişinə qanunsuz müdaxilə etmələri qadağandır.

 

   Vətəndaşların seçkidə (referendumda) iştirak hüquqlarının həyata keçirilməsinə mane olma, vətəndaşı namizədin lehinə imza atmağa məcbur etmə və ya onun səs verməsinə mane olma, seçki komissiyalarının işinə müdaxilə etmə və ya təsir göstərmə, seçki (referendumda iştirak) sənədlərinin saxtalaşdırılması və ya saxta sənədlərin təqdim edilməsi, bilə-bilə səslərin düzgün hesablanmaması, səsvermənin nəticələrinin düzgün müəyyənləşdirilməməsi və ya səsvermənin gizliliyinin pozulması, başqa şəxslərin yerinə səs verilməsi, bir şəxs tərəfindən seçki qutusuna birdən artıq seçki bülleteninin salınması, seçkinin (referendumun) nəticələrinə təsir məqsədi ilə vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.

 

   Konstitusiyasının 56-cı maddəsinin III hissəsinə uyğun olaraq aşağıdakı şəxslər tutduqları vəzifələrə görə Milli Məclisin deputatı, Prezident, bələdiyyə üzvü ola bilməzlər:

 

   1. hərbi qulluqçular (hərbi qulluqda olduqları müddətdə);

 

   2. hakimlər (hakim olduqları müddətdə);

 

   3. dövlət qulluqçuları (dövlət qulluğunda olduqları müddətdə);

 

   4. din xadimləri (peşəkar dini fəaliyyət ilə məşğul olduqları müddətdə).

 

   Seçkilərin (referendumun) təşkili və keçirilməsi zamanı seçki (referendum) komissiyaları və onların üzvləri, digər vəzifəli şəxslər öz fəaliyyətlərində bir sıra tələblərə əməl etməlidirlər.Belə ki, seçkilərin (referendumun) təşkili və keçirilməsində qanuna əsaslanmalıdırlar, qanunlar tam, bərabər və qərəzsiz tətbiq olunmalıdır; qanun çərçivəsində hər bir siyasi partiyaya, referendum üzrə təşviqat qrupuna, namizədə, seçiciyə və seçki (referendum) kampaniyasının digər iştirakçılarına ədalətli və bərabər münasibət bəsləməlidirlər; namizədə, siyasi partiyalara, referendum üzrə təşviqat qruplarına, seçiciyə münasibətdə neytral və qərəzsiz olmalıdırlar;

 

   hər hansı bir namizədin, siyasi partiyanın, referendum üzrə təşviqat qrupunun dəstəklənməsinə yönəldilən və ya dəstəklənməsi kimi başa düşülə bilən hərəkətlərə yol verməməlidirlər;

 

   seçkilərin (referendumun) təşkilatçısı kimi, xidməti və şəxsi mənafelər arasında ziddiyyətlərə yol verməməlidirlər; seçki (referendum) kampaniyasında iştirak edənlərdən heç bir hədiyyə və digər bəxşişlər almamalıdırlar; qanunsuz, onların vəzifələri ilə ziddiyyət təşkil edən göstərişləri icra etməməlidirlər; onların vəzifələri ilə ziddiyyət təşkil edən heç bir hərəkətdə (aksiyada) iştirak etməməlidirlər; hər hansı bir namizədə, siyasi partiyaya, referendum üzrə təşviqat qrupuna qarşı qərəzli mövqeyin yaranmasına gətirib çıxara bilən fəaliyyətdə (özəl fəaliyyət də daxil olmaqla) iştirak etməməlidirlər; seçkilərlə (referendumla) əlaqəsi olan heç bir siyasi mübahisə zamanı mövqe bildirməməlidirlər; siyasi mahiyyət daşıyan seçki məsələləri ilə əlaqədar heç bir seçici ilə münasibətdə olmamalıdırlar; heç bir siyasi partiyanın rəmzlərini gəzdirməməlidirlər, yaymamalıdırlar, heç bir siyasi partiyaya hansısa başqa yolla münasibət bildirməməlidirlər;

 

   seçki komissiyalarının iclasları istisna olmaqla, qəbul olunan qərarları öz mülahizələri üzrə şərh etməməlidirlər; hər bir qərarın qəbul edilməsinə təsir göstərə bilən məlumatın əldə edilməsini mümkün etməlidirlər; qanun əsasında seçicilərə, seçki (referendum) hərəkətlərinin həyata keçirilməsində iştirak etmək hüququ olan şəxslərə sənədlərlə və məlumatlarla tanış olmaq üçün şərait yaratmalıdırlar; məlumatların yığılmasına, araşdırılmasına, birmənalı və aydın anlaşılmaqla müntəzəm dərc edilməsinə şərait yaratmalıdırlar; seçicilərin seçkilərdə (referendumda) iştirakı üçün imkan dairəsində bütün tədbirləri görməlidirlər;

 

   seçicilər tərəfindən seçki (referendum) kampaniyasının düzgün başa düşülməsi üçün tədbirlər görməlidirlər; səs vermək üçün xüsusi şəraitin yaradılması tələb olunan əlil və ya digər fiziki qüsuru olan, uzaqya yolu çətin keçilən yerlərdə yaşayan seçicilərin seçkilərdə (referendumda) iştirakı üçün bütün imkanları yaratmalıdırlar.

 

   Qeyd edək ki, Azərbaycanda seçki komissiyalarının səlahiyyət müddəti 5 ildir.

 

   Aşağı seçki komissiyası tərəfindən vətəndaşların seçkireferendumda iştirak etmək hüquqları pozulduqda və belə bir hal nəticəsində Mərkəzi Seçki Komissiyası (MSK) (və ya məhkəmə) müvafiq ərazidə səsvermənin nəticələrini etibarsız hesab etdikdə, MSK həmin aşağı seçki komissiyasını buraxa bilər. Aşağı seçki komissiyasının buraxılmasına dair MSK qərarından apellyasiya instansiyası məhkəməsinə şikayət edilə bilər. Bu şikayət dərhal baxılmaq üçün qəbul edilirmüvafiq qərar 3 gündən gec olmayaraq çıxarılır. Apellyasiya instansiyası məhkəməsinin bu barədə qərarının qanuni qüvvəyə mindiyi gündən ən geci bir həftə müddətində müvafiq aşağı seçki komissiyası Seçki Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada təşkil olunmalıdır.

 

   Yuxarıda qeyd olunanlardan belə nəticə çıxarmaq olar ki, Azərbaycanda seçkilərin (referendumun) keçirilməsi üçün mükəmməl Seçki Məcəlləsi varbu Məcəllədə seçicilərin və namizədlərin hüquqlarını qorumaq üçün qaydalar müəyyənləşdirilib. Hətta qanun pozuntularına görə cinayət məsuliyyəti də nəzərdə tutulub.

 

   Aqil İSMAYILOĞLU

Ekspress.-2016.-19-28 mart.-S.10.