Təhsilin cəmiyyətin inkişafında rolu

 

İnsanın şəxsiyyət kimi formalaşmasında, onun inkişafında təhsilin rolu danılmazdır. Buna görə də təhsilin səviyyəsinə, keyfiyyətinə uyğun olaraq cəmiyyət formalaşır.

 

Vətəndaş cəmiyyəti quruculuğu yolunu gedən hər bir ölkə bu məqsədlə ilk növbədə təhsilin inkişafına diqqət ayırır. Təhsili inkişaf etdirə bilən, vətəndaşlarına yaxşı təhsil verən dövlət vətəndaş cəmiyyətinin quruculuğunda, inkişafında böyük məsafə qət etmiş sayılır.

 

Təhsil, insanların fikir və düşüncələrinin, həyata baxışlarının formalaşmasında, dəyişməsində müstəsna rol oynamaqla bütün cəmiyyətin şüurunda dəyişiklik yaratmaq gücünə malikdir.

 

Cəmiyyətin gələcək inkişaf mərhələlərində hansı dəyərlərin əsas kimi qəbul ediləcəyini, hansı yeni dəyərlərin yaranacağını indidən demək çətindir. Lakin bir şey aydındır ki, təhsil və öyrənmək istəyi həmişə olubzamandan asılı olmayaraq, daim olacaq. Çünki insan bilik və təcrübənin yeni nəsillərə ötürülməsi ilə sivilizasiyanın yüksək zirvəsinə çata bilər. Həmin təcrübəni nəsillərə ötürmək missiyası isə təhsilin üzərinə düşür, o gələcəyə yol açır.

Vətəndaş cəmiyyətində ən mühüm məsələlərdən biri şəxsiyyətin formalaşmasıdır. Təcrübə göstərir ki, şəxsiyyətin inkişafında və formalaşmasında təlim-tərbiyənin, təhsilin rolu böyükdür.

 

Cəmiyyətin inkişafı, qanunauyğunluqları, hadisələrin başvermə səbəbləri, hərəkətverici mexanizmi haqqında dialektikmetafizik inkişaf konsepsiyası mövcuddur. Təbii ki, insan-fərd bir varlıq kimi inkişaf edərək formalaşır. Bir çox görkəmli dünya alimləri fərdin inkişafına irsiyyət nöqteyi-nəzərindən də yanaşırlar. İnkişaf təbiət və cəmiyyət hadisələri ilə bağlıdır və hərəkətlə, tərəqqi ilə, yaradıcılıqla səciyyələnir. Bu, eyni zamanda mühit və tərbiyə ilə də şərtlənir. İnsanın inkişafı deyərkən 3 mühüm əlamət-fiziki anatomik-fizioloci inkişaf, yəni insanın bioloci fərd kimi inkişafı, psixoloci inkişafı və sosial inkişaf, insanın vətəndaş-şəxsiyyət kimi yetişməsi nəzərdə tutulur.

 

Burada insanın sosial inkişafı, onun cəmiyyətdəki iştirakı konkret adamlarkollektiv üzvləri ilə münasibətdə özünü göstərir, ətraf aləmdə cərəyan edən hadisələrin müşahidəçisinə çevirir. Buna görə də insanın inkişafından danışarkən şəxsiyyət anlayışı önə çəkilir. Bu dəyərlər insanları mənəvi-sosial həyatda formalaşdırır və onları şəxsiyyət statusuna yüksəldir. İnsan dünyaya bioloci varlıq kimi gəlir, lakin bir şəxsiyyət kimi özünün fərdi həyatı və fəaliyyəti prosesində uzun və mürəkkəb yol keçərək yetkinləşir.

 

Hazırda cəmiyyətin qarşısında duran vəzifələrin yerinə yetirilməsi xeyli dərəcədə fəal və hərəkətli inkişaf etmiş şəxsiyyətin formalaşdırılması prosesinin səmərəliliyindən asılıdır. Şəxsiyyətin inkişafı ilə əlaqədar olaraq yalnız bugünkü təcrübənin deyil, həm də pedaqoji fikrin zəngin ideyalarını nəzərə almaq lazımdır.

 

Bu baxımdan təhsilin insanın bir şəxsiyyət kimi formalaşmasında əhəmiyyəti daim vurğulanıb. İnsan ayrı-ayrı yaş dövrlərində fiziki, psixi və mənəvi cəhətdən müxtəlif xüsusiyyətlərə malik olur, onun xarakterində müəyyən yeniliklər, dəyişikliklər yaranır. Buna görə də cəmiyyətimizin üzvü olan insan bilməlidir ki, hansı şəraitdə və hansı amillərin təsiri altında inkişaf edir, onun inkişafında irsiyyətin, mühit və tərbiyənin rolu nədən ibarətdir.

Cəmiyyət öz yerində saymır, daim inkişaf edir. Onun inkişafında təhsil lokomotov rolunu oynayır.

 

Bir çox görkəmli mütəfəkkirlər hesab edib ki, təhsilin gücü ilə cəmiyyəti dəyişdirmək, inkişaf etdirmək mümkündür. Onların fikrincə, yalnız şəxsiyyətin deyil, dövlətin, cəmiyyətin, ölkənin də taleyi gənc nəslin düzgün tərbiyəsindən, təhsilindən asılıdır. Təhsil insan yaratmır, doğulmuş varlığın yaxşı və ya pis olmasına kömək edir. İnsanın inkişafına, şəxsiyyətin formalaşmasına, ictimai mühitin yaxşılaşmasına dəstək olur.

 

Aparılan tədqiqatlar sübut edib ki, insanın fərdi inkişafı, onun şəxsiyyətinin formalaşması son mərhələdə ictimai həyat şəraitindən, ictimai münasibətlər sistemindən və istehsal münasibətlərdən asılıdır.

 

Təhsil sayəsində uşaqda yeni qabiliyyət və keyfiyyətlər yetişir, müəyyən xarakter yaranır və formalaşır. Uşaq təlim və təhsilin vasitəsilə ictimai həyata hazırlanır, geniş dünyagörüşünə sahib olur.

 

Cəmiyyətin, şəxsiyyətin formalaşmasında təhsilin rolunun böyük olmasını nəzərə alaraq Azərbaycanda da təhsilin inkişafına xüsusi diqqət yetirilir. Son illərdə ölkədə təhsilin inkişafı istiqamətində mühüm addımlar atılıb. Təhsilin normativ hüquqi bazası təkmilləşdirilmiş, maddi-texniki təminatı istiqamətində Azərbaycan Respublikası Prezidentinin sərəncamları əsasında geniş tədbirlər həyata keçirilib. Həmin məqsədlə müxtəlif şəhər və rayonlarda 2500-ə yaxın məktəb binası tikilmişmövcud təhsil obyektlərində əsaslı təmir-bərpa işləri uğurla aparılıb. Təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi əhəmiyyətli dərəcədə genişlənib.

 

Görülən tədbirlərin davamı olaraq 2013-cü ildə Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası qəbul olunub. Strategiyada qeyd edilir ki, Azərbaycanın inkişaf konsepsiyasına uyğun olaraq şəxsə hərtərəfli bilik və bacarıqların verilməsi məqsədi ilə təhsil sisteminin institusional əsasları, infrastrukturuinsan resursları inkişaf etdirilməlidir. Təhsilin inkişafı ölkədə əhalinin rifahının yaxşılaşması, həmçinin fərdin həyatının daha yüksək səviyyədə qurulması üçün zəmin yaradır. Təhsil insanlara texnologiyaları çevik mənimsəmək, əmək bazarında layiqli yer tutmaqömür boyu təhsil prosesinə qoşulmaq, sağlam həyat tərzi, ətraf mühitə münasibətdə düzgün mövqe seçmək imkanı verir.

 

Sosial-iqtisadi həyatın müasirləşdirilməsində təhsilin rolu təkcə təhsilalanın qazandığı bilik və bacarıqların iqtisadi amilə çevrilməsi ilə məhdudlaşmır. Təhsil prosesində əldə olunan bilik və bacarıqlar, həmçinin etik-əxlaqi norma və dəyərlər hər bir təhsilalanın cəmiyyətin layiqli üzvü olması üçün lazımi şərait yaradır, onu biliyietik davranışı sayəsində örnək ola biləcək həmkara, nümunəvi ailə üzvünə və vətəndaşa çevirir.

 

Qəbul edilən strategiyada birinci strateji istiqamət səriştəyə əsaslanan şəxsiyyətyönlü təhsil məzmununun yaradılmasına yönəlib və təhsilin məktəbəqədər, ümumi, ilk peşə-ixtisas, orta ixtisasali olmaqla, bütün pillələri üzrə kurikulumların inkişafı kimi vacib hədəfi əhatə edir.

 

İkinci strateji istiqamət təhsil sahəsində insan resurslarının müasirləşdirilməsini nəzərdə tutur. Bu istiqamət innovativ təlim metodlarını tətbiq edən, təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən səriştəli təhsilverənin formalaşdırılmasına xidmət edir və özündə təhsilverənlərin peşəkarlığının yüksəldilməsi, təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi üzrə yeni sistemlərin qurulmasını, təhsilalanların istedadının aşkar olunması və inkişafı ilə bağlı, habelə xüsusi qayğıya ehtiyacı olanlar üçün inklüziv təlim metodologiyasının yaradılmasını ehtiva edir.

 

Üçüncü strateji istiqamət təhsildə nəticələrə görə cavabdeh, şəffaf və səmərəli idarəetmə mexanizmlərinin yaradılmasını nəzərdə tutur. Bu istiqamət təhsil sistemində tənzimləmə və idarəetmənin qabaqcıl beynəlxalq təcrübə əsasında müasirləşdirilməsi, təhsil müəssisələrində nəticəyönlü və şəffaf idarəetmə modelinin, təhsilin keyfiyyətinin təminatı və idarə olunması üzrə yeni məlumat və hesabat sistemlərinin yaradılması kimi hədəfləri əhatə edir.

 

Dördüncü strateji istiqamət müasir tələblərə uyğunömür boyu təhsili təmin edən təhsil infrastrukturunun yaradılmasını nəzərdə tutur. Bu istiqamət təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyaları əsaslı təlim metodologiyasına uyğun infrastrukturun yaradılması, təhsil müəssisələri şəbəkəsinin rasionallaşdırılması, distant təhsil, istedadlı və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün təhsil və inkişaf, yaşlıların təhsili, peşə-ixtisas və təhsil məsələləri üzrə məsləhət xidmətləri göstərən regional universal mərkəzlərin, müasir təminatlı peşə-tədris mərkəzlərinin və komplekslərinin qurulması, kampusların yaradılması kimi tədbirləri ehtiva edir.

 

Beşinci strateji istiqamət Azərbaycanda iqtisadi cəhətdən dayanıqlı və dünyanın aparıcı təhsil sistemlərinin standartları ilə eyni səviyyəyə uyğun təhsil sisteminin maliyyələşdirilməsi modelinin qurulmasıdır. Bu istiqamət, o cümlədən müxtəlif mənbələrdən istifadə olunmaqla təhsili maliyyələşdirmə mexanizminin təkmilləşdirilməsini, təhsil müəssisələrinin adambaşına maliyyələşdirilməsinə keçidi, ödənişli təhsil xidmətlərinin göstərilməsinin dəstəklənməsini, Təhsilin İnkişafı Fondunun yaradılmasını nəzərdə tutur.

 

İndi ölkəmizdə ümumi təhsil müəssisələrinin şagird və məzunlarının keyfiyyət göstəricilərinin yaxşılaşdırılması aktual məsələlərdəndir. Aliümumi təhsil üzrə dərsliklərin elmimetodiki baxımdan təkmilləşdirilməsinə ehtiyac var.

 

Hər 100 min nəfərə düşən ali məktəb tələbələrinin sayına görə Azərbaycan Respublikası üzrə göstəricilər əhəmiyyətli dərəcədə artırılmalıdır. Əhali təbəqələri və regionlar arasında xüsusən ali təhsilə çıxış imkanları genişləndirilməlidir.

 

Məktəbəqədər təhsilə cəlb olunma səviyyəsi də aşağıdır. Ölkənin yaşayış məntəqələrinin 75 faizində məktəbəqədər təhsil müəssisəsi yoxdur.

Sadalananlar təhsilə xüsusi diqqətin göstərilməsinin vacib olduğunu tələb edir. Təhsili inkişaf etdirməklə insan inkişafına və bununla da cəmiyyətin daha güclü təməllərinin formalaşmasına nail olunacaq.

 

Vasif CƏFƏROV

Ekspress.-2016.-2 noyabr.-S.10.