Vətəndaş cəmiyyətində mədəni siyasət

Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu

 

Mədəniyyət sahəsində siyasət - xalqın mənəvi sağlamlığını və rifahını möhkəmləndirən, millətin ruhi, iqtisadi, sosial inkişafını təmin edən siyasətdir. Onun başlıca vəzifəsi ölkə üçün zəruri olan ruhimaddi dəyər və normaların istehsalı, qorunması, həmçinin inkişafı üçün şərait yaratmaq, xalqın mədəni irsini, sosial-mədəni inkişaf təcrübəsini və insan dühasının yeni nailiyyətlərini məhsuldar istifadə edib, yeni nəsillərə ötürməkdir.

 

   Sivil dövlətin mədəni siyasəti kütlələrin mədəni diletantizmi və mədəni səbatsızlığının aşağı düşməsinə, insan və cəmiyyətin mədəni inkişafında qeyri-bərabərliklərin aradan qaldırılmasına yardım edən tənzimləmə və əlaqələndirmə yolu ilə cəmiyyətin düzgün elmi əsaslarla təşkil və idarə edilməsi əsasında ölkənin harmonik inkişafına nail olmağa istiqamətlənməlidir. O, hər bir şəxsin və bütün xalqın mənafeyini ifadə etməli, insan hüquqlarının azadlığını, müstəqil inkişafını, cəmiyyətin müxtəlif sosial qrupları maraqlarının düzgün tarazlığını təmin etməlidir. Onun effektivlik şərtləri - kulturologiya elminə, mədəniyyətin milli və bəşəri dəyərlərinə istinad; siyasətçi və jurnalistlərin yüksək təhsilliliyi və peşəkar səriştəliliyi; cəmiyyətin inkişafının real tələblərinə cavab verən idarəetmə; tərəqqipərvər dünya təcrübəsindən yaradıcı istifadədir. Uyğun hüquqi təminata istinad edən düşünülmüş mədəni siyasət hadisələri nəinki milli, həm də dünya miqyasında qabaqlamalıdır. Bütün bunlar, eyni dərəcədə, planetin müxtəlif xalqlarının mənafelərinin tarazlığını və mədəni müxtəlifliyini, sülhüharmonik inkişafı təmin etməli olan qlobal mədəni siyasətə də aiddir. Mədəni siyasət - inkişafrifah artımı siyasətidir. Onun mahiyyətini anlamaq üçün, istehsalın effektivliyinin elmelmi texnologiyaların, eləcə də insanın ümumi mədəniyyətinin inkişaf səviyyəsi ilə müəyyən edildiyini göstərən, iqtisadi inkişafın kulturoloji formulunu bilmək vacibdir.

 

   Belə siyasətin əsasını təşkil edən, başlıca motiv insan həyatının qorunması və yaxşılaşdırılması qayğısına qalmaq təşkil edir. Belə ki, o, xalqın həyat və mədəni səviyyəsinin dönmədən yüksəlməsi, sosial inkişafı naminə intellektual potensialının şüurlu istifadəsi və qabaqlayıcı inkişafının təmin edilməsinə yönəlir. Vətəndaş cəmiyyəti mədəni siyasətinin başlıca məqsədi "yüksək" mədəniyyətə malik, özündə milli, sosial və bəşəri dəyərləri birləşdirən şəxsiyyətin formalaşmasına yardım etməkdir. Burada, mədəniyyətin inkişaf etdirilməsiməqsədi ilə maddihüquqi baza yaradılması, vətəndaşlar tərəfindən mədəni dəyər, etik norma və mədəni standartları müstəqil seçib mənimsəməsi, eləcə də ziyalıların və bütün xalqın sərbəst yaradıcı fəaliyyəti üçün əlverişli şəraitin yaradılmasını təmin edən, monitorinq və mütəhərrik tənzimləmə mühüm yer tutur.

 

   "Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti Fuad Məmmədova görə, vətəndaş cəmiyyətinin mədəni siyasəti, eyni zamanda, dövlət strukturları və qeyri-hökumət təşkilatları qüvvələrinin, ölkənin sosial-mədəni inkişafının vahid proqramları əsasında, kooperasiyasını nəzərdə tutur. Dediyinə görə, o, dövlət strukturları və QHT-lərin bərabərhüquqlu əməkdaşlığı əsasında həyata keçirilir: dövlət institutları səviyyəsində "yuxarıdan" idarəetmə ("Volter üzrə"), qeyri-hökumət təşkilatları səviyyəsində" aşağıdan" ("Russo üzrə") idarəetmə ilə tamamlanmalıdır. "Belə yanaşma vətəndaşların yaradıcı qüvvə və qabiliyyətlərinin inkişafı üçün əlverişli iqtisadi, təşkilati və mənəvi-psixoloji şəraitin yaradılmasına yardım edəcəkdir. Belə mədəni siyasət ictimaiyyətə istiqamətlənərək, həm ölkədaxili həm də beynəlxalq sahədə ictimai münasibətlərin plüralizmpolisentrizm prinsipləri əsasında harmonizasiyasına yardım edir. O, vətəndaş cəmiyyətinin idarəedilməsində qeyri-hökumət təşkilatlarının iştirakına geniş şərait və bərabər imkanlar yaradır".

 

   Məmmədov bildirir ki, vətəndaş cəmiyyətlərində mədəni siyasət dövlətin məqsədləri və cəmiyyətin həyati maraqlarının ölkənin sosial-mədəni inkişaf prioritetləri, sürəti və istiqamətinə uyğunluğuna və mədəni imperativlərə riayət edilməsinə sosial nəzarətin həyata keçirilməsini təmin etməlidir.

 

   Onun fikrincə, tərəqqipərvər mədəni siyasət üç əsas prinsip üzərində qurulmalıdır. Birinci - elm, təhsil və yüksək texnologiyaların qabaqlayıcı inkişaf prioritetlərini təmin edən azad intellektual fəaliyyət üçün əlverişli şəraitin yaradılması. İkinci - xalq kütlələrinin novasiyalı mədəniyyəti yüksək mənimsəmə səviyyəsini təmin edən effektiv dövlət maarifçilik fəaliyyətinin təşkili. Üçüncü - tərəqqipərvər demokratik ölkələrlə fəal mədəni mübadilənin həyata keçirilməsi. F.Məmmədov hesab edir ki, bu prinsiplərin uğurla reallaşdırılması və kütlələrin elmi maarifləndirilməsi üçün, dövlət quruculuğu və idarə edilməsinə, dünya mədəniyyətinin ən yeni nailiyyətlərinin tarixi-nəzəri təhlilinə kulturoloji metodologiyanın tətbiqi həyata keçirilməli, kulturoloji elm və təhsilin inkişafı təmin edilməlidir. Kulturologiya vətəndaşların elmisiyasi biliklərinin inkişafı, praktik imkanlarının genişlənməsi, onların həyat fəaliyyət keyfiyyətinin yüksəlməsi, ictimai münasibətlərin inkişafına pozitiv təsir göstərən prinsip, dəyər və normalarının təkmilləşməsi üçün ilkin şərait yaradır. "Belə siyasətin effektivlik meyarı cəmiyyətin yüksək rifah və davamlı inkişafını təmin edən vətəndaşların sosial aktiv fəaliyyəti olur. Bu məqsədə çatmaq üçün, bütövlükdə dünya mədəniyyəti inkişaf təcrübəsinin tendensiya, xüsusiyyət və qanunauyğunluqlarını nəzərə almaqla, vətəndaş cəmiyyəti dəyərləri əsasında xalqın maraq və həyati tələbatlarının təmin edilməsinə istiqamətlənmək lazımdır. Dövlət mədəni siyasətinin effektivliyi ideoloji, texnoloji və təşkilati səviyyədə ruhi mədəniyyət sahəsinin idarə edilmə sisteminin effektivliyindən çox asılıdır. Müasir "ruhi istehsal"ın nüvəsini təşkil edən təhsil, elm və incəsənət mədəniyyətin bütün sahələrinin harmonik və qarşılıqlışərtləndirici inkişafına nail olmağa yardım edir. Mədəniyyətin idarə edilməsi dünya sivilizasiyasının inkişafı kontekstində ölkənin mədəni inkişafı haqqında obyektiv informasiyanın sistemləşdirilməsi və təhlili əsasında proqramların hazırlanması və mədəniyyətin inkişafının nəzəri modellərinin kulturoloji baxımdan qurulmasını nəzərdə tutur".

 

   F.Məmmədov mədəniyyətin idarə edilməsinin üç mərkəzi problemini ayırır. "Birincisi, dövlətin sosial-mədəni prioritetlərinin qurulması və strateji istiqamətlərin müəyyənləşdirilməsi ilə, - ikinci, ruhimaddi mədəniyyətin müxtəlif sahələri üzrə mütəxəssislərin hazırlığı və tərbiyəsi, onların fəaliyyəti üçün maddi-texniki şəraitin yaradılması, - üçüncü, mövcud mütəxəssislərin, ocümlədən, onların fəaliyyəti nəticələrinin sosial-mədəni və iqtisadi tərəqqi naminə effektiv istifadəsi ilə əlaqədardır".

 

   "Simurq" AKA-nın prezidentinin sözlərinə görə, mədəniyyət anlamına və mədəni siyasətin prinsip, problem və prioritetlərinə aydınlıq gətirmək, həyatın diktəsi ilə yaranan, kulturoloji inkişafın zəruri şərtidir. "Kollektiv şüur bizə qloballaşma və sənaye cəmiiyyətindən "bilik cəmiyyəti"nə keçidlə əlaqədar yeni tarixi şəraitdə insan inkişafının hərəkətverici qüvvəsi və universal əsası olan ruhi mədəniyyətin yeni imkanlarını daha yaxşı anlamağa, ölkə və xalqlarımızın inkişaf edən tələbat və maraqlarına cavab verən əlaqələndirilmiş fəaliyyət proqramının tərtibinə yardım edəcək".

 

   Şüurlu bəşəriyyətin ali mədəni məqsədi ruhi kamillikrifaha nail olmaqdır. Bundan çıxış edən F.Məmmədov hesab edir ki, ölkə mədəniyyətinin ali məqsədi insan, cəmiyyət, dövlətin rifahına, ruhi kamilliyinə və harmonik inkişafına nail olmaq üçün əlverişli şəraitin yaradılmasıdır. Lakin müasir sivilizasiya çərçivəsi daxilində şər və dağıntılar mövcuddur. "Məsələ ondan ibarətdir ki, mədəniyyətin sosial bazasını genişləndirib, mədəniyyət və antimədəniyyət arasındakı tarazlığı ümumilikdə mədəniyyətin, dünya mədəniyyətinin, daha konkret isə dünya mədəni məkanı sahəsini genişləndirməyin xeyrinə dəyişəsən. Bununla yanaşı, dialektik inkişaf qanunlarına uyğun olaraq, insani, sosialcoğrafi baxımdan mədəni qeyri-bərabərlik mövcuddur. Burada, müxtəlif xalqların mədəniyyətləri arasında uyğunluğun əldə edilməsi daxil olmaqla, bütün səviyyələrdə mədəni harmonizasiyaya nail olmaq zəruridir" deyən assosiasiya prezidenti bildirir ki, yeni mədəni siyasət bu məsuliyyətli sosial-siyasiiqtisadi məsələlərin həll edilməsinə yönəlməlidir.

 

   Cəmiyyətin demokratik inkişafı, insanın həyat keyfiyyətinin yüksəldilməsi ruhi mədəniyyətin qabaqlayıcı inkişafı, yəni hər şeydən əvvəl, vətəndaşların bilik, bacarıq, mütəşəkkilliyi və mənəviyyatının inkişafını təmin edən strateji institutlar - elm və təhsil oilmadan mümkün deyil. Bəşəriyyətin bütün mədəni inqilablarının əsasında, yeni texnologiyalarainsan həyatının yeni keyfiyyətinə yol açan, intellektual inqilablar durur. Həyatın sosial-mədəni texnologiyalarının üstünlüyü, hər şeydən əvvəl, elm və təhsil sahəsindəki üstünlüklərlə təmin olunur. Lakin biliklər, o zaman mədəni inkişafın pozitiv faktoruna çevrilir ki, o, dağıdıcı yox, yalnız qurucu istiqamət alsın. Bu, ailədən başlayıb, formalqeyri-formal dövlət və hökumət institutları ilə həyata keçirlən, humanist insan tərbiyəsi ilə təmin edilir. İnsanın mühüm kapitalı olan biliklə cahillik arasındakı fərq mədəniyyətlərdə, bəşəriyyətin inkişaf qanunları və həqiqətlərinin anlanılıb - anlanılmamasında, düzgünya səhv təfəkkürün formalaşdırılmasında, düzgünya səhv qərarların qəbul edilməsində olan fərqlə izah edilir ki, bu da son nəticədə insanın rifah və səadətini müəyyənləşdirir. Buna görə də, yeni minillikdə qlobal mədəni siyasət elmhəcmli, humanist istiqamətli, praktik əhəmiyyətli biliklər dünyasının yaradılması və tirajlaşdırılmasını təmin edən mədəniyyətin prioritet istiqamətlərinə yönəlməlidir. Fərdi və ictimai mədəni mühitin formalaşdırılmasının istiqamət və xarakterini müəyyən edən mədəni dəyərlər, bu siyasətdə mühüm yer tutur. İnsan tələbatlarına daha çox cavab verib, yaradıcı fəallığını stimullaşdıran intellektualhumanist dəyərlər vətəndaş cəmiyyətinin inkişafı üçün prioritet əhəmiyyət daşıyır.

 

   Ölkənin yeni dövlət siyasətində öz əksini tapan sosial-mədəni texnologiyaların inkişafı və tərəqqipərvər mədəni islahatların həyata keçirilməsi demokratik ictimai münasibətlərin təkmilləşməsinə imkan verəcək.

 

   Murad MƏMMƏDLİ

Exspress.-2016.-29 mart.-S.11.