"30 il
qapımda növbə olub"
Xalq artisti Əlibaba Məmmədovun APA-ya müsahibəsi
- Əlibaba müəllim necəsiniz, səhhətiniz
necədir?
- Lap yaxşıyam. Hərdən narahatlıq olur, yaşın gətirdiyi qayğılar yaranır, o da keçib gedir. Görürsən, yenə
tələbələrimin yanındayam. Dərs keçirəm, çalışıram,
bildiyimi onlara da öyrədim.
-Səs sarıdan narahatlıq yoxdur ki? Deyirlər,
gecə 12-dən sonra oxumaq olmaz. Xan
Şuşinskinin adəti olub ki, 12-ni keçdi, nə olur
olsun, oxumazmış. Bircə dəfə Səməd
Vurğunun xahişi ilə bu adətini pozub...
- Rəhmətlik Bülbül mənə
tapşırıq vermişdi: Gördün ki, səsin
xarabdır, get uzan, əlini də cütlə
başının arxasında, yat. Heç
kimi danışdırma. Heç
yoldaşınla da danışma.
- Gəncliyinizdə neftçi olmaq istəmisiniz...
- Hə, bu sənətə oxumaq həvəsi ilə gəlməmişəm. Neftçi işləyirdim, hökumət məni
Türkmənistana işləməyə
göndərmişdi. Bizə paltar, maaş, yeyib-içmək, hər şey
verilirdi. Kasıb uşaq idim, yetim
böyümüşdüm, ona görə neftdə
işləmək mənə sərf edirdi. 41-ci ildə müharibə başladı, 42-də
atam rəhmətə gedəndə 12 yaşım vardı. İki bacı, bir qardaş, böyükləri
də mən, qaldıq yetim. Anamın
da 32 yaşı vardı. Nə
isə, Türkmənistanda özümü yaxşı
göstərdim, məni gecə növbəsinə
nəzarətçi keçirdilər. 1400 manat da maaşverirdilər. Onun 500 manatını anama göndərirdim, yerdə
qalanını özümə xərcləyirdim. Bir dəfə buruğun yanından keçirdim,
eşitdim, nə isə qaynayır. Mənə
də texnikumda öyrətmişdilər ki, buruqdan qaynama
səsi gəlirsə, deməli, orda qaz var. Getdim direktorun
yanına, qayıtdı ki, o yerlərdə qaz deyilən
şey olmur. Rusca da yaxşı
bilmirəm, birtəhər başa saldım ki, bir yoxlayın,
bəlkə çıxdı. Üç
gün sonra dedilər, direktor səni axtarır. Sən demə həmin yerdə qaz fontan vurub. Məni göndərdilər Aşqabada oxumağa. Anama
yazdım, məni oxumağa göndərirlər, amma
maaşım az olacaq, sizə pul
göndərə bilməyəcəyəm. Dedi, bizdən
arxayın ol, get oxu. Aşqabadda
zəlzələ oldu, oxumağa gedəsi olmadım. Həvəs məni gətirdi musiqiyə. Öz-özümdən
tar çalmağı öyrənmişəm, nağara
çalmağı öyrənmişəm. Yüz dənə mahnını tarda
bəstələmişəm. Maştağada
bir klarnet çalanımız var idi, Vəliağa, toya
aparırdı, özü 200 götürdü, mənə 50
manat verirdi. Qabağıma
məqsəd qoydum ki, klarnet çalmağı
öyrənəcəyəm, bunu daha oya aparmayacaqlar. Allaha
and olsun, olanı danışıram...
- İnanıram...
- Hə, 500 manat yığdım, klarnet aldım, altı
ay o qədər çaldım ki, yanımızda milis
idarəsi vardı, xəbər göndərdi ki, bəsdir,
qoy işimizi görək. (Gülür). On səkkiz yaşım vardı, toya getmişdim. Erməni
nağaraçalanın əvəzinə toyu axıra
qədər mən çaldım.Klarnetçalan Nəsrulla
vardı, mənə dedi, gəl Bakıya. O vaxt tütün
fabrikinin yanına yığılırdılar. Sənə danışıram 48-ci ildən. Getdim ora, o gündən başladım toylara
getməyə. Başladım toydan
yaxşı pul qazanmağa. Bir dəfə “26-lar bağı”nın yanında gördüm ki, elan
vurulub: “İstedad axtarılır”. Getdim
adımı yazdırmağa, gördüm, Zülfü
Adıgözəlov münsiflər heyətinin sədridir. Soruşdu
ki, oğlan, nə oxuyacaqsan, dedim, “Cahargah”. Qayıtdı
ki, “Cahargah” ağır muğamdır. Mən də söz altında qalmadım. Dedim
ki, Zülfü dayı, ağır olan sizin
qarşınızda oxumaqdır. Yaman
xoşuna gəldi. Dedi, səni Filarmoniyaya
götürəcəyik, hər konsertinə 80 manat pul
yazılacaq. Əbülfət gəlmirdi,
onun yerinə oxuyurdum, Fatma gəlmirdi, onu əvəz edirdim. Amma yaxşı pul verirdilər. Hələ görünməyib ki, 19 yaşında
bir oğlan Xan Şuşinskiyə, Şövkət
Ələkbərovaya, Əbülfətə, Fatmaya yoldaş
olsun. Afişada qırmızı
hərflə Xan əminin adı yazılırdı, balaca
hərflərdə də mənim (Gülür). Əvvəl-əvvəl xoşlarına gəlmirdi
ki, nağaraçalan gəlib filarmoniyada oxuyur.
- Kimin xoşu gəlmirdi?
- Onu demərəm. Üstündən gör neçə il keçib.
- Dedim, bəlkə Xan əminin xoşu gəlməyib...
- Yox-yox, nə danışırsan? Allah
var göydə, Xan əmi məni həmişə müdafiə
edib. O birilər qəmiş qoyanda Xan deyirdi,
dəyməyin, bu uşaqdan yaxşı xanəndə olacaq.
Üç il sonra dəbə
mindim. 53-cü ildə toy üstündə
qapımda növbə idi. Bir dəfə Səid
Rüstəmov Soltan Hacıbəyova dedi, bu uşağı
işə götür, bundan bir də ələ
düşməyəcək. Soltan da dedi, bir şərtlə
götürürəm: iki konsert verəcəksən, camaat
gəlsə, işə götürəcəyəm. Konsert
günləri də nə vaxt olsa yaxşıdır:
martın 20-21-ə. Bayram günlərinə. İndi
ürəyimin içini yeyirəm ki, adam gəlməsə,
heç nə. Getdim, Əliağa Vahidin
yanına. Allah ona qəni-qəni
rəhmət eləsin. Dedim, mirzə,
halı-macəra belədir, kömək elə. Soruşdu ki, dəftər-qələmin var? Dedim,
var. Getdi o başa, gəldi, bu başa, başladı
qəzəl yazmağa.
Ey gül, səni hər kəs ki sevib bəxtəvər
oldu
Eşqində bir ancaq mənim ömrüm hədər
oldu.
Kim sevdi qara zülfünü ağ günlərə
çıxdı
Tale mənə yar olmadı bir dərdi-sər oldu
Bax, bu qəzəl belə yarandı...
- Vahiddən danışanda niyə kövrəldiniz?
- (Sükut). Nə bilim... Vahid başqa Vahid idi.
- Deyirlər, Vahidin çətin, sıxıntılı
günlərində ona kömək etmisiniz...
- Allah deyir, sağ əlin verdiyini sol əl
bilməməlidir. Axşam Vahidin
qəzəllərini toyda oxuyurdum, nə pul alırdımsa, on
faizini qoyurdum pencəyimin sağ cibinə ki, bu Vahidindir. Pul yığılırdı, axırda
aparırdım ki, mirzə, al, bu sənin haqqındır.
- Əlibaba
müəllim, belə deyirlər ki, Qarabağ səs verir,
Bakı texnika. Nə
düşünürsünüz bu haqda?
- Seyid Şuşinski deyirdi, səs Qarabağdan gəlir,
amma Bakı görməyən xanəndədən
xanəndə olmaz. Muğam birdir, onun
Bakı məktəbi, Qarabağ məktəbi, Şamaxı
məktəbi yoxdur.
- Rəhbərlik etdiyiniz ansamblın adını niyə
görə “Humayun” qoymusunuz? Bu muğam daha
yaxşı oxumusunuz, ona görə?
- 68-ci ildə Maestro Niyazini Filarmoniyaya direktor
göndərdilər. Niyazi məni
çağırdı ki, sən ayda mənə bir konsert
verməlisən. O vaxt da mənim bütün
konsertlərim anşlaqla keçirdi. İki
saat sonra biletləri tapmaq olmurdu. Heç bir xanəndə
30 il dəbdə olmayıb. Düz danışıram. 1955-dən
ta 85-ci ilə qədər mənim qapımda növbə olub. Nə
isə, dedim, Maestro, sənə ayda iki konsert verərəm,
amma ansambl yoxdur. O da sərt adam idi,
dedi, necə yəni ansambl yoxdur? Neçə
nəfər lazımdır, yığ, sizə ştat
alacağam. Mən də harada yaxşı
musiqiçilər var, yığdım, dedim, hazıram.
O vaxt da Rauf Hacıyev mədəniyyət naziri idi. Zəng
elədi nazirliyə ki, Raufa deyin, ansambl hazırdır. Niyazinin kabinetində oturmuşduq, Hacı
Məmmədovdan soruşdu ki, Əlibaba hansı muğamı
yaxşı oxuyur? O da qayıtdı ki, Seyid
Şuşinskidən sonra Azərbaycanda Əlibaba kimi “Humayun”
oxuyan yoxdur. Niyazi də bunu bəyəndi,
oldu “Humayun” ansamblı.
- 100-ə yaxın
mahnınız var və onlar hər gün səslənir. Mahnılarınızın qonorarını
alırsınız?
- Ehtiyacım yoxdur. 19-cu əsrdə Cabbar
Qaryağdıoğlunun 200-ə yaxın mahnısı olub.
O vaxt mənə, Qulu Əsgərova ad qoymuşdular:
həvəskar bəstəkar. Həvəskarlara
70 manat verirdilər, əsl bəstəkarlara 100 manat. Elşad Quliyev məni yanına
çağırdı ki, hər mahnına 70 manat
verəcəyik. Dedim, istəmirəm, xalqın
malını xalqa sata bilmərəm. Yazdım,
imzaladım, verdim. O da böyük kişilik elədi:
mənim bütün musiqilərimin qabağına
adımı yazdırdı.
- Səxavət
Məmmədov, Məmmədbağır Bağırzadə
kimi sənətkarlar sizin ansamblda yetişib.
Yetirmələrinizdən üzünüzə ağ
olanı olmayıb?
- Qətiyyən. Tələbələrim
mənimlə həmişə fəxr ediblər. Məsələn, Məmmədbağır
haçan televizora çıxırdı, deyirdi, mən o
kişiyə borcluyam. Nardaranlılar ona
deyirdilər, sən niyə maştağalını
tərifləyirsən, o da cavab verirdi ki, Əlibaba
müəllimi tanısanız, siz də
tərifləyərsiniz. Könül Qəmbərova var,
Bülbül adına musiqi
məktəbində dərs deyir. Bəlkə
də bizim qızların içində muğamı onun
qədər bilən yoxdur. Bir “Humayun”
oxuyur, mən onu oxuya bilməmişəm. Neçə
dəfə “Humayun” oxumuşam, məni
istəməyənlər pozdurublar. Könülə
dedim, mənim balam, gəl, sənə iki muğam
öyrədəcəyəm. İlk dəfə “Dəşti”ni öyrətdim, sonra “Humayun”u. Bir adam onun kimi
“Humayun”a yaxın gedə bilmir.
- Sizə dövlət
səviyyəsində münasibət yüksəkdir, hər
kəs hörmətinizi saxlayır. Ətrafınızda
olan adamların sizə işi düşürmü?
- Deyim sizə. Mən heç öz oğlum
üçün xahiş etməmişəm. Doğma
oğlum ayda 500 manat maaş alır,
bir adama demirəm, onu min manat edin. Deməmişəm.
Sözün düzünü deyirəm
sənə.
- Övladlarınızdan sənətinizi davam etdirən
olmayıb...
- Yox, olmadı. Üç qızım, bir oğlum var. Arvad
bir gün dedi, a kişi, bunlardan birini
öz yolundan elə, sənəti öyrənsinlər. Dedim,
bax, evdə tar var, pianino, qaval var, Əlibaba var, day nə
olmalıdır, öyrənsinlər də. Hansı gəldi, mən etiraz elədim? Gərək adamın canında olsun. Nəvəm iki institut qurtarıb. Bir gün gəldi ki, baba, tar çalmaq
istəyirəm. Apardı, altı aydan
sonra gəldi ki, çətindir, öyrənə bilmirəm. Dedim,
sənin baban tar çalıb, klarnet çalıb, nağara
çalıb, babat da xanəndədir. Amma
sən iki institut qurtarmısan, bir tar çala bilmirsən,
indi gör sən kimsən, mən kiməm. (Gülür).
Ekspress.-2016.-26 may.-S.13.
- Siz xalq artisti adını gec almısınız...
- Sara, Əbülfət, bir də Şövkət
məndən tez əməkdar artist adını alıb. Mən əməkdar olanda nə Habil əməkdar
artist idi, nə Zeynəb. Əməkdar
artist adını mənə 1962-ci ildə Tofiq Quliyev verib. 62-dən 89-a qədər bir qapı
döyməmişəm. Qalmışam
əməkdar.Deyirdilər, niyə gedib istəmirsən,
mən də cavab verirdim ki, özləri görmür? Bir şeyi adama gərək Allah versin. Buna inan. Bir məclisdə
oturmuşduq, Elmira Qafarova da həmin məclisdə idi. Gördüm
mənə baxır, dedi, haradasa sizi görmüşəm,
yadıma sala bilmirəm.Özümü təqdim
eləyəndə ayağa qalxdı, üzrxahlıq elədi. Birdən soruşdu ki, sən xalq artistisən? Dedim,
yox, əməkdar. Camaatın
qabağında birdən qayıtdı ki, get de, mən xalq
artistiyəm. Üstündən bir ay keçdi,
Elmira xanım zəng vurdu ki, sizi təbrik edirəm, büronun
iclasında hamı sizə səs verdi. Hətta Həsən Həsənov soruşub ki, o
hələ xalq artisti deyil? Şıxəli Qurbanovla aram kök idi, bir dəfə demirdim,
mənə niyə xalq artisti adını vermirsiniz?
- Telekanallara baxırsınız? Mənzərə
necədir?
- AzTV-də “Məclisi üns” verilişinə baxıram. Bir sayını qaçırmıram. Elə gözəl verilişdir ki. Əsəd Cahangir tənqidçidir, amma
muğamdan, qəzəldən elə gözəl
danışır, istəyirəm gedib televizorun içinə
girim. Özü də axırda
danışır, amma ürfanla bağlı, klassik şeirlə
bağlı elə nöqtələrə toxunur, evdə
televizorun bu tərəfindən can deyirəm. Yaxud o verilişdə İlqar Fəhmi var. Fəhmi
uşaq idi, gəlirdi bizim məclisə, indi maşallah,
elə ağıllı, bilikli danışır, elə bil
dilotu yeyib. Özü də
yaxşı adamdır, heç kimin xətrinə dəymir.
- Nə vaxta qədər toylarda oxumusunuz?
- 70 yaşında toya getməyi tərgitdim. Amma camaat əl çəkmirdi. Təvazökarlıqdan
uzaq olsa da deyəcəm: vallah mən özüm qədər
sevilən xanəndə görməmişəm. Gördüm, ürəksiz oxuya bilmirəm, toylara
getmədim. Ürəkdən də
oxuyanda ağrıyırdım. O qədər
ürəkdən oxuyurdum, Razı Şükürov bir
dəfə dedi, sən toyda öləcəksən.
- Sizinlə yaşıd olan sənətkarlardan kiminlə
isti münasibətiniz var, kimi qiymətləndirsiniz?
- Zeynəb Xanlarovaya Allah can
sağlığı versin, onu həmişə yüksək
qiymətləndirmişəm. Səhnə
mədəniyyəti, geyim mədəniyyəti, səs,
ifaçılıq... hamısı Zeynəb xanımda var.
Zeynəb çox böyük xanəndədir. Məni görəndə həmişə
qardaşı kimi, ağsaqqalı kimi qucaqlayıb öpür.
- Yaşın bu vaxtında sizi yordumsa, gərək
üzrlü sayasınız...
- Yorğunluq söhbəti yoxdur. Hələ
tələbələrimlə məşğul olacağam.
Dörd misralıq şeirim var, onu deyim,
bitirək.