Dövlət vətəndaş cəmiyyətinin inkişafında maraqlıdır

 

Cəmiyyətin inkişafının müəyyən pilləsində formalaşan insanların birliyi kimi təqdim olunan vətəndaş cəmiyyəti özündə bu cəmiyyətin siyasi, sosial, iqtisadi, mədəni sferalarında könüllü yaranan qeyri-dövlət strukturlarını birləşdirir. Vətəndaş cəmiyyəti qeyri-dövlət iqtisadi, siyasi, sosial, mədəni-mənəvi, dini-əxlaqi, ailəvi, millibaşqa münasibətlərin məcmusu olub azad vətəndaşların və könüllü formalaşmış təşkilat və assosasiyaların dövlət-hakimiyyət orqanları tərəfindən onların fəaliyyətlərinə birbaşa müdaxilələri və özbaşına reqlamentləşdirmələri qanunla məhdudlaşdıran özünümüdafiə sferasıdır.

 

Hüquqidemokratik dövlət quruculuğu prosesində vətəndaş cəmiyyətinin inkişafı da vacibdir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bu istiqamətdə xeyli işlər görülüb. Müstəqilliyin ilk illərində “İctimai birliklər haqqında” qanunun qəbul olunsa da, 200-ə yaxın qeyri-hökumət təşkilatı dövlət qeydiyyatına alınsa da, bu sahənin inkişafı nəzərə çarpmırdı. Danılmaz faktdır ki, Heydər Əliyev hakimiyyətə qayıdandan sonra digər sahələrdə olduğu kimi, vətəndaş cəmiyyətinin inkişafında da nəzərəçarpacaq sıçrayışlar baş verdi. 1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyası istər dövlətçiliyimiz, istərsə də vətəndaş cəmiyyəti üçün mühüm tarixi sənəd oldu. Elə konstitusiyanın 58-ci maddəsindəki birləşmək hüququ, onun preambulasındakı milli niyyətlərdən üçüncüsü olan “vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq” artıq müstəqilliyin verdiyi böyük imkanın hüquqi ifadəsi idi.

 

Bu gün müstəqil Azərbaycanda vətəndaş cəmiyyətinin iinkişafı üçün hər bir şərait yaradılıb və bu sahədə imkanlar getdikcə daha da artır. Vətəndaş cəmiyyətinin inkişafı istiqamətində Heydər Əliyevin atdığı addımları bu gün prezident İlham Əliyev uğurla davam etdirir. Bu gün ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafı dövlət siyasəti sayılır. Bu sahədə qanunvericilik daim təkmilləşdirilir, vətəndaş cəmiyyəti üzvlərinin fəaliyyətinin dəstəklənməsi ilə bağlı mühüm işlər görülür.

 

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılmasıyla ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafında yeni mərhələ açıldı. Məlum məsələdir ki, hər bir demokratik cəmiyyətdə III sektor mühüm ictimai funksiya daşıyır. Belə ki, ictimai təşkilatlarda çalışaraq təcrübə toplamış şəxslər sonradan fəaliyyətlərini müxtəlif dövlət qurumlarında və özəl sektorda uğurla davam etdirirlər. Dövlət orqanlarının QHT-lərlə yaxından əməkdaşlıq etməsi, qərarların qəbulu və sifarişlərin icrası prosesində onların iştirakına şərait yaradılması mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan dövləti ölkədə fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutlarının, o cümlədən qeyri-hökumət təşkilatlarının formalaşmasına və inkişafına daim ciddi önəm verir. Hazırda ölkədə ictimai təşkilatların fəaliyyətini tənzimləyən əlverişli hüquqi baza mövcuddur. Son illər qanunvericilik aktlarına edilmiş dəyişikliklər bu sahədə şəffaflığın, hesabatlılığın və nizam-intizamın artırılması, qeyri-hökumət təşkilatlarının dövlət orqanları ilə əlaqələrinin asanlaşdırılmasına xidmət edir.

 

Bu gün Azərbaycan dövləti hazırda vətəndaş cəmiyyəti təsisatları üçün ən böyük donor rolunda çıxış edir. Bu məqsədlə ictimai sektorun yaxından iştirakı ilə formalaşdırılmış Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu təsis olunub. Təkcə son üç il yarımda yalnız bu iki təşkilatın xətti ilə 5 mindən çox layihəyə 33 milyon manatdan artıq vəsait verilib.

 

Bu gün milli mətbuat, QHT-lər bu sektorun əsas və aparıcı sektorlarından olmaqla, cəmiyyətin inkişafına öz töhfəsini verməkdədir. Söz və mətbuat azadlığı, informasiya təminatı, əhalinin maarifləndirilməsi, insan hüquqlarının müdafiəsi baxımından həyata keçirilən sistemli fəaliyyət nəticəsində keçmiş postsovet ölkələrində vətəndaş cəmiyyətinə aid edilən sektorun fəaliyyətinin dinamikası baxımından Azərbaycanda real və təcrübəyə çevriləcək ənənələr formalaşıb. Eyni zamanda, vətəndaş cəmiyyətinin inkişafına görə Azərbaycan Avropa dövlətləri ilə bir sırada dayanır.

 

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına dair tədbirlər  perspektivləri “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında da əksini tapıb. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının təsdiq edilməsi haqqında ölkə Prezidentinin fərmanının 9-cu bəndi vətəndaş cəmiyyətinin inkişafı istiqamətdə gələcəkdə görüləcək işlərə həsr olunub. Bəs görəsən, bu konsepsiyada vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı hansı məsələlər öz əksini tapıb.

 

Konsepsiyada qeyd olunur ki, Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı və milli maraqlarının təmin olunması demokratiyanın daha da dərinləşdirilməsini, dövlətlə vətəndaş cəmiyyəti institutları arasında münasibətlərin daim müasirləşdirilməsini, QHT-lərin fəaliyyətinin stimullaşdırılmasını zəruri edir. Konsepsiyanın həyata keçiriləcəyi dövrdə vətəndaş cəmiyyətinin inkişafı, dövlət orqanları ilə vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın təkmilləşdirilməsi istiqamətində dövlət siyasəti davam etdiriləcək. Bu məqsədlə “Vətəndaş cəmiyyətinin inkişafı sahəsində Milli Fəaliyyət Proqramı” hazırlanacaq və həyata keçiriləcək. Proqramda vətəndaş cəmiyyətinin inkişafını stimullaşdıran, dövlətin və özəl sektorun vətəndaş cəmiyyətinə dəstəyini gücləndirən yeni qanunvericilik aktlarının hazırlanıb qəbul edilməsi, QHT-lərin layihə və proqramlarına maliyyə yardımının artırılması, “QHT evləri”nin, tədris mərkəzlərinin yaradılması və digər məsələlər öz əksini tapacaq. Dövlətlə ictimai təşkilatlar arasında əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi, ictimai həyatın müxtəlif sahələrində mövcud olan problemlərin alternativ həlli yolları ilə bağlı QHT-lərin əsaslandırılmış təklifləri diqqət mərkəzində saxlanılacaq. Mühüm dövlət proqramlarının hazırlanması prosesinə QHT-lərin cəlb olunması, dövlət komissiyalarının işində onların yaxından iştirakı təmin ediləcək. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin ədalətli mövqeyinin dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlara çatdırılması yönündə QHT-lərin potensialından daha səmərəli istifadə olunacaq. Vətəndaş cəmiyyətinin inkişafı üçün özəl sektorun donor fəaliyyətini stimullaşdırmaq və bu sahədə institusional səviyyəyə nail olmaq vacibdir. Milli donor institutunun yaradılması korporativ sosial məsuliyyət mədəniyyətinin formalaşmasına, transmilli şirkətlərin, böyük biznes qurumlarının sosial sərmayə proqramlarının artmasına təkan verəcək. Buna nail olmaq məqsədi ilə korporativ məsuliyyət üzrə strategiya və dövlət proqramları hazırlanacaq, qanunvericiliyə müvafiq dəyişikliklər ediləcək.

 

Konsepsiyanın həyata keçirildiyi müddətdə vətəndaş cəmiyyəti təşəbbüslərinin nəzərə alınaraq tətbiq olunması dövlət orqanları ilə QHT-lər arasındakı qarşılıqlı münasibətləri daha da dərinləşdirəcək, regionlarda QHT-lərin sayı artacaqmaddi-texniki bazası gücləndiriləcək. Konsepsiyanın icra olunduğu uzunmüddətli perspektivdə söz və məlumat azadlığının inkişafına yönəlmiş tədbirlər davam etdiriləcək, informasiya sektorununKİV-in fəaliyyətini tənzimləyən milli qanunvericilik bazası beynəlxalq standartlara uyğun təkmilləşdiriləcək. İnformasiya sektorunda müasir texnologiyaların tətbiqinə, KİV-in iqtisadi müstəqilliyinin gücləndirilməsinə, potensialının yüksəldilməsinə və qlobal informasiya məkanında öncül mövqe əldə etməsinə hərtərəfli dəstək göstəriləcək.

 

Vətəndaş cəmiyyətinin inkişafı istiqamətində atılan növbəti addımlardan biribu ilin sentyabrında Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının təsis olunmasını göstərmək olar. “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq, dövlət qurumları və QHT təmsilçilərinin iştirakı ilə Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması informasiya əldə etmək, fiksal şəffaflıq ictimai iştirakçılıq üzrə Azərbaycan hökuməti və Milli Məclislə əməkdaşlı etmək, bu məsələlərlə bağlı hökumətin apardığı islahatlar üzrə tövsiyələr vermək, “Açıq Hökumət” Tərəfdaşlığı Təşəbbüsü çərçivəsində Azərbaycan hökumətinin hazırladığı Fəaliyyət Planının həyata keçirilməsinin monitorinqini aparmaq, “Açıq Hökumət” Tərəfdaşlığı Təşəbbüsündə Azərbaycanın vətəndaş cəmiyyətini təmsil etmək, təşəbbüsdə maraqlı olan dövlət orqanları, yerli vətəndaş cəmiyyəti institutları və beynəlxalq təşkilatlarla, özəl sektor təmsilçiləri ilə əməkdaşlıq və məsləhətləşmələr aparmaqelektron hökuməti təşviq etmək istiqamətlərində fəaliyyət göstərəcək.

 

Platformaya üzvlük bu təşəbbüsü dəstəkləyən hər bir vətəndaş cəmiyyəti, parlament və hökumət təmsilçiləri üçün açıq olacaq.

Fikrimizi yekunlaşdıraraq, deyə bilərik ki, vətəndaş cəmiyyətinin maraqları və dövlətin vətəndaş cəmiyyətinin inkişafına verdiyi dəstək hesabına bu gün Azərbaycanda vətəndaş cəmiyyəti inkişaf mərhələsindədir. Bu gün vətəndaş cəmiyyətinin ictimai siyasətdə öz yeri var. Bu sahədə görülən və görülməkdə işlər vətəndaş cəmiyyətinin demokratikhüquqi dövlət quruculuğuna da öz töhvəsini verəcək.

 

Murad MƏMMƏDLİ

Ekspress.-2016.-4 noyabr.-S.10.