Gənclər dövlət quruculuğu
və vətəndaş cəmiyyətinin inkişafında vacib qüvvədir
Hüquqi dövlət quruculuğu cəmiyyət və dövlət işlərinin idarə olunmasına, qərarların hazırlanması, müzakirəsi, qəbulu, icrası və qiymətləndirilməsi prosesinə gənclərin daha geniş hissəsinin cəlb olunmasını, vətəndaş fəallığının və təşəbbüskarlığının artırılmasını zəruri edir. Danılmaz faktdır ki, Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir.
Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib.
Dövlət gənclər siyasəti - gənclərin öz bilik və bacarıqlarını, təbii potensialını effektli reallaşdırmasını, cəmiyyətdə layiqli yer tutmasını təmin edən şəraitin yaradılması məqsədilə dövlət tərəfindən müəyyən edilmiş prioritetlər və həyata keçirilən tədbirlər sistemidir. Dövlət gənclər siyasəti müvafiq hüquqi sənədlərdə öz əksini taparaq hökumət qurumları tərəfindən həyata keçirilir.
Ümumiyyətlə, gənclər həmişə dövlətin və cəmiyyətin idarə olunmasında əsas hərəkətverici qüvvə olaraq qərarların qəbul olunmasına mühüm təsir göstəriblər. Müasir dövrdə dünyada bu istiqamətdə gedən proseslər Azərbaycanın da ictimai-siyasi həyatına öz təsirini göstərir. Bütün bunların məntiqi nəticəsi olaraq, ölkəmizdə də gənclər dövlət quruculuğu və vətəndaş cəmiyyətinin inkişafında ölkənin vacib qüvvələrindən biridir.
Bu gün Azərbaycanda idarəetmə bacarığı ilə seçilən intellektual, dünyagörüşlü yeni nəsil yetişməkdədir. Ekspetlər hesab edirlər ki, belə şəraitdə dövlət idarəçiliyinə gənclərin cəlb olunması və gənclər təşkilatları ilə sıx əməkdaşlıq vətəndaş cəmiyyətinin inkişafı, demokratiyanın dərinləşməsi, qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması və milli maraqların qorunması üçün böyük əhəmiyyət kəsb edir.
Ümummilli lider Heydər Əliyev ölkə rəhbəri olduğu ilk dövrlərdən gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edib. O, gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsini vacib məsələlərdən biri kimi elan etmişdi. Bu məqsədlə Heydər Əliyevin fərmanı ilə 1994-cü il iyulun 26-da Gənclər, İdman və Turizm Nazirliyi yaradılıb. 1995-ci ildə isə o, Azərbaycan gənclərinin forumunun keçirilməsi təşəbbüsünü irəli sürüb. 2 fevral 1996-cı ildə müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirilib.
1997-ci il fevralın 1-də “2 fevral” - Azərbaycan gəncləri gününün elan edilməsi haqqında Sərəncam imzalanıb. Həmin vaxtdan etibarən ənənəvi olaraq hər il 2 fevral günü Azərbaycan gənclərinin bayramı kimi təntənəli şəkildə qeyd olunur. 1999-cu ildə Heydər Əliyev tərəfindən imzalanan “Dövlət Gənclər Siyasəti haqqında” fərman çox geniş spektri - gənclərin təhsili, tərbiyəsi, sağlamlığı, intellektual və mənəvi inkişafı, asudə vaxtın təşkili problemlərinin həlli, hüquqların müdafiəsi, respublikanın ictimai-siyasi və mədəni həyatında iştirakı ilə bağlı məsələləri əhatə edir. Fərmana müvafiq olaraq “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib və 9 aprel 2002-ci il tarixdə Heydər Əliyev tərəfindən imzalanıb. Gənclər siyasətinin həyata keçirilməsi əsas cavabdeh dövlət qurumu kimi Gənclər və İdman Nazirliyinə tapşırılıb.
Bu siyasət indi
də davam etdirilir. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyevin gənclərin potensialından
ölkənin mənafeyi
naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun
təmin edilməsi, dövlət idarəçiliyi
sistemində iştirakının
gerçəkləşdirilməsi məqsədilə 2005-ci il
avqustun 30-da imzaladığı
“Azərbaycan Gəncliyi
Dövlət Proqramının
(2005-2009-cu illər) təsdiq
edilməsi haqqında”
sərəncamı da
gənclərə dövlət
qayğısının artırılması
məqsədinə xidmət
edir. Sərəncamda ölkəmizdə gənclərlə bağlı
dövlət siyasətinin
əsas istiqamətləri
açıqlanıb. Proqrama uyğun olaraq gənclərin sosial müdafiəsi, məşğulluğunun
təmin edilməsi, yaradıcılıq axtarışlarının
stimullaşdırılması, milli ruhda təlim-tərbiyəsi,
hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi,
sağlam həyat tərzinin təbliği istiqamətində tədbirlər
həyata keçirilib.
2005-2009-cu illərdə gənclər siyasəti üzrə Dövlət Proqramı reallaşdırılmış
və bu proqramın 100-dən çox
bəndi həyata keçirilib.
Dövlət başçısının fərmanı
ilə Gənclər və İdman Nazirliyi 2006-cı ildə yenidən təşkil edilmiş, gənclər siyasətinin əsas icra orqanı qarşısında yeni vəzifələr qoyulub. Azərbaycan
prezidenti İlham Əliyev tərəfindən
2007-ci il ölkədə “Gənclər
ili” elan edilib.
“Xüsusi istedada malik olan uşaqların
(gənclərin) yaradıcılıq
potensialının inkişafı
üzrə Dövlət
Proqramı” (2006-2010-cu illər),
“Azərbaycan Respublikasında
texniki-peşə təhsilinin
inkişafı üzrə
Dövlət Proqramı”
(2007-2012-ci illər) gənclər
siyasətinin daha da təkmilləşdirilməsini
təmin edir, gənclərin yaradıcılıq
potensialının aşkara
çıxarılmasına, yaradıcılıq potensialının
reallaşdırılması üçün lazımi
şəraitin yaradılmasına,
yaradıcılıq potensialının
səmərəli idarə
edilməsinə, gənclərin
intellektual səviyyəsinin
yüksəldilməsinə, xüsusi istedadlı gənclərin seçilməsinə
və onlarla müvafiq tədbirlərin
həyata keçirilməsinə,
gənclərin sosial problemlərinin həllinə
böyük zəmin yaradır.
Ölkəmizdə gənclərin qərar qəbuletmə prosesində
iştirakının başlıca
yönlərindən biri
gənclərin qərar
qəbul edən dövlət orqanlarında
bilavasitə rəsmən
təmsil olunmasıdır. Gənclər
bu gün dövlət orqanlarında,
parlamentdə, bələdiyyələrdə,
biznes strukturlarında
və s. sahələrdə
təmsil olunur və cəmiyyətin inkişafına öz töhfələrini verirlər.
Hazırda ölkədə 200-ə yaxın gənclər təşkilatı, 20-dən artıq
ali məktəbdə
fəaliyyət göstərən
tələbə gənclər
təşkilatları var. Onların
əhatə etdikləri
məsələlər də
kifayət qədər
genişdir: gənclərin
vətənpərvər ruhda
tərbiyəsi, məlumatlandırılması,
işsizliyin azaldılması,
gənclərin sağlamlığı,
təhsili, fəal vətəndaş mövqeyi,
mədəniyyətin geniş
kütlələr arasında
təbliği və
s. məsələlər kifayət
qədər aktualdır.
Son illər Bakıda Gənclər Mərkəzinin,
regionlarda isə “Gənclər Evi”nin
inşa edilməsi üçün müvafiq
addımlar atılıb.
Artıq
30-dan çox rayonda gənclər evləri fəaliyyət göstərir.
Qeyd edək ki, “Gənclər evləri” -
14-29 yaş arasında
olan gəncləri cəlb edən, onların təhsil almaları və asudə vaxtlarının səmərəli keçirilməsi
üçün rahat
şərait yaradan, onların digər ehtiyaclarını ödəyən,
öz siyasətlərinə,
proqramlarına və müvafiq atributlarına malik olan gənclərin
dostluq mərkəzləridir.
Gənclər, tələbatlarını və
gözlədiklərinə müvafiq olaraq həyat vərdişlərini
və asudə vaxtlarının keçirilməsi
üzrə istəklərini
ödəməkdən ötrü
informasiya və xidmətləri almaq üçün bu mərkəzlərə gəlirlər.
Mərkəzlərdə yerinə yetirilən proqramlar üçün vahid standartlar hazırlanmaqdadır. Proqramlar gənclərin iştirakı
ilə tərtib edilir, onların təlabatlarını əks
etdirir və gənclərin bilavasitə
iştirakı ilə
həyata keçirilir.
Proqramlar
ölkənin gənc
vətənpərvərlərinin formalaşmasına yönəldiləcəkdir.
Həmin
anlayışın əsas
komponentlərinə cəmiyyətin
inkişafına öz
töhvəsini vermək
bacarığına malik
olan, özünə inamlı şəxsiyyətlərin
formalaşdırması daxildir.
Gənclər mərkəzlərinin təklif
etdikləri bütün
xidmətlər sağlamlıq
imkanları məhdud olan bütün gənclər üçün
əlverişlidir. Gender bərabərliyi məsələləri
bütün gənclər
mərkəzləri bazasında
işlərin planlaşdırılmasında
və həyata keçirilməsində nəzərə
alınır.
Gənclər mərkəzləri bazasında görülən işlərdən əlavə məktəblərdə, poliklinikalarda və gənclərin daha çox getdikləri yerlərdə aktiv iş aparılmalıdır. Gənclər mərkəzinin təklif etmədiyi xidmətlər üçün (gənclər üçün tibbi xidmətlər və s.) Gənclər mərkəzləri istiqamətləndirici bənddir.
Gənclər mərkəzlərinin əsas məqsədi gənclərin təşəbbüslərinin dəstəklənməsi və inkişaf etdirilməsi üçün şəraitin yaradılması, gənclərin özlərini bir şəxs kimi müəyyən etməsi və özünü reallaşdırılması, həmçinin, müvafiq rayonun ərazisində dövlətin gənclər siyasətinin reallaşdırılmasında gənclər və idman idarəsinin fəaliyyətinə yardım göstərilməsindən ibarətdir.
Gənclər mərkəzlərinin qarşısında duran vəzifələr aşağıdılardır: gənclərin tələbatlarına və gözlədiklərinə müvafiq olan informasiya və xidmətlərin təqdim edilməsi; respublikanın ictimai-siyasi və sosial-iqtisadi həyatında gənclərin aktiv iştirakının təmin edilməsi; gənclərin təşəbbüslərini, gənclərin könüllülük hərəkatı və gənclərin özünü idarəsinin dəstəklənməsi; uğur qazanan azərbaycanlı gənc obrazının formalaşdırılması və irəli çəkilməsi.
Gənclər mərkəzlərinin fəaliyyət növləri: qeyri-formal təhsil fəaliyyəti; könüllülük hərəkatı; sağlam həyat tərzi; informasiya-məsləhət fəaliyyəti; asudə vaxtın təşkili; gənclərin layihələrinin və proqramlarının inkişafı.
Sonda onu deyək ki, ölkədə həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati - hüquqi şərait və təminatların yaradılmasını sürətləndirir, onların ictimai-siyasi fəallığının artmasına, hüquqi dövlət və vətəndaş cəmiyyətinin inkişafında rolunun genişlənməsinə kömək edir.
Murad MƏMMƏDLİ
Ekspress.-2016.-1 noyabr.-S.10.